Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2979/2020 20.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddia tələbi: mənzilə dair ərizələrin və müqavilələrin etibarsız hesab edilməsi, payların müəyyən edilməsi, mənzilin iddiaçının adına sənədləşdirilməsi, mənzillərin dəyərindəki fərqin ½ hissəsinin iddiaçının xeyrinə tutulması Açar sözlər: müqavilənin etibarsızlığı, ər-arvadın əmlak bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9637/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh2 rəsmi nikahda olmuşlar. Birgə nikahdan onların Əli adlı bir uşaqları doğulmuşdur. Birgə nikah dövründə Cavabdeh1 MMC (bundan sonra – MMC) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 56 nömrəli müqaviləyə əsasən MMC, ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının 1-ci girişinin 5-ci mərtəbəsindəki ümumi sahəsi 103,06 kv.m olan 2 otaqlı 18 saylı mənzilini (bundan sonra – 18 saylı mənzil) Cavabdeh2 verilməsi öhdəliyini üzərinə götürmüşdür. MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.201 5-ci il tarixli, 57 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında MMC tərəfindən inşa edilmiş yaşayış binasının 1ci girişinin 5-ci mərtəbəsindəki ümumi sahəsi 142,07 kv.m olan 3 otaqlı 19 saylı mənzilin (bundan sonra – 19 saylı mənzil) Cavabdeh2 verilməsi öhdəliyini MMC üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixli “Maliyyə arayışına” əsasən, 18 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. xx.xx.2017-ci il tarixli “Maliyyə arayışına” əsasən, 19 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. xx.xx.2018-ci il tarixdə 8İ-489 və 8İ-491 nömrələri ilə reyestrdə qeydə alınan və 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrə əsasən, iddiaçı həyat yoldaşı Cavabdeh2 adına olan 18 və 19 saylı mənzillərin müqavilələrinin istənilən şəxsin adına dəyişdirilməsinə və sənədləşməsinə etirazının olmaması və gələcəkdə həmin mənzillərə dair heç bir iddiasının olmaması və maddi tələb irəli sürməyəcəyinə razılığını öz imzası ilə təsdiqləmişdir. xx.xx.2018-ci il tarixdə 8İ-488 və 8İ-492 nömrələri ilə reyestrdə qeydə alınan və 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrə əsasən, Cavabdeh2 onun adına olan paya münasib verilmiş 18 və 19 saylı mənzillərdən və MMCdə olan payından anası Cavabdeh3 xeyrinə imtina etməsi, əvəzinə həmin paya münasib həmin şəxslə müqavilə bağlanmasına, ona tam ödəniş barədə maliyyə arayışı verilməsinə və gələcəkdə göstərilən mənzillərin həmin şəxs tərəfindən özəlləşdirərək satılmasına etiraz etmədiyini, gələcəkdə həmin mənzillərə dair heç bir iddialarının olm amasını öz imzası ilə təsdiqləmişdir. Bundan sonra Cavabdeh3 ilə MMC arasında 18 və 19 saylı mənzillərlə əlaqədar xx.xx.2018-ci il tarixli 75 və 76 saylı müqavilələr bağlanmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı, iddia ərizəsi və əlavə ərizələrlə məhkəməyə müraciət edərək, MMCyə ünvanlanmış, iddiaçı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə 8i-489 və 8i-491 nömrələri ilə reyestrdə qeydə alınmış və 3 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin verildiyi andan etibarsız hesab edilməsi; MMC ilə Cavabdeh3 arasında 18 və 19 saylı mənzillərlə əlaqədar bağlanmış xx.xx.2018-ci il tarixli 75 və 76 saylı müqavilələrin etibarsız hesab edilməsi; 18 saylı mənzil üzərində onun payının müəyyən edilməsi; MMC-nin üzərinə 18 saylı mənzilin sənədlərinin onun adına keçirilməsi vəzifəsinin qoyulması; 19 saylı mənzil üzərində Cavabdeh2 payının müəyyən edilməsi; 18 saylı və 19 saylı mənzillərin dəyərindəki fərqin 1/2 hissəsinin Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzillərin dəyərini ümumi vəsaitləri hesabına ödəyiblər. Qərara gəlmişlər ki, hər iki mənzili övladları Əliyə vəsiyyət etsinlər. Bu səbəbdən də, iddiaçı, notariusda evin ona aid hissəsinin oğlunun adına vəsiyyət edilməsi barəsində razılıq ərizəsi verməli olub. Cavabdeh2 notariusa gedib əvvəldən sənədləri hazırlayıb. Sənədlər hazır olduqdan sonra, iddiaçı notariusa gedib adından tərtib olunmuş ərizəni imza etmişdir. Ərizəyə imza etdikdən sonra tərəflərin münasibət ləri pisləşmişdir. İddiaçı məcbur qalıb evi tərk etməli olmuşdur. Bir qədər sonra Cavabdeh2 nikahın pozulması barədə iddia qaldırdığını eşitmişdir. Buna görə də, iddiaçı evlərdən birinin onun adına keçirilməsini tələb etmişdir. Lakin Cavabdeh2 bu təkliflə razı olmayaraq, mənzillərin artıq anasının adına keçirildiyini bildirmişdir. İddiaçı məsələni aydınlaşdırmaq üçün MMC-yə müraciət etmiş və məlum olmuşdur ki, müqavilələr qayınanası Cavabdeh3 adına dəyişdirilmişdir. İddiaçının ərizəni imzalayarkən məqsədi evlərin övladının adına keçməli olub. Keçmiş həyat yoldaşı isə onun etibarından istifadə edərək, onu aldatmış və evləri öz anası iş üzrə Cavabdeh3 adına keçirmişdir. Mənzillərin Cavabdeh3 adına dəyişdirilməsi qanunsuzdur, sonuncu mənzillərə görə pul ödəməmişdir. Onun adına verilmiş mali yyə arayışları reallığı əks etdirmir. Müqavilələr xx.xx.2018-ci il tarixdə bağlanmış, maliyyə arayışları isə xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə verilmişdir. Göründüyü kimi, müqavilə bağlanmadan maliyyə arayışları verilmişdir ki, bu da maliyyə arayışlarının həqiqəti əks etdirmədiyini göstərir. Digər tərəfdən, Cavabdeh2 ilə müqavilə ləğv edilmədən, digər şəxslə müqavilə bağlana bilməzdi. Lakin Cavabdeh3 ilə müqavilələr əvvəlki müqavilələr ləğv edilmədən bağlanmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı könüllü olaraq razılıq verib ki, birgə nikah dövründə əldə edilən mənzillər istənilən şəxsin adına keçirilsin. Notariat orqanında verilən ərizələrdən görünür ki, iddiaçı və Cavabdeh2 eyni gündə, eyni saatd a razılıq ərizələri veriblər. Ərizəyə imza edərkən iddiaçı ərizələrin məzmunu ilə tam tanış olmuş, öz iradəsi ilə ərizələri imzalamışdır. Qeyd edilənlərə görə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi xx.xx.2019-cu il tarixdə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsi olsa belə, ər-arvadın şəxsən razılığı olmadan heç bir ərizə qəbul etmirlər. İddiaçı özü şəxsən razılığını bildirmişdir. Mənzillərin dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Notariat qaydasında təsdiq edilmiş ərizələrə əsasən maliyyə arayışları Cavabdeh3 adına dəyişdirilmişdir. Cavabdeh3 ilə müqavilələr bağlayarkən qanunvericiliyin tələblərinə əməl edilmiş və Cavabdeh1 MMC tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-3057/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-9637/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Şamayev) birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4, 404, və 178.8-ci maddələrinə, Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına istinadla hesab etmişdir ki, iddiaçı öz iradəsini ifadə edərək 18 və 19 saylı mənzillərə dair müqavilələrinin istənilən şəxsin adına dəyişdirilməsinə və sənədləşməsinə etirazının olmamasını və gələcəkdə həmin mənzillərə dair heç bir iddialarının olmamasını və maddi tələb irəli sürməyəcəyinə dair yazılı razılığını öz imzası ilə təsdiqləmişdir. 18 saylı mənzillə bağlı ərizələr 8i-488 və 8i-489 nömrələri ilə xx.xx.2019-cu il tarixdə saat 11:47 və 11:48-də; 19 saylı mənzillə bağlı ərizələr isə 8i-491 və 8i-492 nömrələri ilə, həmin tarixdə saat 12:08 və 12:10-da qeydə alınmışdır. İddiaçı və Cavabdeh2 sözügedən ərizələri eyni gündə və eyni saatda notariusun yanında imza etmişlər. Həmin ərizələr MMC-yə ünvanlanmış, mətni isə konkret ifadə olunmuşdur. İddiaçının imzaladığı ərizələr vəsiyyətnamə kimi qəbul edilə bilməz. Ərizələr tərtib edilməsi formasına və məzmununa uyğundur və iddiaçının iradə ifadəsini əks etdirir. Məhkəmə apelyasiya şikayətinin dəlillərinə əsaslandırılmış qiymət vermişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti iddianın və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üzə əhəmiyyət k əsb edən hallara düzgün qiymət verilməmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün və mübahisənin predmeti bölünməz olduğundan həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kassator şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. Halbuki hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Əsasən iddianın dəlilləri ilə üst-üstə düşən həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9637/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2979/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2979/2020
20.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver