Məhkəmə qərarları › İş №2(102)-2982/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2982/2019

29.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2982/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Üçüncü şəxs qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)1817/2018 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) 15 yanvar 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə üçüncü şəxs qızının ərizəsi rədd edilmiş və kassasiya şikayəti geri qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci giriş 8-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsiı 94,6 kvadrat metr olan 176 nömrəli mənzilə iddaçının sərbəst giriş-çıxışınln təmin edilməsinin və onun mülkıyyətində olan mənzildə təmir işlərinin aparılmasına icazə verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahış etmişdir Bakı şəhan Yasamal rayon məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilmişdir. Cavabdeh MTK həmin qətnamədən apellyasiya şikayəti veremişdir. Bakı Apellyasıya Məhkəmasının 07 avqust 2018-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhan Yasamal rayon məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs qızı həmin qətnamədən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Üçüncü şəxs qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 y anvar 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinin verilməsi üçün verilmiş müddətin ötürülməsinə səbəb Bakı Apellyasiya Məhkəməsində onu təmsil vermiş vəkillə aralarında yaranmış anlaşılmazlıqdır. Belə ki, vəkilə kassasiya şikayətinin tərtib edilməsini tapşırsa da, onunla kassasiya şikayətinin verilməsi üçün ayrıca müqavilənin tərtib edilməsinin zəruri olduğu barədə məlumatlandırılmamış, nəticədə vəkil kassasiya şikayətini tərtib etməmişdir. Belə olan halda onun qanunla müəyyən edilmiş məhkəmə müdafiəsi hüququ pozulmuş sayılır. Tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyin dən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxs gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-cı il tarıxli qətnaməsinin sürəti 30 avqust 2018-ci il tarixdə üçüncü şəxs X1 rəsmi qaydada verilmişdir. Üçüncü şəxs tərəfındən verilmiş kassasiya şikayəti isəa 25 dekabr 2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi Mülki Prosessual Məcəllənın 405.0.1-ci maddəində göstərilən 2 aylıq kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Belə ki, şikayət vermə müddəti üçüncü şəxs qızına münasibətdə 30 oktyabr 2018-ci il tarixdə bitdiyi halda, kassasiya şikayəti 25 dekabr 2018-ci il tarixdə verilmişdir. Üçüncü şəxsin ərizəsində kassasiya şikayəti vermək üçün prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş, yalnız qeyd olunmuşdur ki, vəkil ilə aralarında yara nmış anlaşılmazlıq səbəbindən müddət ötürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hal heç bir halda prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul edilə bilməz. Qeyd olunan halları və Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tələblərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi üçün əsaslar mövcud deyil və ona görə də, prosessual müddətin bərpası barədə ərizə rədd edilməlidir. Həmçinin üçüncü şəxs qızının kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsində göstərilən müddətdə verilmədiyini və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətin təmin olunmadığını, həmçinin kassasiya şikayətinin üçüncü şəxsin özü tərəfindən imzalanmadığını nəzərə alaraq və həmin Məcəllənin 408.1, 408.1.1, 408.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil apellyasiya instansiya məhkəməsində işə baxılarkən də irəli sürülmüş və məhkəmə tərəfindən dəlilə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Üçüncü şəxs qızının kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1817/2018 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar