Məhkəmə qərarları › İş №2(102)-3014/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3014/2022

06.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3014/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əliağa oğluna və 6 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərində payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən məruzəsi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əliağa oğluna və 6 saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləs inin etibarsız hesab edilməsi və əmlak üzərində payın müəyyən olunması tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 6 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh1 ilə X3 10 aprel 2007-ci il tarixdə rəsmi nikah bağlamış, onların 26 fevral 2008-ci il təvəllüdlü Ayan və 13 noyabr 2013-cü il təvəllüdlü Aişə adlı uşaqları doğulmuşdur.

2. Birgə nikah dövründə 20 dekabr 2017-ci il tarixdə Cavabdeh1 adına qeydə alınan mənzil əldə edilmiş, mənzilə mülkiyyət hüququ Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. 3. 21 iyun 2019-cu il tarixdə Cavabdeh1 həmin mənzili qardaşı Cavabdeh2 bağışlamış, hazırkı iş üzrə iddiaçı olan arvadı X3 buna məniziln bağışlanmasına razılıq vermişdir. 4. 28 iyun 2019-cu il tarixdə Cavabdeh1 nikahın pozulması barədə iddia vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 01 avqust 2019-cu il tarixdə Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 6 sayli Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış 21 iyun 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair onun ikidə bir payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 10 aprel 2007-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 26 fevral 2008-ci il təvəllüdlü X1 və 13 noyabr 2013-cü il təvəllüdlü X2 anadan olmuşdur. Birdə nikah dövründə xx.xx.2017-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 72,6 kv metr sahəsi olan mənzili almışlar. Cavabdeh1 “Azəriqaz”ın Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamentində işləyir. 2019cu ilin iyun ayında cavabdeh olan əri Cavabdeh1 ona demişdir ki, iş yerində problemləri var, qaz sayğacları çatışmır, oğurlanıb, onu tutacaqlar, əmlakına həbs qoyacaqlar. Rəisi deyib ki, adında nə əmlak varsa başqasının adına keçirtsin. Cavabdeh çox təlaşlanmış, uşaqlarının gələcəyinin təhlükə altında olacağına onu inandırmışdır. Əvvəlcə evi kimin adına keçirəcəyini soruşmuş, əri isə dostunun adına keçirtmək istədiyini demişdir. O, razılaşmayaraq bildirmişdir ki, bir eviləri var, onu da yad adamın adına keçirtməsin, qohumlardan birinin adına keçirsin, işdəki problemləri həll olduqdan sonra yenə öz adına qaytarar. Çox məsləhətləşdikdən sonra evi qardaşı Cavabdeh2 adına formal olaraq keçirməyi təklif. Alqı-satqı müqaviləsi ilə keçirmək istəmiş, amma alınmamışdır, çünki notariusun depozit hesabına pul köçürmək lazım gəlmişdir. Ona görə də mənzilin bağışlama yolu ilə Elnurun adına keçirmək barədə razılaşmış, bağışlanma müqaviləsi 21 iyun 2019-cu il tarixdə 6 saylı Notariat Ofisində təsdiqlənmiş, mənzilin qaynı Cavabdeh2 bağışlanmasına etiraz etməməsi barədə ərizə yazmışdır. Bundan bir neçə gün sonra xəbər tutmuşdur ki, əri Cavabdeh1 28 iyun 2019-cu il tarixdə Nizami Rayon Məhkəməsinə nikahın pozulması haqqında iddia ərizəsi vermişdir. O, aldandığını başa düşmüş və məhkəməyə getmişdir. Məlum olmuşdur ki, 21 iyun 2019-cu il tarixdə bağışlanma müqaviləsindən iki gün sonra Cavabdeh1 mülkiyyətə dair çıxarış alması barədə müraciət etmiş, 28 iyun 2019-cu il tarixdə isə məhkəməyə nikahın pozulması haqqında iddia verilmişdir. Cavabdeh əri Cavabdeh1 digər cavabdeh qayını Cavabdeh2la əlbir olmuş, ona olan inamından sui-istifadə etmiş, onu aldadaraq bağışlanma müqaviləsinin bağlanmasına razılıq əriəzsi almışdır. Məqsədi onu birgə mülkiyyətdə olan mənzildəki payından məhrum etmək olmuşdur.

7. Cavabdeh1 iddiaya etiraz edərək göstərmişdir ki, mübahisənin predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil iddiaçı ilə nikahda olduqları müddətdə əldə olunsa da, ümumi mülkiyyət hesab oluna bilməz. Həmin mənzili qardaşı Elnur onun adına almışdır. Mərhum atasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni massivdə yerləşən fərdi yaşayış evi qardaşı Elnura qalmış, Elnur həmin evi 23 noyabr 2017-ci ildə 50500 manata satmış və 30000 manatda əlavə edərək hazırkı mübahisənin predmeti olan mənzili almışdır. Mənzil formal olaraq onun adına sənədləşdirilmişdir. Bütün bunlar haqqında iddiaçı məlumatlı olmuşdur, bu səbəbdən də mənzilin qardaşı Elnura bağışlanmasına razılıq vermişdir. Gülzan Nəzirovanın mənzilə ikidə bir payının müəyyən edilməsi tələbi əsassızdır, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim B.Qasımov) 27 noyabr 2019-cu il tarixli, 2(021)-870/2020 nörməli qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 iddiaçı nı inandıraraq birgə mülkiyyətlərində olan mənzilin bağışlanmasına nail olmuşdur. Bağışlama müqaviləsindən dərhal sonra məhkəmədə nikahın pozulması barədə iddia qaldırılması əqdin aldatma yolu ilə bağlandığını bir daha təsdiq edir. Cavabdehin əsas məqsədi nikah pozulduqdan sonra birgə mülkiyyətlərində olan əmlak üzrərində ər-arvadın paylarının müəyyən edilməsinin qarşısını almaq olmuşdur. Bunun üçün o, əvvəl mübahisəli mənzilin cavabdeh qardaşı Cavabdeh2 bağışlanmasına nail olmuş, daha sonra işə nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müarciət etmişdir. Bağışlama müqaviləsindən dərhal sonra nihakın pozulması haqqında iddia verildiyini bilən iddiaçı aldadıldığını başa düşərək dərhal məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçının nikahın pozulması haqqında iddiadan xəbardar ol saydı, bağışlama müqaviləsinin bağlanmasında razılıq verməyəcəyinə dair münasibətini haqlı hesab etmişdir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 324.4, 324.5, 337.1, 337.3, 337.5, 339.3, 354.2, 666.1 və 667.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat.

11. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3002/2019 nömrəli iş üzrə 17 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov sədrlik edən və məruzəçi, Z.Ə.Əliyev, E.C.Kazımov) apelyasiya şikayəti təmin edilməklə qətnamə lə ğv olunmuş, iddia tələbi rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı sübutetmə yükünü həyata keçirə bilməmiş, əqdin aldatma yolu ilə bağlanmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçı bağışlama müqaviləsinin bağlanmasından dərhal sonra, cavabdehin nikahın pozulmasına dair məhkəməyə müraciət etməsini göstərmişdir. Cavabdeh isə nikahın pozulmasına əsas olan halın ona sonradan (əqd bağlandıqdan sonra) məlum olmasını, iddiaçının barəsində CM-nin 243.1ci maddəsi ilə olan cinayət işindən Binəqədi Rayon Məhkəməsində keçirilmiş hazırlıq iclası zamanı məlumatlı olmasını, iddiaçının əxlaqsız həyat tərzi keçirməsini, ona xəyanət etməsini və s. bildirmişdir. İşdən görünür ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 2 5 iyun 2019-cu il tarixdə, yəni mübahisələndirilən əqd bağlandıqdan sonra keçirilmişdir İşdə olan sübutlarla tərəflər arasında ailə münasibətlərinin pozulmasının səbəbləri ilə, əmlakın özgəninikləşdirilməsi arasında səbəbli əlaqə müəyyən olunmur. İddiaçı əmlakın özgəninkiləşdirilməsinə razılığını sərbəst və könüllü iradə ifadəsi əsasında həyata keçirmişdir. Beləliklə, işdə olan sübutlardan görünür ki, mübahisələndirilən əqd üzrə qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilmiş, iddiaçının irəli sürdüyü əsaslar üzrə əqdin etibarlılığına şübhə yaranmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5569/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: G.A.Quliyev(sədrlik edən və məruzəçi), İ.R.Xələfov, E.Y.Şamayev) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya məhkəməsi Cavabdeh1 iddiaçı ilə olan nikahının pozulması ərəfəsində birgə nikah dövründə əldə etdikləri əmlakı qardaşının xeyrinə əvəzsiz qaydada özgəninkiləşdirməklə iddiaçının həmin əmlaka dair hüquqlarından məhrum olmasına dair dəlillərinə əqdin etibarsızlığı əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, nikahın pozulması ilə həmin əqdin bağlanması arasında səbəbli əlaqənin olmaması barədə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat.

17. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2922/2021 nömrəli iş 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli, E.Mehdiyev) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “ünvan 1 ünvanında yerləşən mənzilin ikidə bir hissəsinə İddiaçı payının müəyyən edilməsi” hissəsində dəyişdirilməsi və İddiaçı həmin mənzilin 1/3 hissəsinə, Cavabdeh1 isə 2/3 hissəsinə payın müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mübahisəli mənzilin ümumi birgə əmlak hesab olunması hissəsində gəldiyi nəticəni əsaslı saymış və hesab etmişdir ki, məhkəmə həmin hissədə işin hallarını düzgün müəyyən etmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmuş, eləcə də həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin göstərilən hissədə ləğv olunması, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı birinci instansiya məhkəməsinin ümumi birgə əmlak olan mü bahisəli mənzildə payların müəyyən edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, onların cavabdeh atanın yanında qalmaları nəzərə alınmaqla cavabdehin payı daha çox olmalıdır, bu baxımdan da qətnamə həmin hissədə dəyişdirilməli,dir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 fevral 2021-ci il tarixli qətnaməsini ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çı xarılması, süöutlara düzgün qiymət verilməməsi ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.

23. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 222.1 Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülki yyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

25. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

26. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

27. Maddə 666.1. Bağışlam a müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

28. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

29. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kredito r ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

30. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

31. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nətic ələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillə r mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şika yəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar