Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3000/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X12 cavabdeh XXXna və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair ilk və iddiaçı XXXnın cavabdeh X17 qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı ərizələri üzrə QƏRARİ (Açar sözlər: aldatma yolu ilə bağlanmış müqavilənin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət t ərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2020-ci il tarixli, 2(103)8496/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,55 kv.metr olan mənzili İddiaçı mülkiyyətində olmuş və o, 19 yanvar 2016-cı il tarixli AN-İ seriyalı, ******* nömrəli müqavilə ilə qeyd olunan mənzili XXXna 55000 manata s atmışdır. Müqavilədən görünür ki, müqavilənin çap tarixi 19 yanvar 2016-cı il tarixdə, saat 18:36-da göstərilmişdir. ünvan 1 saylı mənzil üzərində XXXnın mülkiyyət hüququ 29 yanvar 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 27 yanvar 2016-cı il tarixli 22 nömrəli sərəncamına əsasən İddiaçı İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, 2 nəfərlik ailə tərkibi ilə (özü, oğlu) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. İddiaçı ünvan 2 nömrəli evdə daimi qeydiyyatdadır. Qeyd olunanlara istinad edərək İddiaçı 2 nəfərlik ailə tərkibi ilə (özü, oğlu) mənzil növbəsinə götürülməsi və vətəndaşların ümumi növbəlilik siyahısına daxil edilməsi, sərəncamın surətlərinin hüquq şöbəsinə və İddiaçı g öndərilməsinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 19 oktyabr 2015-ci il tarixli 327 nömrəli sərəncamına əsasən X5 İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, 2 nəfərlik ailə tərkibi ilə (özü, oğlu) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. XXX ünvan 2 nömrəli evdə daimi qeydiyyatdadır. Qeyd olunanlara istinad edərək X1 2 nəfərlik ailə tərkibi ilə (özü, oğlu) mənzil növbəsinə götürülməsi və vətəndaşların ümumi növbəlilik siyahısına daxil edilməsi, sərəncamın surətlərinin hüquq şöbəsinə və XXXya göndərilməsinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 07 iyun 2016-cı il tarixli məktubunda göstərilmişdir ki, X25 özgənin əmlakını ələ keçirmək məqsədilə X12 etibarından suiistifadə etməklə ona ünvan 2 ünvanında yerləşən “XXX Cəmiyyətinə” məxsus olmaqla XXX üçün nəzərdə tutulmuş 12 mərtəbəli yaşayış binasından 2 otaqlı 108 kv.metr sahəsi olan mənzil ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 20 oktyabr 2015-ci il tarixdə 70000 manat pulunun dələduzluq yolu ilə ələ keçirmişdir. 11 aprel 2016cı il tarixdə Nərimanov rayon prokuroru tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Aparılmış istintaq zamanı X13 X14, X29, X15, X18, X27, X7 və şəxsiyyətləri istintaq tərəfindən dəqiqləşdirilməkdə olan bir çoxlarını da eyni üsulla aldadaraq küllü miqdarda pulunun ələ keçirilməsi müəyyən edi lmişdir. Qeyd edilən cinayət işi ilə əlaqədar X21 zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmışdır. Bundan başqa aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, X25 tanışı XXXlə birlikdə X12 etibarından sui-istifadə edib aldatmaqla ünvan 2 ünvanında yerləşən “XXX Cəmiyyəti”nə məxsus olmaqla XXX üçün nəzərdə tutulmuş 12 mərtəbəli yaşayış binasından 2-ci mənzilin veriləcəyinə yalan vəd verib İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzili XXXin həyat yoldaşı XXXə XXXanın adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh XXXna və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış 19 yanvar 2016-cı il tarixli, reyestr nömrəsi 4Ə-49 olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, eyni zamanda cavabdehə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi və sonuncu tərəfindən vurulmuş 500 manat məbləğində zərərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 və Bakı şəhəri, Ə.Əliyev küçəsi 26, mənzil 1168-də mövcud mənzilləri birgə satışa çıxardaraq, eyni mərtəbədə qonşu olmaq məqsədilə yeni tikili binada 2 mənzili almışdır. Bu zəmində İlham adlı ev dəllalı “XXX” Cəmiyyətinə məxsus ünvan 3 ünvanında yerləşən yeni tikili binada onlara 2 ədəd mənzil almağı təklif etmiş və Nərimanov İcra Hakimiyyətinin nümayəndəsi kimi XXXu onunla tanış etmişdir. Sonuncu isə öz növbəsində “XXX” Cəmiyyətinə məxsus ünvan 3 ünvanında mənzilləri almaq üçün ilk növbədə qeydiyyatda olduğu mənzillərdən qeydiyyatdan çıxmağı və Nərimanov RPİ-nin Pasport və Qeydiyyat Şöbəsinə müraciət etməklə, “XXX” Cəmiyyətinin ünvan 3 ünvanında yerləşən yataqxanasına qeydiyyata alınmasını tövsiyə etmişdir. Bu məqsədlə XXX 13 oktyabr 2015-ci il tarixdə ünvan 3 ünvanında yerləşən yeni tikili binada 108 kv.m. sahəyə malik 2 otaqlı mənzili iddiaçının həyat yoldaşı X4 75000 manata təklif etmiş və həmin tarixdə, yəni 13 oktyabr 2015-ci il tarixdə ev dəllalı X11 məxsus “XXX” daşınmaz əmlak alqı-satqı ofisində onları XXXlə tanış edən ev dəllalı X19 ilə həyat yoldaşı X5 arasında 15000 manat məbləğində beh müqaviləsi imzalanmış, təsdiq edilmiş və həyat yoldaşı X5 beh müqaviləsində qeyd edilən 15000 manatdan da artıq 16000 manat məbləğində pul vəsaitini ev dəllalı X11 ödəmişdir. Daha sonra 16 oktyabr 2015-ci il tarixdə X5 ünvan 3 mənzili satmış və “XXX” Cəmiyyətinin müraciəti ilə ünvan 3 ünvanında yataqxanada pasport qeydiyyatına alınmış və eyni ünvanda yeni tikili binada XXXun göstərdiyi 108 kv.m. sahəyə malik 2 otaqlı mənzili almaq məqsədilə onun mənzil növbəsinə durmasına dair Nərimanov RİH-nin 19 oktyabr 2015-ci il tarixli sərəncamını XXX ona verməzdən əvvəl 20 oktyabr 2015-ci il tarixdə 3 saylı notariat kontorunda X25 ilə X5 arasında 70000 manat məbləğində kredit müqa viləsi imzalanmış, təsdiq edilmiş və sonuncu tərəfindən beh müqaviləsi üzrə 10000 manat XXXa çatdığı üçün 60000 manat məbləği ödəməklə, öz öhdəliyini icra etmiş və mənzil növbəsinə durmağa dair Nərimanov RİH-nin 19 oktyabr 2015-ci il tarixli sərəncamını XXXdan almışdır. Nəticə etibarilə XXX Bakı şəhəri, ünvan 3 ünvanında göstərdiyi 108 kv.m. sahəyə malik 2 otaqlı mənzilə görə 70000 manat pul vəsaitini almasına baxmayaraq, göstərdiyi mənzilin açarlarını təqdim etməmişdir. Daha sonra eyni qayda ilə ikinci mənzilin verilməsi üçün XXX ünvan 4-da qeydiyyatda olan onu da “XXX” Cəmiyyətinin 10 noyabr 2015-ci il tarixli müraciəti ilə “XXX” Cəmiyyətinin ünvan 3 ünvanındakı yataqxanasına qeydiyyata alınmasını təşkil etmiş, amma həyat yoldaşından fərqli olaraq ona ünvan 3 ünvanında yeni tikili bina da mənzil növbəsinə durmasına dair Nərimanov RİH sərəncamını 27 yanvar 2016-cı il tarixdə təqdim etmişdir. 04 dekabr 2015-ci il tarixdə XXX birinci göstərilən yeni mənzilə köçürülməsinə söz vermiş, sonra isə qeyd etmişdir ki, “FHN-dən icazə verilmir”, daha sonra “Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazələr verilmir” kimi bəhanələr gətirmiş, lakin 24 dekabr 2015-ci il tarixdə yeni tikili binanın rəsmi açılışı baş tutduqda və açılışa cənab Prezidentin gəlişindən xəbər tutmuş, bundan başqa 85 nəfərə mənzillərinin açarlarının verilməsindən xəbərdar olmuş və XXX aydınlıq gətirmək üçün onunla əlaqə saxlamış, sonuncu isə öz növbəsində qeyd etmişdir ki, bu insanlar çoxdan mənzil növbəsində durublar, Novruz bayramına kimi mənzillərinə köçəcəklər. Bir müddət sonra XXX 2016-cı ilin yanvar ayının 4 və ya 5-də həyat yoldaşı X8 ilə əlaqə saxlamış və ünvan 3 saylı mənzilin satılıb-satılmamasını soruşmuş və həyat yoldaşı X8 bildirmişdir ki, bu mənzil satılmamışdır. Bu zaman o, şərti alıcı qismində qohumu XXXi iddiaçı ilə tanış etmiş və X26 birgə evə gəlmiş və bu mənzili bəyəndiyini qeyd etmişdir. XXX 50000 manat təklif etmiş, iddiaçı mənzili satışa 75000 manata çıxartdığı üçün 50000 manat təklif ilə razılaşmamış və bu təklifdən imtina etmişdir. Bu zaman XXX iddiaçıya zəng etmiş və demişdir ki, o, artıq onun həyat yoldaşına bir mənzili verir, ikinci mənzili də bu mənzilin əvəzinə ona verəcək, XXXın pulu yoxdur, ona görə tam rahat olaraq mənzillərin əvəzləşməsini onunla edə bilər. 18 yanvar 2016-cı il tarixdə X38 XXXlə birlikdə yaşadığı ünvan 3 saylı mənzilinə gəlmiş və ünvan 3 ünvanında yerləşən yeni tikili binada ikinci mənzili verməyi vəd edərək, hər hansı ödəniş olmadan şərti alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini razılaşmışdır. Razılaşdıqları kimi, iddiaçı 19 yanvar 2016-cı il tarixdə saat 17:00-da 3 saylı notariat kontoruna gəlmiş, amma XXX qeyd olunan ünvana gəlməmiş və həyat yoldaşı X8 ilə əlaqə saxlayıb bildirmişdir ki, o, 9 saylı notariat kontoruna gəlməli olacaq, 3 saylı notariat kontorunda şərti alqı-satqı müqaviləsinin bağlanmasına notarius izn verməmişdir. 9 saylı notariat kontoruna gəldikdə artıq saat 18:00 radələrində olmuş, müştərilərdən kimsə olmamış, əməliyyat sistemi dayandırılmış və formal alqı-satqı müqaviləsini və əlaqəli digər sənədlərin məzmununu oxumadan imzalamış, onun üçün bu mənzilin əvəzinə ünvan 3 ünvanında yeni mənzil veriləcəyi üçün alqı-satqı müqaviləsinin məzmunu onu maraqlandırmamışdır. Kassa bağlı olmuş, formal qəbzin təsdiqlənməsini xəzinədar-əməliyyatçı pul mədaxil etmədən necə təsdiqlənəcəyini notariusa sual etdikdə, XXX bildirmişdir ki, “pulu nə edirsən, əvəzində yeni mənzil veriləcək”. Beləliklə, ünvan 3 saylı mənzilinə dair XXXin həyat yoldaşı X9 ilə şərti alqı-satqı müqaviləsi bağlanmış, verginin 1000 manata yaxın pulunu da ondan istədikdə, həyat yoldaşı X8 qeyd etmişdir ki, satıcı qismində onlar pul aldı ki, vergisini də ödəsinlər. Üzərində cəmi 500 manat pulları olduğunu demiş, o zaman XXX 500 manata kimi pul vəsaitini çıxardıb, həyat yoldaşı X2 onda olan 500 manatın şərti müqavilədən yaranmış vergi öhdəliyinin ödənilməsi üçün istəmiş və nəticədə bu 500 manatı vergini ödəmək məqsədilə həyat yoldaşı X2 alı b, XXX XXXa vermişdir. Bu səbəbdən iddia tələbində ayrıca 500 manat pul şəklində ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmişdir. Daha sonra 18 mart 2016-cı il tarixdə XXX əlaqə saxlamış və qeyd etmişdir ki, 20 mart 2006-cı il tarixdə ünvan 3 ünvanında hər iki mənzilin açarları veriləcəkdir. 20 mart 2016-cı il tarixdə yeni yaşayış kompleksinə həyat yoldaşı ilə birgə getmiş, orada bayram münasibətilə mühafizəçidən başqa heç kim olmamış və mühafizəçi nə XXX adlı, nə də XXX adlı şəxslərin həmin ünvana gəlmədiyini və ümumiyyətlə, bu şəxsləri tanımadığını bildirmişdir. 27 mart 2016-cı il tarixdə onunla 19 yanvar 2016-cı il tarixdə notariat kontorunda olan X28 zəng etmişdir ki, 19 mart 2016-cı il tarixdə XXX və XXX ailələri ilə birgə ölkədən qaçıb getmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməs inin 22 iyul 2016-cı il tarixli, 2(011)-5482/2016 nömrəli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə) iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,55 kv.metr olan mənzilin alqı-satqısına dair İddiaçı ilə XXX arasında 19 yanvar 2016-cı il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,55 kv.metr olan mənzilinə dair XXXnın adına 29 yanvar 2016-cı il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi və iddia tələbinin qalan hissədə təmin edil məməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X25 tanışı, cavabdehin əri XXXlə birlikdə iddiaçıya ünvan 2 ünvanında yerləşən “XXX Cəmiyyətinə” məxsus olmaqla gözdən-əlillər üçün nəzərdə tutulmuş 12 mərtəbəli yaşayış binasından 2-ci mənzilin veriləcəyinə vəd verməklə iddiaçıya məxsus ünvan 5 evin, 30 saylı mənzilini formal olaraq XXXnın adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirmişdir. Həmçinin müəyyən edilmişdir ki, həmin mənzilə görə cavabdeh tərəfindən iddiaçıya hər hansı bir məbləğ ödənilməmiş, mübahisəli mənzildə iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə eyni zamanda iddianın “500 manat məbləğində zərərin cavabdehdən alınaraq iddiaçıya verilməsi”nə dair hissəsi üzrə hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə sübut olunmadığından əsassı zdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) XXX apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2(011)-5482/2016 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsində iddiaçı XXX cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddianın rədd edilməsi, mülkiyyət hüququ əsasında XXXna məxsus ünvan 5 saylı mənzilindən İddiaçı və ailə üzvlərinin boşaldaraq çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2016-cı il tarixli, 2(103)-8195/2016 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Q.Nəbiyevdən və S.F.Hacıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2(011)5482/2016 nömrəli qətnaməsi ləğv edilmiş, ilk iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,55 kv.metr olan mənzilin alqı-satqısına dair İddiaçı ilə XXX arasında bağlanmış 19 yanvar 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,55 kv.metr olan mənzilin alqı-satqısına dair İddiaçı ilə XXX arasında 19 yanvar 2016-cı il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında XXXnın adına 29 yanvar 2016-cı il tarixdə verilmiş Hüquq ların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, XXXnın qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan yazılı sənədlər və şahid ifadələri ilə iddiaçının istinad etdiyi hallar tam sübut olunur. Bu isə mübahisələndirilən müqavilənin aldadılmaqla bağlanıldığını və yalan əqd olduğunu göstərir. İddiaçının aldadılması ondan ibarət olmuşdur ki, XXX adlı şəxs ona başqa mənzil verməyi vəd etmiş və cavabdehin əri XXX bundan məlumatlı olmuşdur. Müqavilənin yalan əqd olması isə mübahisəli mənzilin iddiaçıya verilməli olan mənzillə dəyişdirilməsindən ibarətdir. Həmçinin mübahisələndirilən müqavilə bağlanıl arkən iddiaçıya hər-hansı pul vəsaiti ödənilməmişdir. Mülki işdə olan 19 yanvar 2016-cı il tarixli B 197230 saylı çek və həmin çekdəki imzanın iddiaçıya məxsus olması pulun ödənilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Çünki Ədliyyə Nazirliyini rəsmi saytında (justice.gov.az) olan məlumatdan görünür ki, Bakı şəhəri 9 saylı notariat kontorunun iş vaxtı saat 09:00-dan saat 18:00-a kimidir. Bundan başqa iş vaxtı bitdikdən sonra bankın pul vəsaitini mədaxil və məxaric etməsi həm inandırıcı, həm də hamıya məlum olan hal kimi mümkün deyil. Ona görə də, alqı-satqı müqaviləsi bağlanılan saatda yəni, 18:36-da kassa əməliyyatının həyata keçirilməsi və satıcı İddiaçı alqı-satqı müqaviləsi üzrə 55000 manat məbləğində pul alması qeyri-mümkündür. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcə llənin 339.2, 339.3 və 340.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, mübahisələndirilən müqavilə etibarsızdır. Məhkəmə həmçinin hesab etmişdir ki, maddi zərərin ödənilməsi barədə tələblər isə təmin edilə bilməz. Belə ki, zərərin mövcud olması sübut olunmur. Qarşılıqlı iddia tələblərinə dair apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Lakin mübahisəli mənzilin cavabdehin mülkiyyətinə keçməsi barədə əqd və onun əsasında verilmiş çıxarış etibarsız hesab edildiyinə görə cavabdehin tələbləri əsassızdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ilk iddiaya aid hissədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olsa da, qarşılıqlı iddia apellyasiya icraatında irəli sürüldüyündən və həll edildiyindən, b irinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) XXX kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2016-cı il tarixli, 2(103)-8195/2016 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2(102)-5543/2019 nömrəli qərarı ilə (hakim Ə.A.Mirzəliyevin sədrliyi və məruzəsi ilə, hakimlər A.K.Kalbalıyevdən və İ.R.Xələfovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2016-cı il tarixli, 2(103)-8195/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi iddia tələbindən kənara çıxmış, bununla da MPM-in 218.3-cü maddəsinin tələblərini pozmuşdur. İddiaçı cavabdehlə yalan əqd bağlanması barədə tələb irəli sürməmişdir. Eləcə də məhkəmə iş üzrə ziddiyətli nəticəyə gəlmiş, qətnamənin qanuni və əsaslı olmasını nəzərdə tutan MPM-in 271.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, hüquqi əsaslara görə yalan əqdlə aldatma nəticəsində bağlanan əqdlər biri birini təkzib edir. Eyni bir müqaviləni həm yalan əqd, həm də aldatma nəticəsində bağlanan əqd hesab etməklə apellyasiya məhkəməsi ziddiyətl i nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi iddiaçıya satış pulunun ödənilməməsi ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqavilə bağlanarkən iddiaçıya hər-hansı pul vəsaiti ödənilməmişdir. Lakin, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, notariusun məktubuna əsasən 55000 manat satış pulundan 958 manat vergi məbləği tutulduqdan sonra 54042 manat “Texnikabank”ın depozit hesabına qəbul edilmiş və həmin məbləğ 197230 saylı çeklə 19 yanvar 2016-cı il tarixdə bank tərəfindən XXX verilmişdir. İddiaçı çekdəki imzanın ona məxsus olduğunu təsdiq etmişdir. Pul məbləğinin bankın depozitinə qoyulması təsdiq olunduğu halda, həmin pulun bankdan ona verilməməsini inkar edən iddiaçı pulun ona ödənilməməsi barədə banka qarşı mübahisə açmalı, bankdan pulunu tələb etməlidir. Bankın depozitinə qoyulmuş pulun ona ödənilməməsində alıcı təqsirli hesab oluna bilməz. Hazırki mübahisə üzrə alış pulu bankın depozitinə ödənildiyindən cavabdeh həmin məbləğin iddiaçıya çatdırılmamasında cavabdehlik daşımır. Pulun depozitə götürülməsi və bank tərəfindən iddiaçıya ödənilməsi kimi halların yalan olması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə iş materialları ilə təkzib edilir. Məhkəmənin istintaq orqanın məktubuna istinad etməsini də qanunvericiliyin tələbinə uyğun hesab etmək olmaz. Belə ki, həmin hallar qanuni qüvvəyə minmiş hökmlə müəyyən edildikdən sonra həmin halların hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburiliyi nəzərə alına bilər. İş üzrə qanuni qüvvəyə minmiş hökm olmadığından apellyasiya məhkəməsinin həmin hall ara istinad etməsi əsassız olmuş, məhkəmə MPM-nin 82.4-cü maddəsinin tələblərini pozmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2017-ci il tarixli, 2(103)-9047/2017 nömrəli qətnaməsi ilə (hakimlər İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və E.C.Kazımovdan ibarət tərkibdə) cavabdeh XXX tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2(011)-5482/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı X3 xüsusi mülkiyyətində olan ünvan 2 saylı mənzilindən çıxarılması, qarşılıqlı iddianın qalan hissədə və İddiaçı ilkin iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin mövqeyinə istinad edərək hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsini hər iki tərəf öz sərbəst iradə ifadəsinə uyğun olaraq imzalamış, müqavilə Azərbaycan Respublikası MM-in 394-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlənmiş, mənzildə qeydiyyatda olan şəxslərin mənzilin satılmasına dair razılıqları alınmış və mənzilin qiyməti notariusun depozit hesabı vasitəsi ilə ödənilmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2017-ci il tarixli, 2(103)-9047/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli, 2(102)-2609/2018 nömrəli qərarı ilə (hakim Ə.G.Nurməmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər M.T.Əhmədovadan və Ə.M.Rüstəmovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2017-ci il tarixli, 2(103)-9047/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının kassasiya şikayətində göstərdiyi hallar öz təsdiqini tapmamış, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli məhkəmə iclasında öz izahatında cavabdeh XXXədə və əri XXXda müqavilənin bağlanması üçün 55000 manat yox, 40000 manat olmasını, qalan 1500 0 manatın isə həmin vaxt notariat kontorunda olan X16 almasını və banka köçürməsini bildirmişdir. Bu halı birinci instansiya məhkəməsində izahat verən M.X.Cəlilov da təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı və iş üzrə dindirilmiş şahid pulun banka köçürülməsini halını öz izahatlarında təsdiq etmişlər. Belə olan halda bu əməliyyatın ümumiyyətlə aparılması, notariat kontorunun göstərilən saatda əməliyyatları dayandırması və s. dəlillər formal mülahizələr olmaqla iş materialları ilə təsdiq edilmir, iddiaçı bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı həmçinin izahatında müqavilə rəsmiləşdirilən zaman bütün sənədlər, eyni zamanda pulun alınması ilə bağlı qəbzi imzaladığını qeyd etmiş, lakin mənzilə görə pulu almadığını qeyd etmişdir. İddiaçı pulun verilməsini etiraf et miş, lakin bankdan hər hansı bir pul məbləğini almadığını qeyd etmişdir. Belə olan halda bu halları sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı bu halları sübut edəcək hər hansı bir mötəbər dəlil təqdim etməmişdir. Bundan başqa iddiaçı məhkəmə kollegiyasına ünvanladığı kassasiya şikayətinə əlavə ərizəsində göstərdiklərinə tam zidd dəlillər qeyd edərək həmin qəbzlərin onun tərəfindən imzalanmadığını, bunun müəyyən edilməsi üçün ekspertiza keçirilməli olmasını qeyd etmişdir. f) Konstitusiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarı ilə Bədal X6rşı 19 yanvar 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. g) Ali Məhkəmənin Plenumunda icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı ilə Azər baycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli, 2(102)-2609/2018 nömrəli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2017-ci il tarixli, 2(103)-9047/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. h) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2020-ci il tarixli, 2(103)-8496/2020 nömrəli qətnaməsi ilə (hakimlər V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və A.N.İmanovdan ibarət tərkibdə) cavabdeh XXX tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2(011)-5482/2016 nömrəli qətnaməsi ləğ v edilmiş, iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,55 kv.metr olan mənzilin alqısatqısına dair İddiaçı ilə XXX arasında 19 yanvar 2016-cı il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında XXXnın adına 29 yanvar 2016-cı il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, XXXnın İddiaçı qarşı İddiaçı və ailə üzvlərinin ünvan 2 saylı mənzilini boşaldaraq çıxarılmaları barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən müqavilə 19 yanvar 2016-cı il tarixdə bağlan mış, bundan sonra iddiaçı ünvan 2 nömrəli evə qeydiyyata alınmış, 27 yanvar 2016-cı il tarixli sərəncamla isə onun mənzil növbəsinə götürülməsi və vətəndaşların ümumi növbəlilik siyahısına daxil edilməsi qərara alınmışdır. İddiaçıya başqa mənzil verilməsi vəd edilmiş, bunun qarşılığında da onu aldadaraq qeyd olunan müqaviləni bağlamağa nail olmuşlar. Beləliklə, mübahisələndirilən müqavilə aldadılmaqla bağlanılmışdır. Belə ki, cavabdehin əri C.XXX tanışı XXX birlikdə ünvan 6 ünvanında yerləşən “XXX Cəmiyyətinə” məxsus olmaqla XXX üçün nəzərdə tutulmuş 12 mərtəbəli yaşayış binasından mənzilin iddiaçıya verilməsi vədinin qarşılığında sonuncuya məxsus ünvan 7 ünvanında yerləşən 30 saylı mənzilin arvadı Cavabdeh adına alğı-satqı müqaviləsi əsasında rəsmiləşdirilməsinə nail olmuşdur. Yəni, iddia çının aldadılması ondan ibarət olmuşdur ki, XXX adlı şəxs ona başqa mənzil verməyi vəd etmiş və cavabdehin əri XXX bundan məlumatlı olmuşdur. Həmçinin mübahisələndirilən müqavilə bağlanılarkən iddiaçıya hər hansı pul vəsaiti ödənilməmişdir. İddia tələbinin maddi zərər hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hissədə iddia tələbi əsassızdır. Belə ki, işdə zərərin mövcud olması sübut olunmur. Qarşılıqlı iddia tələblərinə dair kollegiya qeyd edir ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Lakin mübahisəli mənzilin cavabdehin mülkiyyətinə keçməsi barədə əqd və onun əsasında verilmiş çıxarış etibarsız hesab edildiyinə görə cavabdehin tələbləri əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraa tı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) XXX kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2020-ci il tarixli, 2(103)-8496/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Konstitusiya Məhkəməsinin Plenumunun qərarını nəzərə almamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini təmin etməmişdir. Belə ki, cavabdehin iştirakı nə birinci instansiy a məhkəməsində, nə də ki, apellyasiya instansiyası məhkəməsində təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada mə lumatlandırılmasına baxmayaraq, üçüncü şəxs səlahiyyətli nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi fak tlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə ilk iddia qismən təmin edilsə də, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayəti cavabdeh tərəfindən verildiyindən və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunmuş, qarşılıqlı iddianın isə rədd olunması hissəsi mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tə tbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsi nə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu i lə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi d üzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qü vvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hazırki iş üzrə qəbul etdiyi 09 dekabr 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir.... İşə baxan məhkəmələr isə İddiaçı iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuş və müqavilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsinə dair qəbz mövcuddur. Lakin mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıbimzalanmadığının ümumiyyətlə mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi n əzərə alınmamışdır. Bu səbəbdən də Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzinin imzalanmasının aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilibedilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Apellyasiya instansiyası məhkəməsi də Konstitusiya Məhkəməsinin Plenumunun səlahiyyətləri çərç ivəsində araşdırma apararaq və işdə olan sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı cavabdehlə mübahisələndirilən alqı-satqı müqaviləsini bağlamaq məqsədi ilə cavabdehin əri X10 və X25 tərəfindən aldadılmışdır. Belə olan halda tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti Azərbaycan Respublikası MM-in 339.3-cü maddəsinin ikinci cümləsinə əsasən qanuni olmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MM-in 157.2-ci maddəsinə istinad edərək, qarşılıqlı iddianı təmin etməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatlandırılmış və o, Xırdalan şə hərindən məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh onun iştirakının qeyri-mümkün etməsinə dair səbəbi konkret göstərmədiyindən və bununla bağlı hər hansı sənəd təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsinin işə cavabdehin iştirakı olmadan baxılması Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olmuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2020-ci il tarixli, 2(103)-8496/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ilk iddianın təmin olunmuş, qarşılıqlı iddianın isə rədd olunması hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3000/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3000/2021
11.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver