Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2992/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-457/2023 nömrəli, 12 may 2023- cü il tarixli qərardadından Cavabdeh2 kassa siya şikayətinə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 21 avqust 2020-ci il tarixli BAKU2-2754818567 saylı kredit müqaviləsi, onun tərkib hissəsi olan 21 avqust 2020-ci il tarixli BAKU227548-18567/1 və 21 avqust 2020-ci il tarixli BAKU2-27548-18567/2 saylı Razılaşmaların ləğv edilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 22976,91 manat əsas, 1865,97 manat faiz və 1700,30 manat dəbbə borcu olmaqla, cəmi 26543,18 manat borcun və 170 manat ödənilmiş dövlət rüsumun un əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli, 2(010)2215/22 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunmuşdur. (hakim Təranə Mahmudova) b)Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(103)-457/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 1865,97 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilərək faiz borcu nun məbləği 1435,26 manat müəyyən edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən), Vahid Sadıqov, Məhəmməd Rüstəmli)
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(103)-457/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin olunan hissəsində yoxlamışdır. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi qənaətinə görə belə olan halda Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ tanına bilməz.
9. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehlərdən 1865,97 manat məbləğində faiz borcu tutulmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə faiz borcu azaldılaraq 1435,26 manat müəyyən edilmiş, bir sözlə kassatorun ziyanına qətnamə qəbul edilməmişdir. Belə olan halda kassatorun kassasiya şikayəti verməsi üçün əsaslar mövcud olmamışdır.
10. Apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, Cavabdeh2 ilk növbədə birinci instansiya məhkəməsinin qətnaməsini qanunla müəyyən edilmiş qa ydada mübahisələndirə və bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qəbul edəcəyi qərarla razı olmadığı halda sonuncu qərardan kassasiya şikayəti verə bilərdi.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 403.1, 408.1, 407.1.4 və 408.1.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, kassasiya şikayətinə baxılmasın üçün xahiş etmişdir.
13. Kassasiya şikayəti belə əsaslandırılıb ki, MPM-in 403.1-ci maddəsinə əsasən tərəflərin məhkəmə qətnamə və qərardadlarından şikayət vermək hüququ var. Hazırki iş üzrə Cavabdeh2a qarşı iddia qismən təmin edilib. Cavabdeh2 apellyasiya mərhələsində məlumat almış və qətnaməni rəsmi aldıqdan sonra qətnamədən kassasi ya şikayəti vermişdir. İş üzrə tərəf olan Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini rəsmi qaydada aldıqdan sonra mülki prosessual qanunvericiliklə ona verilən hüquqdan istifadə edərək narazı qaldığı məhkəmə qətnaməsindən şikayət vermişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməməsi onu hazırkı iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin ol unmadığı hallarda şikayət verə bilərlər. Maddə 407.1.4. bu Məcəllə ilə müəyyən edilmiş formada, şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
16. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
17. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti verməsinə, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməməsinə istinad etmişdir.
20. Məhkəmə kollegiyası bununla razılaşmır. Bel ə ki, iddia tələbi borcun tutulması barədədir, borca münasibətdə tələb bölünməzdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 (əsas borclu) apellyasiya şikayəti üzrə qətnaməni borcun məbləği hissəsində yoxlayaraq, faiz borcu hissəsində dəyişmiş, qətnaməni mübahisələndirilən qalan hissədə dəyişdirmədən saxlamışdır. Cavabdeh2 də hazırki kassasiya şikayətində eyni dəlillərlə borcun məbləğini mübahisələndirir. Belə olan halda, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsə də, onun birgə borclu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsindən kassasiya şikayəti vermək hüququ istisna edilmir.
21. Əks halda nəzərə alınsa ki, borcun məbləği hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi bir dəfə artıq d igər cavabdehin şikayəti ilə apellyasiya qaydasında yoxlanıb və həmin hissədə qətnamənin apellyasiya qaydasında bir daha yoxlanması mümkün deyil, belə olan halda Cavabdeh2 kassasiya şikayəti vermək hüququndan da məhrum edilməsi, onun məhkəmə aktından şikayət vermək hüququnu, başqa sözlə məhkəməyə çatımlıq hüququnu pozmuş olar.
22. Həmçinin məhkəmə kollegiyası bu məsələ ilə bağlı diqqəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 №-li Qərardadına da yönəldir.
23. Həmin qərardadın 52 və 53-cü bəndlərinə görə MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhk əməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İstinad edilən maddə, bu Qərardadın 43-cü bəndində qeyd edilən əsaslarla apellyasiya şikayətinə baxılması yolverilməz hesab edilən şəxsin apellyasiya şikayəti vermədən kassasiya şikayəti vermək hüququna maneə kimi qiymətləndirilməməli və kassasiya şikayətinin icraata qəbulundan bu əsasla imtina edilməməlidir. Belə ki, aşağı instansiya məhkəmələrində məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmaması, yaxud da qəbul edilmiş məhkəmə aktının lazımi qaydada verilməməsi səbəbindən apellyasiya şikayət vermək imkanı olmamış şəxslərin, habelə apellyasiya şikayəti versə də, artıq qətnamənin hə min hissəsinin yoxlanılması əsası ilə şikayəti qeyri-mümkün hesab edilmiş şəxslərin kassasiya şikayəti vermək hüququ tanınmalıdır. Həmin şəxslərin şikayətləri üzrə kassasiya icraatı, bu şikayətlər üzrə mübahisələndirilən hissələrin digər tərəfin şikayəti üzrə kassasiya qaydasında yoxlanılmadığı halda mümkün olacaqdır.
24. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gədlyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadında əks edilən mövqeyə də uyğun olmamışdır.
25. Bu baxımdan, kassasiya şikayətini qaytararkən apellyasiya instansiyası məhkəməsinin kassatorun ziyanına qətnamə qəbul edilməməsi barədə gətirdiyi dəlil də əsaslı sayıla bilməz.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassas iya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, iş Mülki Prosessual Məcəllənin 409-cu maddəsənin tələblərinə əməl edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
27. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-457/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.