Məhkəmə qərarları › İş №2(102)-3006/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3006/2019

14.06.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3006/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Məmmədov Asəf Sahib oğlu, cavabdehlər Cavabdeh3-nin, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili X6 və “xxxx” MMC-nin vəkili Şahverdi Ağaveys Nurkişi oğlunun iştirakı ilə, İddiaçı, nümayəndəsi və vəkili Məmmədov Asəf Sahib oğlunun Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-12379/2018 nömrəli iş üzrə 26 noyabr 2018-ci i l tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.N.Quliyev) 2(005)-57/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3-yə, Cavabdeh2, Cavabdeh1 və “xxxx” (əvvəllər “xxxx”) MMC-yə qarşı Cavabdeh3 ilə “xxxx” MMC arasında “FİAT” avtomobillərinin, ehtiyyat hissələrinin və əsas vəsaitlərin, avadanlıqların satılmasına dair bağlanmış 08 noyabr 2016-cı il tarixli əqdin etibarsız hesab edilməsini, həmin əqd üzrə Cavabdeh3-dən “xxxx” MMC-yə verilmiş “FİAT” avtomobillərinin, ehtiyat hissələrinin və əsas vəsaitlərin, avadanlıqların “xxxx"xxxxCavabdeh3-yə qaytarılmasını tələbinə dair iddianın təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) 2(103)-12379/2018 nömrəli, 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh3-yə, Cavabdeh2, Cavabdeh1 və “xxxx” MMC-yə qarşı əqdlərin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» firması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin HŞDQ üzrə Bakı bölgə şöbəsində F-2365 №-li şəhadətnamə ilə 27 sentyabr 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçisi X14 olmuşdur. X14 ilə İddiaçı arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş 11 aprel 2001-ci il tarixli müqavilə əsasında «xxxx» firmasının təsisçisi X7 olmuşdur. 15 yanvar 2004-cü il tarixdə onun sədrliyi ilə firmanın təsisçilərinin ümumi yığıncağı keçirilmiş, firmanın təşkilatı hüquqi formasının dəyişdirilməsi, yeni təsisçilərin qəbul edilməsi, nizamnamə fondunun artırılması, yeni nizamnamənin təsdiq edilməsi və sair məsələlər müzakirə edilmiş, firmanın adının dəyişdirilərək Cavabdeh3 adlandırılması, Cavabdeh1 və Cavabdeh2 təsisçiliyə qəbul olunmaları, Cavabdeh3-nin nizamnamə fondunun ********* manat (AZM) təsdiq edilməsi, təsisçilər üzrə payın - İddiaçı 33,3% (230 milyon manat), Cavabdeh2 33,3% (230 milyon Cavabdeh1 33,4% (230690690 manat) müəyyən olunması, nizamnamə fondunun İddiaçı tərəfindən «xxx x» firmasının əmlakı (istehlak fondunun qalığı, o cümlədən əsas vəsaitlərin qalıq dəyəri), digər iki təsisçinin isə paylarına uyğun qoyulan pul vəsaiti ilə formalaşdırılması, Cavabdeh3-nin yeni nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, İddiaçı Cavabdeh3-nin təmsilçisi və direktoru təyin edilməsi qərara alınmışdır. 09 mart 2004-cü il tarixdə «xxxx» firmasının təşkilatı-hüquqi forması dəyişilərək “Cavabdeh3» Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmiş və cəmiyyətə yeni təsisçilər – Cavabdeh1 və Cavabdeh2 daxil olmuşlar. Onunla Cavabdeh3, həmçinin, digər təsisçilər Cavabdeh1 və Cavabdeh2 arasında olmuş başqa bir məhkəmə mübahisəsi üzrə Binəqədi rayon məhkəməsinin 2(001)-1351/2011 saylı, 23 dekabr 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 İddiaçı qarşı «təsisçilikdən çıxarılma və pul t ələbi»nə dair ilk iddiası Cavabdeh1 İddiaçı qarşı «borc tələbi və təsisçilikdən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək İddiaçı “Cavabdeh3» MMC-nin təsisçiliyindən çıxmış hesab edilmiş, Cavabdeh2 Cavabdeh1 tələblərinin qalan hissələri təmin edilməmiş, İddiaçı Cavabdeh2 oğuna, Cavabdeh1 və «Cavabdeh3” MMC-nə qarşı qarşılıqlı iddia ərizəsi təmin edilməmiş, «xxxx-firması” MMCnin İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-53/2015 saylı, 16 aprel 2015-ci il tarixli qətnaməsi ilə Binəqədi rayon məhkəməsinin 2(001)-1351/2011 saylı, 23 dekabr 2011-ci il tarixli qətnaməsi qismən - İddiaçı Cavabdeh3-nin təsisçiliyindən çıxmış hesab olunmasına dair hissədə ləğv edilərək İddiaçı Cavabdeh3-nin təsisçiliy indən çıxmış hesab edilməsinə dair Cavabdeh2 və Cavabdeh1 iddia tələbləri təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3796/15 saylı, 17 sentyabr 2015-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-53 /2015 saylı, 16 aprel 2015-ci il tarixli qətnaməsi İddiaçı borc, dividend və onların faizlərinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməklə, həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7643/2015 saylı, 08 dekabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsin in 2(001)-1351/2011 saylı mülki iş üzrə qəbul etdiyi 23 dekabr 2011-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3-nə qarşı 86397 AZN məbləğində borcun və həmin məbləğin 15.01.2004-cü il tarixdən qətnamənin icra edildiyi günədək olan faizlərinin “Cavabdeh3» MMC-dən tutularaq ona ödənilməsi və ******* AZN miqdarında dividend məbləğinin və həmin məbləğin bəyamnamələrə müvafiq olaraq 2004-cü ildən başlayaraq hər il üçün ödənilməli olan məbləğlərinin qətnamənin icra edildiyi günədək olan faizlərinin Cavabdeh3-dən tutularaq ona ödənilməsi barədə iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilərək həmin iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1926/2016 saylı, 06 may 2016-cı il tarixli qərarı ilə İdd iaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7643/2015 saylı, 08 dekabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5855/2016 saylı, 14 iyul 2016cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 dekabr 2011-ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh2, Cavabdeh1, “Cavabdeh3» MMC-nə qarşı borcun, dividendlərin və faizlərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş və həmin iddia tələbi təmin olunmamişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5908/16 saylı, 11.11.2016-cı il tarixli qərarı əsasən kassasiya şikayəti növbəti dəfə təmin o lunaraq iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5855/2016 saylı, 14 iyul 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3» MMC-nə qarşı qarşılıqlı iddia ərizəsi «borcun tutulması və dividendin ödənilməsi» hissəsində təmin olunmuş, Cavabdeh3-dən qaytarılmamış pula görə 86397 manat və 2004-2010-cu illər üzrə ödənilməmiş dividendə görə ******* manat, cəmi 1.533.248 manat pul tutulub İddiaçı verilməsi, qarşılıqlı iddia ərizəsinin faizlərin tutulması hissəsində təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5908/16 saylı, 11.11.2016-cı il tarixli qərarı əsasında icra vərəqəsi verilmiş, icra vərəqəsi qanunvericiliklə müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Beləliklə, Azərbaycan Respublikası Al i Məhkəməsinin 2(102)-5908/l6 saylı, 11.11.2016-cı il tarixli icra sənədi üzrə borclu Cavabdeh3-dən 1.533.248 (bir milyon beş yüz otuz üç yüz qırx səkkiz) manat pul tutularaq ona verilməlidir, lakin Cavabdeh3-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5908/16 saylı 11.11.2016-cı il tarixli qərarı əsasında tutulub ona ödənilməli olan 1.533.248 manat məbləğini ona ödəməkdən yayınmaq üçün, ona hər hansı formada məlumat vermədən, ümumi yığıncağın qərarı olmadan Cavabdeh3-nin direktoru «xxxx» MMC adlı müəssisə ilə 08.11.2016-cı il tarixdə müqavilə bağlayaraq, onun təsisçilərindən biri olduğu «xxxx» MMC-nin külli miqdarda dəyərə malik bütün avtomobillərini, onların ehtiyat hissələrini, əsas vəsaitləri, avadanlıqları, buna hər hansı zəruri və qanuni əsas və ehtiyac olmadan, «xxxx» MMC-nə satmışdır. Qeyd edilən əqd əsasında «xxxx» MMC-yə satılmış əmlakların dəyəri olaraq ******* manat məbləğində pul vəsaiti 26 noyabr 2016-cı il tarixdə «xxxx» MMC tərəfindən Cavabdeh3-nin kassasına mədaxil edilmiş və bununla bağlı 060482 nömrəli kassa mədaxil orderinin qəbzi verilmişdir. Cavabdeh3, əsas fəaliyyət istiqaməti «FİAT» avtomobillərinin və onların ehtiyat hissələrinin Azərbaycan Respublikasında satışının həyata keçirilməsi olmaqla, fəal sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisə olmuşdur. Bu fəaliyyətdən də müəssisə həmişə mənfəət götürmüşdür. Lakin, yuxarıda da qeyd edildiyi kimi belə fəal sahibkarlıq fəaliyyətilə məşğul olan və Cavabdeh3 adı altında fəaliyyət göstərdiyi bütün müddətdə yalnız mənfəətlə işləyən bir müəssisənin qəfildən, heç bir əsas olmadan, həmçinin ümumi yığıncağın qərarı olmadan, digər tərəfdən təsisçilərdən birinə, yəni ona hər hansı formada məlumat vermədən müəssisənin özünə məxsus bütün əmlakını başqa bir müəssisəyə satması ilk baxışda əlbəttə ki, təəccüb doğurur. Lakin, «xxxx» MMC-nin 08 noyabr 2016-cı il tarixdə qeyd edilən müqaviləni bağladıqdan sonra adının dəyişdirilərək «xxxx» MMC adlandırılması, bundan sonra «xxxx» MMC-nin Cavabdeh3-nin fəaliyyət göstərdiyi, bir vaxtlar onun da qoyduğu pul vəsaiti hesabına inşa edilmiş və vaxtilə onu təsisçisi olduğum «Ziyil arxı» firmasına məxsus olan Babək prospekti 36E ünvanda yerləşən çoxmərtəbəli qeyri-yaşayış binasında fəaliyyət göstərməyə başlaması, Cavabdeh3-nə məxsus olan «FİAT» avtomobillərinin, onların ehtiyat hissələrinin, əsas vəsaitlərin və avadanlıqların 08 noyabr 2016-cı il tari xli müqavilənin bağlanmasına qədər və ondan sonra da həmin - Babək prospekti 36 E ünvanda yerləşən çoxmərtəbəli qeyri-yaşayış binasında saxlanılması və bir çox digər sübutlar təsdiq edir ki, əslində onun da təsisçilərindən biri olduğu, lakin 2005-ci ilin sonlarından başlayaraq idarəetməsindən qanunsuz olaraq uzaqlaşdırıldığı Cavabdeh3-nin fəaliyyətinə bütün bu müddətdə faktiki rəhbərliyi həyata keçirmiş digər iki təsisçi - X8 və Cavabdeh1, Cavabdeh3-nin direktoru və «xxxx» MMC-nin direktoru ilə əlbir olaraq Cavabdeh3-dən alınaraq ona verilməli olan 1.533.248 manat pulun ona ödənilməsindən yayınmaq üçün iki müəssisə arasında 08 noyabr 2016-ci il tarixli müqaviləni bağlamışlar. Nəticədə, formal olaraq avtomobillər, ehtiyat hissələri, əsas vəsaitlər və avadanlıqlar «xxxx» (xxxx») MMC-nin adın a keçmiş olsa da, faktiki olaraq avtomobillərin, ehtiyat hissələrinin, əsas vəsaitlərin və avadanlıqların satışına nəzarət yenə də Babək prospekti 36 E ünvanda eyni şəxslər tərəfindən həyata keçirilməkdədir. Beləliklə, aydındır ki, Cavabdeh3 ilə «xxxx» MMC arasında Cavabdeh3-nə məxsus olan «FİAT» avtomobillərinin, onların ehtiyat hissələrinin, əsas vəsaitlərin və avadanlıqların alqı-satqısına dair həmin- müəsisələr arasında bağlanmış 08 noyabr 2016-cı il tarixli müqavilə əslində uydurma əqddir, bu səbəbdən də əhəmiyyətsiz olmaqla bağlandığı andan etibarsızdır. Mübahisələndirilən müqaviləni yuxarıda qeyd edilən icra sənədi üzrə borclu olan Cavabdeh3-nin adından onun direktoru Cavabdeh4, «xxxx» MMC-nin adından isə onun etibarnamə üzrə nümayəndəsi X9 imzalamışdır. X9 yuxarıda qeyd edilən icra sənədinin verilməsi ilə nəticələnmiş sözügedən başqa mülki işdə Cavabdeh3-nin nümayəndəsi olmuşdur. Mübahisələndirilən 08 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə əsasında «FİAT» avtomobillərinin, ehtiyat hissələrinin, əsas vəsaitlərin və avadanlıqların Cavabdeh3-dən «xxxx» MMC-yə «satılması» və sonuncu tərəfindən də «satılan» əmlakların dəyərinin ödənilməsi barədə razılığa gəlinmiş, «satılan» avtomobillərin, ehtiyat hissələrinin dəyəri olaraq 2235480,00 manat «xxxx» MMC adlı müəssisənin direktoru X5 tərəfindən Cavabdeh3-nin kassasına ödənilmişdir. Məlum olmuşdur ki, təsisçisi X4 olmaqla 03.09.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış «xxxx» MMC 08.11.2016-cı il tarixdən sonra «xxxx» MMC adlandırılmışdır. Cavabdeh3-nin 20.05.2016-cı il tarixdə ke çirilmiş ümumi yığıncağının protokolunun surətindən görünür ki, Cavabdeh3-nin təsisçilərindən biri olmaqla həm də yuxanda qeyd edilən başqa məhkəmə mübahisəsi üzrə ona qarşı tərəflərdən biri olmuş Mürariz Muradov Cavabdeh3-nin təftiş komissiyasına ünvan 3 ünvanda qeydiyyatda olan X2, ünvan 4 ünvanda qeydiyyatda olan X10 və Tovuz rayonu, Mülkülü kəndində qeydiyyatda olan X1 təklif etmiş, ümumi yığıncağın (yəni, o iştirak etmədiyindən yalnız Cavabdeh1 və Cavabdeh2) qərarı ilə həmin şəxslər Cavabdeh3-nin təftiş komissiyasının üzvləri seçilmişlər. Hesab edir ki, qeyd edilən şəxslərin əvvəcələdən əlbir olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5908/16 saylı, 11.11.2016-cı il tarixli qərarı əsasında verilmiş icra sənədi üzrə ödənilməli olan 1.533.248 manat pulun borclu Cavabdeh3-dən tutulub ona ödənilməsindən yayınmaq üçün mübahisələndirilən uydurma əqdi bağlamaları, bundan sonra yenə də Cavabdeh3-nin adından fəaliyyət göstərə bilmələrinin mümkün olması üçün «xxxx» MMC-nin adını «xxxx» adına dəyişmələri, bununla əmlakların formal olaraq «xxxx» MMC-nin adına keçirilməsi, lakin son nəticədə əmlakların yenə də Cavabdeh3-nin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən digər iki təsisçi Cavabdeh2 və Cavabdeh1 faktiki sahibliyində, istifadəsində və sərəncamında qalması mübahisəsiz olaraq təsdiq olunur. Şərh olunanlar əsasında hesab edir ki, qeyd edilən müqavilə uydurma əqd olduğundan məhkəmə qaydasında etibarsız hesab edilməli, həmin müqavilə əsasında Cavabdeh3-dən xxxx» MMC-nə verilmiş («satılmış») «FİAT» avtomobilləri, ehtiyat hissələri, əsas vəsaitlər və avadanlıqlar «xxxx»xxxxtəsisçisi olduğu Cavabdeh3-nə qaytarılmalıdır. Göstərilənlərə əsasən, Cavabdeh3 ilə “xxxx” MMC arasında “FİAT” avtomobillərinin, ehtiyyat hissələrinin və əsas vəsaitlərin, avadanlıqların satılmasına dair bağlanmış 08 noyabr 2016-cı il tarixli əqdin etibarsız hesab edilməsini, həmin əqd üzrə Cavabdeh3dən “xxxx” MMC-yə verilmiş “FİAT” avtomobillərinin, ehtiyat hissələrinin və əsas vəsaitlərin, avadanlıqların “xxxx"xxxxCavabdeh3-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı, nümayəndəsi və vəkili Məmmədov Asəf Sahib oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12379/2018 nömrəli iş üzrə 26 noyabr 2018-ci il tarixli qətnaməsinin l əğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Məmmədov Asəf Sahib oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən cavabdehlər Cavabdeh3-nin, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili X6 və “xxxx” MMC-nin vəkili Şahverdi Ağaveys Nurkişi oğlu kassasiya şikayətini n dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-12379/2018 nömrəli iş üzrə 26 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəm əsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 dekabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 iddiası qismən təmin edilmiş, İddiaçı Cavabdeh3-nin təsisçiliyindən çıxmış hesab edilmişdir. İddianın qalan hissəsi və İddiaçı qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh3-nin apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən – onun Cavabdeh3-nin təsisçiliyindən çıxmış hesab olunmasına dair h issədə ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 17 sentyabr 2015-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi borc, dividend və onların faizlərinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməklə həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 dekabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3-yə qarşı borc, dividend və onların faizlərinin ödənilməsi barədə iddia tələbləri rədd edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 6 may 2016-cı il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3-yə qarşı borc, dividend və onların faizlərinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş və həmin iddia tələbi təmin olunmamışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq, yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən, İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3-yə qarşı qarş ılıqlı iddia ərizəsi borcun tutulması və dividendin ödənilməsi hissəsində təmin olunmuş, faiz borcunun tutulması hissəsində isə təmin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Cavabdeh2 və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 iyun 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5908/16 saylı, 11.11.2016-cı il tarixli qərarı qüvvədən düşmüş hesab edilmişdir. Belə ki, İddiaçı iddiasının əsası kimi yalnız Ali Məhkəmənin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarına istinad etməsinə baxmayaraq, onun hazırki iddiası üzrə məhkəmə baxışları dövrundə həmin qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Cavabdeh2 və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 iyun 2017-ci il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13 oktyabr 2017-ci il tarixli qərarı ilə Ali Məhkəmənin 11 noyabr 2016-cı il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 14 iyul tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli qər ardadı ilə hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1351/2011 saylı, 23 dekabr 2011-ci il tarixli qətnaməsi İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3-nə qarşı qarşılıqlı iddia ərizəsinin borc, divident və faizin ödənilməsinə aid hissədə ləğv edilərək həmin hissədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 28 mart 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərardadından cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 mart 2018-ci il tarixdə baxaraq, cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 26 dekabr 2017-ci il tarixli qərardadından dəyişirilmədən saxlanılması haqqında q ərar qəbul etmişdir. Göründüyü kimi iddiaçının iddiasının əsası kimi Cavabdeh3-dən qaytarılmamış pula görə 86397 manat və 2004-2010-cu illər üzrə ödənilməmiş dividendə görə ******* manat, cəmi 1.533.248 manat pul tutulub İddiaçı verilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5908/16 saylı, 11.11.2016-cı il tarixli qərarına istinad etməsinin artıq hüquqi əhəmiyyəti yoxdur. Bundan başqa, işə baxan aşağı instnasiya məhkəmələri haqlı olaraq hesab etmişlər ki, 08 Noyabr 2016-cı il tarixli əqd üzrə Cavabdeh3-dən “xxxx” MMC-yə verilmiş “FİAT” avtomobillərinin, ehtiyat hissələrinin və əsas vəsaitlərin, avadanlıqların “xxxx"xxxx«xxxx Fitrması» MMC-yə qaytarılması birinci tələbdən, yəni, 08 Noyabr 2016-cı ıl tarixli əqdin etibarsız hesab edilməsi tələbində törəmə olduğu üçün sözüge dən əqdin qanuniliyinə verilən qiymət sonrakı tələbin hüquqi taleyinə təsirini göstərəcəkdir. İşin faktiki hallarından göründüyü kimi «xxxx» firması 1999-cu ildən F-2365 saylı Şəhadətnamə ilə Dövlət qeydiyyatından keçmiş və fəaliyyəti əsasən avtomobillərin ehtiyat hissələrinin satışı olmuşdur. 22 fevral 2001-ci ildən FİAT S.P.A. ilə Müqavilə bağlayaraq FİAT-ın təmsilçisi kimi fəaliyyət göstərir. (Türkiyə Cümhuriyyətinin TOFAŞ avtomobil fabrikası, FİAT, Lançia, Alfa Romeo, Ferrari, Maserati, İveko kimi FİAT S.P.A.-nın bir strukturudur.) “xxxx” firması bu müqavilə əsasında fəaliyyətini Azərbaycan Respublikası Qanunları əsasında təşkil etmək üçün Nizamnaməsinə fəaliyyət növlərini genişləndirmək məqsədi ilə lazımi əlavələri etmiş və Ticarət Nazirliyindən 3 il müddətinə 01.10.1999-cu il tarixli t-N: ******* saylı xidmət sertifikatını da almış, firma Azərbaycan Respublikası DİN BDYP İdarəsində uçota alınmışdır. İşin bu halları iddiaçının direktor kimi imzaladığı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin rəisinə ünvanladığı 22.04.2002-ci il tarixli Av005 saylı və sonuncunun BDYPİ-nin bütün RQİS və RQİB-lərinə, eləcə də, “xxxx” firmasının direktoru kimi iddiaçıya ünvanladığı 29.04.2002-ci il tarixli məktularının məzmunu ilə təsdiq edilir. İş materiallarında olan «Alıcı» «xxxx» MMC ilə «Satıcı»xxxx«xxxx Firması» MMC arasında bağlanmış 08 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsin 1.1-ci bəndindən görünür ki, müqavilənin predmetini FİAT avtomobillərinin ehtiyat hissəsinin və əsas vəsaitlərinin avadanlıqlarının alqı-satqısını həyata keçirilməsidir. Avtomob illərin, ehtiyat hissələrinin və əsas vəsaitlərin qiymətləri və siyahısı müqaviləyə əlavə edilmişdir. Müqavilənin «Alıcının öhdəlikləri» adlanan İİ hissəsinə əsasən «Alıcı» avtomobilləri və ehtiyat hissələri almaq üçün «Satıcı»ya sifariş edir. “Alıcı” sifariş etdiyi avtomobilin və ehtiyat hissələrin ümumi müqavilə dəyərini “Satıcı”nın xəzinə və ya bank hesabına ödəməyi öhdəsinə götürür. Ödəniş nağd və yaxud hesabdan-hesaba köçürməklə həyata keçirilə bilər. Müqavilənin «Satıcı»nın öhdəlikləri adlanın İİİ hissəsinə əsasən “Satıcı” qəbul etdiyi sifarişi qəbul etdikdən sonra 60 gün müddətinə icra edir. (təbii fəlakət və s. Qaçılmaz üzürlü səbəblər istisna edilməklə), “Satıcı avtomobilin təslimini 1.2 bəndlərə uyğun həyata keçirir. “Satıcı” DYP-də qeydiyyatdan keçmək üçün Arayış-hesab və digər sənədləri (nəqliyyat vasitəsi üçün zəruri olan sənədləri) “Alıcı”-ya təqdim edir. “Satıcı” Avtomobilinə iki il təminat verilir. (o şərtlə ki, müəyyən edilən qüsurlar istehsal qüsuru olduğu mütəxəssis rəyi ilə təsdiq edilsin) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3-dən alınaraq verilməli olan 1.533.248 manat pulun iddiaçıya ödənilməsindən yayınmaq üçün iki müəssisə arasında 08 noyabr 2016-ci il tarixli müqaviləni bağlaması kimi iddia dəlili əsassızdır. Belə ki, Cavabdeh3-dən 1.533.248 manat pulun iddiaçıya ödənilməsinə dair yuxarıda qeyd edildiyi kimi məhkəmə qərarı artıq mövcud deyil, eləcə də iki hüquqi şəxs arasında qa nunvericiliyin tələblərinə uyğun müqavilə bağlamasına əqd bağlanan vaxt hər hansı qadağaların (girov, həbs və s.) və ya məhdudiyyətlərin olması faktı müəyyən edilməmişdir. İddiaçının qeyd edilən alqı-satqının MMC-nin ümumi yığıncağının qərarı olmadan bağlanması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh3-nin əsas fəaliyyəti avtomobili və onun ehtiyat hissələrini satmaqdan, xidmətlər göstərməkdən ibarətdir, satılmış «FİAT» avtomobilləri və onun ehtiyat hissələri, eləcə də, iddiada qeyd edilən əsas vəsaitlər və avadanlıqlar MMC-nin alqı-satqı ilə bağlı fəaliyyətinə aid olduğu üçün dövriyyə vəsaitləri hesab olunur ki, onların alqı-satqısında da iştirakçıların ümumi yığıncağının qərarı tələb olunmur. İddiaçı Azərbaycan Resp ublikasının Mülki Məcəllənin 340-cı maddəsinə istinad edərək mübahisələndirilən əqdin uydurma əqd olmaqla yalnız görünüş üçün bağlanmasını qeyd etsə də, bu və digər tələblərinin əsaslı olmasına dair heç bir mötəbər sübut növü təqdim etməmişdir. Göründüyü kimi təsisçilərdən birinin xəbəri və ya razılığı olmadan MMC-nin dövriyyə vəsaitlərinə dair alqı-satqı müqaviləsinin bağlanması həmin əqdin etibarsızlığı üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı təsisçilərindən biri olduğu MMC-nin bu müqavilədən əldə edilən gəlir (mənfəət) barədə qanunvericiliyə uyğun olaraq mübahisə qaldırmaq hüquqlarından istifadə etməsində sərbəstdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının 08 Noyabr 2016-cı ıl tari xli əqdin etibarsız hesab edilməsi barədə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamadığı üçün həmin əqd üzrə Cavabdeh3dən “xxxx” MMC-yə verilmiş “FİAT” avtomobillərinin, ehtiyat hissələrinin və əsas vəsaitlərin, avadanlıqların “xxxx"xxxx“xxxx Fitrması” MMC-yə qaytarılmasına dair tələbi üzrə araşdırma aparılmasına hüquqi zərurət yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hə rtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqın da” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12379/2018 nömrəli iş üzrə 26 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı, nümayəndəsi və vəkili Məmmədov Asəf Sahib oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12379/2018 nömrəli iş üzrə 26 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar