Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3008/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X8, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 (üçüncü şəxs DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras mülkdən payın müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “miras əmlakda payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-429/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cava bdeh3 kassasiya şikayətlərinə 26 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Ondan miras qalmış əmlaka dair Tovuz Regional ASAN xidmət Mərkəzində notariat ofisində 13 iyun 2022-ci il tarixli V-410 nömrəli vərəsəlik işi açılıb, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
2. X4 övladları: X10, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dır.
3. İddiaçı ünvan 1 ünvanda yaşayış yeri üzrə daimi qeydiyyatdadır.
4. X16 və X10 arasındakı nikah ləğv edilmişdir.
5. İddiaçı xx.xx.2019-cu il tarixli AR-İ seriyalı, 851592 nömrəli etibarnamə ilə bir il müddətinə X13 etibarnamədə göstərilən səlahiyyətləri etibar etmişdir
6. İddiaçı ünvan 1ndə yerləşən anasının evinin kənarına həyətyanı sahəsi açiq vəziyyətdə olduğu üçün öz hesabına 50 metr uzunluqda və 2 metr hündürlükdə daş hasar çəkdirmişdir.
7. Tovuz Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(062)-573/2021 nömrəli qətnaməsinə əsasən, ünvan 1ndə yerləşən X3 miras qalmış ümumi sahəsi 80,04 m2 fərdi yaşayış evinin 4/5 hissəsi üzərində Cavabdeh3 payı müəyyən edilmişdir. Həmin qətnamədə İddiaçı Mədəd qızının 1/5 hissədə payının açıq saxlanması müəyyən edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X3 miras qalmış ünvan 1ndə yerl əşən torpaq sahəsindən və fərdi yaşayış evindən payının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılıb ki, ünvan 1ndə anası X4 mülkiyyətində 0,06 ha torpaq sahəsi və həmin torpaq üzərində fərdi yaşayış evi vardır. İddiaçının anası 06 aprel 2019-cu il tarixdə ölüb. İddiaçı anasının dəfn və yas mərasimlərində iştirak etmiş, mirası faktiki olaraq qəbul etmişdir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1133, 1134.1, 1151.1, 1159.1.1, 1274 və 1291-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsində cavabdeh X7 iddia tələbini qəbul edərək bildirmişdir ki, o, evli olaraq ünvan 1ndə öz ailəsi birlikdə yaşayır, mirası qəbul etməmiş və özünə düşən paydan imtina etmişdir. Hazırda anasında miras qalmış evdə qarda şı Yaşar və onun arvadı yaşayır.
12. Birinci instansiya məhkəməsində Cavabdeh2 özünə düşən paydan imtina etmişdir. İddia tələbini qəbul edir.
13. Cavabdeh3 birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir.
14. Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(062)-1687/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Zaur Hünmətov)
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qəbir daşının hazırladılması və ehsan verilməsi iddiaçının övladlıq borcu olmuş, həmin borcun yerinə yetirilməsi birmənalı olaraq mirasın qəbulu anlamına gəlmir. Bundan başqa, iddiaçının özünün də məhkəmə baxışında deməsinə görə 1997-ci ildə nikahı pozulmuş və həmin vaxtdan etibarən keçmiş ərinin uşaqlarına verdiyi evdə yaşamışdır. Bu, iş materiallarında olan Tovuz rayon İcra Ha kimiyyəti Başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1165 nömrəli arayışı ilə müəyyən edilir. Həmin arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatdadır.
16. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu ilə mirası qəbul etməsinə dair sübutlar təqdim edə bilməmişdir.
17. Mirasın açıldığı yer üzrə notariat ofisinə ərizə verməklə mirasın qəbul edilməsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətlərdə belə bir ərizə ilə notariat orqanına müraciət etməmişdir. İddiaçı bunu İsa adlı vəkilə etibarnamə verərək onun adından notariusa ərizə verilməsini tapşırmağı ilə əlaqələndi rsə də, nümayəndə tərəfindən də belə bir ərizə verilməmişdir. Bundan başqa, etibarnamə 16 sentyabr 2019-cu ildə bir illik müddətə verilmişdir. Etibarnamənin müddəti bitdikdən sonra da iddiaçı tərəfindən notariat orqanına mirasın qəbulu ilə bağlı müraciətlər edilməmişdir.
18. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçı mirasın qəbulu ilə bağlı hərəkətlərin yerinə yetirilməsi üçün etibarnaməni mərhum anasının ölümündən beş ay 10 gündən sonra vermişdir. Halbuki MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1243, 1246 və 1255-ci, Mülki Prosessual M əcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətinin dəlilləri belə olub: - iddiaçı mirası faktiki qəbul etməsini, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyini kifayət qədər sübut etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mirası faktiki qəbul etməmişdir; - mərhumun yas mərasimi iddiaçı tərəfindən verilmiş, qəbir daşı iddiaçı tərəfindən götürülmüşdür. Həmçinin anasının ölümü barədə xx.xx.2019-cu il tarixdə iddiaçıya kənd icra nümayəndəliyi tərəfindən 399 nömrəli arayış verilmişdir. Bütün bu halların hamısı iddiaçının mirası qəbul etdiyini şəksiz nümayiş etdirir; - iddiaçı anasının ölümündən sonra ona bildirdiyi vəsiyyətə əsasən mübahisəli evin hasarını da yeniləmişdir; - birinci instansiya məhkəməsində iştirak etmiş Cavabdeh1 və Cavabdeh2 iddiaçının anasından qalan mirası faktiki qəbul etməsini, eyni zamanda iddianı qəbul etmələrini bildirsələr də, məhkəmə bu hala da heç bir qiymət verməmişdir.
22. Apellyasiya baxışında cavabdeh X5 nümayəndəsi (arvadı) X11 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, iddiaçı mərhumun yas mərasimində iştirak etmiş, anasının ölümündən sonra mübahisəli evin həyətyanı sahəsi açiq vəziyyətdə olduğu üçün öz hesabına evin kənarına 50 metr uzunluğda və 2 metr hündürlükdə daş hasar çəkdirmişdir. İddiaçı orada yaşamamışdır.
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-429/ 2023 nömrəli, 1 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(062)-1687/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələbi qismən təmin edilərək, X1 miras qalmış ünvan 1ndə yerləşən fərdi yaşayış evinin mirasdan açıq saxlanılan 1/5 hissəsi üzərində İddiaçı payı müəyyən edilmiş, iddianın torpaq sahəsinə aid hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov)
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işdə olan sənədlərdən və izahatlardan göründüyü kimi, iddiaçı mirası faktiki olaraq qəbul etmişdir. Belə ki, iddi açının anası X6 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, anasının vəfatından sonra iddiaçı anasının yas mərasimində iştirak etmiş, ona başdaşı qoydurmuş, anasının ölümündən sonra mübahisəli evin həyətyanı sahəsi açıq vəziyyətdə olduğu üçün iddiaçı öz hesabına həyətyanı torpaq sahəsində evin kənarına 50 metr uzunluğunda və 2 metr hündürlükdə daş hasar çəkdirmişdir. Apellyasiya baxışında cavabdeh X5 nümayəndəsi X11 da iddiaçının mərhum anasının yas mərasimində iştirak etməsini və anasının ölümündən sonra öz hesabına evin kənarına daş hasar çəkdirməsini izahatında bildirmişdir. Göründüyü kimi, bununla da iddiaçı mirası faktiki olaraq qəbul etmişdir. Bu işin mübahisəsiz halıdır.
25. Bundan başqa Tovuz Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(062)573/2021 nömrəli qanuni qüvvəsini almış q ətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh4, Cavabdeh2, X12 və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə müəyyən edilmişdir ki, “ mərhumun miras əmlakı qanun üzrə vərəsələr arasında bölünməlidir. Mərhum A.Abbasovanın birinci növbəli 5 vərəsəsi var və hər bir vərəsənin mirasdan 1/5 hissə payları var. İş üzrə cavabdeh İddiaçı Mədəd qızı öz payını rəsmi qaydada tələb etmədiyinə həmçinin məhkəmə iclasına gələ bilmədiyinə görə onun mirasdan payı açıq saxlanılmalıdır. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 iddiaçı Cavabdeh3 xeyrinə imtina etmişlər. Buna görə də onların payı iddiaçının payı ilə birləşdirilməlidir. Həmin qətnamə ilə iddia qismən təmin olunmuş, Tovuz rayo n Əlibəyli kəndində yerləşən X3 miras qalmış ümumi sahəsi 80,04 kvm fərdi yaşayış evinin iddiaçı Cavabdeh3 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, həmin miras mülkün 4/5 hissəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ tanınmışdır”.
26. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən – fərdi yaşayış evinə aid hissədə əsaslıdır. Qalan – torpaq sahəsinə aid hissədə isə əsaslı deyildir. Çünki torpaq sahəsi mirasın kütləsinə daxil deyildir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.2. 1159.1.1, 1159.2, 1243.1, 1243.2. 1243.3, 1255-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəki l1) kassasiya şikayət verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv, iddiaçının torpaq sahəsi üzərində də 1/5 payının müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edir.
29. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda iddianın təmin edilməyən hissəsi ilə razı deyil və hesab edir ki, iddianın təmin olunmayan hissəsində məhkəmənin mövqeyi əsassızdır. Belə ki, məhkəmə torpaq hissəsində iddianı rədd edərkən bir cümlə ilə ifadə etmişdir ki, iddia torpaq sahəsinə aid hissədə əsaslı deyildir, çünki torpaq sahəsi mirasın kütləsinə daxil deyildir. Hazırki iş üzrə Cavabdeh3 iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərkən torpaq üzərində miras qoyan Adilə Abbasovanın mülkiyyət hüququnu təsdiq edən sənəd verə bilmədiyi üçün məhkəmə həmin vaxt iddianı həmin hissədə təmin etməmişdi. Qətnamədən sonra Cavabdeh3 evə dair çıxarış əldə edərkən anasının mülkiyyətində olmuş evin yerləşdiyi torpaq sahəsini də rəsmi reyestrdə qeydə aldırmış və bununla bağlı cavabdehə xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. Çıxarışa əsasən Tovuz rayonu, Əlibəyli kəndində 0,187 ha torpaq sahəsinin və ümumi sahəsi 79,9 kv.metr fərdi yaşayış evinin 4/5 hissəsi ev, 4/5 hissəsi torpaq sahəsi olmaqla Cavabdeh3, evin və torpaq sahəsinin 1/5 hissəsi isə X4 adına qeydiyyatdan keçmişdir. Həmin qeydiyyatı tərəflərdən heç kim mübahisələndirmir. Miras qoyan torpaq sahəsini rəsmi reyestrdə qeydə alıdırmasa da, vərəsəsi həmin torpaq sahəsini payına uyğun hissədə və açıq qalan hissədə miras qoyanın adına qeydə aldırmışdır. Bu səbəbdən Mülki Məcəllənin 1243.3-cü maddəsinə görə iddiaçının torpaq sahəsinə münasibətdə də payı müəyyən edilməlidir.
30. Cavabdeh3 (Vəkil2) da kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instnasiyası məhkəməsi işə düzgün qiymət verməmiş, işə birtərəfli baxmışdır. Məhkəmə qətnamə qəbul edərkən cavabdehləri nəzərə almamışdır. İddiaçının mirasın qorunmasında, nə də mirasın açılmasında rolu olmamışdır. İddiaçının nikahı 1997-ci ildə pozulmuş və həmin vaxtdan sonra iddiaçı ailəsi ilə birgə İsveçrədə yaşamışdır. İddiaçı istər anasının ölümündən əvvəl, istərsə də, ölümündən sonra mirasa faktiki sahiblik etməmiş, mirası idarə etməmişdir. b) Kass asiya şikayətinə qarşı etirazın dəlilləri
32. İddiaçının vəkili cavabdehin kassasiya şikayətinə etiraz edərək, şikayətin prosessual normalara uyğun tərtib edilmədiyindən, geri qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edi r. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı ol mayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlə dən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin edilməyən, cavabdeh tərəfindən isə təmin edilən hissələrində mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti üzrə qeyd edir ki, iddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib. Həmin hissədə qətnamən in ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə iddiaçı mirası faktiki olaraq qəbul etmişdir. Anasının xx.xx.2019-cu il tarixdə vəfatından sonra iddiaçının anasının yas mərasimində iştirak etməsi, ona başdaşı qoydurması, mübahisəli evin həyətyanı sahəsi açıq vəziyyətdə olduğu üçün öz hesabına həyətyanı torpaq sahəsində evin kənarına 50 metr uzunluğunda və 2 metr hündürlükdə daş hasar çəkdirməsi müəyyən edilmişdir.
38. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Tovuz Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(062)-573/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsində müəyyən edilib ki, “mərhumun miras əmlakı qanun üzrə vərəsələr arasında bölünməlidir. Mərhum A.Abbasovanın birinci növbəli 5 vərəsəsi var və hər bir vərəsənin mirasdan 1/5 hissə payları var. İş üzrə cavabdeh İddiaçı Mədəd qızı öz payını rəsmi qaydada tələb etmədiyinə, həmçinin məhkəmə iclasına gələ bilmədiyinə görə onun mirasdan payı açıq saxlanılmalıdır”.
39. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsində iddiaçının mirası faktiki qəbul etməsi ilə yanaşı, qanuni qüvvədə olan və iddiaçının miras əmlak olan evdə 1/5 hissədə miras payının açıq qalmasını müəyyən edən məhkəmə qətnaməsinin olmasına istinad etmişdir.
40. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilən hissədə gəldiyi nəticə işin müəyyən edilmiş halları və tətbiq etdiyi qanunvericilik normalarının tələbi baxımından qanuni və əsaslı olmuşdur.
41. İddianın təmin edi lən hissəsində cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının mirası qəbul etməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, apellyasiya baxışında cavabdehin nümayəndəsi olan arvadı X11 anasının ölümündən sonra iddiaçının öz hesabına evin kənarına daş hasar çəkdirməsini təsdiq etmişdir.
42. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin kassasiya şikayəti əsassızdır və şikayətin dəlilləri iddianın təmin edilən hissəsində qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas ola bilməz.
43. İddiaçının kassasiya şikayətinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməyən hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinə aid h issədə iddianı əsaslı saymayarkən torpaq sahəsinin mirasın kütləsinə daxil olmamasına istinad etmişdir. Halbuki işdə olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1ndə yerləşən ümumi sahəsi 79,9 m2 olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,187 ha torpaq sahəsi 4/5 hissədə Cavabdeh3, 1/5 hissədə isə miras qoyan X4 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin torpaq sahəsinin mirasın kütləsinə daxil olmamasına dair gəldiyi nəticə əsaslı sayıla bilməz.
45. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
46. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışı nəzərə almamaqla nəticədə Mülki Məcəllənin 1151.1-ci maddəsinin tələblərini pozmuşdur.
47. Bu baxımdan, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mirası qəbul etməsi halı artıq müəyyən edildiyi üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən yeni qərar qəbul edilməklə iddianın torpaq sahəsinə aid hissədə də təmin edilməli olması qənaətinə gəlir.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, qətnamə torpaq sahəsinə aid iddianın təmin edilməməsi barədə hissədə ləğv edilməli, iddia həmin hissədə də təmin olunmalı, ünvan 1ndə yerləşən 0,187 ha torpağın X1 miras qalmış 1 /5 hissəsinə İddiaçı payı müəyyən edilməli, cavabdehin kassasiya şikayəti isə təmin edilməməli, qətnamə iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-429/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi torpaq sahəsinə aid iddianın təmin edilməməsi barədə hissədə ləğv edilsin. İddia həmin hissədə də təmin edilsin. ünvan 1ndə yerləşən 0,187 ha torpağın X1 miras qalmış 1/5 hissəsinə İddiaçı payı müəyyən edilsin. Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Qətnamə iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan