Məhkəmə qərarları › İş №2(102)-2995/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2995/2021

02.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2995/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: hesablanmış borcun silinməsi, quraşdırılmış sayğacın xaric edilməsi, fərdi qaydada istehlak sərfinə keçilməsi qaydasının tətbiqi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili X1, nümayəndəsi X3, Cavabdeh ASC-nin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının Xömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət Qeydiyyatı Haqqinda Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* saylı Çıxarışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsində istifadədə olan 0.0911 ha torpaq sahəsində yerləşən 57a nömrəli, 7 mərtəbəli binada, 75.93 kv.m ümumi, 52.63 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 30 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 28.03.2009-cu il tarixdə qeydiyyata alınmışdır.

2. İddiaçı, 18.06.2015-ci il tarixdə həmin yaşayış sahəsində SSS-15 markalı, ******* nöm rəli mexaniki tipli su sayğacı quraşdırıldığını, bununla belə, su sərfiyyatına görə borcun düzgün hesablanmadığını bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsini üçüncü şəxs qismində cəlb etməklə) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, məcburi köçkün kimi mülkiyyətində olan, 30 saylı mənzilə cavabdeh tərəfindən su sərfinə görə qanunsuz və əsassız hesablanmış 467,32 manat borcun silinməsi, quraşdırılmış sayğacın xaric edilməsi, fərdi qaydada istehlak sərfinə keçilməsi qaydasının tətbiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, onun yaşadığı FX erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra ailəsi məcburi köçkün düşərək Bakı şəhəri, ünvan 1 ünvanında məskunlaşmışlar. Məcburi köçkünlərə Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən və təyin edilərək ayrılmış kommunal xərclərdən 2017-ci il yanvar ayınadək azad edilmiş, onların ödənişi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Məcburi köçkün kimi yaşadığı mənzil əvvəldən Bakıda yaşayan bacısının mülkiyyətində olmuş, sonra onun adına keçirilmiş, lakin bu günədək həmin yaşayış sahəsindən məcburi köçkün olan anası və 29.11.2015-ci ildə vəfat etmiş atası yaşayaraq sudan istifadə etmişdir. 18.06.2015-ci il tarixdə cavabdehin müvafiq qurumları t ərəfindən evdə su xətti üzərində texniki cəhətdən yüklü və qüsurlu SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılarkən onların məcburi köçkün olması nəzərə alınmamış, güzəşt etmədən bu günədək hər ay su sərfinə dair pul ödənişləri barədə hesabfakturaları onlara təqdim etmiş və ödənilməsini tələb etmişlər. Hər dəfə onlara, məcburi köçkün olmalarını bildirsələr də, bunu nəzərə almamış, sonuncu faktura ilə 467 manatın ödənilməsini hələ də tələb edirlər. 2014-cü ildə su və enerji sərfinə dair borcların silinməsi üçün ərizələrlə Cavabdeh ASC-yə və Bakı Elektrikşəbəkə ASC-yə müraciət etmişlər. Cavabdeh ASC-nin 14.05.2014-cü il tarixli, 2Rİ-01-5/1-3/6855 saylı cavab məktubu ilə su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə borcla bağl ı cəmiyyətin elektron abonent bazasında məcburi köçkün kimi qeydiyyatda olmaları nəzərə alınmaqla şəxsi hesabında müvafiq düzəliş edildiyi və borcunun olmadığı bildirilmişdir. Bakı Elektrikşəbəkə ASC-nin 22.05.2014-cü il tarixli DX14/0213 nömrəli məktubu ilə enerji sərfinə görə borcunun olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə məcburi köçkünlərin hər ailə üzvü üçün aylıq su istehlak norması 5 m3-dir. Qeyd etmək lazımdır ki, atasının vəfatından sonra, mənzildə tək anası yaşasa da, yenə də su sərfi şişirdilmiş qiymətlərlə hesablanmışdır. Çoxsaylı şikayətlərdən sonra Cavabdeh ASC-nin nəzarətçiləri 3-4 dəfə sayğaca müdaxilə etmiş, guya düzəldib getmişlər. Halbuki, bütün bu şişirdilmiş qiymətlərin hesablanaraq yazılması elə onların özlərinin düzüb qoşduqları əməllərin və müdaxilələrin nəticəsidir və əslində qoşduqları sayğacın texniki qüsurunu vaxtında aşkar etməkdən bilə-bilə yayınmışdır. Onu da göstərir ki, bu barədə mütəmadi və sistematik olaraq müvafiq orqanlara ərizə, teleqram və şikayətlər olunsa da, nəticəsi olmamışdır.

5. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və rədd edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış müqaviləyə əsasən iddiçının mənzilinə 18.06.2015-ci il tarixində, SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su äyğacı quraşdırılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC iddiaçıya su və analizasiya xidməti göstərir. ”Su təchizatı və tullantı suları haqqında ” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən istehlakçıya verilən suyun həcmi su ölçən cihazlar vasitəsi ilə və ya normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Cavabdeh ASC su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Su Məcəlləsinin 97-ci maddəsində göstərildiyi kimi, bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan pullu istifadə edilir. Sudan pullu istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini tə min etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun müvafiq qaydada razılaşdırılmadan qoşulmaqla və ya sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi mübahisələr yaratmış olur. İddiaçının borclarının əhatə etdiyi dövr ərzində su və kanalizasiya xidmətlərinin dəyər və normalarını müvafıq İcra Hakimiyyətinin orqanlarının aşağıda göstərilən normativ-hüquqi aktları ilə tənzimlənmiş və hal hazırda da tənzimləyir. Azərb aycan Respublikası Tarif və (Qiymət) Şurasının 2016-cı il 13 may tarixli, 6 nömrəli qərarı ilə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif və (Qiymət) Şurasının 2016-cı il 13 may tarixli, 6 nömrəli qərarı ilə Bakı şəhərində əhali qrupu üzrə 1 m3 suyun qiyməti ƏDV ilə birlikdə 0.35 manat müəyyənləşdirilmişdir. İddiaçı iddia ərizəsində öz mülkiyyətində olan evin əvvələr bacısının adına olduğunu qeyd etmiş, lakin evin alqı-satqısı ilə və adına keçməsi ilə bağlı heç bir rəsmi sənəd təqdim etməmiş, bu günədək məcburi köçkün statusunda atası və anasının yaşayaraq sudan istifadə etdiyini göstərmiş, sistematik olaraq nəzarətçilərin sayğacı yoxlayıb hesablama apararkən üzərindəki göstəriciləri qərəzli olaraq düzgün hesablamadığını, şişirdirilmiş ödəniş fak turaları təqdim edildiyini və məcburi köçkün olduqlarının nəzərə alınmadığını qeyd etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X11”nın 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 iş günü müddətində hesabı təqdim etmiş STKM-yə yazılı şəkildə müraciət edə bilər. 7.12. STKM bu Qaydaların 7.11 bəndinə əsasən daxil olmuş müraciət ən geci 5 iş günü müddətində baxaraq, istehlakçıya yazılı cavab verməlidir. Ərizə əsaslı hesab edildikdə, artıq hesablanmış vəsait növbəti ödənişlərdə nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. Cavabdeh ASC-nin Binəqədi rayonu Sukanal İdarəsi əməkdaşları tərəfindən 16.10.2019-cu il tarixində Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, ev 57/A, İddiaçı məxsus 30 saylı mənzilin su təchizatı və su sayğacı qovşağına baxış keçirilən zaman sayğacın işlək vəziyyətdə olduğu və heç bir mənfi halın aşkar olunmadığı qeyd edilmişdir.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) 02 sentyabr 2020-cu il tarixli, 2(004)-287/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ekspertiza tədqiqatının dəyəri 102 manatın İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.06.2020-ci il tarixli, 5609-9/179 saylı rəyinə əsaslanaraq mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı borcun su kanal idarəsi tərəfindən əsassız hesablanmasını iddia etsə də, t ələbini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, ümumi mülahizələrlə kifayətlənmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Həsənov) 25 noyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək qətnaməni n ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Su Məcəlləsi:

15. Maddə

97. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan pullu istifadə edil ir. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu:

16. Maddə

30. Verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafıq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

17. Maddə

72. Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu:

18. Maddə

13. Məcburi köçkünlərə mənzil-kommunal xidmətlərindən və telefondan (şəhərl ərarası və beynəlxalq danışıqlar istisna olmaqla) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

25. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorunun 03.10.2018-ci il tarixli arayışlarının surətindən görünür ki, İddiaçı Fizuli rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, ev 57A, 38 saylı mənzildə, X4 isə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, ev 57, 30 saylı mənzildə məskunlaşmışdır.

26. Hüquqların Dövlət Qeydiyyatı Haqqinda Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, X çəsində istifadədə olan 0.0911 ha torpaq sah əsində yerləşən 57a nömrəli, 7 mərtəbəli binada, 75.93 kv.m ümumi, 52.63 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 920 nömrəli reyestr kitabının 85436 nömrəli vərəqində 28.03.2009-cu il tarixdə qeydiyyata alınmışdır. 27. 1000605710300 saylı abonent kartının surətindən görünür ki, X 30 saylı mənzildə qeydiyyatda olan X5 ilə Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsi arasında qeyd olunan mənzilin su təchizatı və kanalizasiya xidmətlərinə görə 01.01.1997-ci il tarixli, 12353035 saylı müqavilə bağlanmış, mənzildə 18.06.2015-ci il tarixdə SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. Abonentin 15.10.2019-cu il tarixə su təchizatı və kanalizasiya xidmətlərinə görə ümumi borcu 478,82 manat təşkil edir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.06.2020-ci il tarixli, 5609-9/179 saylı ekspert rəyi ilə iş materialında olan Cavabdeh ASC X14 İdarəsi Suölçən Cihazların Kalibrləmə Laboratoriyasının 21.01.2020-ci il tarixli, 25590/0052055 nömrəli rəyinə əsasən SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacının buraxıla bilən xəta faizinin Qnom=(-)3.12% norma çərçivəsində olmaqla istismara yararlı olduğu müəyyən edilmiş, su sayğacında hər-hansı dəyişiklik və ya təmir işlərinin aparılması barədə məlumat olmadığına görə, qərardadın ikinci, su sayğacında hər hansı qüsur aşkar edilmədiyinə görə üçüncü sualları üzrə tədqiqat aparılmamışdır.

29. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin məhkəmənin 1 5.10.2019cu il tarixli sorğusuna 06.11.2019-cu il tarixli 02/2841 nömrəli cavab məktubundan görünür ki, "Cavabdeh" ASC tərəfındən Komitəyə təqdim edilmiş məcburi köçkünlərin adlı siyahısında Füzuli rayonundan məcburi köçkün olan İddiaçı adı "ünvan 2 ünvanda 2014-2016-ci illərdə qeyd olunmuş və onun su sərfiyyatına görə 2014-2015-ci illərdə 1 kubmetr suyun qiyməti 36 qəpik aylıq istehlak norması 5 kubmetr (0,36 x 5 =1,80 manat ayda), 2016-cı ildə 1 kubmetr su 50 qəpik norması 5 kubmetr (2f50 manat ayda) olmaqla həmin illər üzrə 31.12.2016-cı il tarixədək Komitə tərəfindən mərkəzləşmiş qaydada "Cavabdeh" ASC-yə vəsait ödənilmişdir. Qeyd: Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən 2017-ci ildən etibarən kommunal xərclər məcburi köçkünlərin bank hesablarına köçürülür.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X11”nın 4.1.3, 4.1.4, 4.1.5 və 4.1.7-ci maddələrinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək, suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək, istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək, su ölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçıların vəzifələri kimi müəyyən edilmişdir. 31. “X11”nın 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçisi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 iş günü müddətində yazılı müraciət etməlidir.

32. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 13.05.2016-cı il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh ASC -nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” Qərarına əsasən əhali istehlakçı qrupları üzrə 1 kub metr sudan istifadə üçün 0,35 manat, 1 kub metr tullantı sularının axıdılması üçün 0,15 manat tarif müəyyən edilmişdir.

33. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.09.2012ci il tarixli, 2421 saylı Sərancamına əsasən kommunal xidmətlərin təkmilləşdirilməsi üçün görüləcək işlər və nəticə indikatorları kimi elektrik enerjisinin, təbii qazın və suyun istehlakı və haqq ının ödənilməsi sahəsində smart kart tipli sayğacların quraşdırılması prosesinin başa çatdırılması 2013-2014-cü illər ərzində icra edilməsi üçün “xxxx”xxxx“BakıelektrikşəbəkəxxxxDövlət Neft Şirkəti, Cavabdeh ASC-yə həvalə edilmişdir.

34. Azərbaycan Respublikasının Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23.01.2017-ci il tarixli, 1206 saylı Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidm ətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 01.01.2017-ci il tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 40,0 (qırx) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmiş, Prezidentin 21.02.2018-ci il tarixli, 3704 saylı Fərmanı ilə müavinətin məbləği 10 faiz artırılmışdır.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahə sini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı 1993-cü ildən Fizuli rayonundan məcburi köçkün kimi ünvan 3 ünvanında məskunlaşması, 2009-cu ildə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsində istifadədə olan 0.0911 ha torpaq sahəsində yerləşən 57a nömrəli, 7 mərtəbəli binada, 75.93 kv.m ümumi, 52.63 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə əldə etməsi, qeyd ol unan mənzildə 18.06.2015-ci il tarixdə quraşdırılmış SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacının istismara yararlı olması müəyyən edilmişdir. Bununla da, iddiaçının məcburi köçkün olsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən dövlət tərəfindən vahid aylıq müavinətlə təmin edilməli şəxslər siyahısına aid edilməməsi, abonentə sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə 467,32 manat borcun qanunvericiliyin tələblərinə müvafiq olaraq hesablanması təsdiq olunmuşdur. İddiaçı borcun su kanal idarəsi tərəfindən əsassız hesablanmasını iddia etsə də, tələbini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

37. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı tələbinin əsasında duran faktiki hallara dair mötəbər sübutlar təqdim etmədiyi üçün onun tələbinin təmin olunmaması barədə gəlinən nəticə maddi və prosessual hüquq normalarına uyğundur. Kassasiya şikayətinin dəlilləri isə əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üz rə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar