Məhkəmə qərarları › İş №2(102)-3005/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3005/2023

05.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3005/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsi və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan MR Hərracların T əşkili üzrə Auksion Mərkəzi, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsi və Cavabdeh3 qarşı “hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-27/2023 nömrəli, 11 aprel 2023cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 1991-ci il 20 dekabr 645 nömrəli qərarına əsasən Naxçıvan şəhər Lenin prospekti 24/13-də yaşayan X5 müraciət edib aztəminatlı ailə hesab olunduğundan mövcud qanunvericiliyə əsasən yaşadığı dövlət mən zilini onun şəxsi mülkiyyətinə verilməsini xahiş etmişdir. Hüseynovun ailə üzvlərinin adambaşına ümumi aylıq gəliri 130 manatdan az olduğu üçün o az gəlirli hesab edilmiş və yaşadığı dövlət mənzili pulsuz onun şəxsi mülkiyyətinə verilmişdir.

2. X3 ilə İddiaçı1 nikahlarından İddiaçı2 xx xxxxxx 1994-cü il tarixdə, İddiaçı3 xx xxxxxxxx 1995-ci il tarixdə doğulmuşdur.

3. Naxçıvan Şəhər Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli 2(078)-04/2016 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh3 cavabdeh X2 qarşı paylı mülkiyyətdən payın ayrılması tələbinə dair iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil paylı mülkiyyətçilərin razılığı olmadan satılması və satışdan əldə olunacaq məbləğin 5/6 hissəsinin Cavabdeh3, 1/6 hissəsinin isə X1 prosessual hüquq varisləri (bundan sonra – iddiaçılar) İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin ilkin satış qiymətinin 71730 (yetmiş bir min yeddi yüz otuz) manat müəyyən olunması müəyyən edilmişdir.

4. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər İcra Bölməsinin 2(078)-04/2016 nömrəli 25 aprel 2017-ci il tarixli icra vərəqəsi üzrə 26 aprel 2017-ci il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası qaydasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 bildiriş göndərilmişdir.

5. Naxçıvan MR Auksion Mərkəzinin 23 iyun 2017-ci il tarixli bildirişindən aydın olur ki, sifarişçi Naxçıvan Şəhər İcra Bölməsi, hüquqi varis İddiaçı1 və borclu Cavabdeh3 olduğu ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilin hərracda satılması üzrə bildiriş göndərilmişdir.

6. Hərrac barədə “Şərq qapısı” qəzetinin 1 19 (21.780) saylı, 23 iyun 2017-ci il tarixli nömrəsində məlumat dərc olunmuşdur. 7. 07 iyul 2017-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə satıcı Naxçıvan MR Auksion Mərkəzi ilə alıcı Cavabdeh3 arasında müqavilə bağlanmışdır. Sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar cavabdehlər Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsi və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın və onun nəticəsi barədə protokolun etibarsız sayılması və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyes trindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi işin yuxarıda qeyd edilən hallarına istinadla əsaslandırılmış və əsas mahiyyəti ondan ibarət olmuşdur ki, hərrac qanunauyğun çərçivədə keçirilməmiş, onlara bu barədə rəsmi məlumat verilməmiş, başqa bir iş üzrə icraat aparıldığı üçün hərracın keçirilməsi təxirə salınmalı olsa da bu barədə məlumat verilməsinə baxmayaraq hərrac bağlı qapılar arxasında keçirilmiş, hərracların keçirilməsindən məlumatları olmamışdır. Buna görə də hərrac və onun nəticəsində dair protokol etibarsız hesab edilməli, Cavabdeh3 adına verilmiş daşınmaz əmlakın çıxarışı ləğv edilməlidir.

10. Cavabdeh Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzi iddiaya etiraz edərək məktubunda qeyd etmişdir ki, əmlakın hərraca çıxarı lması barədə məlumatın elanı “Şərq Qapısı” qəzetinin 119(21.780) saylı, 23 iyun 2017-ci il tarixli nömrəsində dərc olunmuşdur və İddiaçı1 ünvanına 23 iyun 2017-ci il tarixdə Naxçıvan Poçt MMC vasitəsi ilə keçiriləcək hərracın ünvanı və tarixi haqqında ətraflı məlumat bildirişlə göndərilmiş, imza atılaraq bildiriş təhvil alınmışdır. Əlavə olaraq X1 prosessual hüquq varisləri İddiaçı1, İddiaçı3 və İddiaçı2 bir ünvanda qeydiyyatda olduqları nəzərə alınaraq İddiaçı1 adına bildiriş göndərilmişdir. İddiaçı1 iddia etdiyi “hərracın nəticəsinə dair protokolun ona verilməməsi” Mərkəzin iş prinsipinə uyğun olaraq aparılmışdır. Qeyd edilən protokol yalnız hərracın sifarişçisi olan icra bölməsinə və ərizə ilə müraciət edib, hərrac tələblərini ödəyərək hərrac qalibi olmuş fiziki və ya hüquqi şəxsə təqdi m edilir. Yuxarıda qeyd edildiyi kimi İnzibati orqan olduğu üçün bu sənədlərin istənilən şəxsə verilməsi qanunla tənzimlənir. İddiaçı1 “hərrac bağlı qapılar arxasında keçirilmiş və hərraca buraxılmamışdır” iddiasına isə cavab olaraq bildirilmişdir ki, iddiaçıya bildiriş göndərilərkən orada hərracda iştirak üçün hansı sənədlərin lazım olunduğu qeyd edilmişdir. Hərracda iştirak üçün sənədləri təqdim etmiş və iştirakçı bileti əldə etmiş hər bir fiziki və ya hüquqi şəxs (və ya şəxslər) iştirak edə bilər. İddiaçı1 tərəfindən bu tələblərin heç biri ödənilməmiş və bu səbəbdən hərracda iştirak hüququ əldə etməmişdir.

11. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(078)-1079/2022 nömrəli iş üzrə 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar S əfərəliyeva) iddia rədd edilmişdir.

12. Birinci instansiyası məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların hərracın və onun nəticəsində dair protokolun etibarsızlığını irəli sürmək üçün mülki qanunvericilikdə nəzərdə tutulan bir il müddət keçmişdir. Müddət keçdikdən sonra iddiaçıların hazırki tələblə mürəciət etmək hüququ da mövcud deyildir. İddiaçıların iddia ərizəsinə əlavə etdiyi sənədlərdən məlum olur ki, 2017-ci ilin 23 iyun tarixində İddiaçı1 adına Auksion Mərkəzindən bildiriş göndərilmişdir. Həmin bildirişin alınması cavabdeh təşkilat Naxçıvan MR Hərracların Təşkili üzrə Aukson Mərkəzi tərəfindən məktuba əlavə edilən poçt xəbərnaməsi ilə təsdiq edilir. İddiaçı1 06 iyul 2017-ci il tarixdə Auksion Mərkəzinə hərracın təşkilinin təxirə salınması barədə məktub göndərməsi artıq hərracın keçirilməsindən məlumatının olduğunu təsdiq edir ki, həmin məktubu iddiaçılar iddia ərizəsinə əlavə etmişdir. Yəni, 2017-ci ilin iyul ayında hərracın keçirilməsindən İddiaçı1 məlumatlı olmuş və hərracın nəticələri ilə bağlı 10 iyul 2017-ci il tarixdə onun vəkili Arif Ağayev tərəfindən Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinə məktub göndərilmişdir. Məktubdan aydın olur ki, iddiaçı hərracda onun iştirakının təmin olunmadığını, həmin vaxtda Auksion Mərkəzinə gəldiyini, protokolun ona təqdim edilmədiyini bildirmişdir. Bütün bunlar iddiaçıların hərracın keçirilməsindən məlumatlı olduqlarını bir daha təsdiq edir, eyni zamanda məhkəmə qeyd etmişdir ki, həmin sübutlar məhz iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmişdir.

13. Belə olan halda iddiaçılar 07 iyul 2017-ci il tarixdə hərracın keçirilməsindən məlumatlı olduqları halda qanunvericilikdə müəyyən edilmiş 1 il müddət ərzində bütün bunları mübahisələndirməmiş və son dörd il müddətində müxtəlif iddialarla məhkəməyə müraciət etmiş, bu illər ərzində İddiaçı1 hazırki iddia predmeti olan daşınmaz əmlakla bağlı müxtəlif növ iddialarına məhkəmələrdə baxılmışdır.

14. Hərracın keçirilməsindən sonra keçən bir il müddət ərzində iddiaçıların hərəkətsizlikləri hərracın nəticələri üzrə protokolun etibarsızlığını tələb etmək hüquqlarının xitamına səbəb olmuş və müddət keçmişdir. Həmin müddət kəsici müddət olduğundan məhkəmə cavabdeh tərəfin müddətin tətbiqi ilə bağlı ərizəsinin olub-olmamasından asılı olmayaraq araşdırmalıdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəl lə) 324.1, 324.2, 324.4, 324.5, 337.2, 415.1, 415.2, 416.1, 416.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 88, 217.1, 217.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarı və “B.Mürsəlovun şikayəti üzrə” 12 mart 2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti id dia ərizəsinin məzmununa uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddialarının rədd edilməsi barədə 14 dekabr 2022-ci il tarixli, 2(078)-1079/2022 saylı qətnaməni maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qəbul etmişdir. Naxçıvan MR Auksion Mərkəzi İddiaçı2 və İddiaçı3 hərracın keçirilməsi barədə bildiriş göndərməməklə, İddiaçı1 Bayrtamqulu qızına hərracın keçirilməsi barədə bildiriş göndərsə də, hərracda iştirakına imkan verməməklə, eyni zamanda hərracın nəticəsinə dair tərtib olunmuş protokolun surətini iddiaçılara verməməklə, habelə kassasiya şikayətləri baxılıb həll olunanadək hərracın keçirilməsini dayandırmalı olduğu halda, dayandırmamaqla hərracın keçirilməsi qaydalarını pozmuş, lakin birinci instansiya məhkəməsi mübahis ənin həllinə Mülki Məcəllənin 415.1, 416.1 və 416.2-ci maddələrinin, habelə İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən Mülki Prosessual Məcəllənin 14.2 və 88-ci maddələrinin tələblərini də pozmuşdur.

18. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(108)-27/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Səxavət Bəylərli (sədrlik edən və məruzəçi), Fərman Abbasov və Səxavət Novruzov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, idd iaçılar tərəfindən isə əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş bir illik müddət ötürülmüşdür. Belə ki, həmin sənədlər xx.xx.2017-ci ildə tərtib olunmuş, iddia isə xx.xx.2022-ci ildə, yəni 5 il 2 aydan çox vaxt ötdükdən sonra məhkəməyə verilmişdir. Qeyd olunan maddədə müddətin başlanğıcı təyin edilərkən “bildiyi gün” ilə yanaşı “bilməli olduğu gün” ifadəsi təsbit olunmuşdur. Kütləvi informasiya vasitəsində - “Şərq qapısı” qəzetinin 119 (21.780) saylı, xx.xx.2017-ci il tarixli nömrəsində “Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən 7 iyul 2017-ci il tarixdə açıq hərraca çıxarılacaq əmlaklar haqqında məlumat” dərc edilmiş və “ünvan 4 ünvanında yerləşən 13 nömrəli mənzilin ilkin satış qiymətinin 71730 manat, ilkin satış qiymətinin 5 faizi həcmində hesablanmış behin məbləğinin 3586.50 manat” olması göstərilmişdir.

20. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçılar hərracın keçirilməsi, satış protokolu və alqı-satqı müqaviləsinin mövcudluğunu qeyd olunan tarixlərdə bilməli idilər. Müddət bitdiyinə görə isə iddiaçılar hərracı və onun nəticəsinə dair protokolu mübahisələndirə bilməzlər. İddiaçıların göstərilən “çıxarış”ın ləgv edilməsi tələbləri də təmin oluna bilməz, çünki mübahisə edilən daşınmaz əmlak (mənzil) üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış Naxçıvan MR Auksion Mərkəzi tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsas hesab olunmuşdur.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəm əsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab etmiş, maddi və prosessual hüquq normalarına riayət edildiyini qeyd etmişdir. Qətnamənin əsaslılığı apellyasiya şikayətinə müvafiq olaraq yoxlanıldığından, iddiaçılar tərəfindən birinci instansiya məhkəməsinə iddianın əsaslılığına dair sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən olunmamışdır.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi, Mülki Məcəllənin 139-1.1, 139-1.1.2, 324.1, 324.4, 337.1, 337.2, 354.2, 414.1, 415.1, 415.2, 416.1-ci maddələri, MPM-in 14.2, 77.1, 88, 372, 384.0.1, 385.2, 392.2, 393-cü maddələri, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarı və “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli qərarında əks olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçılar (vəkili Vəkil) kassasiya şik ayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur:

25. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, bu normada əqdim etibarsızlığını bir il müddətində mübahisələndirmək nəzərdə tutulmuşdur və bu müddət kəsici müddət hesab olunur. Lakin apellyasiya instansiya məhkəməsi iddiaçıların hərrac və onun nəticələrinə dair protokolu qanunla müəyyən edilmiş müddətdə mübahisələndirmələlərini məhz cavabdehin özbaşınalığı, yəni İddiaçı1 hərracda iştiraka buraxmaması, digər iddiaçıl ara isə ümumiyyətlə hərrac barədə bildiriş göndərməməsi və hərracın nəticəsinə dair protokoluun surətini onlara verməkdən əsassız imtina etməsini ilə bağlı olmasını nəzərə almamışdır. Eyni zamanda həmin müddət ərzində iddiaçıların hərəkətsiz qalmamasına və onların bu hüquqlarının məhz əmlak hüquqlarına aid olmasına əhəmiyyət verilməmişdir.İddiaçılar eyni məzmunlu kassasiya şikayətinə əlavə göndərmişlər.

26. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların apellyasiya şikayəti üzrə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələblərinə də riayət etməmişdir. İddiaçılar qeyd edilən əqdin etibarsız sayılmasına əsas verən halların yalnız cavabdeh tərəfindən iştirakları hərracın keçirilməsində təmin olunduğu və hərracın nəticəsinə dair protokol və müqavil ənin surətləri onlara təqdim edildiyi halda bilə bilərdilər. Lakin apellyasiya instansiya məhkəməsi işin bu hallarını nəzərə almamışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair dəlilləri və təqdim edilən sübutları MPM-in 14.2-ci maddəsinin tələb etdiyi qaydada araşdırmamış, onlardan istifadə etməmiş və onları bu Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun şəkildə qiymətləndirməmişdir. Eyni zamanda iddiaçıarın gətirdiyi dəlilləri sadalamaqla kifayətlənərək onlara əsaslandırılmış münasibət bildirməmiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları da araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tə tbiq edilən hüquq Mülki Məcəllə

29. Maddə 139-1.1 və 139-1.1.2. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol əsas hesab olunur.

30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

31. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

34. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

35. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

36. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

37. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

38. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən halla ra yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad ed ilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 50.Məhkəmə tərkibi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu, Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğluna etirazını əsaslı olmadığı üçün Mülki Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən baxlmamış saxlamışdır. Həmin maddəyə görə, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirzın əsalarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxımamış saxlanılır.O da nəzərə alınmalıdr ki, eyni tərəflər arasında başqa predmetlə bağlı məhkəmə tərkibinin işə baxmasına etiraz etmə əsası kimi qəbul olunmur. 51.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 52.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. 53.Apellyasiya şikayətini n dəlilləri ilə eyni olan kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iddiaçılar tərəfindən isə əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş bir illik müddət ötürülmüşdür. Həmin sənədlər xx.xx.2017-ci ildə tərtib olunmuş, iddia isə xx.xx.2022-ci ildə, yəni 5 il 2 aydan çox vaxt ötdükdən sonra məhkəməyə verilmişdir. Məhkəmələr daha sonra müəyyən etmişlər ki, iddiaçılar hərracın keçirilməsi, nəticələri, yekun protokolun tərtibindən məlumatlı olmuşlar. Bu halların mövcud olmasına baxmayaraq iddiaçılar hazırkı iddianı deyil, müxtəlif iddialar üzrə məhkəmə mübahisələri başlatmış, sonra isə (faktiki olaraq 5 il 2 aydan sonra) baxılan iş üzrə iddia tələbini irəli sürmüşlər. Bu halda isə artıq mübahisələndirmə müddəti ötürülmüş hesab olunur. 54.“F.Cavadov və V.Aslano vun şikayəti» ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında olan hüqqui mövqeyinə görə Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. 55.Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur”. 56.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi -prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 57.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 58.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-27/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar