Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-30/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd ərazi dairəsi üzrə nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: vərəsəlik hüququ haqında şəhadətnamələrin etibarsız hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd ərazi dairəsi üzrə nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamələrin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-498/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı atası X10 18 may 2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 5ində yerləşən ümumi sahəsi 0,6759 ha olan torpaq sahəsi, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikili (uşaq sağlamlıq düşərgəsi), Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi, "xxxx" MMC-də nizamnamə kapitalında mayalarının miqdarı 10 payı və "xxxx" ASC-nin üzrə hər birinin nominal dəyəri 0,50 (əlli qəpik) olan 168492 (bir yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adi adlı səhm miras qalmışdır.
2. Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti Kebeloba kənd İnzibati Ərazi Dair əsi üzrə nümayəndəliyinin 375 nömrəli 12 dekabr 2019-cu il tarixli arayışına əsasən X10 xx.xx.2019-cu ilədək Kebeloba kəndində olan evində yaşamışdır. Mərhumun vəfatından sonra onun birinci növbəli sağ qalmış vərəsələri Maraqlı şəxs1, Maraqlı şəxs4, X18, X11, X12, Maraqlı şəxs3dir.
3. Azərbaycan SSR Zaqatala rayonu Car kənd soveti tərəfindən 31 iyul 1975-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X16 ilə X9 nikahlarını bağlamışdırlar. Nikahdan sonra ərə Mamedov, arvada Mamedova familiyası verilmişdir.
4. V-663(2019) nömrəli Maraqlı şəxs1 tərəfindən ünvan 3 ünvanlanmış ərizədən görünür ki, o, 18 may 2019-cu il tarixdə vəfat etmiş əri X4 miras qalmış bütün daşınar və daşınmaz əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
5. MH ser iyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********86-06301 olan Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikili (uşaq sağlamlıq düşərgəsi) tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1778 nömrəli vərəqində qeydiyyata alınmışdır.
6. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********58 olan ünvan 5ində yerləşən 0,6759 h a kənd təsərrüfatı təyinatlı torpaqlar (ƏKİN) təyinatlı torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********34 olan Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********06- 06301083016 olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 55,9 kv.m olan qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 8876 nömrəli vərəqində qeydiyyata alınmışdır
9. MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********06- 06301083017 olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 9118 nömrəli vərəqində qeydiyyata alınmışdır
10. Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş çıxarışdan görünür ki, emitent Bakı tikinti sənaye dəstləşdirmə ASC nominal dəyəri 0,5 manat olan 207484 adi adlı səhmi yerləşdirilmişdir.
11. Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xx/xx-1417 nömrəli məktubdan görünür ki, 26 noyabr 2019-cu il tarixinə X7 məxsus "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0.5 (əlli qəpik) manat olan 168492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adi adlı səhm girov öhdəliyi ilə yüklənməmiş və həbsdə deyildir. 12. 13 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş X13 Reyestrindən Çıxarışdan görünür ki, ********** dövlət qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tari xdə qeydiyyata alınmış AZROSE Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X10 nizamnamə kapitalında 10 paya, təsisçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 22750000 paya sahibdir.
13. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-1213 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 663/2019 nömrəli vərəsəlik işi üzrə 17 dekabr 2019- cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X6 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç 13 saylı ərazi vergilər idarəsi tərəfindən xx.xx.2019 il tarixdə verilmiş dövlət qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən olan X 6 nizamnamə kapitalında mayalarının miqdarı 10 pay olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ibarət miras əmlakdan bərabər hissədə pay almalıdırlar.
14. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-1232 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 643/2019 nömrəli vərəsəlik işi üzrə 19 dekabr 2019- cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X6 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2008 tarixdə X7 verilmiş **********8606301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəs i ünvanında 3.99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilidən (uşaq sağlamlıq düşərgəsi) ibarət miras əmlakdan bərabər hissədə pay almalıdırlar.
15. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-1233 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 643/2019 nömrəli vərəsəlik işi üzrə 19 dekabr 2019- cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X6 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2018 il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrinə və xx.xx.2019-cu il tarixli 01/03- 1417 nömrəli arayışına əsasən mərhum X6 adında olan "xxxx" ASC üzrə hər birinin nominal dəy əri 0.50 (əlli qəpik) manat olan 168492 (bir yüz altmış səkkiz min dörd yüz doxsan iki ) ədəd adı adlı səhmdən ibarət miras əmlakdan bərabər hissədə pay almalıdırlar.
16. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-1234 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 643/2019 nömrəli vərəsəlik işi üzrə 19 dekabr 2019- cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X6 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Rayon Ərazi tərəfindən xx.xx.2007 tarixdə X7 verilmiş **********34 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi ünva nında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarət miras əmlakdan bərabər hissədə pay almalıdırlar
17. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-1235 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 643/2019 nömrəli vərəsəlik işi üzrə 19 dekabr 2019- cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X6 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2017 tarixdə X7 verilmiş **********58 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 0.6759 ha olan torpaq sahəsindən ibarət miras əm lakdan bərabər hissədə pay almalıdırlar.
18. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş reyestrdə 3M-604 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 19 dekabr 2019-cu il tarixli mirasın bağışlanması müqaviləsindən görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs4 18 may 2019-cu il tarixdə vəfat etmiş X4 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilinin (uşaq sağlamlıq düşərgəsinin) və Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V-1232 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara məxsus hissəsini Maraqlı şəxs3 bağışlamışdırlar.
19. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş re yestrdə 3M-605 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 19 dekabr 2019-cu il tarixli mirasın bağışlanması müqaviləsindən görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs4 18 may 2019-cu il tarixdə vəfat etmiş X4 miras qalmış Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2018 il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrinə və xx.xx.2019-cu il tarixli xx/xx-1417 nömrəli arayışına əsasən mərhum X6 adında Olan "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0.50 (əlli qəpik) manat olan 168492 (bir yüz altmış səkkiz min dörd yüz doxsan iki ) ədəd adı adlı səhmin xx.xx.2019cu il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara məxsus hissəsini Maraqlı şəxs3 bağışlamışdı rlar.
20. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-550 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 663/2019 nömrəli vərəsəlik işi üzrə 17 iyul 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019- cu il tarixdə ölmüş X6 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç ƏMDK-nin yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X8 verilmiş **********06- 06301083017 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı ş, Səbail r. Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət miras əmlakdan bərabər hissədə pay almalıdırlar.
21. Zaqatala ray onu 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-549 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 663/2019 nömrəli vərəsəlik işi üzrə 17 iyul 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019- cu il tarixdə ölmüş X6 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç ƏMDK-nin yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X8 verilmiş **********06- 06301083016 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı ş, Səbail r. Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,9 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət miras əmlakdan bərabər hissədə pay almalıdırlar.
22. Zaqatala rayonu 2 saylı notariat o fisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş reyestrdə 3M-221 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 17 iyul 2020-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs4 18 may 2019-cu il tarixdə vəfat etmiş X4 miras qalmış Bakı ş, Səbail r. Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V-550 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara məxsus hissəsini Maraqlı şəxs3 bağışlamışdırlar.
23. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş reyestrdə 3M-220 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 17 iyul 2020-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs4 18 may 2019-cu il tarixdə vəfat etmiş X4 miras qalmış Bakı ş, Səbail r. Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,9 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V-549 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara məxsus hissəsini Maraqlı şəxs3 bağışlamışdırlar.
24. Milli Depozit Mərkəzinin xx/xx-1933 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 27 dekabr 2019-cu il tarixində 2V-1233 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında X7 məxsus "xxxx" ASC üzrə 168492 (bir yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd səhm Maraqlı şəx s3 mülkiyyətinə keçirilmişdir.
25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 01 noyabr 2022ci il tarixli **********098800 nömrəli məktubundan görünür ki, "xxxx" ASC ilə bağlı 19 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət reyestrinə dəyişiklik edilməsi məqsədilə İdarəyə təqdim edilməmişdir. Hüquqi şəxsin dövlət reyestrində son dəyişiklik xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. 26. 398743 nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********86-06301 olan Bakı şəhəri, Sabunçu ra yonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (uşaq sağlamlıq düşərgəsinin yarımçıq tikilisi) tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs3 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1778 nömrəli vərəqində qeydiyyata alınmışdır.
27. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 12 oktyabr 2022-ci il tarixli **********73 nömrəli məktubundan görünür ki, X6 mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binası (uşaq sağlamlıq düşərgəsinin yarımçıq tikilisi) 17 dekabr 2019-cu il tarixli 2V-1232 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə sənədi əsasında xx. xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət üzrə Maraqlı şəxs3 adına 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmışdır.Digər 2V-1213 saylı, 2V-1233 saylı, 2V-1234 saylı və 2V-1235 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə sənədləri əsasında qeydiyyatın aparılması ilə bağlı məlumat aşkar edilməmişdir
28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin 04 noyabr 2022-ci il tarixli **********781100 nömrəli məktubundan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçilərindən olmuş X6 nizamnamə kapitalında olan payına 17 dekabr 2019-cu il tarixdə verilmiş, reyestrdə 2V-1213 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsa sında dəyişiklik xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmişdir. Məlumat bazasında vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında pay almış şəxslərə “X13 reyestrindən çıxarış”ın verilməsi halı aşkar edilməmişdir.
29. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı xx xxxx 2003-cü il tarixdə Balakən rayonunda anadan olmuş, ünvan 8 ünvanında qeydiyyatdadır İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
30. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu X3 tərəfindən tərtib və təsdiq olunaraq verilmiş 17 dekabr 2019-cu il tarixli 2V1213 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1232 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1233 s aylı, 19 dekabr 2019-cu il tarixli 2V-1234 saylı və 19 dekabr 2019-cu il tarixli 2V-1235 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi və miras qalmış əmlaklar üzərində vərəsələrin paylarının yenidən müəyyən edilərək miras qalmış əmlaklar üzərində onun payının 1/4 hissəsi olmasına dair və ya qeyd olunan şəhadətnamələrdə qismən dəyişiklik edilərək vərəsələrin sırasına onun da adının daxil edilməsi ona da digər vərəsələr olan Havva, Cəbrayıl və Maraqlı şəxs4larla birlikdə miras əmlaklardan bərabər hissədə pay verilməsinə, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin ləğvinə, həmin şəhadətnamələr əsasında və mirasın bağışlanmasına dair bağlanmış müqavilələr əsasında Dövlət reyestr ində aparılmış qeydiyyatların ləğvi və verilmiş çıxarışların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası vəfat edəndə onun 15 yaşı olmuşdur, o yetkinlik yaşına çatmayan və məhdud fəaliyyət qabiliyyətli olduğu üçün notariusa gedib vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Atasının birinci həyat yoldaşı və ondan olan övladları onun xəbəri olmadan notariusa müraciət edərək yuxarıda adı çəkilən əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışlar. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr Kebeloba kənd icra nümayəndəliyi tərəfindən verilmiş və onun adı qeyd olunmamış arayış əsasında verilmişdir. Notarius da öz növbəsində onun vərəsə olduğunu bildiyi halda vərəsəlik şəhadətnam əsi alarkən onu vərəsəliyə dəvət etməmiş və vərəsələr arasında mübahisənin olub-olmamasını araşdırmamışdır. Həmin şəhadətnamənin verilməsi ilə aşağıda qeyd olunan qanunlar pozmuşdur: 1.Vərəsələr arasında miras əmlaka dair mübahisə vardır. Həmin mübahisənin olmasını notarius şəhadətnamə verərkən bilmişdir. Notariat Haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin 1-ci bəndində qeyd olunur ki, notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər hərəkətin aparılması qanuna zidd olduqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. 2.Notariusun verdiyi vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuzdur ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsində qeyd olunur ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birin ə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Notariusun qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyəti hesab olunmalı əmlaklar başqa şəxsə verilmiş, beləliklə ona ziyan dəymişdir. Qeyd olunan maddələrdən görünür ki, notarius öz vəzifələrini tamamilə yerinə yetirmədən ona düşən payı da onun yetkinlik yaşına çatmayan şəxs olmağından istifadə edərək digər vərəsələrə vermişdir. Atasının miras qalmış əmlakları barədə məlumat əldə etdikdən sonra notariusa müraciət etmişdir. Notariusdan mərhum atası Şamil Məmmədovdan miras qalmış əmlaklar barədə verilmiş vərəsəlik haqqında şəhadətnamələrinə onun da adının daxil edilməsini xahiş etmişdir. Lakin notarius ona imtina məktubu verərək mirasdan pay almaq üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Hazırki vərəsəlik işində no tarius vərəsəlik şəhadətnaməsini mirasın açıldığı gündən 6 ay bitdikdən sonra vermişdir və vərəsəliyin qəbulu ilə əlaqədar müraciət etmiş vərəsə Maraqlı şəxs1 notariusa təqdim etdiyi ərizədə yalnız 2 vərəsənin özünün və oğlanları Murad və Cəbrayılın olduğunu bildirərək notariusa yalan məlumat vermişdir ki, guya onlardan başqa MM-nin 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsələri yoxdur. Eyni zamanda digər vərəsələr, yəni Murad və Cəbrayıl da onun miras qoyanın vərəsəsi olmasını notariusdan gizlətmişlər. Bundan başqa, vərəsələrin dairəsini müəyyən etmək üçün Zaqatala rayon İcra Hakimiyyəti Kebeloba kənd inzibati ərazi dairəsinin nümayəndəsi notariusa miras qoyanın vərəsələrinə dair xx.xx.2019-cu il tarixli arayış təqdim etmişdir. Həmin arayışda onun adı vərəsələr sırasında yoxdur. B eləliklə, miras qoyanın digər vərəsələri, kənd icra nümayəndəsi və notarius birləşərək atasından ona düşən miras payın üzərində qanunsuz sərəncam verərək şəhadətnamə vermişlər. O, isə məhdud fəaliyyət qabiliyyəti olduğuna görə aidiyyatı orqanlara müraciət edə bilməmiş, vərəsəlikdən ona pay düşəcəyi barədə məlumatı olmamışdır. Yalnız indi məlumatı olduğuna görə məhkəməyə müraciət edir. Qeyd etdiklərinə əsasən notariusun miras əmlaklar üzərində verdiyi vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməklə ləğv edilməli, miras qalmış əmlaklar üzərində onun da payı müəyyən edilməlidir. Vərəsələr dairəsindən Səkinət, Asiyat və Fatma özlərinə düşən paydan imtina etdiklərinə görə onlara pay verilməməlidir. Vərəsələrin dairəsi 4 nəfərdən ibarət olduğuna görə hər birinə miras əmlakın 1/4 hissəsi olar aq paylar müəyyən edilməlidir. Bundan başqa vərəsəlik şəhadətnamələri alındıqdan sonra mirasın bağışlanması haqqında vərəsələr arasında müqavilə imzalanmışdır. Vərəsəlik şəhadətnamələri ləğv edildiyi halda mirasın bağışlanması haqqında müqavilə də ləğv edilməlidir. Bundan başqa vərəsəlik şəhadətnamələri əsasında aparılmış qeydiyyat və çıxarışlar da ləğv edilməlidir. Miras açılan zaman onun 15 yaşı olduğundan məhdud fəaliyyət qabiliyyətli şəxs olmuşdur. (AR MM-nin 28.3-cü maddəsi). Məhdud fəaliyyət qabiliyyətli olduğundan mirası qəbul edə bilməmişdir. Qanuni nümayəndəsi isə bununla maraqlanmamışdır. Fəaliyyət qabiliyyəti isə xx.xx.2021-ci il tarixdə, yəni 18 yaşı bitəndən sonra olmuşdur. Həmin tarixdən notariusa müraciət edərək atasından miras qalmış əmlakların taleyi ilə maraqlanmışdır. La kin ona rəsmi məlumat 1 il sonra xx.xx.2022-ci il tarixdə verilmişdir. Miras qalmış əmlaklardan ona da pay ayrılması ilə əlaqədar digər vərəsələrin etirazları yoxdur. Ona görə ki, onlar dəfələrlə anasının yanına nümayəndələrini göndərərək miras əmlaklardan ona çatacaq payların veriləcəyini bildirmişlər. Onların bu hərəkətinə görə hesab edir ki, miras əmlakdan ona da pay ayrılmasına heç bir etirazı yoxdur. Qeyd olunan qanunları əsas tutaraq hesab edir ki, mirasın qəbul edilməsinin müddəti ona şamil edilməməlidir. Ona görə ki, onun fəaliyyət qabiliyyəti yaranan zaman artıq miras əmlaklar üzərində vərəsəlik şəhadətnamələri verilmiş digər vərəsələrə paylar müəyyən edilərək onun vərəsəlik hüququ kobud şəkildə pozulmuşdur. Bu hüququn bərpası yalnız məhkəməyə müraciət etmək yolu ilə həyata keçiri lə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəllənin 1291 və 1300.1-ci maddələrinin MPM-nin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd olunur ki, MM-nin 1291-ci və MPMnin 24.1-ci maddələrinin mənasına görə vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. MM-nin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə tətbiq edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. MM-nin 1323-cü maddəsində qeyd olunur ki, bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. Qeyd olunan maddi hüquq normalarından və Konstitusiya Məhkəməsinin qərarlarından görünür ki, notarius öz öhdəsinə düşən vəzifələri lazımınca yerinə yetirmədən miras qalmış əmlaka payları müəyyən edərək v ərəsəlik şəhadətnamələri vermişdir. Onun da miras qoyanın vərəsəsi olmağına dair digər vərəsələrin heç bir mübahisəsi yoxdur. Yəni, vərəsələr arasında hər hansı vərəsənin vərəsə olması mübahisə predmeti deyildir. Eyni zamanda miras əmlakdan onun da payının olmasını digər vərəsələr mübahisə etmirlər. Lakin onun adının da vərəsəlik şəhadətnamələrinə yazılması notariat qaydasında mümkün deyil, ona görə ki, bu əməliyyat vərəsəlik şəhadətnaməsi verilənədək aparılmalı idi. Ona görə də miras qalmış əmlak üzərində vərəsələrin paylarının məhkəmə qaydasında müəyyən edilməsi üçün müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, miras qalmış əmlaklara dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə qismən dəyişiklik edilərək vərəsələrin sırasına onun da adının daxi l edilməsi, o da digər vərəsələr olan Maraqlı şəxs1, Cəbrayıl və Maraqlı şəxs4larla birlikdə miras əmlakdan bərabər hissədə pay almalıdır və yaxud da məhdud fəaliyyət qabiliyyətli vərəsənin vərəsəlik hüququ kobud şəkildə pozulduğuna görə verilmiş vərəsəlik haqqında şəhadətnamələr ləğv edilməli və miras qalmış əmlak üzərində vərəsələrin payları yenidən müəyyən edilməlidir.
32. Birinci instansiya məhkəməsində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddia tələbinin əsassız olduğunu, qanunvericilikdə vərəsələrin miras qoyanın vəfatından sonra altı ay ərzində Notariat orqanına müraciət etməli olduğunun aydın şəkildə qeyd edildiyini və iddiaçı qeyd edilən müddət ərzində vəfat etmiş atasından mira s qalmış əmlakı faktiki qəbul etmədiyini və qanunvericilikdə nəzərdə tutulan qaydada da müraciət etmədiyini bildirmişdir. İddiaçı bu halı tam fəaliyyət qabiliyyətli olmaması ilə əsaslandırmış, lakin onun 2021-ci ildə 18 yaşı tamam olmuş və o bundan sonra da notariusa müraciət etməmişdir. Qanun tərəfindən vərəsənin susması onun miras əmlakdan imtinası kimi qəbul edilir. Hesab edib ki, iddiaçının hərəkətsizliyi onun mirasdan imtinası kimi qiymətləndirilməli və iddia rədd edilməlidir.
33. Zaqatala Rayon Məhkəməsinin (hakim: T.Həsənov) 2(003)-51/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
34. Birinci instansiya məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən və vərəsəlik işinə əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyətini Kebe loba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 375 nömrəli 12 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, 18 may 2019-cu il tarixdə vəfat etmiş X6 vərəsələri Maraqlı şəxs1, X18, Maraqlı şəxs3, Maraqlı şəxs4, X14, X5. Həmin vərəsəlik işində olan sənədlərdən müəyyən edilir ki, 18 may 2019-cu il tarixdə vəfat etmiş X6 vərəsələri siyahısında qeyd edilmiş şəxslərdən X18, X14, X11 miras əmlakdan imtina etmişlər. Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs4 açılmış mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməklə mirası qəbul etmiş və həmin əmlaklardan bərabər hissədə pay almışlar. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət başa çatdığından Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X3 vərəsələrin siyahısında qeyd edilən hər bir vərəsənin razılığı əs asında haqlı olaraq qanun üzrə vərəsəlik hüququ haqqında 17 dekabr 2019-cu il tarixli 2V-1213 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1232 saylı, 19 dekabr 2019-cu il tarixli 2V1233 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1234 saylı və 19 dekabr 2019-cu il tarixli 2V1235 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir.
35. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Zaqatala rayon İcra Hakimiyyətini Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 13 iyul 2022-ci il tarixli 170 nömrəli arayışında vərəsələr siyahısında digər vərəsələrlə yanaşı İddiaçı da adı qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən Zaqatala rayon İcra Hakimiyyətini Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə nüm ayəndəliyinin Notariat Ofisinə təqdim etdiyi 375 nömrəli 12 dekabr 2019-cu il tarixli arayışın həqiqiliyini və tamlığını şübhə altına alacaq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda həmin arayışın qanuniliyi mübahisələndirilməmiş və həmin sənədinin saxta olmasına dair sübut da təqdim edilməmişdir. Zaqatala rayon İcra Hakimiyyətini Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 may 2019-cu il tarixdə vəfat etmiş X6 birinci növbədən olan vərəsələrinə dair iki fərqli arayış təqdim edilmiş və 13 iyul 2022-ci il tarixdə verilmiş 170 nömrəli arayışda vərəsələr siyahısında İddiaçı da adı qeyd edilmişdir.
36. Həmin arayışın və digər mülki iş materialların tədqiqi zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı xx xxxx 2003-cü il tarixdə anadan olmuş İddiaçı miras qoyan X6 öldüyü məqamda məhdud fəaliyyət qabiliyyətli olmaqla onun birinci növbə vərəsəsi olmuşdur. Məhdud fəaliyyət qabiliyyətli vərəsə olan İddiaçı qanuni nümayəndəsi qanunla müəyyən edilmiş altı ay müddətində 18 may 2019-cu il tarixdə vəfat etmiş miras qoyan X6 ölümü ilə açılmış mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə ilə müraciət etməmiş və eyni zamanda miras qoyana məxsus əmlaklara sahiblik etməklə və onları idarə etməyə faktiki başlamaqla mirası qəbul etməmişdir. 37.
15. Məhkəmə “iddiaçının atası öləndə və miras açılarkən onun 15 yaşı olmaqla məhdud fəaliyyət qabiliyyətli olduğu üçün aidiyyəti orqanlara müraciət edə bilməməsi və buna görə miras əmlakdan pay düşəcəyi barədə məlumatlı olmaması” na münasibət bildirərək qeyd edib ki, iddiaçı mübahisəli vərə səlik şəhadətnamələrin verilməsindən 2 ildən artıq müddət keçdikdən sonra, yetikinlik yaşına çatdıqdan (iddiaçı xx xxxx 2003-cü ildə anadan olub, 14 iyul 2021-ci il tarixdə yetkinlik yaşına çatmışdır) təxminən 1 ildən artıq müddətdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində də hüquqlarından istifadə etməmişdir. Ona görə də, iddiaçı tərəfin bu mülahizələri də məhkəmə tərəfindən inandırıcı və ağlabatan görünmür. İddiaçı miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
38. Zaqatala rayon 2 saylı Notariat Ofisinin 726 nömrəli 26 iyun 2022-ci il tarixli məktubundan da görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Notariat Ofisinə müraciət etm iş, ona 18 may 2019-cu il tarixdə ölmüş mərhum atası X1mış miras əmlaklara xx.xx.2019-cu il tarixli 2V1213 reyestr nömrəli, xx.xx.2019-cu il tarixdə 2V-1232, 2V-1234, 2V-1235 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyi və ona mərhum atası-X6 ölümündən sonra qalmış mirasdan pay almaq üçün məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir.
39. Məhkəmə onu da qeyd edib ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-mü əyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. İddiaçı ərizəsində qeyd etdiyi dəlillər, yəni iddia tələbinin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin, aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, şəhadətnamələrə qismən dəyişiklik edilərək iddiaçının adının vərəsələrin siyahısına daxil edilməklə ona da digər vərəsələrlə birlikdə miras əmlakdan bərabər hissədə pay verilməsi” hissəsi də əsaslı sayıla və göstərilən dəlillər həmin tələbin təmin edilməsi üçün əsas ola bilməz.
40. Göründüyü kimi, tələbin bu hissəsi ilk tələbdən (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi) dоğаn törəmə tələblərdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsаydı, tələ bin bu hissələri də əsаslı оlа bilərdi.
41. Məhkəmə hesab etmişdir ki, iddiaçının ləğvini tələb etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında yalnız 1 əmlak üzrə Çıxarış qeydiyyata alınmışdır. Belə ki, X6 mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binası (uşaq sağlamlıq düşərgəsinin yarımçıq tikilisi) 17 dekabr 2019-cu il tarixli 2V-1232 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə sənədi əsasında xx.xx.2019- cu il tarixində ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət üzrə Maraqlı şəxs3 adına qeydiyyata alınmışdır. Digər 2V-1213 saylı, 2V1233 saylı, 2V-1234 saylı və 2V-1235 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə sənədləri əsasında qeydiyyatın aparılması ilə bağlı məlumat aşkar edilməmi şdir. 2V-1213 saylı, 2V-1233 saylı, 2V-1234 saylı və 2V-1235 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında qeydiyyat aparılmadığından iddia həmin hissədə də rədd edilməlidir. Həmçinin 2V-1232 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydə alınan çıxarış verilərkən Mülki Məcəllənin, həmçinin digər qаnunvericilik аktlаrının tələbləri pоzulmаmışdır. Оnа görə də, bu müqаvilə nə pis niyyətlə bаğlаnmış, nə də uydurmа əqd hesаb оlunа bilməz. İddiаçının dəlilləri bütünlüklə əsаssızdır.
42. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28, 30, 33. 36, 337, 345, 1133, 1145, 1159, 1243, 1244, 1246, 1248, 1255, 1268 və 1273-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
43. İddiaçı apellya siya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
44. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinə əlavə edilmiş Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Mazıx kənd icra nümayəndəsinin verdiyi 93 nömrəli arayışda vərəsələrin dairəsi tam göstərilmədiyinə görə məhkəmə həmin arayışı saxta sənəd hesab etmiş və saxta arayış əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni isə etibarlı sənəd hesab etmək olmaz qərarına gəlmişdir. Hazırki işdə də Kebeloba kənd icra nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 375 nömrəli arayışında mərhumun vərəsələrindən olan yetkinlik yaşına çatmamış olan hazırda İddiaçı adı həmin arayışa vərəsələr in dairəsinə daxil edilməyərək icra nümayəndəsi tərəfindən vərəsələrin dairəsinə dair arayışdakı məlumatlar saxtalaşdırılmışdır. Lakin məhkəmə bu arayışı saxta sənəd hesab etməmişdir. Burada artıq sual yaranır ki, nəyə görə məhkəmə Mazıx kənd icra nümayəndəsinin verdiyi arayışda vərəsələrin dairəsi gizlədildiyi halda arayışı saxta sənəd hesab etmiş, lakin Kebeloba kənd icra nümayəndəliyinin verdiyi arayışı isə (oxşar saxtakarlıqla) saxta sənəd hesab etməmişdir? Ali Məhkəmənin mövqeyi də ondan ibarətdir ki, miras haqqında məlumat alan notarius vərəsələri dəvət etmək üçün öz vəzifələrini yerinə yetirməlidir. Hazırki işdə isə notarius öz vəzifələrini yerinə yetirməmişdir. Belə ki, Maraqlı şəxs3 tərəfindən notariusa təqdim edilmiş ərizədən və ərizənin arxasına əlavə edilmiş vətəndaşlıq vəziyyə ti aktlarının AQİS-dən verilmiş çıxarışdan görünür ki, notarius avtomatlaşdırılmış qeydiyyat sisteminə sorğu göndərərək miras qoyan şəxs X6 vətəndaşlıq vəziyyəti aktları barədə məlumat əvəzinə onun oğlunun ailə vəziyyəti barədə məlumat əldə etmişdir. Buradan görünür ki, notarius vəfat etmiş şəxsin vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən çıxarış əldə etməklə onun vərəsələri barəsində, yəni övladları və arvadı barəsində məlumat əldə edə bilər. Lakin nədənsə notarius belə bir məlumat əldə etməsinə baxmayaraq avtomatlaşdırılmış sistemdən mərhumun ailə üzvləri barədə verilmiş çıxarışı vərəsəlik işinə əlavə etməmiş, həmin çıxarışın əvəzinə kənd icra nümayəndəliyinin məlumatları saxtalaşdırılmış arayışı vərəsəlik işinə əlavə etmişdir. Zaqatala rayon Q eydiyyat Şöbəsinin verdiyi arayışdan görünür ki, mərhum X15 vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparmaq və onun ailə üzvləri (arvadı və övadları barədə) məlumatlar aşkar etmək mümkündür. Həmin arayışdan görünür ki, mərhumun oğlu İddiaçıadı da avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində mövcuddur. Bu sənədlər onu deməyə əsas verir ki, notarius vərəsəlik işini hazırlayarkən miras qoyanın daha bir yetkinlik yaşına çatmayan vərəsəsi olduğundan məlumatlı olmuşdur. Ona görə ki, bu məlumatı əldə etmək notariusun vəzifə borcudur. Məhkəmənin gəldiyi bu nəticə tamamilə qanuna ziddir. Məhkəmə bir abzasda bir-birinə zidd fikirlər söyləməklə məşğuldur. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı miras açılan zaman yetkinlik yaşına çatmayan məhdud f əaliyyət qabiliyyətli vərəsə olmuşdur. Məhkəmə bu fikirdən irəli gələn hüquqi nəticələri araşdırmadan iddiaçının miras qoyana məxsus əmlaklarına sahiblik etmədiyini və onları idarə etməyə faktiki başlamadığını qeyd etmişdir. Miras qoyan vəfat edən günə onun vərəsələrindən biri yetkinlik yaşına çatmayan şəxsdirsə və o atasının ölümünə görə müavinət alırsa, atasının ölümünə görə müavinət alma hərəkəti miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsinə yönəlmiş hərəkət hesab olunur. Məlum olmuşdur ki, İddiaçı mərhum atası Şamil Məmmədovun ölümünə görə onun öldüyü vaxtdan (xx.xx.2019-cu il) 2 ay sonradan, yəni xx.xx.2019-cu il tarixdən ailə başçını itirməsinə, yəni atasının ölümünə görə hal-hazıradək müavinət almaqdadır. Bu hallar isə iddiaçıın atasından miras qalmış əmlakın faktiki olaraq q əbul edilməsinə yönəlmiş hərəkətlər hesab olunur. Məhkəmə isə iddiaçının sübut təqdim edə bilməməsinə və yetkinlik yaşına çatmayan biri üçün həyata keçirilməsi çətinlik yaradan hallara istinad etməklə məhkəmə araşdırmasının həyata keçirilməsi qənaətinə gəlmişdir. Hazırki iş üzrə məhkəməyə təqdim olunmuş arayışdan da görünür ki, iddiaçı atasının ölümünə görə (pensiya arayışı anasının adına hazırlanmışdır) müavinət almaqdadır.
45. İddianın ilk tələbi, yəni birinci hissəsi hüquqi məsələdir, yəni şəhadətnamələrin etibarsız hesab edilməsi üçün hər hansı bir texniki işlərin görülməsi hər hansı bir idarə təşkilatlara sorguların göndərilməsinə, ekspertizaların keçirilməsinə heç bir lüzum yoxdur. Şəhadətnamələrin etibarsız olub-olmamasını müəyyən etmək hüquqi məsələ olduğundna işə baxan məhkəməni n dərin düşüncəsinə ehtiyacı vardır. İddianın ikinci hissəsinin həlli isə birinci hissənin həllindən asılıdır. Yəni, iddianın birinci hissəsi təmin edildiyi halda iddianın ikinci hissəsinin həllinə öz təsirini göstərir və iddianın ikinci hissəsinin həlli üçün müəyyən texniki məsələləri həll etməyə ehtiyac yaranır. Yəni, vərəsəlik şəhadətnaməsi etibarsız hesab edildiyi halda həmin şəhadətnamə əsasında müvafiq qeydiyyatın aparılıbaparılmaması və müvafiq çıxarışların verilib-verilməməsini aydınlaşdırmaq məcburiyyəti yaranır. Hazırki iddiaya məhkəmədə baxılmağa başlayarkən məhkəmə tərəfindən iddianın ikinci hissəsi ilə bağlı hərəkətlərin olub-olmaması, vərəsəlik şəhadətnamələr əsasında müvafiq qeydiyyatların aparılıb-aparılmaması, müvafiq çıxarışların verilib-verilməməsi məsələlərinə aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən aidiyyatı orqanlara sorğular göndərilərək cavablar alındı və bu sorğuların verilməsi, cavabların alınması 5 aya yaxın vaxtımızı aldı. Hesab etdim ki, iddianın ikinci hissəsinə dair məhkəmə tərəfindən araşdırmalar aparılırsa deməli məhkəmə iddianın birinci hissəsinin və iddiaçının haqlı olması qənaətinə gəlmişdir.
46. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehdiyev) 17 may 2023-cü il tarixli, 2(107)-498/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
47. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, hazırki iddiaçının atasının ölümü ilə əlaqədar ailə başçıs ını itirməyə görə ödənilən pensiyanı alması onun atasından qalan miras əmlakı qəbul etməsi olaraq dəyərləndirilə bilməz. Apellyatorun istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında baxılmış mülki işin halları hazırki işlə oxşarlıq təşkil etmədiyindən həmin qərardakı yanaşmanın hazırki işə tətbiq edilməsi düzgün olmazdı. Belə ki, apellyatorun istinad etdiyi işdə vərəsənin miras əmlakı faktiki olaraq qəbul etməsi konkret hərəkətlərlə ifadə olunmaqla aşkar olmuşdur. Miras əmlakın heç bir formada qəbul edilməsi yönündə hərəkətlər aşkar edilmədiyi halda, sadəcə müavinətin alınmasına əsaslanılmaqla mirasın qəbul edilmiş hesab olunması halı mövcud deyildir.
48. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin konkret işlər ü zrə qərarları vahid məhkəmə təcrübəsinin formalaşmasında faydalılığı baxımından mühüm əhəmiyyət kəsb etsə də, preyudisial əhəmiyyət daşıdığı və sübut kimi istinad olunduğu hallar istisna olmaqla, başqa işlər üzrə məhkəmələr tərəfindən istinad edilə bilməz. Birinci instansiya məhkəməsinin hazırki iddianın rədd edilməsi ilə bağlı gəldiyini nəticənin haqlı olduğu sübuta yetirildiyindən, eyni zamanda apellyasiya şikayətinin həmin dəlilləri sadəcə formal mülahizələrə əsaslanmaqla, konkret sübut xarakteri daşımadığından məhkəmə kollegiyası həmin dəlillərlə bağlı araşdırma aparmamışdır.
49. Apellyasiya instansiya məhkəməsi hesаb etmişdir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgü n olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(033)-51/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 28, 30, 33. 36, 337, 345, 1133, 1145, 1159, 1243, 1244, 1246, 1248, 1255, 1268, 1273-cü, Notariat Haqqında” Azərbaycan Respublikasının Qanunu 55, 57, 58, 59, 6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarına, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarına, “S.Əliyevanın şikayəti ilə əlaqədar Az ərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarın Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
51. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qə tnamənin ləğv edilib, işə yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
52. Kassator kassasiya şikayətini əsaslandırarkən Mülki Məcəllənin 1300, 1318, 1325-ci maddələrinə,Notariat haqqında Qanunun 55-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəllənin 1291 və 1300.1-ci maddələrinin MPM-nin 24.1-ci maddəsi ilə əlaqəlişəkildə şərh edilməsinə dair qərarına, Ali Məhkəmənin 2(102)-1226/2022 saylı qərarına ( kassator qeyd etmişdir ki, Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli (sədrlik edən T.H.Həsənov)2(033)- 418/2021 saylı qətnaməsi Şəki Apelysiya Məhkəməsinin 2(107)- 1707/2021 saylı qətnaməsi ilə, həmin qətnamə isə Ali Məhkəmənin 2(102)- 1226/2022 saylı qərarı ilə qüvvədə saxlanılmışdır) və Ali Məhkəmənin digər bir neçə qərarına istinad edərək göstərmişdir ki, Mülki Məcəllənin 1318-ci maddəsinin mənasına görə miras əmlak bütün qanun üzrə vərəsələr arasında bərabər bölüşdürülür. Buna görə də mirasın əmlakın bölüşdürülməsi üçün bütün vərəsələr vərəsəliyə çağırılmalıdırlar. Lakin bəzən açılmış miras üzrə vərəsələrdən biri və ya bir neçəsi miras açılan yerdə olmaya bilər. Bəzilərinin isə olduğu yer ümumiyyətlə məlum olmaya bilər. Həmin Məcəllənin 1300-cü maddəsində göstərilmişdir ki, vərəsələr arasında məlum olmayan yer vərəsə olarsa qalan vərəsələr onların olduqları yerin müəyyən edilməsi və vərəsəliyə çağırılmaları üçün tədbirlər görməlidirlər. Həmçinin qanunverici mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsini notariusun üzərinə qoyub. Belə ki, notariat haqqında qanunun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrinə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür”. Miras haqqında məlumat alan notarius vərəsələri dəvət etmək üçün öz vəzifələrini yerinə yetirməlidir. Hazırki işdə isə notarius öz vəzifələrini yerinə yetirməmişdir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəllənin 1291 və 1300.1-ci maddələrinin MPM-nin 24.1-ci mad dəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd olunur ki, MM-nin 1291-ci və MPMnin 24.1-ci maddələrinin mənasına görə vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlımübahisələrin həlli səlahiyyəti notariat haqqında qərarı ki, Mülki Məcəllənin 1318-ci maddəsinin mənasına görə miras əmlak bütün qanun üzrə vərəsələr arasında bərabər bölüşdürülür. Buna görə də mirasın əmlakın bölüşdürülməsi üçün bütün vərəsələr vərəsəliyə çağırılmalıdırlar. Lakin bəzən açılmış miras üzrə vərəsələrdən biri və ya bir neçəsi miras açılan yerdə olmaya bilər. Bəzilərinin isə olduğu yer ümumiyyətlə məlum olmaya bilər. Həmin Məcəllənin 1300-cü maddəsində göstərilmişdir ki, vərəsələr arasında məlum olmayan yer vərəsə olarsa qalan vərəsələr onların olduqları yerin müəyyən edil məsi və vərəsəliyə çağırılmaları üçün tədbirlər görməlidirlər. Həmçinin qanunverici mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsini notariusun üzərinə qoyub. Belə ki, notariat haqqında qanunun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrinə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür”. Miras haqqında məlumat alan notarius vərəsələri dəvət etmək üçün öz vəzifələrini yerinə yetirməlidir. Hazırki işdə isə notarius öz vəzifələrini yerinə yetirməmişdir. Azərbaycan RespublikasıKonst itusiya Məhkəməsi Plenumunun xx.xx.2021ci il tarixli Azərbaycan RespublikasıMülki Məcəllənin 1291 və 1300.1-ci maddələrinin MPM-nin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd olunur ki, MM-nin 1291-ci və MPM-nin 24.1-ci maddələrinin mənasına görə vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlımübahisələrin həlli səlahiyyəti notariat haqqındaqanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. MM-nin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə tətbiq edilmiş vəzifələrini icra etməlidirlər. Məhkəmə bu qərarın tələblərini pozmuşdur.
53. Kassator qeyd etmişdir ki, istinad etdiyi məhkəmə qərarlarında qeyd olunan notarius və vərəsə tərəfindən edilən qanunsuzluqlar hazırki işdə də movcuddur. Hazırki işdə də notarius öz vəzifələrini yerinə yetirməmiş, digər vərəsələr də notariusa ərziə verərkən iddiaçının da vərəsə olmasını gozlətmişlər, eyni zamanda icra nümayəndəsi saxta arayış vermişdir.
54. Kassator Ali Məhkəmənin Mülki kollegiyasının bəzi qərarlarına istinad edərək qeyd etmişdir ki, yetkinlik yaşına çatmayan vərəsə atasının ölümünə görə müavinət alırsa, bu hərəkət atasından miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsinə yönəlmiş hərəkətlər hesab olunur. İşin elektron kabinetinə qoyularaq məhkəməyə təqdim edilmiş ƏƏSMN tabeliyində DSMF-nun 3 saylı Şəki Zaqatala regional filialının verdiyi arayışdan məlum olur ki, G.Əmirova övladı İddiaçı atasının ölümünə gör ə hal-hazıradək (əyani ali təhsil alır) müavinət alır.
55. Kassator istinad etdiyi məhkəmə qərarlarına müvafiq olaraq qeyd etmişdir ki, qətnamə ilə vərəsəliyə dair verilmiş arayışda vərəsələrin dairəsi tam olaraq göstərilmədiyi üçün, vərəsələrin adları arayışa tam olaraq yazılmadıgı üçün həmin arayış məhkəmə tərəfindən saxta hesab edilmiş və həmin arayış əsasında verilmiş qanunüzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir.(Miras açıldığı vaxtdan 5 ildən çox vaxt keçib).Hazırki işdə də oxşar hal baş vermiş, iddiaçının adı vərəslərin dairəsinə dair arayışda qeyd olunmayıb, lakin Zaqatala rayon Məhkəməsi bu işdə arayışı saxta hesab etməyib və qanun üzrə vərəsləik şəhadətnamələrini qanuni hesab edib. Hesab edirəm ki, bu vətəndaşlara qarşı məhkəmə tərəfindən edilən bərab ərsizlik kimi qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
57. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
58. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
59. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
60. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
61. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bi ldiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
62. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
63. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.
64. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında ra zılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.
65. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
66. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respubl ikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında aşağıdakıları qərara almışdır:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı h issəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 3.Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Mülki Prosessual Məcəllə
68. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.
70. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
71. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına u yğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
78. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini təmin etməyib birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən istinad etdiyi əsaslardan biridə o olm uşdur ki, iddiaçı tərəfindən mirasın qəbul edilmiş hesab olunması halı mövcud deyil.Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə də istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il qərarında göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmçinin həmin qərarla Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edilmişdir.
79. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarı ilə həmçinin qərara alınmışdır ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
80. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddianın bütün hissərinin uğurlu olub-olmaması məhz mirasın qəbul edilməsi ilə əlaqəli olduğundan (yəni mirasın qəbulu müəyyyən ediləcəyi təqdirdə iddianın digər hissələrinin əsaslı olub-olmaması araşdırılmalı olduğundan) kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə y enidən baxılarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il qərarında əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla apellyasiya şikayətinin dəlilləri üzrə də müvafiq araşdırma apararaq, sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməklə maddi və prosessual hüquq normalarının tələbinə uyğun yekun məhkəmə aktı qəbul etməlidir.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli 2(107)498/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.