Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2988/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 Hümsü oğlunun iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli 2(103)-4077/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-yaqarşı iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xxx ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasında 2-ci giriş, 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 152.8 kv.m olan 3 otaqlı 189 saylı mənzilin istifadə və sahiblik etmək məqsədi ilə ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2018-cu il tarixli, 2(004)1414/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, 14.05.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cavabdehin xxxx yerləşən ümumi sahəsi 152.8 kv.m olan 3 otaqlı 189 saylı mənzilin istifadə və sahiblik etmək məqsədi ilə İddiaçı təhvil verilməsi Cavabde h MTK-ya həvalə edilməsi qət edilmişdir. (hakim Sərdar Mehrəliyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4077/2019 saylı, 10 aprel 2019-cu iltarixli qətnaməsi ilə üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1414/2018 saylı iş üzrə 16 fevral 2018-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi) Şərafət Məmmədova, Vüqar Həsənov) İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli 2(103)-4077/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsasland ırılmışdır ki, qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamış, qanunların tətbiqində səhvə yol verilmişdir. Belə ki, hazırki üzrə üçüncü şəxsin qətnamədən apelyasiya şikayəti verməsindən iddiaçının xəbəri olmamışdır. Apelyasiya instansiyası iddiaçının məhkəmə baxışında iştirakını təmin etmədən, üçüncü şəxsin apelyasiya şikayətini təmin etməklə iddiaçının hüquqlarını pozmuşdur. Bundan əlavə mübahisəsi gedən mənzil iddiaçının sahiblik və istifadəsindədir, iddiaçı həmin mənzilin vicdanlı alıcısıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında vicdanlı əldə edənin hüquqlarının qorunması təsbit olunub. Məhkəmə kollegiyasının iclasında İddiaçı X2 vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təm in edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X1 vəkili Vəkil2 Hümsü oğlu kassasiya şikayətinə etiraz edərək göstərdi ki, xxxx saylı mənzili xxx 10 iyun 2008-ci il tarixli müqavilə əsasında 75000 manata həmin binanı inşa edən Cavabdeh MTK-dan almışdır. Həmin məbləğin 49000 manatını xxx dərhal, qalan hissəsini isə hər ay 5000 manat olmaqla tam ödəmiş, bu barədə ona maliyyə arayışı verilmişdir. İddiaçı isə bir çox vətəndaşlar kimi mənzili alarkən Cavabdeh MTK-nın rəhbərliyi tərəfindən aldadılmışdır. MTK-nın sədri barəsində cinayət işinin istintaqı bitmiş və iş məhkəməyə göndərilmişdir. Həmin cinayət işində iddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. İttiham aktında da MTK sədrinin qeyd edilən mənzilə dair İddiaçı saxta müqavilə və maliyyə arayışı verməsi təsdiq edilib. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən sa xlanılmalıdır. İddiaçı onunla Cavabdeh MTK arasında 14.05.2011-ci ildə bağlanmış müqaviləyə istinad edərək, xxx ünvanında inşa edilmiş 2 girişli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m 189 saylı mənzilin ona təhvil verilməsini xahiş etmiş, tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 152, 157, 567, 568-ci, Mənzil Məcəlləsinin 112.1-ci maddələrini göstərmişdir. Birinci instansiya məhkəməsi iddiaçının müqavilə əsasında əldə etdiyi mənzilə hüquqlarını tanıyaraq, mənzilin iddiaçıya təhvil verilməsini Cavabdeh MTK-ya həvalə etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 425.1, 442, 448.2, 152.1, 157.8, 646 və 648-ci maddələri ilə əsaslandırmışdır. Barəsində kassasiya şikayəti verilən qətnamədən isə görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materia llarına istinadən birinci instansiya məhkəməsinin mübahisəyə alqı-satqı müqaviləsini nizamlayan maddi hüquq normalarını tətbiq etməsini düzgün saymamış, iddiaçının istinad etdiyi 14 may 2011-ci il tarixli müqavilənin hüquqi təbiətinə görə podrat müqaviləsi olmasını, eləcə də xxx iddiaçıdan daha əvvəl həmin mənzilə dair podrat müqaviləsi bağlamasını, mənzilin podratın maddiləşmiş nəticəsi olaraq üçüncü şəxs xxx sifarişi və maliyyəsi hesabına əmələ gəlməsini, buna görə də mənzilin xxx verilməsinin podratçının vəzifəsi olmasını, həmçinin İddiaçı adı çəkilən mənzillə bağlı aldadılması faktı üzrə "Cavabdeh” MTK-ninvəzifəli şəxslərinin cinayət işi üzrə 163 nəfər zərərçəkəndən biri olmasını müəyyən edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 752.2-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normasını düzgün tətbiq etmişdir. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, xxx ilə Cavabdeh MTK arasında 10 iyun 2008-ci il tarixdə müqavilə (mənzil tikintisi haqqında) bağlanmışdır. Həmin mənzilə dair İddiaçıla bağlanan müqavilənin tarixi isə 14 may 2011-ci ildir. Başqa sözlə, eyni mənzilə dair müqavilə üçüncü şəxs olan xxx ilə daha əvvəl bağlanıb. Bununla da belə müəyyən edilib ki, mübahisəli mənzil 2008-ci il tarixli müqavilə əsasında məhz üçüncü şəxs xxx sifarişi və maliyyəsi hesabına əmələ gəlib. Nəticədə də apelyasiya məhkəməsi münasibətlərin podrat münasibətləri olmasını müəyyən edib. Məhkəmə kollegiyası müqavilənin adı (mənzil tikintisi haqqında) və məzmunu baxımından münasibətlərin podrat hüquq münasibətləri olması barədə apelyasiya instansiyasının gəldiyi nəticəni düzgün hesab edir.. Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Mülki Məcəllənin 752.2-ci maddəsi podratçının hazır məmulatı sifarişçinin mülkiyyətinə vermək vəzifəsini müəyyən etmişdir. Göründüyü kimi, işin müəyyən edilmiş halları apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi maddi hüquq normasının dispoztiv şərtləri ilə üst-üstə düşür. Mübahisə predmeti olan mənzilə dair xxx ilə Cava bdeh MTK arasında podrat müqaviləsi 10 iyun 2008-ci il tarixdə bağlandığı halda, eyni mənzillə bağlı iddiaçı ilə müqavilə 2011-ci ildə bağlanıb. Bu baxımdan sifarişçi olaraq, xxx hüquqları Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən qorunmalıdır. Həmçinin apelyasiya instansiyasının müəyyən etdiyi işin hallarından biri də odur ki, iddiaçı xxxx Cavabdeh MTK-nın sədri barəsində artıq məhkəməyə verilmiş cinyayət işində 163 nəfər zərərçəkəndən biridir. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini – apelyasiya baxışında iştirakının təmin edilməməsi, mənzilin vicdanlı alıcısı hesab olunması – əsaslı saymır. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi iddiaçıya onun iddia ərizəsində qeyd etdiyi telefon nömrəsinə məhkəmənin vaxtı barədə SMS bildirişi göndərm işdir. Mülki Prosessual Məcəllənin 135.7-ci maddəsinə görə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi mobil telefon nömrəsinə SMS bildirişi göndərilməsini iddiaçının məhkəmə barədə lazımı qaydada məlumatlandırılması kimi qiymətləndirir. Mənzilin vicdanlı əldə edəni olması barədə dəlilə gəldikdə, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq edilir ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanan 14 may 2011-ci il tarixli müqavilə alqı-s atqı müqaviləsi yox, podrat müqaviləsdir. Buna görə də burada hər hansı vicdanlı alıcılıq istisna edilir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli 2(103)4077/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2988/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2988/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver