Məhkəmə qərarları › İş №2(102)-2975/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2975/2020

29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2975/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh “xxxx” MMC-nə, Cavabdeh2nə və Ləğv prosesində olan Cavabdeh3 Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.12.2019-cu il tarixli 2(103)-13643/2019 nömrəli qətnaməsindən cavabdeh Ləğv pro sesində olan Cavabdeh3 Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-nə, Cavabdeh2nə və Ləğv Prosesində olan Cavabdeh3 Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 4, mənzil 18-in 22312 manata “xxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi X1 əldə edilməsinə dair 14.07.2017-ci il tarixdə, Bakı şəhəri Nərimanov Rayonu İ.Hidayətzadə küçəsi 156 (20A) 1933-cü məhəllədə auksion mərkəzində keçirilən hərracın nəticələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2-ci qrup Qaraba ğ müharibəsi əlilidir. 1992-ci ildə Döyüş zamanı aldığı xəsarətlər nəticəsində gözünün birinin görməsi tamamilə itirilmiş, kəllə beyin xəsarətləri nəticəsində kəskin psixi durumunda yaranan xəstəliklər müdafiə nazirliyinin, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinin təsdiqlədiyi arayışdan da göründüyü kimi "şəxsiyyətin emosional davamsız pozuntusu" xəstəliyindən əziyyət çəkir. Son 26 illik həyatı yalnız müalicə müəssisələrində keçir. Müharibə yaralarından da ağır yaranı ona Ləğv edilmiş "xxxx" ASC və Sabirabad rayon İcra şöbəsi vurmuşdur. Belə ki, ona məxsus olan Sabirabad şəhəri İ.İsgəndərov küçəsi ev 4, mənzil 18, onun xəbəri olmadan 14.07.2017-ci il tarixdə hərrac yolu ilə satılmışdır. 22312 manata "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 əldə etmişdir. Evinin satılmasını 30.04. 2019-cu il tarixli məktubla Daşınar və Daşınmaz Əmlakın satışı mərkəzi rəsmi olaraq bildirmişdir. Sabirabad Rayon Məhkəməsinin 23.05.2016-cı il tarixli icra vərəqəsi 29.04.2019-cu il tarixdə rəsmi olaraq ona təqdim edilmiş, Sabirabad İcra və probasiya şöbəsi qiymətləndirici dəvət olunması barədə qərarı 29.04.2019-cu il tarixdə rəsmi olaraq ona çatdırmışdır. Xəstəliyi ilə əlaqədar 5 ildən artıqdır ki, evində yaşaya bilmir. Xəstəxanalarda və kliniki tibb mərkəzlərində mütəmadi müalicə kursları alır. İkinci qrup əlil və görmə qabiliyyətini böyük həcmdə itirdiyi üçün həyat yoldaşı Nümayəndə1 daima yanında olduğundan o, hərracda iştirak edə bilməmişdir. 16000 manat kredit götürərək 15000 manatdan ç ox pul ödəmişdir. Hərracdan sonra da ödəmələr olmuşdur. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 25.07.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İsmayıl Xəlilov -sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 16 dekabr 2019-cu il tarixli 2(103)-13643/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək həmin iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 25.07.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək “xxxx” MMC tərəfindən Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən 4 saylı evin, 18 saylı mənzilin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 14 iyul 2017-ci il tarixli protokol və hərracın y ekunları üzrə digər əqdlər etibarsız hesab olunmuşdur. Cavabdeh Ləğv prosesində olan Cavabdeh3 Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş həmin ünvanda yaşayan şəxslər tərəfindən, imza edilərək qəbul edilmiş və qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipot eka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar “xxxx” ASC-yə təklif olunmuşdur. 07.04.2017-ci il tarixli bildirişin çatdırılmasına dair qəbzdə adı qeyd olunan Anaxanımın İddiaçı anası olmasını kuryer bilə bilməzdi. “Birja Yenilikləri” qəzetlərinin iş materiallarında olan təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı məxsus olan Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən 4 saylı evin, 18 saylı mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. 08.05.2017-ci il tarixdə birinci hərracın keçirilməsinə dair bildirişin İddiaçı çatdırılması zamanı heç bir prosessual pozuntu olmamışdır və iddiaçının hərracın keçirilməsindən xəbəri olmuşdur. Prosessual məsələlər: İddiaçının vəkili Vəkil kassasiya şikayətinin məzmun una uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Hərrac Təşkilatının № 42/01 nömrəli, 14 iyul 2017-ci il tarixli hərracın yekunları barə də protokoluna əsasən İddiaçı məxsus olan Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən 4 saylı evin, 18 saylı mənzil Sabirabad Rayon Məhkəməsinin 23.05.2016-cı il tarixli icra vərəqəsinin, Sabirabad Rayon İcra Şöbəsinin 19.12.2016-cı il tarixli sifariş məktubunun və “xxxx” ASC-nin müvafiq məktubun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 35 000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 29 750 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 22312,50 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən xxxx ASC əmlakı qəbul edərək balansına götürmüşdür. “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Sabi rabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən 4 saylı evin, 18 saylı mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq müəyyən etmişdir ki, iş üzrə iki dəfə hərrac keçirilməsi göstərilmişdir - 08 may 2017-ci il və 12 iyun 2017-ci il tarixlərdə. Məhkəmənin sorğusu əsasında hərracın keçirilməsinə dair sənədlər tələb olunaraq götürülmüşdür. Həmin sənədlər işin 51-62-ci səhifələrinə tikilmişdir. Sənədlərdən görünür ki, 1-ci hərrac barədə, yəni 08.05.2017-ci il tarixdə keçiriləcək hərrac barədə bildiriş ümumiyyətlə həmin sənədlərdə mövcud deyil. Qovluqda olan sənədlərdə iki bildiriş var və hər iki bildiriş 2-ci hərrac barədədir. Həmin bildirişlərdə hərracın 12 iyun 2017 -ci il tarixdə keçirilməsi nəzərdə tutulmuşdur. Bildirişlərin çatdırılması barədə poçt sənədlərindən görünür ki, (55-56-cı səhifələrdə) hər iki kuryer çatdırma qəbzi 26.05.2017-ci il tarixdə göndərilmiş və 30.05.2017-ci il tarixdə ünvanda “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Deməli bu göndəriş sənədləri də ikinci hərracla bağlıdır. Hansı səbəbdən 2-ci hərracla bağlı iki sənəd hazırlanması və göndərilməsi məlum deyil. Bildirişlərin eyni gündə, yəni 30.05.2017-ci il tarixdə çatdırılması qeyd olunsa da, hər iki mədaxil qəbzində qeydlər fərqlidir. Deməli həmin sənədlər həqiqəti əks etdirmir. Çünki eyni gündə, eyni ünvana iki çatdırma xidməti tərəfindən bildirişin aparılmasına zərurət yox idi. Eyni gündə, eyni ünvana, eyni məzmunlu bildiriş göndərilmiş və hər iki bildiriş eyni qe ydlə-bu ünvanda yaşamır qeydi ilə geri qaytarılmışdır. Belə qənaət hasil olur ki, bir gündə iki kuryer iki bildirişi həmin ünvana çatdırmışdır. Cavabdeh “xxxx” MMC, Cavabdeh2 nümayəndələri hazırkı işə baxılmasında iştirak etməmişlər. Həmin işə baxılmasında cavabdeh Ləğv Prosesində olan Cavabdeh3 Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iştirak etmişdir. Birinci hərrac barədə bildiriş və onun çadırılması barədə sənədin sonradan işə kimin əlavə etməsi aydın deyil. Çünki bu barədə məhkəmə iclas protokolunda heç bir qeyd yoxdur. Hərrac təşkilatında aşkar edilməyən bildirişi güman olunur ki, bankın nümayəndəsi işə baxılmasının sonunda məhkəməyə təqdim etmişdir (işin 97-98-ci vərəqələri). Sonradan məhkəməyə təqdim edilmiş 08 may 2017-ci il tarixdə birinci hərracın keçirilməsinə dair 07. 04.2017-ci il tarixli bildirişin çatdırılmasına dair qəbz iddiaçı tərəfindən imzalanmamışdır. Həmin qəbzdə alıcı “anası Anaxanım” yazılmışdır. Həmçinin apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehə məxsus olan ipoteka ilə yüklü edilmiş əmlak real dəyərindən aşağı qiymətə bankın mülkiyyətinə keçmişdir. Əmlakın satış qiyməti 35000 manat qiymətləndirilmiş (dörd otaqlı, sahəsi 67 kv.m olan mənzil), lakin hərraclar baş tutmadığı üçün 22312.50 manata bank tərəfindən alınmışdır. Bundan sonra da icra sənədi üzrə 4272.83 ABŞ dollar borc qalmışdır. İddiaçı Qarabağ müharibəsi əlilidir, döyüş zamanı aldığı xəsarətlərlə əlaqədar sağlamlığında yaranmış bir sıra xəstəliklərdən əziyyət çəkir. Məhkəmə kollegiyası hesab edir ki, oxucu kütləsi olmayan qəzetdə elan verilməklə, ipoteka qoyana hərracın k eçirilməsinə dair məlumat verilməməklə, əmlakı dəyərindən qat-qat aşağı qiymətə bankın mülkiyyətinə verilməsi ipoteka qoyanın mülkiyyət hüquqlarına qəsddir. Daşınmaz əmlak bazarında əmlakın real bazar dəyərindən cüzi ucuz satışa çıxarılması həmin əmlakın dərhal satışını təmin edir. Bu mövcud bazarın sadə və hamı tərəfindən qəbul edilən qaydasıdır. Əmlakın dəyərindən qat-qat aşağı qiymətə hərraca çıxarılması və açıq hərracda müştərisinin olmaması inandırıcı deyil. Bu halın mövcudluğu açıq hərracların hazırkı durumunu, yəni onların əslində formal olaraq keçirilməsinin bariz nümunəsidir. Çünki Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzilin (67 kv. sahəsi olan, bax iş səhifə 27) açıq hərraclarda real dəyərindən aşağı qiymətə a lınmaması açıq-aşkar hərracın formallığını təsdiq edir. Nə qədər ki, açıq hərraclar onda iştirak edənlərin üzünə bağlıdır, insanların ora sərbəst çıxışı mümkün deyil, ədalətli hərracdan söhbət gedə bilməz. Hərracın mahiyyət ondan ibarətdir ki, orada satışa çıxarılan əmlak tələb və təklifə uyğun olaraq daha artıq vəsait təklif edən şəxsə satılır. Lakin analoji işlərin baxılması təcrübəsi ölkəmizdə keçirilən hərraclarda heç bir halda hərraca çıxarılan əmlakın ilkin satış qiymətindən yuxarı qiymətə satılması halını qeydə almamışdır. Əksinə əksər hallarda ya ikinci hərracdan sonra əmlaklar öz real dəyərindən qat-qat aşağı qiymətə tələbkarlara təklif olunur, və yaxud ikinci hərracda yenə də real dəyərindən aşağı qiymətə tələbkarın adına rəsmiləşdirilir. Bu fakt keçirilən hərracların mahiyyəti b arədə hər şeyi demiş olur. Hazırkı işdə guya açıq hərrac keçirilməsi, alıcı olmadığı üçün mənzilin 22312.50 manata banka təhvil verilməsi və borclunun üzərində bundan sonra da 4272.83 ABŞ dollar borc saxlanması ədalətsizdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, açıq hərrac qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyi üçün onun nəticələri etibarsız hesab olunmalıdır. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu bar ədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, hərracın keçirilməsi barədə iddiaçıya qanu nvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüqu q normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Ləğv prosesində olan Cavabdeh3 Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.12.2019-cu il tarixli 2(103)-13643/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar