Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2975/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-242/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı ilə Cavabdeh4 arasında olan nikah Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsində 24 oktyabr 2014-cü ildə qeydə alınmışdır.
3. Birgə nikah dövründə “Nissan SUNNY” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 6315/2019 saylı qətnaməsi ilə X2 ilə Cavabdeh4 arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə bağlanmış 868 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. 5. “Nissan SUNNY” markalı, **-ST-*** döv lət qeydiyyat nişanlı avtomobilə dair Mehdiyeva (Cəbrayılova) Mədinə Soltan qızı (etibarnamə əsasında X3 tərəfindən imzalanmış) ilə Cavabdeh3 Hacıbaba qızı arasında 10 may 2019-cu il tarixdə “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” bağlanmışdır.
6. Ağsu Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(016)-158/2020 saylı qətnaməsi ilə həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, “Nissan SUNNY” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh3 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunmuş, “Nissan SUNNY” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobildə Mehdiyeva (Cəbrayılova) Mədinə Soltan qızının payı ½ hissə müəyyən edilmiş, ½ hissəsi isə Cavabdeh4 payı hesab edilmişdir. 7. 18 fevral 2020-ci il tarixli “Nəqliyyat vas itəsinin alqı-satqı müqaviləsi” ilə həmin avtomobil Cavabdeh3 tərəfindən Cavabdeh1 satılmışdır.
8. Cavabdeh1 isə öz növbəsində həmin avtomobili 24 fevral 2020-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” ilə hazırki iş üzrə Cavabdeh2 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı məhkəməyə müraciət edərək “Nissan SUNNY” markalı, 99- VZ-314 (**-ST***) dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 24 fevral 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin hüquq və vəzifələri əvvəlki vəziyyətə qaytarılması və 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh4 arasında ol an nikah Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsində 24 oktyabr 2014-cü ildə qeydə alınmışdır. Birgə nikah müddətində əldə etdikləri “Nissan SUNNY” markalı, 99-LJ736 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il tarixdə və “Nissan SUNNY” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə onun adına alınmışdır. Həyat yoldaşına inanıb ona etibarnamə vermişdir və etibarnamə əsasında idarə etmişdir. Ağsu Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(016)-158/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin olunması, “Nissan SUNNY” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Mehdiyeva (Cəbrayılova) Mədinə Soltan qızı (etibarnamə əsasında X3 tərəfindən imzalanmış) ilə Cavabdeh3 arasında 10 may 2019-cu il tarixdə bağlanmış “Nəqliyyat vasitəsi nin alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi, “Nissan SUNNY” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh3 Hacıbaba qızının adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması, “Nissan SUNNY” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobildə Mehdiyeva(Cəbrayılova) Mədinə Soltan qızının payı ½ hissə müəyyən edilsin, ½ hissəsi isə Cavabdeh4 payı hesab edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(016)-158/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh3 Hacıbaba qızı tərəfindən verilmiş apellyasiya şikayəti, Şəki Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə təmin edilməmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, əvvəlcə avtomobili Cavabdeh1 satmış, həmin şəxs avtomobilə yeni **-VZ-*** dövlət qeydiyyat nömrəsi almışdır. Həmin şəxs də, avtomobili Cavabdeh2 xx.xx.2020-ci il tarixdə satmışdır. Halhazırda avtomobilin əsas tanınma nişanları dəyişdirilməsə də, yalnız dövlət qeydiyyat nişanı dəyişdirilmişdir. Digər “Nissan SUNNY” markalı, **-ST-*** (**-VZ-***) dövlət qeydiyyat nişanlı avtomobilin real bazar qiyməti 15.000-20.000 manat arasında dəyişir.
11. Cavabdeh2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, o, mübahisəli avtomobili xx.xx.2020-ci il tarixdə Cavabdeh1 almışdır. Lakin həmin avtomobilin mübahisəli olduğundan xəbəri olmamışdır. Bu səbəbdən, iddianın təmin edilməməsini xahiş etmişdir.
12. Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 20 sentyabr 2022-ci il tarixli. 2(016)469/2022 saylı qətnam əsi ilə iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X2 ilə Cavabdeh4 xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6315/2019 saylı qətnaməsi ilə X2 və Cavabdeh4 arasında bağlanmış nikah pozulmuşdur.
14. Ağsu Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(016)-158/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin olunması, “Nissan SUNNY” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Mehdiyeva (Cəbrayılova) Mədinə Soltan qızı (etibarnamə əsasında Cavabdeh4 tərəfindən imzalanmış) ilə Cavabdeh3 arasında 10 may 2019-cu il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi, “Nissan SUNNY” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh3 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması, “Nissan SUNNY” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobildə Mehdiyeva(Cəbrayılova) Mədinə Soltan qızının payı ½ hissə müəyyən edilmiş, ½ hissəsi isə Cavabdeh4 payı hesab edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 Hacıbaba qızı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1313/2020 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(016)-158/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Mübahisə predmeti olan avtomobilə iddiaçının ½ payı müəyyən edildiyindən Cavabdeh1la Cavabde h2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 182 və 337-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətçi əmlakı əldə edərkən alqı-satqı hərəkətlərində vicdanlılıq ifadəsi olmalıdır. Göstərilən normanı hazırki mübahisəyə tətbiq edilən zaman görünür ki, mən mübahisə predmeti olan nəqliyyat vasitəsini alqı-satqı etdiyim zaman nəqliyyat vasitəsinin məhkəmə müstəvisində mübahisə predmeti olması barədə məlumatı olmamışdır. Buradan görünür ki, o alqı- satqı müqaviləsi bağlayarkən vicdanlılıq nümayiş etdirmişdir. Belə olduğu halda alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsi əsassız hesab edilməlidir. Bundan əlavə, o nəqliyyat vasitəsini birgə nikah dövründə əldə edilən şəxsdən deyil, Cavabdeh1 əldə etmişdir. Yəni, hazırki işdə o, alqı-satqı müqaviləsini bağlayarkən Cavabdeh1 ailə vəziyyətini (subay və ya evli) müəyyən etməli olmuş və bunu da etmişdir. Əlavə olaraq, alqı-satqı müqaviləsini bağladığı tərəf (Cavabdeh1) mübahisə predmeti olan nəqliyyat vasitəsini birgə nikah dövründə əldə etsə idi və nikah üzrə tərəflərdən biri hazırki iş üzrə iddiaçı tərəf olsa idi, bu halda məhkəmənin mövqeyi düzgün və əsaslı ola bilərdi. Lakin hazırki işdə isə iddiaçı tərəf onun tanımadığı və tanımağa borclu olmadığı şəxsdir. Yəni, alqı-satqı müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsinin iddiaçı tərəfin birgə nikah dövründə əldə etdiyi əmlakın olub- olmaması barədə onun məlumatı ola bilməzdi.
20. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər və həmin normada nəzərdə tutulmuş müddət iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququn pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Mübahisələndirilən daşınar əmlak 2020-ci ildə ücüncü şəxsin mülkiyyətinə keçmişdir. Belə olan halda iddiaçı əqdin etiba rsızlığına dair iddia ilə bağlı məhkəməyə müraciət etmək hüququnu itirmişdir.
21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.T.Məcidov-sədrlik edən və məruzəçi, M.A.Əsədli və E.M.Mehdiyev) 2(107)-242/2023 nömrəli, 29 mart 2023cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmuş, Ağsu Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(016)-469/2022 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə qarşı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 24 fevral 2020-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi işin hаllаrındаn və Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin аyrı-аyrı işlər üzrə müxtəlif vаxtlаrdа qəbul etdiyi qərаrlаrdа əks оlunаn hüquqi mövqeyindən çıxış edərək hesаb etmişdir ki, Cavabdeh2 vicdаnlı əldə edən оlduğundаn, оnunlа digər Cavabdeh1 arasında 24 fevral 2020-ci il tаrixdə bаğlаnmış “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” etibаrsız hesаb edilə bilməz. Əqdin etibаrsız sаyılmаsı ilə bаğlı birinci instаnsiyа məhkəməsinin tətbiq etdiyi Mülki Məcəllənin 337-ci mаddəsi yuxarıda göstərilən şəxslər arasında və yuxarıda göstərilən tarixdə bağlanmış müqаviləyə tətbiq edilə bilməz, çünki yuxаrıdа qeyd edildiyi kimi Cavabdeh2 vicdаnlı əldə edəndir. Belə ki, əqdin etibаrsız sаyılmаsı üçün mövcud оlаn hаllаr əqdin bütün tərəflərinə münаsibətdə mövcud оlmаlıdır. Yəni, əqdin etibаrsızlığı hаlın ı əqdin bütün tərəfləri əvvəlcədən bilməli və bunа bаxmаyаrаq, оnlаr əqdi bаğlаmаlıdırlаr. Hаzırki hаldа isə yuxаrıdа qeyd оlunduğu kimi Cavabdeh2 bаğlаdığı əqdə münаsibətdə vicdаnlı оlmuş, əqdin legitimsizliyi bаrədə оndа hər hаnsı şübhə оlmаmış və əqd üzrə üzərinə düşənləri edərək hüquqlаrını qeydə аldırmışdır. Bununlа dа vicdаnlı əldə edən kimi Cavabdeh2 iddiаçıyа nisbətdə dаhа üstün hüquqi mövqeyə çıxmışdır.
23. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində iddiaçı İddiaçı məhkəmə qətnaməsi ilə ½ hissəsi onun payı olaraq müəyyən edilmiş “Nissan SUNNY” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində mülkiyyət hüquqlarından məhrum olmuşdur. Bununla, iddiaçının cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində məhrum olduğu əmlakın d əyərinin əvəzinin ödənilməsini tələb etmək hüquqları yaranmışdır. Lakin, tələb hüquqları ayrıca məhkəmə baxışının predmeti ola bilər, hazırkı iddia yalnız Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 24 fevral 2020-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədədir və həmin tələb bu qətnamənin 29-30-cu bəndlərində göstərilən əsaslara görə təmin edilə bilməz.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 181, 182 və 337-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9, 14, 77, 88, 217, 218 və sair maddələrə, “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” А zərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrına, “Könül Nаmidаr qızı Qəribоvаnın şikаyəti ilə əlаqədаr Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi MİÜMK-ın 16 аvqust 2006-cı il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 08 mаy 2008-ci il tаrixli qərаrına, “H.Cəfərоvun şikаyəti üzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki Kоllegiyаsının 6 fevrаl 2012-ci il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 15 sentyаbr 2014-cü il tаrixli qərаrın istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kas sasiya şikayətinin dəlilləri
25. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qənaətindən görünür ki, məhkəmə obyektiv həqiqəti müəyyən etməmiş, yalnız cavabdehin hüquqları və özünü subyektiv mülahizələri əsasında qərar qəbul etmişdir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsinin surətindən, həbelə birinci instansiya məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(016)-469/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol P olis İdarəsinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin hüquq və vəzifələrinin əvvəlki vəziyyətə qaytarılması və 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Ağsu Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(016)-469/2022 nömrəli qətnaməsindən görünür ki, guya iddia tam edilmiş, Cavabdeh1 və Cavabdeh2 arasında “Nissan SUNNY” markalı, **-VZ-*** (**-ST-***) dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 24 fevral 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqımüqaviləsi etibarsız hesab edilmiş və 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Halbuki qətnamədə iddia tələbinin tərəflərin hüquq və vəzifəl ərinin əvvəlki vəziyyətə gətirilməsi hissəsinə hər hansı bir qiymət verilməmişdir. O cümlədən Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi, habelə Ağsu Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(016)-158/2020 nömrəli qətnaməsi gözardı edilmişdir. Əslində birinci instansiya məhkəməsi iddiaçıya iddia tələbini dəqiqləşdirilməsi üçün şərait yaratmalı, iddia tələbinin tərəflərin hüquq və vəzifələrinin əvvəlki vəziyyətə gətirilməsi hissəsinin nəyi ehtiva etdiyini müəyyənləşdirməli, mübahisəyə tərəflərin hüquq bərabərliyi, yəni iddiaçı Mehdiyeva (Cəbrayılova) Mədinə Soltan qızının əvvəlki iddia tələbi əsasında qəbul edilmiş və qanuni qüvvəyə minmiş Ağsu Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(016)-158/2020 nömrəli qətnaməsinin mövcudluğ u və Cavabdeh2 vicdanlı alıcı olması kontekstində qiymət verməli olduğu halda, bunu etməmiş, mübahisəni birtərəfli həll etmişdir. Təəssüf ki, həmin qanunsuzluğu eyni zamanda apellyasiya instansiyası məhkəməsi də davam etdirmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edərək iddiaçı Mehdiyeva (Cəbrayılova) Mədinə Soltan qızının əvvəlki iddia tələbi əsasında qəbul edilmiş və qanuni qüvvəyə minmiş Ağsu Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(016)-158/2020 nömrəli qətnaməsinin mövcudluğu və Cavabdeh2 vicdanlı alıcı olması kontekstində qiymət verməli olduğu halda, bunu etməmiş, mübahisənin predmeti olan **-ST-*** (**-VZ-***) dövlət qeydiyyat nişanlı avtomobilin qiymətinin müəyyən edilməsi barədə məhkəmə-əmtə əşünaslıq ekspertizası təyin etməli, yaxud da lisenziyası olan qiymətləndirici tərəfindən mütəxəssis rəyi alınmasını təmin etməli, bundan sonra həmin məbləğin yarısının cavabdehlər Cavabdeh4, Cavabdeh3 alınaraq iddiaçı Mehdiyeva (Cəbrayılova) Mədinə Soltan qızına verilməsi, məhkəmə xərclərinin də həmin cavabdehlərdən tutulması, habelə Cavabdeh2 vicdanlı alıcı olduğu üçün onunla Cavabdeh1 arasında bağlanmış müqavilənin qanuni hesab edilməsi barədə qətnamə qəbul etməli idi. Yəni apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qismən təmin etməli, Cavabdeh2 vicdanlı alıcı olduğu üçün onunla Cavabdeh1 arasında bağlanmış müqaviləni qanuni hesab etməli və eyni zamanda iddiaçı Mehdiyeva (Cəbrayılova) Mədinə Soltan qızının iddiasını qismən təmin etməli idi. Lakin təəssüf ki, apellyasiya instansiyası məhkəməsi belə qanuni və əsaslı qərar qəbul etməmişdir. Ən maraqlısı odur ki, həm birinci instansiya məhkəməsinin qətnaməsində, həm də apellyasiya instansiya məhkəməsinin qətnaməsində Cavabdeh4 və Cavabdeh3 cavabdeh kimi göstərilsələr də qətnamələrin nəticəvi hissəsində onlara münasibətdə hər hansı bir qərar qəbul edilməmişdir. Bundan əlavə həm birinci, həm apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin arayışını bilərəkdən və ya bilməyərəkdən düzgün incələməmiş, orada başqa ** SV *** dövlət qeydiyyat nişanlı avtomobillə hazırkı mübahisənin predmeti olan ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil barədə məlumatları qarışdırmışlar. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş Ağsu Rayon Məhkəməsinin 11 fevral 2020-ciiltarixli, 2(016)158/2020 nömrəli qətnaməsinin mövcudluğuna baxmayaraq yeni bir məhkəmə mübahisəsinə başlanılmasına işarət etmişdir. Ona əhəmiyyət verməmişdir ki, iddiaçı Mehdiyeva(Cəbrayılova) Mədinə Soltan qızının barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq onun mülkiyyət hüquqlarının pozulması hələ də davam edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilir ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müd dəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi isə tam hüquqlu məhkəmə kimi işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxmalı olduğu halda heç bir araşdırma aparmadan, iddiaçı tərəfin iddiasının mahiyyətinə qiymət vermədən, iş materiallarında olan mötəbər sübutları nəzərə almadan qətnamə qəbul etmiş, qətnamədə iddia tələbinin tərəflərin hüquq və vəzifələrinin əvvəlki vəziyyətə gətirilməsi hissəsinə hər hansı bir qiym ət verilməmişdir. Birinci instansiya məhkəməsi mübahisənin obyektiv həllini təmin etmək üçün bütün sübutları topladığı, sonra həmin sübutları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirdiyi halda, apelyasiya instansiyası məhkəməsi MPM-nin 106.1-ci maddəsinin həmin tələblərini heçə saymışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
29. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
30. Maddə 144.2. Sərənca m hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir.
31. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
32. Maddə 203.2. Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə
567. A lğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
35. Maddə
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qü vvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini əsaslı saymır, ona görə ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən Cavabdeh1la Cavabdeh2 arasında mübahisəli avtomobilin alqı-satqıısına dair xx.xx.2020-ci il tarixli müqavilənin qanunvericiliyin tələblərinə uyğun bağlanıldığı, əqd bağlanarkən Cavabdeh1 rəsmi reyestrdəki qeydə əsasən əşyaya sərəncam vermək səlahiyyətinə malik olduğu, əqdin etibarsız sayılması üçün əsas aşkar olunmadığı və həmin müqavilə əsasında Cavabdeh2 adına mülkiyyət qeydinin aparıldığı müəyyən edilmişdir.
45. Əşya üzərindəki mülkiyyət hüququ qanuni əsaslarla başqasına keçdiyi andan əvvəlki mülkiyyətçi həmin hüququnu itrdiyin ə görə iddiaçının mübahisəli nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqularının qalmasına dair mövqeyi əsaslı sayıla bilməz.
46. Apellyasiya məhkəməsi əşya üzərindəki mülkiyyət hüququnun aradan qalxmasına görə düşdüyü zərərin əvəzinin ödənilməsinə dair ayrıca iddia qaldırmaq hüququ iddiaçıya izah edilmişdir.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılm ası üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-242/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.