Məhkəmə qərarları › İş №2(102)-3006/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3006/2021

18.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3006/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: MPM-nin 82.3-cü maddəsinin tətbiqi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və vəkili Qasımov Teymur Salman oğlunun iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə (üçüncü şəxs kimi Suraxanı rayon İcra və probasiya şöbəsi və “xxxx” KB ASC cəlb edilmiş) qarşı “protokolun və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki koll egiyasının 2(103)-5414/2020 nömrəli, 02 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının mənzili kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edildiyi üçün məhkəmə qətnaməsi əsasında hərraca çıxarılaraq satılmışdır. İddiaçı bir dəfə hərracın protokolunun və alqı-satqısının etibarız hesab olunması iddiasını irəli sürmüşdü və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə onun iddiası rədd edilmişdir. İddiaçı həmin tələbi başqa əsaslarla irəli sürərək bu dəfə hərac mərkəzinin tərtib etdiyi yekun protokolda icra məmurunun imzası və möhürü olmaması əsası ilə hərracın nəticələrini mübahisələndirir. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı – cavabdeh “xxxx” MMC-yə (üçüncü şəxs kimi Suraxanı rayon İcra və probasiya şöbəsi və “xxxx” KB ASC cəlb edilmiş) qarşı “protokolun və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən tərtib edilmiş Y-148 nömrəli, 26 aprel 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 26 aprel 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır: Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2015-ci il tarixli 2(103)-710/2015 saylı qətnaməsi ilə mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, 7 nömrəli evin 8 nömr əli mənzili açıq hərracdan satılaraq əldə olunan vəsaitdən 32317,71 (otuz iki min üç yüz on yeddi tam yüzdə yetmiş bir) ABŞ dolları (məzənnəyə uyğun olaraq manatla) və 60 (altmış) manat “xxxx” KB ASCnin hesabına köçürülməli, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, 7 nömrəli evin 8 nömrəli mənzilinə dair ilkin satış qiyməti 66000 (altmış altı min) manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2014-cü il tarixli qərardadına əsasən, “xxxx” MMC tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzəfər Vəliyev küçəsi, 7 nömrəli evin 8 nömrəli mənzilin orta bazar qiyməti barədə verilmiş 15.01.2015-ci il tarixli ƏEM/V 07-112 nömrəli ekspert rəyində mənzilinin təsviri aparılmış, onun ümumi sahəsinin sənəddə göstərilə n sahədən 22 m2 olması göstərilmiş, 2000-ci ildə Suraxanı rayon icra Hakimiyyəti başçısının sərəncamlarına əsasən tikdiyi 22 m sahədən ibarət artırma otağının həm xaricdən və həm də daxildən çəkilən şəkilləri göstərilmiş, lakin həmin 22 m sahədə artırma otağının qiymətləndirilməsi aparılmamış, onun bazar dəyəri hesablanmamış, mənzilinin bazar dəyərinə əlavə edilməmiş və nəticədə onun dəyəri ona ödənilməmişdir. Həmin Ekspert rəyinin 11-ci səhifəsinin sonuncu abzasında mənzilinin təsviri barədə aşağıdakı kimi qeyd aparılmışdır: “Qiymətləndirilən mənzil sənədlə iki (2) otaq olsa da, faktiki olaraq 22 m2 əlavə artırma sahəsi qeydə alınmış üç (3) otağa rekanstruksiya olunmuşdur”. Aparılmış 15 ildən artıq olan əlavə tikili barədə Suraxanı rayon İcra və probasiya şöbəsinə bildirsə də və onlardan məhkəməyə izah vermə barədə təqdimat verilməsini tələb və xahiş etsə də, bu barədə heç bir tədbir görməmişlər. Cavabdeh “xxxx” MMC isə Y-148 nömrəli, 26 aprel 2016-cı il tarixli protokolla onlara hər hansı bildiriş göndərilmədən mənzilini həqiqi hazırki qara bazar qiymətindən çox ucuz qiymətə 42075 (qırx iki min yetmiş beş) manata satmaqla “xxxx” KB ASC-yə satılması barədə 26 aprel 2016-cı il tarixli “Hərracın Yekunları üzrə Əmlakın alqı-satqısı barədə”müqavilə bağlanmışdır. Halbu ki, xxxxnin 17 may 2016-cı il tarixli, ƏEM/M 102/1055/16 nömrəli daşınmaz əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyinə görə ona məxsus olan mənzilin bazar qiyməti 98 000 (doxsan səkkiz min) manat təşkil etmişdir. Hazırki bazar qiymətinə uyğun olaraq, mənzilinin bazar qiyməti 110 000 (yüz on min) manat tə şkil edir. Bildirir ki, cavabdeh “xxxx” MMC tərəfindən mənzili hərracdan satılarkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada əvvəlcədən məlumat verilməmiş və iştirakları təmin edilməmişdir. Cavabdeh birgə fəaliyyət göstərərək 27200 ABŞ dolları məbləğində götürülmüş kredit borcun əvəzinə ailənin yeganə yaşadığı mənzili dəyərindən qat-qat aşağı qiymətlə iddiaçı “xxxx” KB ASC-yə satılmış, onu və ailə üzvlərini mənzildən məhrum etmişlər. “xxxx” MMC-nin 26 aprel 2016-cı il tarixli, Y-148 saylı protokolun 9.1-ci bəndində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun, və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar: bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokol u imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməsi göstərilmişdir. Lakin, protokolda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, “xxxx” MMC-nin 26 aprel 2016-cı il tarixli, Y-148 saylı protokolunu Suraxanı rayon İcra və probasiya şöbəsinin məmuru tərəfindən imzalanmamışdır. Bu hərracın qaydalarının pozulmasına səbəb olmuşdur. Faktiki olaraq, həmin mənzili onun tərəfindən satılmasına imkan yaratmamışlar. Belə ki, mənzilinin çıxarışı bankda saxlanılır. O, bankın əməkdaşlarına təklif etmişdir ki, mənzilin həqiqi alıcısı var, mənzili 80 000 (səksən min) manata sat ıb banka olan borcunu ödəsin. Bank isə, təklifi qəbul etməmiş, mənzilini öz adına rəsimləşdirmiş və həmin mənzili bu günkü bazar qiymətinə satıb, fərqini bankın hesabına əlavə gəlir kimi götürmək istəyirlər. Belə ki, mənzilinin qiymətləndirilməsi barədə bizə məlumat verilməklə sifarişləri və onlarla bağlanan müqavilə əsasında qiymətləndirilmə aparılmalı olduğu halda, xəbəri və iştirakları olmadan qiymətləndirmə aparılaraq həmin maddələrin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin hərracda onun da alıcı kimi iştirak etmək hüququ olduğuna görə hərracın keçirilməsinə ən geci 30 gün qalmış hərracın keçirilməsi barədə ona da rəsmi məlumat verilməli olduğu halda, heç bir məlumat verilməmiş və hüquqları pozulmuşdur. Göründüyü kimi cavabdeh “xxxx” MMC tərəfindən mənzil satılarkən qəsdən ona mə lumat vermədən və formal hərracın keçirilməsi barədə protokol və müqavilə bağlamaqla mənzili çox ucuz qiymətə, yəni 42075 (qırx iki min yetmiş beş) manata tələbkar “xxxx” KB ASC-yə təhvil verməklə yuxarıda qeyd etdiyi maddələrin tələbini pozmuşlar.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(009)346/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.Qafarova) iddia rədd edilmişdir.

4. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347, 354, 373, MPM-nin 82.3-cü maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsi MK-nın 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Sarıyev (sərlik ed ən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(009)346/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şika yəti belə əsaslandırılmışdır: Məhkəmə işə baxarkən iddia tələbinə uyğun iddiaçının ərizəsində göstərdiyi hüquqi əsaslara görə hansı hüquqlarının pozulub-pozulmamasının əsaslarını müəyyən etməmiş, işin faktiki hallarına uyğun hüquq normalarını düzgün tətbiq etməmişdir. О, əvvəlki işdə hərracın nəticələrini başqa əsaslarla mübahisələndirmişdir. Hazırkı işdə tələbinin əsası başqadır. Ona görə əvvəlki iş üzrə məhkəmə qətnaməsi hazırkı işdə preyudisital əhəmiyyət kəsb edə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi X2 və vəkili Qasımov Teymur Salman oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş et mişlər.

13. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

14. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.02.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildi kdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə t ərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

16. Maddə 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahi sə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

20. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə ilə bağlı apellyasiya məhkəmə si qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

26. Məhkəmələr müəyyən etmişlər ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29.09.2016-cı il tarixli, 2(009)-3443/2016 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Suraxanı rayon İcra şöbəsinə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra Şöbəsinin hərracın keçirilməsi barədə 17/73/№14712/-11 saylı 09.12.2015-ci il tarixli sifarişinin, həmin sifariş əsasında keçirilmiş hərracın nəticələrinə uyğun olaraq tərtib olunmuş “xxxx” MMC-nin hərracın nəticələri haqqında 26.04.2016-cı il Y-148 №-li yekun protokolun və 26.04.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi əsassız hesab olunaraq rədd edilmişdir. Həmin işdə məhkəmə hərracın keçirilm əsi prosedurlarına riayət edilməsi və onun nəticəsində tərtib edilmiş sənədləşmələrin qanuni və əsaslı olması qənaətinə gəlmişdir. Məhkəmənin qənaəti belə olmuşdur ki, “ipoteka predmeti olmuş Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsində yerləşən 7 nömrəli evin, 8 nömrəli mənzilə tutmanın yönəldilməsi məqsədilə Suraxanı rayon İcra Şöbəsinin hərracın keçirilməsi barədə 17/73/№14712/-11 saylı 09.12.2015-ci il tarixli sifarişinin, həmin sifariş əsasında “xxxx” MMC tərəfindən keçirilmiş hərracın nəticələrini əks etdirən 26.04.2016-cı il tarixli Y-148 №-li protokolun və 26.04.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız sayılması üçün hər hansı bir əsas yoxdur və belə olan halda iddia tələbi əsassız olduğundan rədd edilməlidir”.

27. Səbail rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(009)-3443/2016 saylı qətnaməsindən apellyasiya şikayəti, eləcə də qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə vəsatət verilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01.05.2017-ci il tarixli, 2(009)-3443/2016 saylı qərardadı ilə İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması səbəbləri üzrsüz hesab edilərək qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilmişdir.

28. Göründüyü kimi İddiaçı “xxxx” MMC tərəfindən tərtib edilmiş Y-148 nömrəli, 26 aprel 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 26 aprel 2016-cı il tarixli müavilənin etibarsız hesab edilməsinə dair iş üzrə qanuni qüvvə yə minmiş məhkəmə qətnaməsi vardır.

29. İddiaçı hazırkı tələbini belə əsaslandırır ki, o, eyni tələbi başqa əsaslarla irəli sürmüşdür. İddiaçının ərizəsində qeyd etdiyi əsaslar əvvəlki işdə irəli sürdüyü əsaslarla eynidir. Lakin, iddiaçı hazırkı işdə iddiaçı əlavə bir əsas- “xxxx” MMC-nin 26 aprel 2016-cı il tarixli, Y-148 saylı protokolunu Suraxanı rayon İcra və probasiya şöbəsinin məmuru tərəfindən imzalanmaması” əsasını göstərərək hazırkı tələblə çıxış etmişdir.

30. Kollegiya qeyd edir ki, əslində hazırkı tələb eyni tərəflər arasında eyni predmet üzrə və eyni əsaslarla əvvəllər baxılmış işdir. Beləki, əvvəlki işdə hərracın keçirilməsi və onun nəticələri mübahisələndirildiyi üçün məhkəmə hərracın keçirilməsi və onun yekunlarının sənədləşdirilməsi ilə bağlı bütün məsələləri yoxlayaraq qiy mət vermiş, hərracı və onun nəticələrini qanuni və əsaslı hesab etmişdir. İcra sənədini icra edən icra məmuru hərracın nəticələrini qəbul edərək məhkəmə qətnaməsinin həmin hissəsinin icra olunması ilə bağlı müvafiq sənədləşmə aparmış, qeyd olunan məsələ ilə bağlı (icra məmurunun protokolu hansısa səbəbdən imzalamaması, təsdiq etməməsi) mübahisə olmamışdır.

31. Apelyasiya Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisə üzrə tərəflər (İddiaçı və cavabdeh “xxxx” MMC) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29.09.2016-cı il tarixli, 2(005)-3443/2016 saylı qətnaməsi İddiaçı ilə 3-cü şəxs “xxxx” KB ASC arasında bağlanmış kredit və ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Bakı şəhəri, Surax anı rayonu, Qara Çuxur qəsəbəsi, 7 nömrəli evin, 8 nömrəli mənzilə dair tərtib edilmiş Y-148 nömrəli, 26 aprel 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 26 aprel 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə üzrə çıxarılmaqla onlara aid olduğundan və həmin qətnamə ilə hazırkı iddia tələbi ilə mübahisələndirilən məsələyə hüquqi qiymət verildiyindən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. 32. ”Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, İddiaçı ipoteka predmetinə dair “xxxx” MMC tərəfindən tərtib edilmiş Y-148 nömrəli, 26 aprel 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 26 aprel 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbi ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir.

33. Kollegiya qeyd edir ki, əslində belə tələblərə baxılması hüquqdan suiistifadəyə yol açır, hər kəsə rəvac verir ki, fərqli sözlərdən istifadə etməklə eyni iddiaları irəli sürsünlər, bir dəfə araşdırma predmeti olan halı təkrar-təkrar araşdırsınlar. Eyni zamanda belə hallar məhkəmə qərarlarının sabitliyini təhlükə alıtna alır, əvvəlki məhkəmə qərarlarından fərqli qərarlar qəbul edilməsinə şərait yaradır.

34. Əslində tərəflər arasında mövcud olmuş əvvəlki mübahisə ilə bağlı qətnamənin qanuni qüvvəsini alması hazırkı tələbə məhkəmədə baxılmasını istisna etməsi məsələsi müzakirə oluna bilərdi. Məhkəmə kollegiyası məhkəməyə qənaət edilməsi prinspindən çıxış edərək hazırkı mübahis ə ilə bağlı qəbul edilmiş məhkəmə qərarları ilə razılaşır. Kollegiyanın mövqeyi ondan ibarətdir ki, iddia (iddiaçının istəyi) hər bir halda təmin olunmayan olduğundan və məhkəmə qərarları nəticə etibarı ilə onu ehtiva etdiyindən, kollegiya hazırkı qərarda qeyd edilən dəyərləndirmədən çıxış edərək tərəfləri yeni məhkəmə baxışlarına cəlb edilməsini məqsədəmüvafiq hesab etmir. Qərarda qeyd edilən halları nəzərə alaraq tərəfləri yenidən apelyasiya icraatına qaytarmaq heç bir tərəfin mənafeyinə uyğun deyil. Bu hal nəticə etibarı ilə tərəflər üçün əlavə vaxt, maddi və digər itkiyə məruz qala biləcəkləri formal prorsesdən başqa bir şey olmayacaq.

35. Məhkəmə kollegiyası o məntiqdən çıxış edir ki, məhkəmə müdafiəsi fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq üçü n həyata keçirilir. Hazırkı işin yuxarıda qeyd olunan əsaslarla yenidən qiymətləndirilməsi üçün təkrar apelyasiya baxışına qaytarılması məhkəmə müdafiəsinin qarşıya qoyduğu məqsədə xidmət etmir, ancaq məhkəmə qərarının formal olaraq başqası ilə əvəz edilməsinə xidmət etmiş olacaq, bu isə tərəflərin nəticəsi olmayan daha iki instansiya məhkəməsinə cəlb edilmələri ilə (2-ci apellyasiya və kassasiya) nəticələnəcək.

36. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, irəli sürülən tələb nəticə etibarı ilə təmin olunmayan tələb olduğundan, iddianın rədd edilməsi üçün Apelyasiya Məhkəməsinin əlavə əsas kimi müddəti tətbiq etməsi məsələsi ilə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur.

37. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5414/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar