Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3009/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-cu tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan ********* ********************* yerləşən və ümumi sahəsi 55.8 kv.m olan 1 otaqlı mənzilə dair cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(011)-9165/2018 saylı qərardadı ilə (hakim İ.N.K.Abbasova) İddiaçı Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunması, işə mahiyyəti üzrə baxılması, əks halda sənədlərin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-9165/2018 saylı 12 dekabr2018-ci il tarixli qərardadı ilə qeyd olunan şikayət təmin edilməmiş, mülki iş şikayətə baxılması üçün B akı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qərardadı ilə (hakimlər: M.A.Məmmədov (sədrlik edən və məruzəçi),X.Ə.Sarıyev və E.Y.Şamayev 2(104)1914/2019)İddiaçı şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçıkassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88,372.1-ci maddələrinin tələblə rinin pozulması əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 26 1.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçılar Cavabdeh1 və X1 cavabdeh (hazırki iş üzrə cavabdeh) Cavabdeh2 MMC və (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddia və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizələr ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, (hazırki iş üzrə mübahisəli mənzil) ünvan ********************************************** mənzil üzər ində Cavabdeh1 sahiblik və istifadə hüquqlarının tanınması, mənzilin ona təhvil verilməsi, habelə həmin mənzilə dair İddiaçı adına olan müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı öz növbəsində qarşılıqlı iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, mübahisəli mənzilə dair Cavabdeh1 ilə MMC arasında bağlanmış 25.08.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və özünün həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə baxmış Xətai Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 25.09.2017-ci il tarixli qətnamə (İş № 2(011)-4047/2017) ilə ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini qət etmişdir. Xətai Rayon Məhkəməsinin həmin qətnaməsi apellyasiya baxışının predmeti olmuş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş 18.01.2018ci il tarixli qətnamə (İş № 2(103)-593/2018) ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam ver ir. İşdə olan sənədləri tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırda icraata qəbul edilməsi məsələsi müzakirə edilən iddia İddiaçı tərəfindən yuxarıda qeyd edilən iş üzrə qarşılıqlı iddia formasında verilmiş və həmi iddia tələbinə dair məhkəmələr tərəfindən baxılaraq hüquqi qiymət verilmişdir; yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Ona görə də, apellyasiya instansiyası məhkəməsivə birinci instansiya məhkəməsi düzgün olaraq iddia üzrə işin icraatına xitam vermişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətb iq edilməklə qanuni və əsaslı qərardad qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə18 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3009/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3009/2019
20.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver