Məhkəmə qərarları › İş №2(102)-2982/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2982/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2982/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı (Bank "xxxx" açıq səhmdar cəmiyyəti və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X11in müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edildikləri) iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 02 iyun 2025ci il tarixli 2(103)-2696/2025 nömrəli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Bank "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli Kredit müqaviləsinə əsasən Həsənov Rövşən Mais oğluna 168 ay müddətinə illik 4% dərəcəsi ilə 26900 manat məbləğində ipoteka krediti verilmişdir;

3. İpoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu və satıcı "xxxx" MMC arasında üç tərəfli xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinə müqavilə bağlanmışdır; 4. xx.xx.2020-ci il tarixli Sığor ta şəhadətnaməsinə əsasən, sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİBTBM-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsinə üzrə sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni Həsənov Rövşən Mais oğlunun ölməsi, xəstəliyi və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26900 manatdır;

5. Həsənov Rövşən Mais oğlu tərəfindən imzalanmış ərizəyə əsasən, R.Həsənov tibbi müayinədən keçmədiyinə görə və ya yanlış və natamam məlumatların təqdim olunması, həmçinin məluma tları təqdim etməkdən imtina, baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas olmasına razılıq vermişdir;

6. Həsənov Rövşən Mais oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür;

7. İddiaçı1 və Həsənli X5 Rövşən Mais oğlunun övladlarıdır;

8. Göyçay Rayon Mərkəzi Xəstəxanası X11 tərtib etdiyi “Ölüm haqqında tibbi şəhadətnamə”nin 1-ci hissəsinin “a” bəndinə əsasən, Həsənov Rövşən Mais oğlunun ölümünün səbəbi “beyindaxili beyin kötüyünə qansızma” (1 saat), “b” bəndinə əsasən əvvəlcə mövcud olan səbəb kimi “essensial (birincili) hipertenziya” (15 il) çıxış edir;

9. Həmin şəhadətnaməyə Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən düzəliş edilmiş və əvvəlcə mövcud olan səbəb “essensial ( birincili) hipertenziya” (15 il) sözü “5 gün” sözü ilə əvəz edilmişdir;

10. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən, İddiaçı1 və Həsənli X5 Rövşən Mais oğlunun vərəsələridir və miras əmlak olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzildən ½ hissədə pay almışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək 24591,59 manat məbləğində sığorta ödənişinin faydalanan şəxs Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi, 5714,33 manat pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 181 manatın iddiaçılara ödənilməsi vəzifəsinin Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

12. Bank " xxxx" ASC və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X12 iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir.

13. İddia belə əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİ-BTB- M-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanaraq sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni Həsənov Rövşən Mais oğlunun ölməsi, xəstəliyi və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26900 manat təşkil edir.

14. G öyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”yə əsasən Həsənov Rövşən Mais oğlu xx.xx.2021-ci il tarixdə “beyindaxili beyin kötüyünə qansızma” səbəbindən vəfat etmişdir. Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-202 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 və Həsənli X5 Rövşən Mais oğlunun vərəsələridirlər. Həsənov Rövşən Mais oğlunun vəfat etməsinə və nəticədə sığorta müqaviləsi sığorta hadisəsinin baş verməsinə baxmayaraq Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçılara münasibətdə sığorta ödənişi həyata keçirilməmişdir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Həsənov Rövşən Mais oğlunun ölümünə səbəb “beyindaxili beyin kötüyünə qansızma” olmuşdur. Sığorta hadisəsinin hərtərəfli araşdırılması və sığorta ödənişinin verilməsi (və ya bundan imtina) barədə qərarın qəbul olunması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmuş ölümün səbəbi üzrə mövcud olan hallar haqqında məlumatların əldə edilməsi zərurəti yarandığından Göyçan Rayon Mərkəzi Xəstəxanası X11ə müraciət olunmuşdur. Xəstəxananın 22 noyabr 2021-ci il tarixli 5217 nömrəli cavab məktubuna əlavə edilmiş 14 oktyabr 2021-ci il tarixli **********08 nömrəli tibbi şəhadətnamədə “beyindaxili beyin kötüyünə qansızma”ya səbəb olan xəstəlik kimi göstərilən “essensial” (birincili) hipertenziyanın R. Həsənovda 15 il davam etdiyi qeyd edilmişdir. R.Həsənovun ölümünə səbəb olan xəstəliyin başlanma tarixi 4 mart 20 20-ci il tarixli sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanılmasından öncəyə, yəni 15 il əvvələ) təsadüf etdiyindən Mülki Məcəllənin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının 23 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş Q-21 saylı “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borc alanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın tələblərinə əsasən Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-yə sığorta ödənişi verilməsindən imtina barədə məktub verilmişdir. Göyçay Rayon Mərkəzi Xəstəxanası 13 dekabr 2021-ci il tarixli 5596 nömrəli və 22 dekabr 2021-cil tarixli 5731 nömrəli məktublarla yenidən Sığorta Şirkətinə müraciət edərək yuxarıda qeyd olunan ölüm haqqında tibbi şəhadə tnamədə patoloji prosesin başlama tarixində mexaniki səhvə yol verildiyini, 5 gün əvəzinə 15 il qeyd edildiyini, bu səbəbdən də tibbi şəhadətnamədə dəyişiklik olunmasını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 31 yanvar 2018-cil tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması və Qaydası”na zidd olaraq Xəstəxana tərəfindən **********08 nömrəli ölüm haqqında tibbi şəhadətnamədə müvafiq düzəliş əl yazısı ilə, **********08 nömrəli olum haqqında tibbi şəhadətnamədə müvafiq düzəliş isə kompüter vasitəsilə edilmişdir. Halbuki qeyd olunan Qaydaların 5.3-cü bəndinə görə tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. “Fiziki şəxslərə təqdim ed ilən kredit müqavilələri üzrə borc alanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3-cü bəndinə əsasən sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda İ və İİ qrup əlillərə, o cümlədən xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrlə sığorta müqaviləsi bağlanmır. Mülki Məcəllənin 935.1.6 və qeyd olunan Qaydaların 18.1.3 bəndinə görə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Göründüyü kimi, 4 mart 2020-ci il tarixli “İpoteka krediti üzrə borc alanın həyat sığortası” müqaviləsi könüllü sığorta növü olduğundan, müqavilə bağlanan zaman R.Həsənov onun xəstəliyinə dair qoyulmuş diaqnoz barədə sığortaçıya məlumat təqdim etsə idi, sığortaçının sığortalı ilə müqavilə bağlamaqdan imtina etmək hüququ olardı, buna görə də iddiaçıya sığorta ödənişinin verilmə öhdəliyi yaranmadığından iddia təmin edilməməlidir.

15. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X11 nümayəndəsi göstərmişdir ki, Xəstəxana tərəfindən müddətlə bağlı texniki səhv olub və həmin səhv vizual olaraq düzəldilib. Lakin həmin səhv faktiki olaraq məhkəmə qaydasında düzəldilməlidir.

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2350/2024 nömrəli 11 iyun 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Fariz Əlizadə).

17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 04 mart 2020-ci il tarixdə ipoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu və satıcı "xxxx" MMC arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədə mənzilin satış qiyməti 29949 manat, vəsaitin 3049 manat hissəsi alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu tərəfindən, 26900 manat hissəsi isə illik 4% dərəcəsi ilə 168 ay müddətinə kreditor-ipoteka saxlayan Bank "xxxx" ASC və alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli MİDA-392/2020 nömrəli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmişdir. xx.xx.2020-ci il tarixdə sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİ-BTB-M-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanaraq sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni Həsənov Rövşən Mais oğlunun ölməsi, xəstəli və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26900 manat təşkil edir. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən Həsənov Rövşən Mais oğlu xx.xx.2021-ci il tarixdə “beyindaxili beyin kötüyünə qansızma” səbəbindən vəfat etmişdir. Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-202 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 və Həsənli X5 Rövşən Mais oğlunun vərəsələridirlər. Həsənov Rövşən Mais oğlunun vəfat etməsinə və nəticədə sığorta müqavilə si sığorta hadisəsinin baş verməsinə baxmayaraq Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçılara münasibətdə sığorta ödənişi həyata keçirilməmişdir”.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sığortalı Həsənov Rövşən Mais oğlu sığorta müqaviləsi bağlanarkən ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini sığortaçıya bəyan etməmiş, nəticədə isə məhz ürək-damar xəstəliyindən vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin 1-ci hissəsinin “a” bəndinə əsasən Həsənov Rövşən Mais oğlunun ölümünün səbəbi “beyindaxili beyin kötüyünə qansızma” (1 saat), əvvəlcə mövcud olan səbəb isə “essensial (birincili) hipertenziya” (15 il) çıxış edir. Lakin, müvafiq şəhadətnaməyə səlahiyyətli qurum tərəfindən texniki düzəliş edilmiş və əvvəlcə mövcud olan səbəb üzrə “essensial (birincili) hipertenz iya” 15 il qeydi 5 gün ilə əvəz edilmiş və bu barədə vizual gözlə görülən müvafiq texniki düzəliş aparılmışdır. Lakin sözügedən düzəliş yuxarıda qeyd olunan normativ tələblər əsas götürülməklə yalnız məhkəmə qaydasında aparıla bilər.

19. Birinci instansiya məhkəməsi həmin düzəlişin məhz sığorta ödənişinin alınması məqsədilə formal əsaslarla aparılması ehtimalının yüksək olmasını nəzərə aldığını qeyd edərək, hesab etmişdir ki, cavabdeh Sığorta Şirkəti tərəfindən məhz tərəflər arasında bağlanmış sığorta razılaşması şərtləri nöqteyi-nəzərindən sığorta ödənişindən imtina edilməsi əsaslı olmuşdur.

20. Birinci instansiya məhkəməsi iddiaçılara izah etmişdir ki, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X11 Həsənov Rövşən Mais oğlu barəsində müvafiq qərarını məhkəmə qaydasında (inzibati məhkəmə) mübahisə ləndirmək hüquqları vardır. Həmin iddia tələbinin təmin edilməsi halında hazırkı iddianın perspektivi müzakirə oluna bilər.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 911.2, 924.1, 935.1.6, 935.1.8-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və Qaydaları”nın 5.3-cü, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının 23 sentyabr 2014-cü il tarixli, Q-21 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları ”nın 2.0.11, 4.3-cü bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

22. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəlləsinin 935.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilm əz. Bu maddənin tələbindən də göründüyü kimi, iş üzrə Cavabdeh Sığorta Şirkətinin sığortalıya müvafiq sığorta müqaviləsi əsasında üzərinə götürdüyü sığorta ödənişinin ödənilməsinə dair öhdəliyini icra etməkdən imtina etdiyi zaman gətirdiyi səbəb qanuni səbəb ola bilməz. Birinci instansiya məhkəməsi qətnaməsində yanlış mövqeyə gələrək göstərmişdir ki,“... Beləliklə, araşdırma nəticəsində müəyyən olunur ki, sığortalı Həsənov Rövşən Mais oğlu sığorta müqaviləsi bağlanarkən ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini sığortaçıya bəyan etməmiş, nəticədə isə məhz ürək-damar xəstəliyindən vəfat etmişdir”. Birinci instansiya məhkəməsinin hansı hüquqi əsasa görə və hansı möhtəbər sübutlar əsasında məhz sığorta müqaviləsi bağlanarkən sığortalı Həsənov Rövşən Mais oğlunun ürək-damar xəstəliklərində n əziyyət çəkdiyini müəyyən etməsi şübhə doğurur. Ümumiyyətlə, mövcud iddia tələbi ilə bağlı işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan hər hansı bir halın araşdırılması istiqamətində demək olar ki, tədqiqat aparılmayıb. O cümlədən iddiaçı tərəfdən məhkəməyə Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə müvafiq məhkəmə sorğusu göndərməklə “Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən 14 oktyabr 2021-ci il tarixində vəfat etmiş xx.xx.1969-cu il təvəllüdlü Həsənov Rövşən Mais oğlunun ölüm səbəbinin aydınlaşdırılması məqsədilə beyindaxili beyin kötüyünə qansızmaya səbəb olmuş xəstəliklər (olduğu halda), mərhumun ölüm tarixinədək keçirtdiyi xəstəliklər və buna səbəb olmuş hallar barədə, ölüm tarixinədək hansı xəstəlik və ya xəstəliklərin mərhum Həsənov Rövşən Mais o ğlunda aşkar edildiyi, Həsənov Rövşən Mais oğlu tərəfindən həmin xəstəliklərlə bağlı məhz hansı tarixlərdə “Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə rəsmi qaydada müraciət edildiyi, aşkar edilmiş xəstəlik və ya xəstəliklər üzrə Həsənov Rövşən Mais oğlunun hansı tarixlərdə müayinə və ya müalicə edildiyi barədə ətraflı arayışın, sadalanan halları təsdiq edən məlumatlarla bağlı Mərkəzi Xəstəxanada saxlanılan arxiv sənədlərinin məhkəməyə təqdim edilməsinin təmin edilməsi” barədə təqdim edilən vəsatət də hər hansı bir formada əsaslandırılmadan təmin edilməmişdir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər hüquqi əsaslar və faktlar olmadan tərəflər arasında sığorta müqaviləsindən irəli gəlmiş mülki mübahisəyə yanlış olaraq Mülki Məcəllənin 935.1.6 və 935.1.8- ci maddələrini tətbiq etməkdə haqlı olmaması nəticədə sığortalı Həsənov Rövşən Mais oğlunun hüquqi varislərini/qanun üzrə vərəsələrini (iş üzrə iddiaçıları) müvafiq sığorta ödənişini almaq hüququndan məhrum etmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkətinin sığortalıya sığorta ödənişinin ödənilməsindən imtina etməsinin yeganə səbəbi kimi istinad etdiyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamədə əvvəlcə 15 il, sonradan baş vermiş texniki səhvin düzəldilərək 5 gün göstərilməsinə dair qeydinə əsaslanaraq, məhz bu əsasla sığorta müqaviləsi üzrə əsas öhdəliyi olan sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin sığortalıya ödənilməsindən imtinası mülki qanunvericiliyin və sığorta haqqında qanunun t ələblərinə zidd olmaqla, həmin imtina qanuni və əsaslı sayıla bilməz. Həmçinin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən cavabdehə onun müraciəti əsasında təqdim edilmiş məktublarda və eləcə də X11 nümayəndəsi xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə baxışında verdiyi izahatında PHŞ tərəfindən sığortalının adına verilmiş ölüm haqqında tibbi şəhadətnamədə 15 il deyil, əslində 5 gün göstərilməli olduğunu bir daha təsdiq etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4881/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fu ad Talışinski).

25. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, iddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 911.2, 924.1, 935.1.6, 935.1.8-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddəl ərinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X6 (məruzəçi), X3 və X1 ibarət tərkibdə) 2(102)-661/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4881/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

29. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işdə olan 14 oktyabr 2021-ci il tarixli ölüm epikrizinə qiymət verməmiş, orada əks edilən məlumatlarla Sığorta Şirkətinin ödənişdən imtina üçün istinad etdiyi **********08 nömrəli “Ölüm haqqında ti bbi şəhadətnamə”dəki ölümün səbəbi kimi göstərilən diaqnozun 15 il əvvələ təsadüf etməsi barədə qeydin ziddiyyət təşkil edibetməməsinə aydınlıq gətirməmişdir.

30. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və Qaydaları”nın 4.3-cü bəndinə görə ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.

31. Göründüyü kimi, qeyd edilən Qaydaya görə şəhadət namə ölümün baş vermə səbəbi məlum olan hallarda ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s. sənədlər əsasında verilir.

32. Belə olan halda, Sığorta Şirkətinin ödənişdən imtina üçün istinad etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”dəki ölümün səbəbi kimi göstərilən diaqnozun 15 il əvvələ təsadüf etməsi barədə qeydin ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və ya hər hansı digər sənədlər əsasında yazılması müəyyən edilməli idi. “Ölüm haqqında tibbi şəhadətnaməni verən “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X12 iş üzrə mübahisə predmeti barəsində müstəil tələb irəli sürən şəxs kimi işə cəlb edilib. Birinci instansiya məhkəməsi bu məsələ ilə bağlı həmin xəstəxanadan üçüncü şəxs olaraq **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”dəki ölümü n səbəbi kimi göstərilən diaqnozun 15 il əvvələ təsadüf etməsi barədə qeydin hansı sənədlər əsasında yazılması ilə bağlı hər hansı sənəd təqdim etməsini təklif etməyib.

33. Bir sıra hüquqlar istisna olmaqla, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin tərəfin prosessual hüquqlarından istifadə etməsi və onun prosessual vəzifələrini daşıması nəzərə alınarsa, birinci instansiya məhkəməsinin xidməti vəzifəsi olaraq ümumi qaydada özündə olan sübutları təqdim etməyi üçüncü şəxsə də tapşırıb, həmin sənədləri əldə etməklə yuxarıda qeyd edilən hallara aydınlıq gətirə bilərdi ki, buna əməl edilməyib.

34. Həmçinin Sığorta Şirkəti “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X11 ilkin olaraq təqdim etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”yə istinadən sığorta ödənişindən imtina etsə də, sonradan həmin PHŞ tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, **********28 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”də (iş v.42, 83) ölümün əvvəlcə mövcud olan səbəbi kimi göstərilən diaqnozun 5 gün əvvələ təsadüf etməsi qeyd edilmişdir.

35. Başqa sözlə, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” başqa nömrə və tarixlə tərtib etdiyi “Ölüm haqqında tibbi şəhadətnamə”də patoloji prosesin 5 gün əvvəl başlamasını göstərib. Eyni zamanda bu sənəddə də qeydin ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və ya hər hansı digər sənədlər əsasında yazılması müəyyən edilməyib.

36. Həm də nəzərə alınmalıdır ki, patoloji prosesin 5 gün əvvəl başlaması göstərilən “Ölüm haqqında tibbi şəhadətnamə” daha sonradan verilmiş sənəddir.

37. Birinci instansiya məhkəməsi sonuncu Şəhadətnamə veriləndən son ra, verilmiş birinci Şəhadətnamənin qüvvədə olub-olmamasını da aydınlaşdırmamışdır. Halbuki iddianın düzgün həllində bunun mühüm əhəmiyyəti olmuşdur.

38. Başqa bir məsələ, birinci instansiya məhkəməsinin iddiaçılara “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X12 Həsənov Rövşən Mais oğlu barəsində müvafiq qərarını məhkəmə qaydasında (inzibati məhkəmə) mübahisələndirmək hüquqları olmasının izah edilməsi, həmin iddia tələbinin təmin edilməsi halında hazırkı iddianın perspektivinin müzakirə oluna bilməsi ilə bağlı mövqeyidir.

39. Beləliklə, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X12 R.Həsənovun ölümünün səbəb olan patoloji prosesin başlanma vaxtı ilə bağlı iki müxtəlif nömrə və tarixlərdə “Ölüm haqqında tibbi şəhadətnamə”lər vermişdir. Birincidə patoloji prosesin 15 il əvvəl, ikincidə isə 5 gün əvvəl başl amasını göstərmişdir. Həmçinin, qeyd edilmişdir ki, ikinci Şəhadətnamə veriləndən sonra, verilmiş birinci Şəhadətnamənin qüvvədə olubolmamasına aydınlıq gətirilməyib.

40. Buna görə də Şəhadətnamənin verilməsi ilə bağlı mübahisəli halların məhkəmə qaydasında həlli ilə bağlı məhkəməyə nəyə görə Sığorta Şirkətinin deyil, məhz iddiaçıların müraciət etməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz. Müəyyən edilsə ki, ikinci Şəhadətnamənin verilməsi ilə birinci Şəhadətnamə öz qüvvəsini itirib, əksinə, bu zaman iddiaçıların həmin məsələni məhkəmədə mübahisələndirməsinin hər hansı məntiqi qalmır.

41. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi d ə birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla eyni səhvə yol vermiş, apellyasiya şikayətini dəlilləri ilə bağlı hər hansı dəyərləndirmə aparmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

42. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının (hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X9 və X2 ibarət tərkibdə) 02 iyun 2025-ci il tarixli, 2(103)-2696/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2350/2024 nömrəli 11 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsi, 24591,59 manat məbləğində sığorta ödənişinin faydalanan şəxs Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi, 5714,33 manat pul vəsaitinin iddiaçıl ara ödənilməsi vəzifəsi Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 181 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməsini qət etmişdir.

43. Apellyasiya instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi isə işdə olan 14 oktyabr 2021-ci il tarixli ölüm epikrizinə qiymət verməyərək, orada əks edilən məlumatlarla Sığorta Şirkətinin ödənişdən imtina üçün istinad etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”dəki ölümün səbəbi kimi göstərilən diaqnozun 15 il əvvələ təsadüf etməsi barədə qeydin ziddiyyət təşkil edib-etməməsinə aydınlıq gətirməmişdir. Məhkəmə nəz ərə almamışdır ki, şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s. sənədlər əsasında verilir.

44. Halbuki, sığorta şirkətinin ödənişdən imtina üçün istinad etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”dəki ölümün səbəbi kimi göstərilən diaqnozun 15 il əvvələ təsadüf etməsi barədə qeydin ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və ya hər hansı digər sənədlər əsasında yazılması müəyyən edilməli idi.

45. Bundan başqa kollegiya qeyd etmişdir ki, məhkəmə işin bu halına da diqqət yetirməmişdir ki, sığorta şirkəti “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X11 ilkin olaraq təqdim etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”yə istinadən sığorta ödənişindən imtina etsə də, sonradan həmin PHŞ tərə findən tərtib edilən xx.xx.2021-ci il tarixli, **********28 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”də (iş v.42, 83) ölümün əvvəlcə mövcud olan səbəbi kimi göstərilən diaqnozun 5 gün əvvələ təsadüf etməsi qeyd edilmişdir.

46. Bununla yanaşı Məhkəmə kollegiyası qeyd etmişdir ki, şəhadətnamənin verilməsi ilə bağlı mübahisəli məsələ iddiaçıların mövqeyi və işin halları baxımından onların həmin şəhadətnaməni verən tibb müəssisəsinə müraciəti əsasında hazırkı vəziyyətdə aradan qalxmış kimi görünür.

47. İş materiallarından görünür ki, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X12 R.Həsənovun ölümünün səbəb olan patoloji prosesin başlanma vaxtı ilə bağlı iki müxtəlif nömrə və tarixlərdə “Ölüm haqqında tibbi şəhadətnamə”lər vermişdir. Birincidə patoloji prosesin 15 il əvvəl, ikincidə isə 5 gün əvvəl baş lamasını göstərmişdir.

48. Birinci instansiya məhkəməsi isə ikinci şəhadətnamə veriləndən sonra, verilmiş birinci şəhadətnamənin qüvvədə olub-olmamasına aydınlıq gətirməmişdir.

49. Buna görə də şəhadətnamənin verilməsi ilə bağlı mübahisəli halların məhkəmə qaydasında həlli ilə bağlı məhkəməyə nəyə görə Sığorta Şirkətinin deyil, məhz iddiaçıların müraciət etməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşmamışdır.

50. Kassasiya instansiya məhkəməsinin göstərdiyi kimi əgər müəyyən edilsə ki, ikinci şəhadətnamənin verilməsi ilə birinci şəhadətnamə öz qüvvəsini itirib, əksinə, bu zaman iddiaçıların həmin məsələni məhkəmədə mübahisələndirməsinin hər hansı məntiqi qalmır.

51. Bununla bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X1 1 təqdim etdiyi sənədlərin əslinə keçirilmiş baxış zamanı kartada ölüm səbəbi ilə bağlı texniki səhvə yol verilməsi müəyyən edilmişdir.

52. Belə ki, vəfat etmiş şəxsin əvvəllər xəstə olmasını təsdiq edən sübutlar işdə yoxdur. Başqa sözlə, vəfat etmiş şəxsin xəstəlik tarixçəsində onun orada göstərilən müraciətindən başqa əvvələr hər hansı xəstəliklə müraciət etməsi görünmür.

53. Həmçinin xəstəlik tarixçəsində səhvə yol vermiş həkimin özü tərəfindən əlavə qeyd aparılaraq səhv aradan qaldırılmışdır. Buna görə hətta həmin həkim cəzalandırılmışdır. Lakin, adı qeyd edilən həkimin vəfat etməsi ilə əlaqədar onun kollegiya iclasında dindirilməsi mümkün olmamışdır.

54. Kollegiya iclasında “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X11 nümayəndəsi izahatında bildirmişdir ki, ikinci şəhadətnamənin verilməsi i lə birinci şəhadətnamə qüvvədən düşmüşdür. Belə ki, birinci şəhadətnamə verilərkən səhvə yol verildiyindən artıq bu qüvvədə ola bilməzdi. Buna görə ikinci dəfə verilən şəhadətnamə hüquqi qüvvəyə malikdir.

55. Belə olan halda Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi əsaslı olmuşdur.

56. Kollegiya qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş Bank "xxxx" ASC-nin 26 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, müştəri Həsənov Rövşən Mais oğlunun qeyd olunmuş kredit öhdəliyi üzrə 14 oktyabr 2021-ci il tarixinə 24556,12 ( iyirmi dörd min beş yüz əlli manat 12 qəpik) manat məbləğində əsas borcu, 35,47 ( otuz beş manat 47 qəpik) manat məbləğində faiz borcu, ümumi 24591,59 ( iyirmi dörd min beş yüz doxsan bir manat 59 qəpik) manat məbləğində borcu mövcud olmuşdur, o cümlədən 14 oktyabr 2021-ci il tarixindən sonra sözügedən kredit üzrə 5714,33 ( beş mon yeddi yüz on dörd manat 33 qəpik) manat məbləğində ödənişlər edilmişdir ki, bundan 3598,38 (üç min beş yüz doxsan altı manat 38 qəpik) manat məbləğində əsas borc üzrə, 2117,95 (iki min yüz on yeddi manat 95 qəpik) manat məbləğində isə faiz borcu üzrə silinmə getmişdir.

57. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 911.2, 924.1, 935.1.6-ci və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

58. Cavabdeh Sığorta Şirkəti ASC kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2696/2025 nömrəli 02 iyun 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

59. Kassasiya şikayəti onunla əsaslandırmışdir ki, apelyasiya instansiya məhkəməsi sığorta hadisəsinin mövcudluğunu müəyyən etmədən sığorta ödənişinin verilməsinə dair cavabdehin öhdəliyinin olması nəticəsinə gəlmişdir.

60. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarında göstərilmiş ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas olan sənədlərin təqdim olunmaması və bununla bağlı araşdırmanın aparılmaması nəzərə alınmamış, qərarın verilməsində yalnız ölüm haqqında tibbi şəhadətnamə ilə kifayətlənmişdir.

61. Həmçinin, şəhadətnamələrdən hansının qüvvədə olmasını iş materiallarında olan sübutlar əsasında deyil, yalnız “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X11 nümayəndəsinin izahatına əsaslanmaqla müəyy ən etmişdir. Həmin nümayəndə şəhadətnamələrin qüvvədən düşmə prosesinin heç bir hüquqi əsasını qeyd etməmiş, birinci şəhadətnamə verilərkən səhvə yol verildiyindən ikinci dəfə verilən şəhadətnamənin hüquqi qüvvəyə malik olduğunu qeyd etmişdir.

62. Bundan əlavə, ölüm haqqında tibbi şəhadətnaməyə dəyişiklik edilməsi üçün əsas olan sənədlər tədqiq edilməmiş, Göyçay Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş öncəki şəhadətnamənin qüvvədən düşmə əsasları (bu prosedurun necə və hansı hallarda, hansı müddət ərzində) müəyyən edilməmiş, bununla da işin mübahisəli hallarının həlli üçün zəruri olan hallar natamam araşdırılmışdır.

63. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

64. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müva fiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

65. Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.

66. Maddə 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin h əcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin Maddə 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir.

67. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır

68. Maddə 935.1.6. Bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina üçün əs asdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir.

75. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

77. Mübahisəyə mahiyyəti üzrə ikinci dəfə baxan baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh sığorta ödəni şindən imtina üçün istinad etdiyi halı sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməməsi üçün əsaslar müəyyən edilməmişdir.

78. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

79. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki p rosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

81. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 02 iyun 2025-ci il tarixli 2(103)-2696/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar