Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2978/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Notariat Kontoru, Cavabdeh3 və Cavabdeh2 qarşı miras əmlakdan payın verilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi, mirasın faktiki qəbulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, vəkili Sadıqov İbrahim Miri oğlunun, Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(103)-183/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin seriya Mİ-İ 094401 saylı, 01.08.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, x8 saylı evin üzərində 1/5 hissədə İddiaçı, 1/5 hissədə X1, 3/5 hissədə X10 mülkiyyət hüququ qeydə alınmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01.09.2016-cı il tarixli, 2(003)-2046/2016 saylı qətnaməsinin surətindən görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-1034/2013 saylı, 31.07.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı əriz əsi təmin edilərək, 27.03.1959-cu ildə Bakı şəhərində doğulmuş Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan qardaşı x oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinənin elektron baza məlumatlarından görünür ki, x oğluna birinci qrup əlillik dərəcəsi verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 11.12.2014-cü il tarixli, 877 saylı sərəncamının surətindən görünür ki, X5 üzərində qəyyum təyin edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 19.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. X4 və x oğlu həmin ünvanda qeydiyyatdadırlar. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunun İddiaçı ünvanladığı 19.05.2015-ci il tarixli, 366 saylı məktubunda qeyd edilmişdir ki, X9 miras qalmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1-ə aid İddiaçı və qardaşı X2 bərabər paylarda 1/5 hissəyə 02.07.1997-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhumun digər vərəsələri olan X3 barəsində məlumat olmadığı üçün ona düşən hissə açıq qalmışdır. Qardaşına adına düşən 1/5 hissəyə dair notariat qaydasında rəsmiləşdirilmə mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Notariat Kontoru, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək x8 saylı miras evdən mərhum ataları x oğlunun adında qalmış 3/5 hissədə payın mirası qəbul etmiş və payları müəyyən edilmiş İddiaçı və X1 arasında bölüşdürülməsi barədə qətnamə qəbu l edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, x8 saylı ev ataları x oğlunun mülkiyyətində olmuşdur. Ataları 24 iyun 1992-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış həmin evin İddiaçı qızına 1/5 pay, X2 1/5 pay olmaqla pay bölgüsü aparılmış, x oğlunun 3/5 hissədə payı açıq qalmışdır. Vərəsə olan x qızı 1988-ci ildə hazırkı yaşayış sahəsindən pasport qeydiyyatından çıxmış və özünə məxsus yaşayış sahəsinə qeydiyyata düşərək bu günə qədər yaşamaqda davam edir. X7 1996-cı ildə miras mülkdən pasport qeydiyyatından çıxaraq ölkə xaricinə daimi yaşamaq üçün getmişdir. Başqa vərəsə x qızı 1970-ci ildə miras mülkdən qeydiyyatdan çıxaraq başqa yaşayış sahəsinə qeydiyyata düşmüş və orada yaşamışdır. Ataları öldükdən sonra o və qardaşı x oğlu vərəsəlikdə mirasın qə bulu ilə bağlı bütün tələb olunan qaydalara əməl etməklə qanunla onlara düşən payı almış və bu barədə 1997-ci ildə Qeydiyyat vəsiqəsi verilmişdir. Digər vərəsələr nə qanuni, nə də faktiki olaraq mirası qəbul etməmiş, miras açıldığı vaxtdan (1992-ci ildən) hazırkı vaxtadək payların müəyyən edilməsi ilə bağlı müraciət etməmişlər. Nəticədə miras əmlakın 3/5 hissəsi 24 iyul 1992-ci ildə vəfat etmiş x oğlunun adında qalmışdır. Qeyd edilənlərə əsasən x8 saylı miras evdən mərhum ataları x oğlunun adında qalmış 3/5 hissədə payın mirası qəbul etmiş və payları müəyyən edilmiş İddiaçı və X1 arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər vərəsələr olan Cavabdeh2 və Cavabdeh3 məhkəməyə ünvanladığı etirazda mirasdan imtina etmədiklərini bildirərək İddiaçı miras əmlakdan payın verilməsi barədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Zeynəb Axundova) 11 dekabr 2018-ci il tarixli 2(003)-3621/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, BX küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə dair x oğlunun adına açıq qalmış 3/5 hissə İddiaçı və X1 arasında bərabər bölüşdürülməklə İddiaçı 3/10 hissədə, X1 3/10 hissədə payının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X küçəsindəki 8 saylı ev x oğlunun mülkiyyətində olmuşdur. x oğlu 24.06.1992-ci ildə vəfat etmişdir, onun 5 övladı olmuşdur. Onun ölümündən sonra miras qalmış Xküçəsindəki 8 saylı evin İddiaçı qızma 1/5 pay, X2 1/5 pay olmaqla pay bölgüsü aparılmış, X oğlunun 3/5 hissədə payı açıq qalmışdır. Bununla bağlı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin seriya MH 094401 saylı, 01.08.1997-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. İşin faktiki hallarında göründüyü kimi cavabdehlərin ataları X10 ölümü və ondan miras olaraq əmlakın qalmasından xəbərdar olması işin mübahisəsiz halıdır. Həmin vərəsəlik üzrə əmlakın bölüşdürülməsindən 26 il vaxt keçməsinə baxmayaraq, ölmüş X10 adında olan 3/5 hissə açıq qalmış və bu müddət ərzində həmin miras barədə digər vərəsələr susmuş, onlar tərəfindən miras qəbul və ya ondan imtina edilməmişdir. Mübahisəli əmlakla bağlı qüvvədə olan vəsiyyətnamənin mövcudluğu isə müəyyən edilməmişdir. İddiaçı və x oğlu ataları öldüyü vaxtdan ondan miras qalmış əmlakı bütünlüklə qəbul edərək 26 il ərzində ə mlaka fasiləsiz sahiblik etmişlər. x oğlu birinci qrup əlilidir və Bakı şəhəri İcra Hakimiyyəti başçısının 11.12.2014-cü il tarixli, 877 saylı sərəncamı ilə X5 üzərində qəyyum təyin edilmişdir. Məhkəmə hesab etmişdir ki, 3/5 hissə açıq qalmış pay qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin (İddiaçı və X6) payına əlavə edilməli və onların arasında paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1146, 1159.1, 1243, 1246, 1247, 1255, 1262, 1273-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apelyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(003)-3621/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsində ki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onlara məxsus paya da sahib olmaq istəyir. Belə ki, onlar Xküçəsində yerləşən 8 saylı evdə olan miras paylarından imtina etməmiş və bu barədə heç bir notarial qaydada təsdiq olunmuş razılıq verməmişlər. Onların da iddiaçı ilə bərabər həmin evə dair miras payları vardır, çünki ev onların faktiki sahibliyində olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Anar Tanrıverdiyev) 2(103)-183/2020 nömrəli 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(003)-3621/2018 saylı qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apelyasiya şikayə ti üzrə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X9 miras qalmış X küçəsində yerləşən 8 saylı ev İddiaçı və X2 bərabər paylarda 1/5 hissədə müəyyən olunmaqla 02 iyul 1992-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X10 adında 3/5 hissə açıq saxlanılmışdır. Həmin vərəsəlik üzrə əmlakın bölüşdürülməsindən 26 il vaxt keçməsinə baxmayaraq digər vərəsələr Cavabdeh3 və Cavabdeh2 tərəfindən mərhum ataları X9 açıq qalmış həmin əmlak faktiki olaraq qəbul edilməmiş və ya ondan imtina edilməmişdir. Həmin müddət ərzində də mübahisəli əmlakla bağlı qüvvədə olan vəsiyyətnamənin mövcudluğu müəyyən edilməmişdir. Lakin sonradan Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı vərəsə kimi ta nınma və miras əmlakdan payın ayrılması tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2019cu il tarixli 2(103)-1385/2019 saylı qətnaməsi ilə onların iddiaları təmin edilməmiş, sonuncu qətnamədən Cavabdeh2 verdiyi apelyasiya şikayəti də təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin 11 sentyabr 2(103)-11009/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Cavabdeh3 münasibətdə 30 iyul 2019-cu il tarixdə, Bakı Apelyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qətnaməsi isə Cavabdeh2 münasibətdə 29 noyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mərhum X9 açıq saxlanılmış payın qanun üzrə vər əsəliyə çağırılmış İddiaçı və X1 payına əlavə edilməsi və onlar arasındakı paylara mütənasib surətdə bölüşdürülməsinə dair iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-183/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı kassatora məxsus paya da sahib olmaq istəyir. Belə ki, o, X küçəsində yerləşən 8 saylı evdə daima yaşamış, oranı təmir etmiş, həmin evdə olan miras paylarından imtina etməmiş və bu barədə heç bir notarial qaydada təsdiq olunmuş razılıq verməmişdir. Onun da iddiaçı ilə bərabər həmin evə dair miras payları vardır, çünki ev onun faktiki sahibliyində olmuşdur. Lakin hər iki instansiya məhkəmələri bu hallara hüquqi qiymət verməmişlər. Apellyasiya məhkəməsinin qətnaməsi bir cümlə ilə əsaslandırılmış, heç bir sübut olmadan 1-ci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Məhkəmə işə qeyri-obyektiv və birtərəfli baxmış, işin nəticəsinə təsir edən hüquqi hallarına lazımi hüquqi qiymət verməmiş, yalnız iddiaçının mövqeyindən çıxış edərək əsassız, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Qə tnamədə göstərilən müddəalar, guya ki cavabdehlər əmlakı faktiki olaraq qəbul etməməsi həqiqətə uyğun deyil. Belə ki, o, miras əmlakı faktiki qəbul etmiş və idarə etmişdir. İşdə iştirak edən digər şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı və vəkili Sadıqov İbrahim Miri oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir m əlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi (1965-ci ildən qüvvəyə minmiş və 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş): Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr o lmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə verilmiş kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassatora aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi id diaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Miras açılan zaman qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən mi ras qoyan ölümündən sonra iddiaçı və qəyyumu olduğu qardaşı mirası qəbul etmiş və onların miras payı üzərinə mülkiyyət hüquqları qeydə alınmışdır. Açıq qalmış payı isə kassator vərəsə kimi nə faktiki, nə də notariusa müraciət etməklə qəbul etməmişdir. Bu fakt Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(103)-1385/2019 saylı qətnaməsi ilə də müəyyən edilmişdir. Bu hərəkətləri ilə kassator Cavabdeh2 mirası faktiki olaraq qəbul etmədiyini, sonradan da miras əmlaka dair hər hansı iddiasının olmamasını aşkar şəkildə nümayiş etdirmişdir. Belə olan halda, isə açıq qalmış miras payı mirası qəbul etmiş vərəsələr arasında paylarına uyğun bölünməlidir. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi, onun tərəfindən mirasın faktiki qəbul edilməsi, mirasdan imtina edilməməsi ilə bağlı dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi-nin 407.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət ve rmir. Buna görə də, kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir və həmin dəlillərin qətnamənin Cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsinin ləğvinə əsas vermədiyi qənaətinə gəlir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(103)-183/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.