Məhkəmə qərarları › İş №2(102)-2978/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2978/2022

01.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2978/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, pul) Hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3458/202 1 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə İddiaçı xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlamışlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2020-ci il tarixli, 72472/1220 saylı məktubundan aydın olur k, Cavabdeh1 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçməmiş, əvvəllər adına qeydiyyata alınan və sonradan qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən, eləcə də etibarnamə əsasında istifadəsinə verilmiş nəqliyyat vasitələri barədə kompyuter çıxarışlardan məlum olur ki, Cavabdeh 1 birgə nikah dövründə müxtəlif markalı maşınlar alıb satmışdır.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2020-ci il tarixli, 302.3795-1220 saylı məktubuna əsasən buraxılış ili 2010-cu il olan ** OD *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil xx.xx.2020xx.xx.2022-ci illərdə etibarnamə ilə İddiaçı satılmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********46 saylı məktubuna əsasən ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 3M-588 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanması müqaviləsi əsasında X1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir.xx.xx.2003-cü il tar ixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil ½ hissə X2, ½ hissə isə X3 adına olmaqla qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında sözügedən mənzil Məmmədova Dəstəgül İbad qızının adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli dövlət reyesterindən çıxarış verilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5569 saylı ekspert rəyinə əsasən 2013-cü il buraxılışlı, «BMW 3281» markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil təyinatı üzrə istifadəyə tam yararlı vəziyyətdədir, hazırda orta bazar qiyməti nəzəri qaydada təxminən 32.000 manat, likvid qiyməti təxminən 28.500 manat müəyyən olunmuşdur. 6. "xx xx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2019cu il tarixli GTC-11850İB/2019 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-dən 12.500 manat məbləğində kredit almışdır və hal-hazırda həmin kredit üzrə öhdəlik mövcuddur.

7. Qoşma ödəniş cədvəlinə əsasən iddiaçının banka olan qalıq kredit məbləği 2327,49 manat təşkil edir (i/v 175). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsız hesab edilməsi və ya mübahisəli nəqliyyat vasitəsinin ona düşən 50 faiz hissəsi, yəni 15000 manatın, 30 manat dövlət rüsumunun və 100 manat vəkil xərcinin cavabdehdən onun xeyrinə alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İlk iddia üzrə İddiaçı tələbin həcminin dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikah dövründə əldə edilmiş “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış avtomobilin özgəninkiləşdirilməsi barədə formal bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, avtomobilin üzərində ½ pay hüququnun müəyyən edilməsi və avtomobilin dəyərinin ½ hissəsinin, 30 manat dövlət rüsumunun, 200 manat vəkil xərcinin və nikah dövründə "xxxx" ASC-dən götürdükləri 12500 manat kredit məbləğinin 2020-ci il iyul ayından sonrakı tarixlərdə ödədiyi aylıq ö dənişləri kimi 1663.57 manatın yarısı kimi 831.78 manat və hazırkı banka borclu qaldığı 2588.04 manat borclarının 1294.10 manatın, cəmi 2125.88 manat pulun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Həmçinin Cavabdeh1 İddiaçı qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı dörd adda əmlakların və ya onların dəyəri olan 2620 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-25/2021 saylı qətnaməsi ilə (hakim Gülsarə İmanova) İddiaçı iddia ərizəsinin qismən təmin olunması, Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş, “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 17000 manat pulun yarısı, yəni 8500 manat pulun tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin İddiaçı alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir

12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22, 32, 34.1, 37, Mülki Məcəllənin 152, 157.2, 225-ci maddələri ilə əsaslandırmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri).

14. İddiaçı nikah dövründə "xxxx" ASC-dən götürdükləri 12500 manat kredit məbləğinin 2020-ci il iyul ayından sonrakı tarixlərdə ödədiyi aylıq ödənişləri kimi 1663.57 manatın yarısı kimi 831.78 manat və banka borclu qaldığı 2588.04 manat borclarının 1294.10 manatın, cəmi 2125.88 manat pulun Cavabdeh1 alınaraq ona verilməsi barədə tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir.

15. Məhkəmə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 İddiaçı tələbi ilə iddia etdiyi qol saatını, pul kisəsini və fleşkanı Gülnarəyə özü qaytardığını bildirmişdir. Eyni zamanda cavabdehdən tələb etdiyi brilyant qaşlı ağ qızıl nişan üzüyünün və İphone 6 markalı telefonun mövcüd olması və həmin əşyaların cavabdeh İddiaçı olmasına dair heç bir sübutları məhkəməyə təqdim edə bilməmişdir.

16. Məhkəmə mübahisəli “BMW 328 ” markalı avtomobilin satılaraq artıq başqa bir şəxsin mülkiyyətində olduğunu nəzərə alıb hesab etmişdir ki, mübahisəli avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından İddiaçı iddia ərizəsi bu hissədə də təmin edilməməlidir.

17. Qətnamədən İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-25/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Qətnamədən ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-25/2021 sa ylı qətnaməsinin avtomobilin dəyərinin yarı bölünməsi və qarşılıqlı iddianın rədd olunmuş hissəsində ləğv olunmasını, həmin hissədə yeni qətnamə çıxararaq iddia tələbinin tamamilə rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3458/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi) T.Quliyev, G.Tağızadə) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş, “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 17000 (on yeddi min) manat pulun yarısı, yəni 8500 (səkkiz min beş yüz) manat pulun tutularaq İddiaçı Nizami qızın a ödənilməsi və nikah dövründə "xxxx" ASCdən götürdükləri 12500 manat kredit məbləğinin banka borclu qaldığı 2588.04 manat borclarının yarısının, 1294.10 manatının Cavabdeh1 alınaraq ona verilməsi barədə ilk iddia tələbinin təmin edilməməsinə dair hissəsində ləğv edilib, iddia tələbləri həmin hissədə qismən təmin edilmişdir. Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş, “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 28500 manat pulun yarısı, yəni 14250 manat və "xxxx" ASC-dən götürülmüş 12500 manat kredit məbləğinin banka qalan borc qalığı 2327,49 manat borcun yarısı, yəni 1163,75 manat tutularaq İddiaçı Nizami qızına ödənilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmiş, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddiaya dair iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmışdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı tələbi ilə iddia etdiyi qol saatını, pul kisəsini və fleşkanı Gülnarəyə özü qaytardığını bildirmişdir. Eyni zamanda cavabdehdən tələb etdiyi brilyant qaşlı ağ qızıl nişan üzüyünün və İphone 6 markalı telefonun mövcüd olması və həmin əşyaların cavabdeh İddiaçı olmasına dair heç bir sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilməməlidir.

22. Məhkəmə kollegiyası iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 9/5569 saylı ekspert rəyinə, qoşma ödəniş cədvəlinə istinad edərək hesab etmişdir ki, həmin məbləğ tərəflər arasında bölünməl i və həmin məbləğin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah d övründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür.

24. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. c)

26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətb iq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

27. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

28. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

29. Maddə

37. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzər ə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

30. Maddə 37.3. Ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.

31. Maddə

41. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, hə min ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əmlakdakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.

33. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlilləri ndə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alar aq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3458/2021 nömrəli mülki iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar