Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2976/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2976/2021 (Açar sözlər: gecikdirilmiş əmək haqqına görə maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin vəkili X3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8828/2020 nömrəli iş üzrə 11 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 02 mart 2017-ci il tarixli, 631 saylı əmək müqaviləsinin surətindən oörünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən 02 mart 2017-ci il tarixdən Tənzimləmə və Hüquq İşləri və SƏTƏM üzrə idarənin Müqavilələrlə İşlər üzrə X1 üzrə Bölməsinə Böyük hüquq məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətşiz bağlanmışdır. Cavabdeh MMC-nin 15 fevral 2019-cu il tarixli 73 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrinin surətindən görünür ki, Cavabdeh MMC-nin Baş icraçı direktorunun 15.10.2018-ci il tarixli, 691 nömrəli əmri ilə Cəmiyyətin Təchizat idarəsinin strukturunda və ştatlarının sayında dəyişikli klər edilmiş, Kommersiya müqavilələri üzrə bölmə Tənzimləmə, Hüquq işləri və SƏTƏM üzrə idarənin tabeliyindən çıxarılaraq Təchizat idarəsinin strukturuna keçirilmişdir. Bununla əlaqədar Tənzimləmə, Hüquq işləri və SƏTƏM üzrə idarənin Kommersiya müqavilələri üzrə ıdlməsinin Böyük hüquq məsləhətçisi İddiaçı eyni vəzifə, eyni əmək funksiyaları və eyni əmək haqqı (2268,15 manat (iki min iki yüz altmış səkkiz manat on beş qəpik) ilə əmək fəaliyyətini Təchizat idarəsinin tərkibindəki Kommersiya müqavilələri bölməsində davam etdirmək rəsmi qaydada təklif olunmuşdur. Lakin adı çəkilən işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmiş, bununla əlaqədar “02” mart 2017-ci tarixli, 631 nömrəli əmək müqaviləsinə hazırlanmış dəyişikliyi imzalamamışdır. Bundan əlavə əmək qanunverciliyində n əzərdə tutulan qaydada yeni əmək şəraitinin şərtləri ilə razılaşmadığı üçün İddiaçı yeni yaradılmış Dövlət orqanları ilə əlaqələr və Hüquq idarəsində mövcud olan iki hüquq məsləhətçisi vəzifəsindən biri təklif olunsa da, sonuncu bu təklifi də qəbul etməmişdir. Tənzimləmə, Hüquq işləri və SƏTƏM üzrə idarənin Kommersiya müqavilələri üzrə bölməsinin Böyük hüquq məsləhətçisi İddiaçı ilə bağlanmış "02” mart 2017-ci il tarixli, 631 nömrəlı əmək müqaviləsinə 15.02.2019-cu il tarixindən etibarən Azərbaycan Respublikas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə) xitam verilmişdir və işçi tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanl adığı 08.04.2019-cu il tarixli, **********4 saylı məktubun surətindən görünür ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən Cavabdeh MMC-nin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)2848/2019 saylı, 16.04.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1233/2020 saylı, 02.03.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11165/2019 nömrəli iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əmək məzuniyyətinin verilməsi barədə əmrlərdən görünür ki, 12.06.2017-ci il tarixli, 808 №-li əmrə əsasən İddiaçı 07.03.2017-ci il tarixdən 07.03.2018-ci il tarixədək olan iş ili üçün 11 gün (5 gün əsas, 6 gün əlavə), 13.07.2017-ci il tarixli, 969 №-li əmrə əsasən 07.03.2017-ci il tarixdən 07.03.2018-ci il tarixədək olan iş ili üçün 25 gün, 07.03.2018-ci il tarixdən 07.03.2019-cu il tarixədək olan iş ili üçün 4 gün, 16.03.2018-ci il tarixli, 113M №-li əmrə əsasən 07.03.2018-ci il tarixdən 07.03.2019-cu il tarixədək olan iş ili üçün 2 gün, 18.04.2018-ci il tarixli, 153M №-li əmrə əsasən 07.03.2017-ci il tarixdən 07.03.2018-ci il tarixədək olan iş ili üçün 1 gün, 01.06.2018-ci il tarixli, 202.1M №-li əmrə əsasən 20182019-cu il tarixədək olan iş ili üçün 1 gün, 10.08.2018-ci il tarixli, 278M №-li əmrə əsasən 2017-2018, 20182019-cu il tarixədək olan iş illəri üçün cəmi 14 gün, 17.08.2018-ci il tarixli, 284M №-li əmrə əsasən 2018-2019-cu il tarixədək olan iş ili üçün 10 gün məzuniyyət verilmişdir. Əmək haqqı üzrə çıxarışdan görünür ki, "Cavabdeh" MMC tərəfindən İddiaçı hesabına 7891,81 manat pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən son haqqhesabın ona gec ödənilməsinə görə 392,23 manat və mənəvi ziyanın əvəzi olaraq 10.000 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən son haqq-hesabın ona gec ödənilməsinə görə 392,23 manat, ödənilməmiş 7 günlük məzuniyyət haqqı olaraq 514,71 manat, ödənilməmiş mükafat 13-cü əmək haqqı olaraq 2056 manat və mənəvi ziyanın əvəzi olaraq 10.000 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 mart 2017-ci il tarixindən Cavabdeh MMC-də Tənzimləmə və Hüquq işləri və SƏTƏM üzrə idarənin kommersiya müqavilələri bölməsind ə böyük hüquq məsləhətçisi vəzifəsində işləmişdir. Cavabdeh MMC 15 fevral 2019-cü il tarixində onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə xitam vermişdir. Əmək müqaviləsinə 15 fevral 2019-cü il tarixində xitam verilməsinə baxmayaraq əmək kitabçası və son haqq-hesab həmin gün ona verilməmişdir. Çoxsaylı müraciətlərdən sonra əmək kitabçası 18 fevralda, son haqq-hesab isə 20 fevralda ona verilmişdir. O, əmək hüquqlarının pozulması ilə bağlı X4 Xidmətinə müraciət etmişdir. X4 Cavabdeh MMC tərərfindən onunla bağlanan əmək müqaviləsinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğunu aşkar et mişdir. Bununla bağlı Cavabdeh MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında 08 aprel 2019-cu il tarixində **********4 saylı protokol tərtib edilmişdir. Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilən son haqq-hesabın məbləği 7.844,74 manat təşkil edir. Beləliklə, 5 gün gecikdirməyə görə, işəgötürən həmin məbləğin (hər gün üçün 1% olmaqla) 5%-i həcmində ödənc ödəməlidir ki, bu da 392,23 manat təşkil edir. Bu barədə onun etdiyi şikayət X4 Xidməti tərəfindən araşdırılmış və pozuntu aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 08.04.2019-cu il tarixli, **********4 saylı arayışında göstərilir ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü maddə sinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğu aşkar edilmişdir.Bu səbəbdən Cavabdeh MMC-nin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu da onu göstərir ki, işəgötürən tərəfindən ona qarşı yol verilmiş mülki (əmək hüququ) və inzibati hüquq xarakterli pozuntu öz təsdiqini qanunla müəyyən edilmiş qaydada tapmışdır. Bundan başqa son haqq hesab zamanı bir sıra yalnışlıqlara da yol verilmişdir. İşəgötürənin əmək müqaviləsinin ləğv edilməsi barədə 73 saylı, 15.02.2019-cu il tarixli əmrinin 2-ci bəndinə qeyd edilmişdir ki, istifadə edilməmiş 14 gün məzuniyyət günləri üçün pul əvəzi ödənilsin. Lakin iddiaçının istifadə edilməmiş məzuniyyət günlərinin sa yı 14 gündən çox idi. Belə ki, əmək müqaviləsinə əsasən, onun 36 gün əmək məzuniyyəti olduğu halda, o, yalnız 15 gününü istifadə etmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd edilən maddədən göründüyü kimi son haqq-hesaba işçinin istifadə edilməmiş əmək məzuniyyəti, əmək haqqı və digər ödənişlər daxildir. Digər ödənişlərə isə, mükafat da daxildir. Cavabdeh MMC-də hər il yanvar-fevral aylarında şö bələrin bütün işçilərinə rəhbərlik tərəfindən elektron poçt vasitəsi ilə performansın qiymətləndirilməsinə dair müvafiq blanklar göndərilir ki, həmin blank işçilər tərəfindən doldurulub rəhbərliyə təqdim edilir və bunun əsasında hər bir işçiyə mükafat olaraq, 13-cü əmək haqqı ödənilir. Lakin, belə bir email və blank ona gəlsə də, yekunda ona heç bir mükafat köçürülməmişdir. Əgər bu mükafat ona aid deyildisə, bu emaili işəgötürən ona niyə göndərmişdi. Beləliklə, ona ödənilmiş son haqq-hesabın gecikdirilməsindən savayı, hesablanması da düzgün aparılmamışdır. Buraya aiddir: Cavabdeh MMC iddiaçıya istifadə edilməmiş 14 gün məzuniyyət günləri üçün pul əvəzi ödəmişdir. Lakin, onun istifadə edilməmiş məzuniyyət günlərinin sayı 14 gündən çox idi. Belə ki, əmək müqaviləsinə əsasən, onun 36 gün əmək məzuniyyəti olduğu halda, o, yalnız 15 günün istifadə etmişdi. 36-15=21 gün edir ki, bunun da 14 günü üçün ona ödəniş edilmişdir. Göründüyü kimi, onun 7 (21-14=7) günlük məzuniyyətinin pulu ödənilməmiş olaraq qalır. Bir günlük məzuniyyət haqqı 73,53 (yetmiş üç manat, əlli üç qəpik) manat olduğu halda 7 gün üçün ona 514,71 (beş yüz on dörd manat, yetmiş bir qəpik) manat ödənilməlidir. Cavabdeh MMC tərəfindən hər bir işçiyə mükafat olaraq, ödənilən 13-cü əmək haqqı ona da ödənilməlidir ki, bu da 2.056 manat təşkil edir. İşəgötürənin iddiaçıya qarşı qərəzli hərəkətindən biri də, onu tez-tələsik işdən çıxarmaqla, qeyd edilən pozuntulara yol vermişdir ki, bunun təsdiqi də son haqq hesabını vaxtında ödəmədiyi barədə X2 məktubudur. İddiaçı Cavabdeh MMC-də baş hüquqşünas vəzifəsində işləmişdir, işəgötürənin ona qarşı yol verdiyi pozuntu məqsədli olmaqla, iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissələrini yaratmaq üçün edilmişdir. Yəni, ona göstərməyə çalışmışdır ki, o, hüquqşünas olaraq, öz hüquqlarını qoruya bilmir. Çünki, cavabdehə qarşı məhkəmələrdə bir neçə iddiası olmuş və cavabdeh buna görə də ona qarşı acıqlı və qərəzli davranmışdır. Odur ki, bütün bunlar ədalətlilik prinsipi əsas tutulmaqla, ona mənəvi ziyana görə kompensasiyanın ödənilməsi üçün əsasdır. İddiaçının işində cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) pul itkisi formasında baş vermişdir. Mənəvi zərərin vurulmasının sübut edilməsi üçün şəxsin əmlak və ya şəxsi qeyri-əmlak hüququnun pozulması faktının müəyyənləşdirilməsi mənəvi zərərin vurulduğu qənaətinə gəlmək üçün kifayətdir. Cavabdeh MMC 15.02.20 19-cü il tarixində onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə xitam versə də, əmək kitabçasını və son haqq-hesabı həmin gün ona verməmişdir. Buna görə də, beş gün ərzində çoxsaylı şifahi müraciətlər etməyə, iş yerinə və banka təkrar-təkrar getməyə məcbur olmuşdur. Bütün bunlar nəticəsində, yəni cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) onda mənəvi əzab və məyusluq hissinə səbəb olmaqla, emosional sarsıntı keçirməsinə səbəb olmuşdur ki, nəticədə ona mənəvi ziyan vurmuşdur. Buna görə də həmin ziyan cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş № 2(006)-2242/2020) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya m əhkəməsi iddia tələbinin cavabdehdən son haqq-hesabın gec ödənilməsinə görə hər gün üçün 1% olmaqla 392,23 manat tələb edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə iddiaçıya ödənilməsi geçikdirilmiş məbləğlə bağlı hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməli olduğu müəyyən edilir. Hazırki mübahisədə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi təsdiq olunsa da, tərəflər arasında fərdi əmək mübahisəsinin olduğu aşkardır. Birinci instansiya məhkəməsi iddia tələbinin 7 günlük məzuniyyət haqqı olaraq 514,71 manat tələb edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, 15 fevral 2019-cu il tarixli 73 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdən görünür ki, iddiaçıya istifadə edilməmiş 14 məzuniyyət gününün əvəzinin ödənilməsi nəzərdə tutulmuş və iddiaçı isə iddia ərizəsində həmin məbləğin ödənildiyini bildirmişdir. Bundan əlavə iddiaçı onun 36 gün əmək məzuniyyəti olduğunu, bunun yalnız 15 gününü istifadə etdiyini və istifadə edilməmiş 21 məzuniyyət günü olmasına baxmayaraq ona yalnız 14 məzuniyyət gününün pul əvəzinin ödənildiyini bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının 12.06.2017-ci il tarixli, 808 №-li, 03.07.2017-ci il tarixli, 969 №-li, 16.03.2018-ci il tarixli, 113M №-li, 18.04.2018-ci il tarixli, 153M №-li, 01.06.2018-ci il tari xli, 202M №-li, 10.08.2018-ci il tarixli, 278M №-li və 17.08.2018-ci il tarixli, 284M №-li əmrlərlə müvafiq məzuniyyət günlərindən istifadə etdiyi müəyyən edilmiş, tələb bu hissədə də iddiaçı tərəfindən əsaslandırıla bilməmişdir. İddiaçının ödənilməmiş mükafat 13-cü əmək haqqı olaraq 2056 manat tələb etməsinə münasibətdə birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçı ilə Cavabdeh” MMC arasında bağlanmış 02 mart 2017-ci il tarixli, 631 saylı əmək müqaviləsində cavabdehin bu cür mükafat məbləğinin ödənilməsi ilə bağlı öhdəlik daşıdığı müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-8828/2 020) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2242/2020 saylı, 11.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçının iddia tələbinin əsaslı olması da öz təsdiqini tapmamışdır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil İddiaçı) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)8828/2020 nömrəli iş üzrə 11 dekabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X5 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol vermə mişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8828/2020 nömrəli iş üzrə 11 dekabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş süb utlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bən dinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.2-ci maddəsinə əsasən, kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172. 5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir 177-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 -ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən i sə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişi klik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kol legiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8828/2020 nömrəli iş üzrə 11 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2976/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2976/2021
29.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver