Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2988/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi, əqdin etibarsızlılığı, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilə dair mülkiyyət hüququnun bərpa edilməsi, həmin mənzilə köçürülməyi və cavabdehin mənzildən məcburi qaydada çıxarılması və göstərilən daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1913/2024 nömrəli, 1 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə XX sentyabr 2024-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77, 79, 81, mənzil 3 (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi 81, M5, m3, bundan sonra-mübahisəli mənzil) xx.xx.2018-ci il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci i l tarixli 17/71289/19 saylı məktubu ilə İddiaçı adına olan mübahisəli mənzili "X3" MMC tərəfindən xx.xx.2020-ci il tarixli protokolla hərrac vasitəsilə satılması və hərracın qalib alıcısı tələbkar Cavabdeh1 olması qeyd edilərək, həmin mənzilin hərracın qalib alıcısı Cavabdeh1 adına rəsmiləşdirilməsi xahiş olunmuş, xx.xx.2020-ci il tarixli, Hərracın yekunları barədə Protokola əsasən, həmin mübahisəli mənzilin tam dəyəri 160500 manata Cavabdeh1 almış və xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ ilə öz adına qeydiyyata alınmışdır.
3. Daha sonra Cavabdeh1 həmin mübahisəli mənzili Cavabdeh2 170000 (yüz yetmiş min) manata satmış, alıcı isə həmin qiymətə almışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1210/2022 saylı qətnaməsi ilə, Bakı şəhəri, Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, xx/xx-153021/2019-9 saylı sifariş məktubu əsasında "xxxx" MMC (“X3” MMC) tərəfindən mübahisəli mənzilə dair keçirilmiş hərracın yekunları barədə 14 nömrəli xx.xx.2020-ci tarixli protokolun ləğv edilməsi və həmin hərracın nəticələri etibarsız hesab olunmasına dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3135/2022 saylı Qərarı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir.
5. Şəmkir Rayon Məhkəməsinin 2(076)-443/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 105.000 manat əsas borc, 19.250 manat faiz borcu olmaqla, cəmi 124.250 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh1 verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-117/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməklə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)443/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilmiş cavabdeh İddiaçı 105.000 manat əsas borc, 19.250 manat faiz borcu olmaqla, cəmi 124.250 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh1 verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdeh İddiaçı 30 manat məbləğində dövlət rüsumunun alı nıb iddiaçı Cavabdeh1 verilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə, həmin iddia təmin edilməmiş, qətnamə iddianın qalan hissədə rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(102)-2331/2023 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)-117/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-16(006)275/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı, Günel Karaievanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Ə mlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbi”nə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə müvəqqəti təminat tədbiri barədə ərizəsinin rədd edilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin 16(103)517/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-16(006)-275/2022 nömrəli qərardadından ərizəçi İddiaçı verdiyi şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanıl mışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində mübahisəli mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv ediməsi, mənzil üzrə onun mülkiyyət hüququnun bərpa edilməsi, həmin mənzilə köçürülməyi və Cavabdeh2 mənzildən məcburi qaydada çıxarılması və göstərilən daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi işin faktiki hallarına uyğun əsasladırılmaqla qeyd etmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanılan zaman Cavabdeh1 bəlli olan fakt idi ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 77.79.81 mənzil 3, yeni qaydalarla AZİ 149, Baki şəhəri, ünvan 1 ünvanda yerləşən mənzil mübahisəlidir və məhkəmə predmetidir. Lakin buna baxmayaraq Cavabdeh1 tərəfindən qanunsuz olaraq Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanılmışdır. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəticə etibarı ilə reyestr qeydinin də ləğvi üçün əsasdır.
9. Cavabdeh1 iddia tələbinə qarşı e tiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddiasında göstərmişdir ki, "Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanılan zaman Cavabdeh1 bəlli olan fakt idi ki, ünvan 2 ünvanında yerləşən mənzil mübahisəlidir və məhkəmə predmetidir. Lakin buna baxmayaraq Cavabdeh1 tərəfindən qanunsuz olaraq Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanılmışdır”. İddiaçı barəsində AR CM-in 178.4-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraatında 1(101)- 84/2021 saylı cinayət işi gedərkən tərəfindən ərizə verilərək İddiaçı tərəfindən ona vurulan maddi zərərdən hazırki iddia ilə mübahisələndirilən mənzilin məbləği çıxılmışdır və həmin vaxtı iddiaçının mübahisəli mənzilin Cavabdeh2 satılmasından 2021-ci il yanvar ayında xəbəri olmuşdur. İddiaçı isə hazırki iddia ilə xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Digər tərəfdən iddiaçının iddia tələbindən də göründüyü kimi, iddiaçı iddiasının maddi hüquqi əsası kimi MM-nin 337.1, 337.2, 337.4, 337.5 və 339.1-ci maddəlinə istinad edərək bağlanılmış alqı-satqı müqaviləsini əhəmiyyətsiz əqd hesab etmişdir. İddiaçı tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən müddətə əməl edilib-edilməməsini öz təşəbbüsü ilə yoxlamalı olduğu və şərtlər olduğundan, birinci instansiya məhkəməsi müddəti tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul etməlidir. Bundan başqa iddianın Cavabdeh2 hissəsi də əsassızdır. Cavabdeh2 vicdanlı alıcı olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsi bağlanan zaman qeyd edilən mənzillə bağlı məhkəmədə heç bir iddia olmamışdır. İddiaçı mübahisəli evlə bağlı xx.xx.2021-ci il tarixdə "hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi "hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” barədə iddia ilə alqısatqı müqaviləsi bağlanan zaman yox, alqı-satqı müqaviləsi bağlandıqdan 8 ay sonra məhkəməyə müraciət etmişdir və artıq qeyd edilən hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” iddiası verilən zaman İddiaçı mübahisəli evin satılmasından və Cavabdeh2 vicdanlı alıcı olmasından qeyd edilən tarixdən məlumatı olmuşdur.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-6879/2023 nömrəli, 8 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim X2) iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 mülkiyyətində olan mübahisəli mənzilin xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınaraq, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılması və cavabdehlər arasında alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 mənzillə bağlı mübahisədən məlumatlı olmamış, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh2 vicdanlı alıcı olmuş və bu halda iddia tələbinin təmin edil məsi onun mülkiyyət hüququnun əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilərdi. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 16, 139, 149, 182, 337, 389, 390, 399, 406, 417-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şik ayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə müəyyən edilmiş hallara lazımi hüquqi qiymət verməmiş, ümimiyyətlə araşdırılmamış, məhkəmə həmin hallara göz yumaraq onlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə iddianı tamamilə təmin etmək əvəzinə iddianı qanunsuz olaraq rədd etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1913/2024 nömrəli iş üzrə 1 may 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhramzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, Cavabdeh2 mənzili satın aldığı zaman mənzillə bağlı hər hansı bir mübahisənin olduğunu bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuş, mübahisəli əmlakın alqı- satqısının etibarsız hesab edilməsinə əsas verən hallar müəyyən olunmamışdır.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında mənzilə dair xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığına dair iddiaçının irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiy i əqdin etibarsızlığı ilə bağlı müddəaların dispozisiya şərtlərinə uyğun gəlmədiyindən iddia həmin hissədə, yəni xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh2 mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, Cavabdeh2 vicdanlı alıcı olmaqla mənzili reyestrin həqiqiliyi prezumpsiyasına istinadən əldə etmişdir.
18. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.2, 152.3, 152.5, 178.1, 337.1, 337.2, 390.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən ap ellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona məns ub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
26. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxs lərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər lər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə al ıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1913/2024 nömrəli 1 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qə