Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2999/2024 02.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktları, kassasiyanın qeyri-mümkünlüyü Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-550/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh Mənzil Tikinti Kooperativi (vəkil Nümayəndə3) tərəfin dən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixli 119-E saylı müqavilə əsasında iddiaçının Cavabdeh MTK-dan və sədri X1 aldığı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520-2522-ci məhəllədə inşa edilmiş 4-E saylı yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı mənzil (Çıxarışda göstərilən ünvan:- ünvan 1 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi,196, M3, m3) üçün artıq ödədiyi 12.080 manat məbləğində pul vəsaitinin, ödədiyi 127 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDiLMiŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(007)-1345/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(103)-969/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Günay Axundova və İkram Şirinov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiy a məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilərək, cavabdehdən 12.080 manatın alınaraq iddiaçıya qaytarılması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126,64 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63,12 manat olmaqla, cəmi 189,76 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3345/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşad Şamaye v və Elşanə Vəliyeva) cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-550/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Sabit Bəhramzadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əskik olan 5.7 kv.metr ölçüyə mütənasib olaraq müqavilə əsasən, hər kvadrat metr üçün 800 manat olmaqla, 4.560 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 126,24 manat dövlət rüsumunun, iddianın təmin edilən hissəsinə mütənasib olaraq 47,64 manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 63,12 manat məbləğində dövlət rüsumunun 23,82 manat olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin ekspertiza tədqiqatlarının dəyəri olan ayrı-ayrılıqda 50 manat, ümumilikdə 100 manat məbləğində pulun 37,74 manat hissəsinin cavabdehdən, qalan 62,26 manat olan hissəsinin isə iddiaçıdan alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi müəyyən edilmiş və apellyasiya şikayətinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Cavabdeh (vəkil Nümayəndə3) qətnamədən kassasiya şikayəti verər ək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya instansiya məhkəməsi 03 iyul 2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilən kassasiya şikayəti geri qaytarılmışdır.
10. Qərardad onunla əsaslandırılmışdır ki, 08 may 2024-cü il tarixli qətnamə ilə apellyasiya şikayəti qismən təmin olunaraq, cavabdehdən tutulması qət olunmuş pul vəsaitinin ümumi dəyəri 5000 manatı keçmir, yəni iddianın təmin olunmuş hissəsi cəmi 4.560 manat təşkil edir. Göründüyü kimi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz.
11. Cavabdeh (vəkil Nümayəndə3) qərardaddan kassasiya şikayəti verərək, apelly asiya instansiya məhkəməsinin qərardadının ləğv edilərək, kassasiya şikayətinin və işin Ali Məhkəməyə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
13. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
14. Maddə
409. Apell yasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, cavabdeh (vəkil Nümayəndə3) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
16. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu ver miş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin Mülki Prossesual Məcəllənin (bundan sonra MPM) 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
17. Həmçinin, MPM-in 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apel lyasiyanın qeyri-mümkün hesab edilməsi; kassasiya şikayətinin qaytarılması; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
18. Göründüyü kimi, MPM-də kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş məhkəmə qərardadları konkret göstərilmişdir.
19. Nəzərə alınmalıdır ki, kassasiya şikayətlərinin qaytarıl ması barədə qərardadla şəxsin onun işinə kassasiya instansiyası məhkəməsində baxılması məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir.
20. Lakin prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402.2-ci maddəsinin və ümumiyyətlə son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılmış qanunvericilik islahatlarının məqsədlər inə cavab vermir.
21. Hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin 03 iyul 2024cü il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, MPM-də həmin məhkəmənin 08 may 2024-cü il tarixli qətnaməsindən kasasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, həmin şikayətin qaytarılması barədə 03 iyul 2024-cü il tarixli qərardaddan da kasasiya şikayəti verilə bilməz.
22. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya i nstansiyası məhkəməsinə qaytarılmalıdır.
23. Beləliklə, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 402-ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.
24. MPM-in 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
25. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin (vəkil Nümayəndə3) kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün m ülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 402.1, 406, 409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-550/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh Mənzil Tikinti Kooperativi (vəkil Nümayəndə3) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.