Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2981/2022 04.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10081/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə Cavabdeh2 MMC arasından bağlanmış 16 noyabr 2005-ci il tarixli birgə təsərrüfat fəaliyyət haqqında müqavilə ilə Bakı şəhəri İH-nin başçısının 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə ünvan saylı məhəllədə 0,2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirilməsi və tikintisi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdələrinə götürmüşlər.
2. Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış 20 yanvar 2014-cü il tarixli "xxxx" MMC ilə X1 arasında 117 saylı 02 iyul 2006-cı ildə bağlanmış müqavilədən Cavabdeh1 keçid” müqaviləsinə əsasən, icraçı ünvanında 12 mərtəbəli yaşayış evinin Bakı şəhəri İcra Hakimiyyətinin təsdiq etdiyi la yihəyə əsasən, 1-ci blok, 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil izole olunmuş 1 otaqdan ibarət bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
3. X3 ilə İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli ilkin müqaviləyə əsasən, ünvanında yerləşən yaşayış evinin 1-ci blok, 6-cı mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m olan, 1 otaqlı, 42 saylı mənzilinin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflər öhdəliklər götürmüş, mənzilin satış qiyməti 34.000 manat müəyyən edilmişdir. Eyni tarixli maliyyə arayışına əsasən, mənzilin müqavilə dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-XXX/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri XXX Rayon Məhkəməsinin 2(011)-XXX/2019 saylı iş üzrə XXX oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki sahəsi 59.47 kv.m olan bir otaqlı mənzillə bağlı "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə və "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı ) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanında yerləşən yüksəkmərtəbəli binanın 1 blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 20 yanvar 2014-cü il tarixli "xxxx" MMC ilə X1 arasında 117 saylı 20 iyul 2006-cı ildə bağlanmış müqavilədən Cavabdeh1 keçid müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. Həmin mənzil onun tərəfindən təmir edilmişdir. Bu yaxınlarda Cavabdeh1 ilk əvvəl ondan aşağı mərtəbədə yerləşən, sonra isə ona qarşı iddia qaldıraraq mənzilin ona məxsus olmasını bildirmişdir. Lakin, Cavabdeh1 iddia etdiyi ev nəinki o na məxsus deyil, hətta həmin mənzil MTK-nın keçmiş sədr əvəzi X2 tərəfindən saxtakarlıqla başqasına məxsus olan ev Cavabdeh1 satılmışdır. Cavabdehin əlindəki müqavilə üzrə mənzil aşağı mərtəbəyə aiddir. Bununla bağlı, məhkəmə tərəfindən ekspertiza təyin olunsa görünər ki, müqavilə üzrə mənzil onun yaşadığı mənzil deyildir. Belə ki, İcra Hakimiyyətinin verdiyi layihəyə görə onun evi binanın 7-ci mərtəbəsidir. Lakin, Cavabdeh1 müqaviləsində və maliyyə arayışında yazıldığı kimi İcra Hakimiyyətinin layihəsinə görə onun mənzili 1-ci blok, 6-cı mərtəbədədir. Yerində baxış keçirilsə, görünər ki, onun mənzili həqiqətən 7-ci mərtəbədə yerləşir. Bundan əlavə, evin ilkin sahibi XXX evi Cavabdeh1 satmamışdır. Cavabdeh1 təqdim etdiyi keçid müqaviləsi saxtadır. Çünki, həmin müqavilə üzrə mənzili XXXin etibarnamə üzrə nümayəndəsi XXX satmışdır. XXX isə, həmin şəxsin elə bir səlahiyyəti olmadığını deyir. Odur ki, XXX və XXX şahid qismində məhkəməyə dəvət olunsalar, məlum olar ki, onlar ev satmayıblar və hətta ödədikləri vəsait onlara qaytarılmamışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4582/2021 nömrəli, 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia rədd edilmişdir.
8. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən müqavilənin tərəfi deyildir, belə ki, həmin müqavilə müvafiq olaraq Cavabdeh1 ilə 3-cü şəxslər arasında bağlanmışdır. Halbuki, əqdlərin etibarsızlığından bəhs edən Mülki Məcəllənin 337.2-ci maddəsindən görünür ki, əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürməsi hüququ yalnız əqdin tərəfinə məxsusdur. Belə ki, həmi n maddədə təsbit olunmuşdur ki, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göründüyü kimi, əqdin mübahisələndirilməsi üçün ilk olaraq əqdin bir tərəfinin digər tərəfə bununla bağlı iradə ifadəsinin bildirilməsi tələb olunur. Belə olan halda, hazırkı iddia tələbi buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından təmin edilə bilməz.
9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 354.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Həmin qətnamədən iddiaçı apellyas iya şikayəti vermiş və şikayətini iddia ərizəsinə uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, maddi hüquq normaları düzgün təfsir edilməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10081/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), A.Tanrıverdiyev və T.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4582/2021 nömrəli, 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsasl andırma ilə razılaşaraq hesab etmişdir ki, qətnamə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bundan əvvəlki məhkəmə işində məhkəmələr əvvəllər mövcud olmayan, köhnə tarixə saxta yolla düzəldilmiş və həmçinin sırf aidiyyəti olmayan şəxs tərəfindən təqdim edilən sənədin surətini – xx.xx.2012-ci il tarixli birgə təsərrüfat müqaviləsini əsas götürərək iddianı təmin etmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 müqaviləsini "xxxx" MMC vermişdir. Halbuki, müqavilə imzalanan vaxtı həmin MMC-nin "xxxx" MMC-nin adından ev satmağa və ya təsisçini n adından çıxış etməyə səlahiyyəti olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)XXX/2021 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı “birgə təsərrüfat müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, qətnamə qanuni qüvvəsini almış, icra vərəqəsi verilmişdir. Məhkəmə iclasında hakim ümumiyyətlə şikayətlə bağlı halları – nə birgə təsərrüfat müqaviləsinin etibarsız olmasını, nə də Cavabdeh1 evi satan şəxsin imzasının saxtalaşdırıldığını araşdırmamışdır. Bu hallar əvvəlki məhkəmələrdə araşdırılmamış hallardır. Ona görə də, məhkəmə bu hissələrə qiymət verməli idi. Həmçinin, məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməli, sonra iddiaya qiymət verilməli idi. Çünki, XXXin imzası faktiki olaraq saxtalaşdırılmışdır. Bununla ba ğlı da şəxsin məhkəməyə müraciəti olmuşdur. Məhkəmə şəxslərin əməlində cinayət tərkibi olmasına baxmayaraq xüsusi qərardad da çıxartmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
17. Maddə 337.2. Əqd barəsində mübahisə edi ldikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı:
19. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş m əhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərar larının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. L akin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində məhkəmə aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
32. Belə ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- XXX/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
33. Kassasiya şikayətində əvvəlki məhkəmə baxışında məhkəmələrin köhnə tarixə saxta yolla düzəldilmiş birgə təsərrüfat müqaviləsini əsas götürərək iddianı təmin etməsinə istinad edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Kassasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-XXX/2021 nömrəli qətnaməsi ilə MMC- nin "xxxx" MMC-yə qarşı “birgə təsərrüfat müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsinə istinad edilsə də, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-XXX/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir.
35. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-XXX/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" MMC-nin Cavabdeh1 qarşı “keçid müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
36. Bundan başqa, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Cavabdeh1 iddia tələbi qismən təmin edilərək ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki sahəsi 59.47 kv.m olan bir otaqlı mənzillə bağlı "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə və "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, mənzilin boşaldılaraq ona təhvil verilməsi qət edilmişdir. Yəni, əvvəlki mülki işdə iş üzrə cavabdehin iddiası ilə iddiaçı ilə mübahisəli mənzilə dair bağlanmış müqavilə etibarsız hesab olunmuş, mənzilin ona təhvil verilməsi qət edilmişdir. Ona görə iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüquqları aradan qalxmış olur. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndin ə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur. (§20-§22)
39. Həmçinin, iddiaçının nəzərinə çatdırılır ki, o, MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10081/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.