Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2985/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasda məcburi payın anlayışı və məqsədi, məcburi payın həcminin müəyyənləşdirilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X22 və X4 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-41/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Mübahisə iddiaçı və cavabdehin atası Yaşar Şabanovdan miras qalmış əmlaka vərəsəlik paylarının müəyyən edilməsi ilə bağlıdır.
2. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, miras qoyan Yaşar Şabanov xx.xx.2018-ci ildə ölmüşdür.
3. Miras kütləsinə daxil olan əmlak aşağıdakılardan ibarətdir: - ünvan 1ndə 0,1240 ha torpaq sahəsi (Yaşar Şabanov, Cavabdeh və Xanza Qantərovanın iştirak etdiyi ümumi birgə mülkiyyət); - ünvan 1ndə 0,1240 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi (tam payla mülkiyyət); - ünvan 1ndə 0,9782 ha torpaq sahəsi (Yaşar Şabanov, Cavabdeh, Xanza Qantərova və Abidat Həmzətovanın iştirak etdiyi ümumi birgə mülkiyyət); - ünvan 1ndə 0,20 ha torpaq sahəsi sahəsi (Yaşar Şabano v, Cavabdeh və Xanza Qantərovanın iştirak etdiyi ümumi birgə mülkiyyət); - ünvan 1ndə 0,15 ha torpaq sahəsi sahəsi (Yaşar Şabanov, Cavabdeh və Xanza Qantərovanın iştirak etdiyi ümumi birgə mülkiyyət);
4. Miras açılan vaxt Yaşar Şabanovun sağ olan vərəsələri - oğlu Cavabdeh, qızı Xanza Şabanova, oğlu İmran Şabanov, qızı İddiaçı və arvadı Məlahət Şabanova (xx.xx.2019-da ölüb) olmuşdur.
5. Eyni zamanda, miras qoyan Yaşar Şabanov, xx.xx.2013-cü il tarixli vəsiyyətnamə ilə ünvan 1ndəki 0,1240 hektar torpaq sahəsi və onun üzərində yerləşən evini oğlu Cavabdeh vəsiyyət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (tələbin artırılması barədə ərizə) ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası Y aşar Şabanovdan miras qalmış ünvan 1ndə yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,1240 hektar torpaq sahəsinin 1/6 hissəsinə və həmin torpaq sahəsində yerləşən 107,10 kvadrat metr fərdi yaşayış evinə, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən onun mülkiyyəti olmuş 0,9782 hektar torpaq sahəsinin ¼ hissəsinə, torpağın mülkiyyətə verilməsinə dair JN-782B nömrəli şəhadətnaməyə əsasən onun mülkiyyəti olmuş 0,20 hektar torpaq sahəsinin 1/6 hissəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN-782C nömrəli şəhadətnaməyə əsasən onun mülkiyyəti olmuş 0,15 hektar torpaq sahəsinin 1/6 hissəsinə vərəsəliyin açılması, həmin daşınmaz əml akların onun mülkiyyətinə verilməsi, mərhum atası Yaşar Şabanov və mərhum anası Məlahət Şabanovaya məxsus əmlakdan mərhumlara aid hissələrdə vərəsəlik hüququnun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, atası Yaşar Şabanov 9 noyabr 2018ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra ünvan 1ndə yerləşən DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən onun mülkiyyəti olmuş 0,1240 hektar torpaq sahəsinin 1/6 hissəsi və həmin torpaq sahəsində yerləşən 107,10 kvadrat metr fərdi yaşayış evi, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən onun mülkiyyəti olmuş 0,9782 hektar torpaq sahəsinin ¼ hissəsi, torpağın mülkiyyətə verilməsinə dai r JN-782B nömrəli şəhadətnaməyə əsasən onun mülkiyyəti olmuş 0,20 hektar torpaq sahəsinin 1/6 hissəsi və torpağın mülkiyyətə verilməsinə dair JN-782C nömrəli şəhadətnaməyə əsasən onun mülkiyyəti olmuş 0,15 hektar torpaq sahəsinin 1/6 hissəsi miras əmlak olaraq qalmışdır.
8. İddiaçının anası Məlahət Şabanova 15 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ondan miras qalmış əmlaka iddiaçı və anası, anasının vəfatından sonra isə tək iddiaçı sahiblik etmiş və mirası faktiki olaraq qəbul etmişdir. Təsərrüfatı iddiaçı özü idarə edir.
9. Miras əmlakın bölgüsü ilə əlaqədar iddiaçı tərəfindən Zaqatala rayon notariat kontorunun şəxsi notariusuna müraciət olunmuş, lakin cavabdehlə aralarında mübahisənin olması səbəbindən notariat əməliyyatından imtina edilmişdir.
10. Bundan b aşqa, miras qalmış əmlakda həm də onun anasının payı vardır və anası 15 aprel 2019-cu il tarixdə vəfat etdiyindən onun əmlakı da miras qalmışdır. İddiaçı anasından qalmış miras əmlakın qəbulu ilə əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.
11. Mülki Məcəllənin tələbinə görə miras qalmış əmlakın bir hissəsinin qəbul edilməsi yerdə qalan bütün mirası qəbul etmək kimi qəbul olunur. Vərəsəlik hüququnu tələb etdiyi miras əmlak atası və anasının ümumi birgə mülkiyyətində olaraq mülkiyyət sənədlərində həm də anasının adı olduğundan anaya aid hissələrə də vərəsəlik hüququ verilməlidir. Belə ki, 0,1240 hektar torpaq sahəsinin mərhum atasına hissənin ½-i və anasına düşən hissənin tam hissəsi üzərində, evin isə ½ hissəsinə - belə ki, ev tam olaraq atasına məxsusdur, anası sonra ölüb, ata sından anasına düşən pay və atasından düşən pay toplanaraq iddiaçıya verilməlidir.
12. Atasının cəmi 4 nəfər vərəsəsi olduğundan anasına düşən pay ilə özünün payı evin ½ hissəsini təşkil edir. 0,1240 hektar torpaq 6 nəfərə məxsus olduqda və paylar bərabərdirsə adam başına 0,021 hektar düşür. Atasının payı - 0,021 hektar - 4 nəfər vərəsəyə bölünür. Anası öldüyü üçün ona düşən pay iddiaçıya verilir, yəni 0,021:4=0,005 hektar, ona- 0,005, cavabdeh - 0,005, mərhum digər vərəsəsi Xanza - 0,005, onun payı ilə (0,005) anasının payı toplandıqda 0,005x2=0,01 hektar. Deməli, həyətyanı sahədən atasının payından 0,001 hektar üzərində vərəsəlik hüququ iddiaçıya verilməlidir, (yəni, ½ hissəsi), eyni qaydada evin ½ hissəsi üzərində vərəsəlik hüququ iddiaçıya verilməlidir. 0,9782 hektar torpaq sahəsinə da ir vərəsəlik hüququ aşağıdakı qaydada verilməlidir. 0,9782:4 = 0,24 hektar atasının payıdır. Həmin payın yarısı iddiaçıya və məhrum anasına, yəni 0,12 hektar hissəsi üzərində vərəsəlik hüququ iddiaçıya verilməlidir. JN 78213 saylı torpaq şəhadətnaməsində qeyd olunan 0,20 hektar torpaq, 0,20 hektar: 6=0,03 hektar atasının payı. Atasının payının ¼ anasına, ¼ hissəsi iddiaçıya, anası öldüyü üçün anasının payı iddiaçıya verilir, deməli ¼+¼= ½ hissə, yəni 0.20 hektar torpağın atasına düşən payı olan 0,03 hektarın ½ hissəsinə iddiaçıya vərəsəlik hüququ verilməlidir. Həmin torpaqda 0,03 hektar anasının payının hamısı iddiaçıya düşür. Çünki qardaşı Emin Bayramov payını iddiaçıya verir. Anasının payından 0.03 hektar üzərində iddiaçıya vərəsəlik verilməlidir. JN -782C - 0,15 hektar torpaq da eyni qa ydada 0,15 hektar: 6 nəfər = 0,025 hər adama düşən pay. Atasından iddiaçıya və anasına düşən, yəni, 0,025 hektar yarısı, yəni ½ hissəsi və həmin yerdə anasına düşən 0,025 hektar hissəsinin hamısı, yəni 0,0375+ 0,025+ 0,025 = 0,0875 hektar.
13. Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1ndə yerləşən Seriya RX N ******* saylı çıxarış əsasında tam olaraq mərhum Yaşar Şabanovun mülkiyyətində olan 107 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinə münasibətdə 2/4 hissəsinə, Seriya RX N ******* saylı çıxarış əsasında verilmiş 0,9782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə isə mərhuma düşən payın 2/4 hissəsinə, həmçinin JN-782B KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhumun payının ¼ hissəsi və JN-782C KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhuma düşən payın 2/4 hissəsinə iddiaçıya vərəsəlik hüququnun verilməsi qət edilmişdir. (hakim Elbrus Məmmədov)
14. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş Şəki İnzibati Məhkəməsinin qətnaməsi ilə iddiaçının hazırkı iş üzrə təqdim etdiyi hüquq müəyyənedici sənədlər - JN*782A. JN*782B və JN*786 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, həmçinin RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mərhum Məlahət Şabanova (iddiaçının anası) Emin Bayramov və iddiaçının mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşd ur. Belə olduğu təqdirdə isə təqdim edilmiş dörd sayda mülkiyyət hüququnu təsdiq edən sənədlər üzrə iddiaçının mülkiyyət hüququ qətnamə ilə ləğv edildiyindən həmin sənədlər üzrə payların ayrılmasından söhbət gedə bilməz. Yəni tələbin həmin hissəsinə münasibətdə tələblə razılaşmaq olmaz.
15. Birinci instansiya məhkəməsi tələbin mərhumlara münasibətdə iddiaçıya vərəsəlik hüququnun verilməsi hissəsini isə əsaslı hesab etmişdir. Belə ki, Seriya RX N ******* saylı çıxarış üzrə ümumi birgə mülkiyyətçilərdən Məlahət Şabanova, Emin Bayramov və iddiaçının hüququ artıq qətnamə ilə ləğv edildiyindən həmin sənəd üzrə mülkiyyətçilər mərhum Yaşar Şabanov və Xanza Qantərova qalır. Məlahət Şabanova iddiaçının anası olduğundan və mərhum sonra öldüyündən onun vərəsəlik üzrə payı iddiaçıya keçir. Mülkiyyət sənədi üzrə fərdi yaşayış evi tam olaraq mərhum Yaşar Şabanovun mülkiyyətində olduğundan və növbəli vərəsələr arvadı (mərhum Məlahət Şabanova), qızı iddiaçı, oğlu cavabdeh və qızı Xanza Qantərova olduğundan iddiaçının evə münasibətdə 2/4 hissəyə vərəsəlik hüququ yaranmış olur.
16. Seriya RX N ******* saylı çıxarış əsasında verilmiş 0,9782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə isə iddiaçının mərhum atasına düşən hissənin 2/4 hissəsinə, həmçinin JN-782B KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhum Yaşar Şabanovun payının 2/4 hissəsi və JN-782C KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhum Yaşar Şabanova düşən payın 2/4 hissəsinə iddiaçıya vərəsəlik hüququ verilməlidir.
17. Birinci instansiya məhkəməsi g əldiyi nəticəni Mülki Məcəllənin 1133.2, 1134.1, 1134.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1605/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli Qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın “vərəsəliyin açılması” hissəsində ləğv edilərək, iş üzrə icraata həmin hissədə xitam verilmişdir.
20. Şəki Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(107)-1605/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli Qətnamə ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi edilərək, iddia qismən təmin edilmiş, iddiaçının miras qoyan (atası) Yaşar Şabanovdan (irsi transmissiya üzrə Məlahət Şabanovadan) miras qalmış - (vəsiyyət olunan) RX ******* seriya nömrəli çıxarış əsasında ünvan 1ndə yerləşən, ümumi sahəsi 107,10 kvadrat metr olan fərdi yaşayış evində miras payı -2/6 hissə; həmin fərdi yaşayış evinin yerləşdiyi 0,1240 hektar həyətyanı torpaq sahəsində miras payı-2/18 hissə; JN 782B Dövlət Aktı əsasında ünvan 1ndə yerləşən, 0,20 hektar kənd təsərrüfatlı torpaq sahəsində qanun üzrə vərəsəlik payı – 2/9 hissə; JN 782C Dövlət Aktı əsasında ünvan 1ndə yerləşən 0,15 ha kənd təsərrüfatlı torpaq sahəsində qanun üzrə vərəsəlik payı – 2/9 hissə və RX ******* seriya nömrəli çıxarış əsasında ünvan 1ndə yerləşən 0,9782 hektar kənd təsərrüfatlı torpaq sahəsində qanun üzrə vərəsəlik payı – 2/12 hissə müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), hakimlər Ələddin Məcidov, Mahir Əsədli)
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq gəldiyi nəticəni belə əsaslandırıb ki, əvvəla, birinci instansiya məhkəməsi hazırki iş üzrə mübahisəli fərdi yaşayış evi ilə bağlı miras qoyan şəxs Yaşar Şabanov tərəfindən oğlu (iş üzrə cavabdeh) Cavabdeh vəsiyyətnamə qoymasına, həmin vəsiyyətnamənin qüvvədə olmasına xüsusi önəm verməmişdir. İkincisi, işin faktiki hallarından görünür ki, iddia tələb inin yalnız 2-ci hissəsi, yəni vərəsəlik hüququnun tanınması (payların müəyyən edilməsi) hissəsi işin mübahisəli tələbidir. Çünki tələbin yalnız bu hissəsi cavabdeh tərəfindən mübahisələndirilir. İşin digər halları, yəni iddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi işin mübahisələndirilməyən halıdır.
22. Apellyasiya instansiya məhkəməsi göstərib ki, mərhum Yaşar Şabanov ilə Məlahət Şabanova ər-arvad olmuş, iddiaçı da onların qızıdır. Yaşar Şabanov xx.xx.2018-ci ildə, arvadı Məlahət Şabanova isə xx.xx.2019-cu ildə vəfat etmişdir. İş üzrə cavabdeh də mərhum Yaşar Şabanovun oğlu olmaqla birinci dərəcəli vərəsəsidir. Miras qoyan Yaşar Şabanov öləndən sonra ondan miras qalmış əmlak arvadı Məlahət Şabanova, qızı iddiaçı və oğlu cavabdeh tərəfindən idarə olunaraq, miras faktiki qəbul olunm uşdur. Yaşar Şabanovun vəfatından sonra, onun, Xanza Qantərovanın və cavabdehin ümumi birgə mülkiyyətlərində olan, ünvan 1ndə ayrı-ayrı şəhadətnamələrlə qeydə alınmış 0,1240 hektar (seriya RX 1042400) həyətyanı torpaq sahəsi (torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi tam hüquqla Yaşar Şabanova məxsusdur), 0,20 hektar (JN 782B), 0,15 hektar (JN 782C) kənd təsərrüfatlı və mərhumun, Abidət Həmzatova, Xanza Qantərova və cavabdehin ümumi birgə mülkiyyətlərində olan 0,9782 hektar kənd təsərrüfatlı torpaq sahəsi (RX 1466352) qalmışdır.
23. Apellyasiya instansiya məhkəməsi araşdırmanı davam etdirərək qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahələri - Şəki İnzibati Məhkəməsinin 2-1(116)1086/2020 nömrəli qərarı ilə JN*782A. JN*782B və JN*786 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, həmçinin RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mərhum Məlahət Şabanova, Emin Bayramov və iddiaçının mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır. Bu da o deməkdir ki, RX ******* seriya nömrəli çıxarış üzrə 0,1240 hektar həyətyanı torpaq sahəsi, 0,20 hektar (JN 782B) və 0,15 hektar (JN 782C) kənd təsərrüfatlı torpaq sahələrinin hər biri 3 nəfər şəxsin ümumi birgə, RX ******* seriya nömrəli – 0,9782 hektar kənd təsərrüfatlı torpaq sahəsi isə 4 nəfər şəxsin ümumi birgə mülkiyyətindədir.
24. Mülki Məcəllənin 223.3-cü maddəsinin tələbinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onla rın razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
25. Apellyasiya instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, miras qoyan Yaşar Şabanov 30 iyun 2013-cü il tarixdə ünvan 1ndə yerləşən evə və həmin evin torpağını oğlu Cavabdeh vəsiyyət etmiş, vəsiyyətnamə hal-hazıradək qüvvədədir.
26. Beləliklə, apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarına görə, miras qoyanlardan üç ayrı torpaq sahəsi miras qalmış və miras qoyanlar ancaq həmin sahələrdən birində yerləşən evdə yaşamışlar. Həmçinin, miras qoyanların ölümündən sonra mirasın iddiaçı və cavabdeh tərəfindən faktiki qəbul edildiyi də işin mübahisəsiz halıdır. İddiaçı həmçinin anası Məlahət Şabanovadan miras qalmış əmlakı – pul vəsaitini (758,97 manatı) xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında rəsmi qaydada qəbul etmişdir.
27. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin vərəsəliklə bağlı normalarına istinad edərək miras qalmış əmlaklara dair iddiaçının vərəsəlik payının bölgüsünü aşağıdakı qaydada aparmışdır.
28. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının anası Məlahət Şabanova miras qoyan Yaşar Şabanovdan sonra öldüyündən və sağlığında ərindən miras qalmış əmlakı faktiki qaydada qəbul etdiyindən, sonuncunun da payı irsi transmissiya qaydasında iddiaçıya keçəcəkdir (Mülki Məcəllənin 1252-ci maddəsi). Çünki məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. (Mülki Məcəllə 1194-cü maddə). Fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə münasibətdə vəsiyyət üzrə vərəsəliyin n ormaları, qalan torpaq sahələrinə münasibətdə isə qanun üzrə vərəsəlik hüquq normaları tətbiq ediləcəkdir.
29. Apellyasiya instansiya məhkəməsi hesab edib ki, 1-ci əmlak üzrə – (vəsiyyət olunan) RX ******* seriya nömrəli çıxarış əsasında fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə miras qoyan Yaşar Şabanova məxsus olduğundan vəsiyyətnamə nəzərə alınmaqla bölgü aparılmalı və iddiaçının payı evlə bağlı yalnız məcburi paya münasibətdə müəyyən edilməlidir. Beləliklə, fərdi yaşayış evində iddiaçının və anası Məlahət Şabanovanın məcburi vərəsəlik payı – 1/6-dir (riyazi açıqlaması - Aynur, Məlahət və Abdulla. 1/3:2 (vəsiyyətnamə üzrə yarısı) = 1/6) Məlahət Şabanovanın payı irsi transmissiya qaydasında qızı iddiaçıya verilməlidir.
30. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0,1240 hektar həyətyanı torpaq sahəsi 3 nəfərin ümumi birgə mülkiyyətində olduğundan, miras qoyan Yaşar Şabanovun payı 1/3dir. Deməli, 1/3 hissə yenə 3 vərəsə (Aynur, Məlahət və Abdulla) arasında bölünməlidir (1/3:3 = 1/9, vəsiyyətnamə olduğuna görə iddiaçının və Məlahətin yalnız məcburi payı (çatacaq payın yarısı) yaranır, 1/9:2 = 1/18. (1/18 pay Aynur, 1/18 pay Məlahət, qalan pay Abdulla). 31. 2-ci əmlak üzrə – JN 782B Dövlət Aktı əsasında 0,20 hektar kənd təsərrüfatlı torpaq sahəsi 3 nəfərin ümumi birgə mülkiyyətində olduğundan miras qoyan Yaşar Şabanovun payı 1/3-dir. Deməli, 1/3 hissə 3 vərəsə (Aynur, Məlahət və Abdulla) arasında bərabər qaydada bölünməli (hər birinə 1/9 pay), Məlahət Şabanovanın payı irsi transmissiya qaydasında qızı iddiaçıya verilməlidir. Beləliklə bu torpaq sahəsində iddiaçının qanun üzr ə vərəsəlik payı 2/9 hissə (1/9 iddiaçının + 1/9 anası Məlahətin) olacaqdır. 32. 3-cü əmlak üzrə – JN 782C Dövlət Aktı əsasında 0,15 hektar kənd təsərrüfatlı torpaq sahəsi də 3 nəfərin ümumi birgə mülkiyyətində olduğundan, miras qoyan Yaşar Şabanovun payı 1/3-dir. Deməli, 1/3 hissə 3 vərəsə (Aynur, Məlahət və Abdulla) arasında bərabər qaydada bölünməli (hər birinə 1/9 pay), Məlahət Şabanovanın payı irsi transmissiya qaydasında qızı iddiaçıya verilməlidir. Beləliklə, bu torpaq sahəsində də iddiaçının vərəsəlik payı 2/9 hissə (1/9 iddiaçının + 1/9 anası Məlahətin) olacaqdır. 33. 4-cü əmlak üzrə – RX ******* seriya nömrəli çıxarış əsasında 0,9782 hektar kənd təsərrüfatlı torpaq sahəsi 4 nəfərin ümumi birgə mülkiyyətində olduğundan, miras qoyan Yaşar Şabanovun payı 1/4-dir. Deməli, 1/4 hissə 3 vərəsə (Aynur, Məlahət və Abdulla) arasında bərabər qaydada bölünməli (hər birinə 1/12 pay), Məlahət Şabanovanın payı irsi transmissiya qaydasında qızı iddiaçıya verilməlidir. Beləliklə, bu torpaq sahəsində iddiaçının qanun üzrə vərəsəlik payı 2/12 hissə (1/12 iddiaçının + 1/12 anası Məlahətin) olacaqdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
34. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
35. Cavabdeh də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir.
36. İddiaçı kassasiya şikayətini belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mərhum tərəfindən mübahisəl i evə dair vəsiyyətnamə olmasını nəzərə almamış, buna görə də apellyasiya instansiya məhkəməsi mərhum Yaşar Şabanov tərəfindən yazılmış vəsiyyətnaməni əsas götürərək yaşayış evində olan payları müəyyən etmişdir. Lakin apelyasiya məhkəməsi vəsiyyətnaməyə və evin mülkiyyət hüququnu müəyyən edən sənədlərə düzgün qiymət verməmişdir. Belə ki, mərhumun vəsiyyətnaməni 30 iyun 2013-cü ildə tərtib etmişdir. Vəsiyyətnamədə qeyd olunmuşdur ki, Aşağı Tala kəndində yerləşən təzə tikilmiş fərdi yaşayış evini və həmin torpaq sahəsini oğlu cavabdehə vəsiyyət etmişdir. Mübahisəli evə verilmiş çıxarışdan görünür ki, evin texniki pasportunun axırıncı səhifəsində evin qeydiyyata alınmasına əsas olmuş sənədlərin siyahısı göstərilmişdir. Buradan görünür ki, həmin evin qeydiyyata alınmasına əsas Zaqatala RİHB-nı n 4/144 saylı, 4 fevral 2014-cü il tarixli məktubu olmuşdur. Həmçinin, həmin ev dövlət tərəfindən zəlzələdə zərər çəkmiş evlərin əvəzində tikilmiş ev olmuş və onun qeydiyyata alınması üçün sənəd 2014-cü ildə verilmişdir. Mərhum atasının 2013-cü ildə yazdığı vəsiyyətnamədə, təzə tikilmiş ev isə onun reyestrdə qeydiyyata alınmamış ikinci evi olmuşdur. Həmin ev başqa torpaq sahəsində yerləşdiyindən, sözügedən vəsiyyətnamə mübahisəli evə şamil olunmamalıdır. Mübahisəli ev dövlət tərəfindən tikilmiş və bütün ailə üzvlərinin bərabər hüququ olan bir evdir. Buna görə də, həmin evə dair vəsiyyətnamə yazılarkən, digər ailə üzvlərinin razılığı tələb olunurdu. Dövlət tərəfindən tikilmiş evin təkcə atasına məxsus olması kimi qeydiyyata alınması səhv olmuşdur. İddiaçı tərəfindən qeydiyyata alma orqanı na qeydiyyata düzəliş edilməsi, onun həmin evdə mülkiyyətçi olduğu nəzərə alınaraq qeydiyyat aparılması barədə müraciət olunmuşdur.
37. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində istinad etdiyi JN782A, JN-782B və JN-782C nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr və RX seriyalı ******* nömrəli çıxarış qüvvədə deyil. Belə olduğu halda, həmin sənədlərə istinadən vərəsəlik hüququnun müəyyənləşdirilməsi qanunsuz və əsassızdır. Şəki İnzibati Məhkəməsinin qərarı ilə işin müəyyən edilmiş hallarından da məlum olur ki, məhkəmənin qətnaməsində istinad etdiyi həmin sənədlərdə Məlahət Şabanova, Emin Bayramov və iddiaçının adı səhv qeyd edilmiş, həmçinin qeyd olunan torpaq sahələri Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Yaşa r Şabanov ilə yanaşı, cavabdehin, Xanza Qantarovanın və Abidat Həmzətovanın ümumi birgə mülkiyyətinə verilmişdir. Belə olan halda Yaşar Şabanova çatacaq pay apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi - 1/3 yox, 1/4 olacaqdı. Lakin məhkəmənin qeyd olunan xüsusatı nəzərə almaması səbəbindən, vərəsələrə çatacaq pay da düzgün bölünməmişdir. Bundan əlavə, mərhumun vərəsələrindən biri də Xanza Qantarovadır. Lakin, işə baxan məhkəmə vərəsələr arasında payı müəyyən edərkən miras əmlakın (torpaq sahələrinin) payçılarından biri olan və mirası faktiki olaraq qəbul edən Xanza Qantarovanın payını nəzərə almamış, bununla da iddiaçıya çatacaq pay hədsiz artmışdır.
38. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1192/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1605/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
39. Ali Məhkəmənin mövqeyi belə olub: - məcburi payın həcminin yuxarıda göstərilən qaydada müəyyənləşdirilməsi maddi hüquq normalarına uyğun olmamışdır. Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; - əvvəlcə bu normada nəzərdə tutulan məcburi payın mahiyyətinə və məqsədinə, daha sonra isə onun həcminin müəyyənləşdirilməsi qaydasına nəzər salınmalıdı r. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır. Məlum olduğu kimi, sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər - bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadı nın (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də, ölümündən sonra qanunun müəyyənləşdirdiyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fəqli nisbətlərdə paylaşdıra bilməz; - məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağ larının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir; - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”; - bununla belə diqqətdən qaçırılmamalıdır ki, miras qoyanın vərəsələri üçün qanunda nəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki, qanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (uşaqlar, valideynlər və arvad-ər) bu hüququa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil, qanunla müəyyən edilmiş bir hissəsi qorunmuşdur. Bu hissə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısıdır. Başqa sözlə, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır (məcburi pay almaq hüququndan məhrumetmə isə ləyaqətsiz vərəsə ilə bağlı, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda, özü də miras qoyanın sağlığında məhkəməyə müraciət edilməklə mümkündür. Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir; - buna görə də, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər; - məhkəmə təcrübəsində əksər hallarda məcburi payın pozulub-pozulmadığı aydınlaşdırılmadan vəsiyyət edilən (bağışlanan) hər pr edmetdən vərəsələrə pay tanınır. Halbuki, qanunda bu məzmunda bir norma mövcud deyil. Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195-ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir; - göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan hə cminin necə təsbit olunacağı məhz 1195-ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas götürülməlidir; - bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən pay nisbəti mirasla (məcburi payla) bağlı ixtilafların həlli üçün kifayət deyil. Həmin norma ilə yanaşı, Məcəllənin 1151.1, 1195, 1196 və 1200-cü maddələri birlikdə nəzərə alınmalıdır. Buna görə də, məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağış lanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur; - məcburi paya müdaxilə aşkar edilirsə, hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində açıqca göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər; - təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edilən qərarında məcburi payın həcminin müəyyənlə şdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir; - vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq dəyərdə əmlak qazanmışsa, bu, o deməkdir ki, onun məcburi payı pozulmamışdır. Vərəsə mirasda məcburi pay hüququ əsasında almalı oldu ğu minimum aktivi əldə etmişsə, miras qoyanın bu aktivin xaricində qalan əmlakına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl gətirmiş sayılmır. Belə olan halda, miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya bağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və qanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka “məcburi pay” adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən normaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb olur. Məsələn, qanun üzrə iki vərəsə olan və 1.000.000 manat dəyərindəki mirasda 20.000 manatlıq avtomobil kənar bir şəxsə vəsiyyət edilmişsə, vərəsələr məcburi payları olan 250.000 manatdan artıq (490.000 manat) dəyərdə əmlak aldıqları halda, onların həmi n avtomobilə də şərik olmaları ədalətli olmadığı kimi, miras qoyanın son iradəsinə də ziddir; - beləliklə, vərəsəyə məcburi pay verilməsi, bütün mirasdan qanun üzrə vərəsəliklə onlara çatası dəyərin yarısından az əmlak qaldıqda mümkündür. Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. O da nəzərə alınmalıdır ki, məcburi pay, vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsasla nan tələb hüququdur. Çünki, vəsiyyət edilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi qiymətləndirmişdir. Buna görə də vərəsəlik mübahisəsinə baxan məhkəmə, vəsiyyətnamə qoyulmuş (hədiyyə edilmiş) əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia tələblərini həll etməlidir; - hazırkı işdə isə miras qoyan Yaşar Şabanovun vəsiyyət etdiyi – ünvan 1ndəki 0.1240 ha torpaq sahəsinə və onun üzərindəki yerləşən fərdi yaşayış evinə iddiaçının payı müəyyən edilərkən yuxarıda şərh olunan qaydalara riayət edilməmişdir. Belə olan halda, payların apellyasiya məhkəməsinin qətnaməsində əks olunan şəkildə müəyyən edilməsi (iddiaçıya vəsiyyət olunan hər bir əşyadan tam həcmdə məcburi pay verilməsi) mülki qanunvericiliyə uyğun hesab edilə bilməz; - cavabdehin kassasiya şikayətinin dəlillərindən biri də odur ki, qanun üzrə vərəsələrindən Xanza Qantarova mirası faktiki qəbul etsə də, onun mirasda iştirakı və payı nəzərə alınmadan bölgü aparılmışdır; - beləliklə, hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün Yaşar Şabanovdan qalan miras kütləsi (vəsiyyət edilmiş əşyalar da daxil olmaqla bütün aktiv və passiv), habelə qanun və vəsiyyət üzrə bütün vərəsələrin dairəsi müəyyən edilməli, onlar işdə iştirak etməyə cəlb olunmalı, mirasın qəbulu və ondan imtina ilə bağlı qaydalar da nəzərə alınmaqla, pay bölgüsündə iştirak edən vərəsələrin dairəsi, bunlara müvafiq olaraq iddiaçının məcburi payının həcmi və vəsiyyətnamənin xaricində qalan əmlakdan İddiaçı qanun üzrə vərəsəlik qaydasında əldə etdiyi dəyər işdə iştirak edən şəxslərlə müzakirə edilməklə və işdə olan sübutlarla birlikdə qiymətləndirilməklə aydınlaşdırılmalı, bundan asılı olaraq iddiaçının məcburi payının pozulub-pozulmadığı, əgər pozulmuşsa hansı həcmdə (tam, yoxsa qismən) pozulduğu təsbit olunmalı, buna müvafiq olaraq həmin payın ta mamlanması və digər iddia tələbləri həll edilməlidir. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
40. İşə təkrar apellyasiya instansiyası məhkəməsində baxılarkən X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
41. İşin təkrar apellyasiya baxışı zamanı miras əmlakların dəyərinin müəyyən edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi 20 oktyabr 2022-ci il tаrixli nömrəli qərаrdаdla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
42. Məhkəmə Ekspertizası Mərkəzinin 9 fevral 2023-cü il tarixli 10/7222 nömrəli ekspert rəyinə əsasən müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində internet saytı məlumatlarına əsas götürülməklə mübahisə predmeti olan ümumi sahəsi 107,10 kvadrat metr olan fərdi yaşayış evinin (yerləşdiyi torpaq sahəsi ilə bi likdə) 1 kvadrat metrinin hazırkı orta bazar qiyməti təqribən 520 manat ((673+500+500+406)/4), mübahisə predmeti olan 0,20 hektar, 0,15 hektar və 0,9782 hektar torpaq sahələrinin isə 0,01 hektarının (1sotunun) hazırkı orta bazar qiyməti təqribən 352 manat ((394+330+333)/3) təşkil edir. Belə olan halda, mübahisə predmeti olan, ümumi sahəsi 107,10 kvadrat metr olan fərdi yaşayış evinin (yerləşdiyi torpaq sahəsi ilə birlikdə) hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 55700 manat, ümumi sahəsi 0,20 hektar (20 sot) olan torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 7000 manat, ümumi sahəsi 0,15 hektar (15 sot) olan torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 5300 manat, ümumi sahəsi 0, 9782 hektar (97 sot) olan torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 34000 manat məbləğindədir.
43. Üçüncü şəxs qismində cəlb edilmiş X15 bildirmişdir ki, hazırda mübahisələndirilən miras əmlak onun ata yurdudur və o da həmin miras əmlakdan özünə düşən payın ona verilməsini istəyir.
44. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-41/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, İddiaçı miras qoyan (atası) X7 (irsi transmissiya üzrə X3) miras qalmış RX ******* seriya nömrəli çıxarış əsasında X9 X10, X15 və Cavabdeh ilə ümumi b irgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı qanun üzrə vərəsəlik payı (irsi transmissiya üzrə X3 qalmış payla birlikdə) 2/16 hissə olmaqla, qiyməti 4250 manat, X8 həmin əmlakdan payı 5/16 hissə olmaqla, qiyməti 10,625 manat, Cavabdeh həmin əmlakdan payı 5/16 hissə olmaqla, qiyməti 10,625 manat, JN 782B Dövlət Aktı əsasında X9 X15 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən verilmiş 0,20 ha həyətyanı torpaq sahəsində İddiaçı qanun üzrə vərəsəlik payı (irsi transmissiya üzrə X3 qalmış payla birlikdə) 2/12 olmaqla, 1166.6 manat, X8 həmin əmlakdan payı 5/12 hissə olmaqla, qiyməti 2916.6 manat, Cavabdeh həmin əmlakdan payı 5/12 hissə olmaqla, qiyməti 2916.6 manat, JN 782C Dövlət Aktı əsasında X9 X15 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasıının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən verilmiş 0,15 ha həyətyanı torpaq sahəsində İddiaçı qanun üzrə vərəsəlik payı (irsi transmissiya üzrə X3 qalmış payla birlikdə) 2/12 olmaqla, 883.2 manat, X8 həmin əmlakdan payı 5/12 hissə olmaqla, qiyməti 2208.3 manat, Cavabdeh həmin əmlakdan payı 5/12 hissə olmaqla qiyməti 2208.3 manat müəyyən edilmiş, İddiaçı məcburi payının 5023.8 manat olan çatışmayan hissəsinin irsi transmissiya üzrə X3 qalmış payla birlikdə cəmi 10,047.6 (on min qırx yeddi manat altı mış qəpik) manatın vəsiyyət edilmiş Zaqatala rayonunun Aşağı Tala kəndində 0,1240 ha həyətyanı torpaq sahəsində yerləşən 107,10 kv.m sahədən ibarət fərdi yaşayış evi və həmin evin üzərində yerləşdiyi X9, X15 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,1240 ha həyətyanı torpaq sahəsinin hesabına ödənilməsi, (tamamlanması), X8 məcburi payının 5023.8 manat olan çatışmayan hissəsinin Zaqatala rayonunun Aşağı Tala kəndində 0,1240 ha həyətyanı torpaq sahəsində yerləşən 107,10 kv.m sahədən ibarət fərdi yaşayış evi və həmin evin üzərində yerləşdiyi X9, X15 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,1240 ha həyətyanı torpaq sahəsinin hesabına ödənilməsi (tamamlanması) qət edilmiş ekspertiza xərci tərə flərin arasında bölünmüşdür. (hakimlər Vəzirxan Məlikov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev, Günay Cavadova)
45. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-41/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qətnamədəki yanlışlıq düzəldilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-41/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsinin qət etdi hissəsində 7-ci abzasda olan “Cavabdeh həmin əmlakdan payı 5/16 hissə olmaqla, qiyməti 10,625 manat müəyyən edilsin” cümləsindən sonra və 8-ci abzasda olan “JN 782B Dövlət Aktı əsasında X9 X15 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən verilmiş 0,20 ha həy ətyanı torpaq sahəsində İddiaçı qanun üzrə vərəsəlik payı (irsi transmissiya üzrə X3 qalmış payla birlikdə) 2/12 olmaqla, 1166.6 manat müəyyən edilsin” cümləsindən əvvəl “X5 həmin əmlakdan 4/16 hissə payı nəzərə alınsın” cümləsinin oxunması qərara alınmışdır.
46. Apellyasiya instansiyası məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı atası X9 xx.xx.2018-ci ildə ölməsi ilə vərəsəlik açılmışdır. Zaqatala rayonunun Aşağı Tala kəndində 0,1240 hektar həyətyanı torpaq sahəsində yerləşən 107,10 kvadrat metr sahədən ibarət fərdi yaşayış evi, həmin evin üzərində yerləşdiyi X9, X15 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,1240 hektar həyətyanı torpaq sahəsi, X9, X10, X15 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunu n Aşağı Tala kəndində yerləşən 0,9782 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X9, X15 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 4 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən verilmiş 0,20 hektar həyətyanı torpaq sahəsi və X9, X15 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 4 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən verilmiş 0,15 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır.
47. X1 ölümündən sonra xx.xx.2019-cu il tarixdə ölmüş arvadı X11, oğlu xx.xx.1990cı ildə anadan olmuş Cavabdeh, qızları xx.xx.2001-ci ildə anadan olmuş İddiaçı və xx.xx.1989-cu ildə anadan olmuş Qantərova (Şab anova) Xanza Yaşar qızından ibarət 4 vərəsəsi qalmışdır ki, onların hər biri mirası qəbul etmişdir (İddiaçı vərəsəlik açılan zaman yetkinlik yaşına çatmayan olduğundan yetkinlik yaşına çatandan sonra). Həmçinin, qanun üzrə vərəsələr mirasdan məcburi paylarını tələb edirlər. xx.xx.2019-cu il tarixdə ölmüş arvadı X6 ölümündən sonra ondan qalmış mirası hazırkı iş üzrə iddiaçı olan İddiaçı qəbul etmişdir. X18 isə 2013-cü ildə ölmüşdür.
48. X2 30 iyun 2013-cü il tarixli vəsiyyətnamə ilə ünvan 1ndə yerləşən özləri yaşadığı təzə tikilmiş fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini oğlu həmin ünvanda yaşayan Cavabdeh vəsiyyət etmişdir. Vəsiyyət olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X9, X15 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Ta la kəndində yerləşən 0,1240 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən X9 mülkiyyətində olan 107,10 kvadrat metr sahədən ibarət fərdi yaşayış evidir.
49. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, miras qoyanın vəsiyyət etdiyi əmlaklarda yuxarıda göstərilən vərəsələrin məcburi pay hüququ vardır. Həmin payın həcmi vəsiyyətnamə olmayacağı təqdirdə, qanun üzrə vərəsəlik zamanı onların ala biləcəkləri miras payının yarısını təşkil edir.
50. X9 X10, X15 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9782 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsi X2na məxsus olduğundan həmin ¼ hissənin ¼ hissəsi hazırki iş üzə iddiaçı olan qanun üzrə vərəsə İddiaçı keçmişdir ki, bu da həmin torpaq sahəsinin qiyməti olan 3400 0 manatın 1/16 hissəsi (34000:4=8500:4=2125) edir ki, bu da 2125 manatdır. Nə qədər ki, digər vərəsə X6 qəbul etdiyi miras payı da hazırki iş üzrə iddiaçıya irsi transmissiya qaydasında keçmişdir, onun cəmi payı 2/16 olmaqla, 4250 manat təşkil edir.
51. X15 və Cavabdeh həmin əmlakın ümumi birgə mülkiyyətçisi olduqlarından həmin əmlakda onların hər birinin 4/16 hissə payı vardır. Eyni zamanda, onlar hər biri qanun üzrə vərəsəlik qaydasında həmin əmlakdan 1/16 hissə miras payı əldə etmişlər.
52. Belə olduqda, X8 və Cavabdeh hər birinin payı 5/16 hissə olmaqla, ayrı-ayrılıqda qiyməti 10,625 manat təşkil edir.
53. X9 X15 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 4 dekabr 1997-ci il tarixli 64 sayl ı qərarına əsasən verilmiş 0,20 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsi X2na məxsus olduğundan həmin 1/3 hissənin ¼ hissəsi hazırki iş üzə iddiaçı olan qanun üzrə vərəsə İddiaçı keçmişdir ki, bu da həmin torpaq sahəsinin qiyməti olan 7000 manatın 1/12 hissəsi (7000:3=2333:4=583,3) edir ki, bu da 583,3 manatdır. Nə qədər ki, digər vərəsə X6 qəbul etdiyi miras payı da hazırki iş üzrə iddiaçıya irsi transmissiya qaydasında keçmişdir, onun cəmi payı 2/12 olmaqla, 1166.6 manat təşkil edir.
54. X15 və Cavabdeh həmin əmlakın ümumi birgə mülkiyyətçisi olduqlarından həmin əmlakda onların hər birinin 4/12 hissə payı vardır. Eyni zamanda, onlar hər biri qanun üzrə vərəsəlik qaydasında həmin əmlakdan 1/12 hissə miras payı əldə etmişlər.
55. Belə olduqda, X8 və Cavabdeh hər birinin payı 5/12 hi ssə olmaqla, ayrı-ayrılıqda qiyməti 2916,6 manat müəyyən edilir.
56. X9 X15 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 4 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən verilmiş 0,15 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsi X2na məxsus olduğundan həmin 1/3 hissənin ¼ hissəsi hazırki iş üzə iddiaçı olan qanun üzrə vərəsə İddiaçı keçmişdir ki, bu da həmin torpaq sahəsinin qiyməti olan 5300 manatın 1/12 hissəsi (5300:3=1766.6:4=441.6) edir ki, bu da 441,6 manatdır. Nə qədər ki, digər vərəsə X6 qəbul etdiyi miras payı da hazırki iş üzrə iddiaçıya irsi transmissiya qaydasında keçmişdir, onun cəmi payı 2/12 olmaqla, 883,2 manat təşkil edir.
57. X15 və Cavabdeh həmin əmlakın ümumi birgə mülkiy yətçisi olduqlarından həmin əmlakda onların hər birinin 4/12 hissə payı vardır. Eyni zamanda, onlar hər biri qanun üzrə vərəsəlik qaydasında həmin əmlakdan 1/12 hissə miras payı əldə etmişlər.
58. Belə olduqda, X8 və Cavabdeh hər birinin payı 5/12 hissə olmaqla, ayrı-ayrılıqda qiyməti 2208,3 manatdır.
59. X9 X15 və Cavabdeh ilə ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,1240 ha həyətyanı torpaq sahəsinin qiyməti 4364.8 manatdır, onun da 1/3 hissəsi X2na məxsus olduğundan qanun üzrə vərəsəlik zamanı həmin 1/3 hissənin ¼ hissəsi hazırki iş üzə iddiaçı olan qanun üzrə vərəsə İddiaçı payını təşkil edir. Bu da 363.7 manat edir (4364.8:3=1454.9:4=363.7).
60. Zaqatala rayonunun Aşağı Tala kəndində 0,1240 hektar həyətyanı torpaq sahəsində yerləşən 107,10 kvadr at metr sahədən ibarət X1 mülkiyyətində olmuş fərdi yaşayış evinin qiyməti 51335,2 manatdır ki, həmin miras əmlak qanun üzrə vərəsəlik zamanı mirası qəbul etmiş 4 vərəsənin hər birinin payı ¼ hissə olmaqla 12833,8 manat təşkil edir.
61. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hazırki iş üzrə iddiaçı olan qanun üzrə vərəsə İddiaçı vəsiyyətnamə olmayacağı təqdirdə qanun üzrə vərəsəlik zamanı alacağı miras payının həcmi 16347,4 manat təşkil edir. (2125+583.3+441.6+363.7+12,833.8=16,347.4) Vəsiyyətnamə olan halda vərəsənin məcburi payının həcmi qanun üzrə vərəsəlik zamanı alacağı miras payının yarısını təşkil etdiyindən, hazırkı halda iddiaçı olan qanun üzrə vərəsə İddiaçı miras payının həcmi 8173,7 manat təşkil edir. Həmin məbləğin 3149,9 manatlıq (2125+583. 3+441.6=3149.9) hissəsini 0,9782 hektar, 0,20 hektar və 0,15 hektar ölçülü torpaq sahələrindən qanun üzrə vərəsəlik qaydasında əldə etdiyindən, ona çatası məcburi payın çatışmayan hissəsi 5023,8 manat təşkil edir. Həmin məbləğ irsi transmissiya üzrə X3 qalmış payla birlikdə cəmi 10047,6 manatdır.
62. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 133.1, 1133.2, 1145, 1151.1, 1159.1, 1166, 1170.1, 1176.1, 1193, 1195, 1196, 1200 və 1201-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
63. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və işin təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş edirəm.
64. Kassasiya şikayəti belə əsaslandırılıb: - Mülki Məcəllənin 1193-cü maddəsinin tələbi pozulmuşdur. Həmin maddədə deyilir ki, vəsiyyət edənin uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır və həmin pay qanun üzrə vərəsəlik zamanı çatacaq payın yarısını təşkil etməlidir. Məhkəmə əmlaklar üzərinə vəsiyyət və qanun üzrə paylar müəyyən edərkən vəsiyyətnamənin hansı əmlaka münasibətdə yazıldığını nəzərə almayaraq digər əmlakları da vəsiyyətnamə əsasında məcburi paya uyğun pay müəyyən etmişdir; - miras qoyanın mülkiyyətində olmuş fərdi yaşayış evinin dəyəri 51335 manat təşkil edir. Miras qoyan həmin evi oğluna vəsiyyət etmişdir. Miras qoyanın cəmi 4 vərəsəsi var. Deməli məcburi pay evə münasibətdə 1/8 hissə təşkil edir. 51335,2 manatın 1/8 hissəsi də 6416,9 manat təşkil edir. Bu bi r nəfərə düşən paydır. İddiaçı həm də mərhum anasına düşən payı qəbul etmişdir. Beləliklə, evə münasibətdə İddiaçı düşən məcburi payın miqdarı 12833,8 manat təşkil edir. Məhkəmə isə qətnaməsində həmin 12833 manatı, yəni məcburi payı da 2 hissəyə bölmüşdür. Beləliklə, İddiaçı məcburi pay olaraq evdən düşən pay azaldılaraq onun hüquqları pozulmuşdur; - evin yerləşdiyi həyətyanı torpaq sahəsinin vəsiyyətnaməni nəzərə alaraq hesabladıqda aşağıdakı nəticəyə gəlmək olur. Torpaq sahəsi 3 nəfərin mülkiyyətində, dəyəri isə 4364,8 manatdır. Bunun 1/3 hissəsi 1454,9 manat təşkil edir. Vəsiyyətnamə nəzərə alınaraq həmin məbləğdən məcburi pay çıxardılır və iddiaçı Aynura düşən məbləğ 1454,9: 8 x 2 = 363,7 manat təşkil edir. Evin dəyəri ilə həyətyanının dəyəri toplandıqda 12833,8 + 363,7=13197,5 manat olur. Bu, həyətyanı torpaq sahəsindən və evdən məcburi pay alınaraq İddiaçı düşən payın məbləğidir; - bundan başqa məhkəmə nəzərə almamışdır ki, vəsiyyətnamə digər əmlaklar barəsində yazılmamışdır. Digər əmlakları hesablandıqda belə nəticə alınır: - 0,9782 ha torpaq sahəsi 4 nəfərin mülkiyyətində olmuşdur, yəni həmin torpağın ¼ hissəsi miras qoyana məxsus idi. Torpağın ümumi dəyəri 34000 manat olduğuna görə 34000:4 miras qoyana məxsus hissə hesab olunur və 8500 manat təşkil edir. 8500 manat miras qoyanın 4 nəfər vərəsəsinə bərabər şəkildə bölünməlidir. 8500: 4 = təşkil edir 2125 manat. İddiaçı və onun anasının payı 4250 manat təşkil edir; - 0,20 ha torpaq sahəsi 3 nəfərə məxsus olduğundan qiyməti 7000 manat təşkil etdiyindən, 7000 manat 3-ə bölündükdə 2333 manat edir, bu da 4 hissəyə bölü nəndə 583,3 manat alınır. 583,3 manat iddiaçının və anasının, ayrı-ayrılıqda hesablandıqda onlara düşən pay 1166,6 manat təşkil edir; - digər torpaq sahəsi 0,15 ha, 3 nəfərə məxsus olaraq cəmi dəyəri 5300 manat təşkil edir. Bunun da 1/3 hissəsi 1766,6 manat təşkil edir. Həmin rəqəm də 4-ə bölündükdə 1766,6:4=441,6 manat 1 nəfərin payıdır. İddiaçı və anasının payı hesablandıqda həmin torpaqdan iddiaçıya düşən hissə 883,2 manat təşkil edir; - həmin paylar toplananda 12833,8+363,7+4250+1166,6+883,2=19497,3 manat edir, deməli, iddiaçının mərhum anası Məlahət Şabanovadan irsi transmissiya üzrə qalmış payla birlikdə düşən payın miqdarı cəmi 19497,3 manat təşkil edir. Məhkəmə isə bu məbləği cəmi 10047 manat müəyyən etmişdir. Deməli, İddiaçı payı 9450 manat məhkəmə tərəfindən azaldılmışdır; - buna görə də qeyd edilən xüsusatlar nəzərə alınaraq payların düzgün müəyyən olunması üçün qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə qaytarılmalıdır; - qətnamədə yazılmışdır ki, iddiaçının miras payının həcmi 8173,7 manat təşkil edir. Həmin məbləğin 3149,9 manatlıq hissəsi (2125+583,3+441,6=3149,9) 0,9782 ha 0,20 ha və 0,15 ha ölçülü torpaq sahələrindən qanun üzrə vərəsəlik qaydasında əldə etdiyindən ona çatası məcburi payın çatışmayan hissəsi 5023,8 manat təşkil edir. Həmin məbləği irsi transmissiya üzrə Məlahət Şabanovadan qalmış payla birlikdə, cəmi 1047 manat təşkil edir. Məhkəmə burada hesablama apararkən riyazi səhvlərə yol verərək iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, 0,9782 ha torpaq sahəsindən İddiaçı düşən payın həcmi irsi transmissiya üzrə anasından qalmış payla birlikdə 4250 manat təşkil edir. 0,20 ha torpaq sahəsində 1166,6 manat təşkil edir. 0,15 ha torpaq sahəsində 883,2 manat təşkil edir. Bunları topladıqda 4250+1166,6+883,2=6299,8 manat təşkil edir. - ümumi məbləğdən həmin məbləği çıxdıqda 19497,3-6299,8=13197,5 manat təşkil edir. Deməli, İddiaçı tamamlanmalı olan payının miqdarı qətnamədə yazılandakı kimi 10047,6 manat deyil, 13197,5 manat təşkil edir. - iddiaçının məcburi payının çatışmayan hissəsi irsi transmissiya üzrə anasından qalmış payla birlikdə 13197,5 manat, vəsiyyət edilmiş ev və həyətyanı torpaq sahəsinin hesabına ödənilməlidir; - bundan başqa, apelyasiya məhkəməsi qətnamənin nəticə hissəsində 0,9782 ha torpaq sahəsində vərəsəlik paylarını müəyyən edərkən 2/16 hissəni iddiaçıya irsi transmissiya üzrə anasından qalm ış payla birlikdə müəyyən etmiş, 5/16 hissəsini digər vərəsə Xanza Qantərovaya, 5/16 hissəni isə digər vərəsə Cavabdeh müəyyən etmişdir. Hissələri topladıqda (2/16+5/16+5/16=12/16) yuvarlaq tam rəqəm alınmır. 12/16 hissə vərəsələrə verilmiş, 4/16 hissə isə kimin payı olduğu müəyyən edilməmişdir. Beləliklə, torpaq sahəsini miras qoyana məxsus hissəsi tam olaraq vərəsələr arasında bölünməmişdir. Bunun da nəticəsində vərəsələrin hüquqları pozulur; - bundan başqa məhkəmə qətnaməsində nəticə hissəsində qeyd etmişdir ki, “payın müəyyən hissəsi evin və həyətin hesabına ödənilsin”. Bu ifadə anlaşılan deyildir. Hesabına ödənilməklə məhkəmənin nə demək istəməsi məlum deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
65. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsl ərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) q anun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan a sılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarı Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrı lır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır. Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Kassasiya şikayətində iddiaçı qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlilləri payın həcmi, payın müəyyən hissəsinin evin və həyətin hesabına ödənilməsi hissəsinin qeyri-müəyyən olması ilə bağlıdır. Bu səbəbdən kollegiya qətnaməni kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yoxlayır.
68. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən payların həcmi ilə bağlı mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə qanuni nəticəyə gəlmişdir.
71. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 4662-cü bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
72. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ə traflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını, o cümlədən miras əmlakdakı payların həcmini müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək payların həcmi hissəsində qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
73. Məhkəmə kollegiyası qeyd edilən hissədə kassasiya şikayətinin dəlillərini – mirasda payların həcminin düzgün müəyyənləşdirilməməsi – əsassız sayır. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi payların həcmini miras açılmış əmlaklara münasibətdə (istər məcburi pay, istərsə də, qanun üzrə vərəsəlikdə) düz gün müəyyən etmiş, miras əmlakın dəyərini ekspert rəyi əsasında təyin etmişdir. Payın həcminin müəyyən edilməsi Mülki Məcəllənin 1193, 1195 və 1196-cı maddələrinin tələbinə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının miras payının cəmi həcminin 8173,70 manat olmasını müəyyən etmiş, onun qanun üzrə vərəsəlik zamanı alacağı 3149,90 manatlıq əmlakın üzərinə məcburi payın çatmayan 5023,80 manatının əlavə edilməsi nəticəsinə gəlmişdir.
74. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi tərəfindən riyazi səhvə yol verilməsi barədə kasasiyanın dəlilləri və iddiaçının özünün kassasiya şikayətində qeyd etdiyi payın həcmi barədə riyazi hesablaması işin müəyyən edilmiş halları ilə təkzib edilir.
75. Məhkəmə kollegiyası 0,9782 ha torpaq sahəsində vərəsəlik payları müəyyən edilərkən 4/16 hissənin kimin payı olmasının müəyyən edilməməsi barədə şikayətin dəlillərini də qəbul etmir. Əvvəla, həmin mirasla bağlı iddiaçının öz payının həcmi düzgün müəyyən edilib, 4/16 hissənin kimin payı olmasının müəyyən edilməməsi iddiaçının hər hansı hüququnu pozmur. Bundan əlavə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi 23 may 2023-cü il tarixli qərardadla qətnamədəki həmin yanlışlığı aradan qaldırmışdır.
76. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, qeyd edilən hissələrdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi və dəyişdirilməsi üçün əsaslar yoxdur.
77. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının məcburi payının 5023.8 manat olan çatışmayan hissəsinin vəsiyyət edilmiş Zaqatala rayonunun Aşa ğı Tala kəndində 0,1240 ha həyətyanı torpaq sahəsində yerləşən 107,10 kv.m sahədən ibarət fərdi yaşayış evi və həmin evin üzərində yerləşdiyi X9, X15 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,1240 ha həyətyanı torpaq sahəsinin hesabına ödənilməsini (tamamlanması) qət etməklə düzgün nəticəyə gəlsə də, bu tamamlanmanın hansı qaydada həyata keçirilməli olmasını göstərməməklə qətnamənin həmin hissədə icrası ilə bağlı qeyri-müəyyən vəziyyət yaratmışdır. Bu hissədə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı sayır.
78. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının məcburi payının çatışmayan hissəsinin vəsiyyət edilmiş əmlak hesabına ödənilməsini (tamamlanması) qət etməklə kifayətlənməməli, gəldi yi nəticəni inkişaf etdirərək, həmin tamamlanmanın hansı qaydada həyata keçirilməli olmasını da göstərməli idi. Bu da qeyd edildiyi kimi qətnamənin dəqiq icrasının təmin edilməsi məqsədini daşıyır.
79. Buna görə də məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, qeyd edilən qeyri-müəyyən hal aradan qaldırılmalı, məcburi payın 5023.8 manat çatışmayan hissəsi pul şəklində cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
80. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin qismən olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi məcburi payın tamamlanması hissəsində dəyişdirilməli, İddiaçı məcburi payının 5023.8 manat çatışmayan hissəsi pul şəklində Cavabdeh tutularaq İddiaçı verilməli, kassasiya şikayəti qalan hissədə tə min edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
81. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-41/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi məcburi payın tamamlanması hissəsində dəyişdirilsin. İddiaçı məcburi payının 5023.8 manat çatışmayan hissəsi pul şəklində Cavabdeh tutularaq İddiaçı verilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.