Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3018/2019 10.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2018-ci il tarixli, 2(103)13096/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim R.Quliyev) 07.07.2017-ci i l tarixli, 2(005)-623/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, X6, X3, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və qeyrilərinə qarşı “qərarların və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, V.Baxışova, N.Cəfərov) 17.10.2017-ci il tarixli, 2(103)-9716/2017 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə akı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.07.2017-ci il tarixli, 2(005)-623/2017 nömrəli qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyas ının (hakimlər İ.Dəmirov, A.İsgəndərov, Ə.Əhmədov) 23.01.2018-ci il tarixli, 2(102)-331/2018 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2017-ci il tarixli, 2(103)-9716/2017 nömrəli qətnaməsinin iddia tələbinin Türkiyə Respublikası, ************************************* saylı evin bölünməsi, “xxxx” MMC-nin təsisçilik payının özgəninkiləşdirilməsinə dair əqdin, sonrakı təsisçi tərəfindən verilmiş qərarların etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin qalan digər hissələrdə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, İ.Vəliyev, E.Həsənov) 20.04.2018-ci il tarixli, 2(103)-3958/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.07.2017-ci il tarixli, 2(005)-623/2017 nömrəli qətnaməsinin Türkiyə Respublikası, **************************************** saylı evin bölünməsi, “xxxx” MMC-nin təsisçilik payının özgəninkiləşdirilməsinə dair əqdin, sonrakı təsisçi tərəfindən verilmiş qərarların etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.Quliyev, Ə.Mirzəliyev, T.Qoldman) 27.09.2018-ci il tarixli, 2(102)-5709/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.04.2018-ci il tarixl i, 2(103)-3958/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, Ş.Məhərrəmova, X.Sarıyev) 14.12.2018-ci il tarixli, 2(103)-13096/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.07.2017-ci il tarixli, 2(005)-623/2017 nömrəli qətnaməsinin apelyasiya baxışının predmeti olan hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı və vəkili Vəkil1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh, X6, X3, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK y anında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və qeyrilərinə qarşı “qərarların və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 05.01.2015-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, ************************* saylı evin **** saylı mənzilinə, Türkiyə Respublikası, ************************************** saylı evə (Penthaus), ********* rayonu *********** Bələdiyyəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə, “Jeep Wrangler” markalı, **-CK*** dövlət qeydiyyat nişanlı avtomaşına İddiaçı ½ hissədə payının tanınması, “xxxx” MMCdə olan İddiaçı təsisçilik payının X1 adına özgəninkiləşdirilməsinə dair bağlanmış əqdin, sonrakı təsisçi tərəfindən verilmiş qərarların etibarsız hesab edilməsi, Bakı şəhəri, *************************** ye rləşən ***** saylı evin ****saylı mənzilinə dair “xxxx” MMC ilə X1 arasında bağlanmış müqavilənin etibarsız hesab edərək, həmin əmlakın İddiaçı və Cavabdeh birgə nikah dövlründə əldə olunmuş əmlakı hesab edilməsi və İddiaçı ½ hissədə payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-də olan İddiaçı təsisçilik payının X1 adına özgəninkiləşdirilməsinə dair bağlanmış əqdin, sonrakı təsisçi tərəfindən verilmiş qərarların etibarsız hesab edilməsi, Bakı şəhəri, **************** yerləşən **** saylı evin **** saylı mənzilinə dair “xxxx” MMC ilə X1 arasında bağlanmış müqavilənin və “Nissan X Trail” markalı, **-***-*** dövlət qeydiyyat nişanlı avtomobilin adına rəsmiləşdirilməsi hissəsin i etibarsız hesab edərək, həmin əmlakın İddiaçı və Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakı hesab edilməsi və İddiaçı ½ hissədə payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı adından X15 ilə X4 arasında bağlanmış “xxxx” MMC-də olan təsisçilik payının alqı-satqısına dair 16.08.2012-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariat Kontorunda *********** reyestrlə təsdiq edilmiş müqavilənin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X9 Qeydiyyatı İdarəsində X1 adına aparılmış qeydin və adına verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı “xxxx” MMC-də olan təsisçilik payının bər pa edilməsi və İddiaçı adına Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X9 Qeydiyyatı İdarəsinə həvalə edilməsi, birgə nikah dövründə əldə etmiş olduqları Bakı şəhəri, ***************** yerləşən 36 saylı evin 4 saylı mənzilinə dair “xxxx” MMC ilə X1 arasında bağlanmış 121(21) saylı, 30.01.2013-cü il tarixli müqavilənin və “Nissan X Trail” markalı, **-***-*** dövlət qeydiyyat nişanlı avtomobilin adına rəsmiləşdirilməsi hissəsini etibarsız hesab edərək, həmin əmlaklara İddiaçı və Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakı hesab edilməsi, İddiaçı həmin əmlaklar üzərində ½ hissədə payının tanınması, birgə nikah dövründə əldə etmiş olduqları Bakı şəhəri, **************** mənzilinə və Türkiyə Res publikası, ************************************ torpaq sahəsi No 463, 12 saylı evə (Penthaus) İddiaçı ½ hissədə payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi Azərnaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələblərinə, yəni kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərin məcburiliyinə məhəl qoymamış, kassasiya instansiyası məhkəməsi tərəfindən açıq araşdırılması tələb olunan məsələlər araşdırılmamış, ümumiyyətlə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə hansı əsaslar ilə yenidən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması əsaslandırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.01.2018-ci il tarixli, 2(102)-331/2018 saylı və 27.09.2018-ci il tarixli, 2(102)-5709/2018 saylı qərarlarının əsaslandırıcı hissələrindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2018-ci il tarixli, 2(103)-13096/2018 nömrəli qətnaməsi ilə maddi hüquq normalarının təkcə pozulması deyil, ümumiyyətlə mülki hüquq sahəsinin əqdlərdə təmsilçilik və birgə mülkiyyət hüququ institutlarını məhv etmiş və Azərbaycan Respublikasının MM-nin 225.1, 178.8 və 359.3-cü maddələrini qüvvədən salmışdır. Belə aydın olur ki, apelyasiya instansiyası məhkəməsi əvvəlki apelyasiya məhkəməsinin baxışında olan məsələləri yenidən dinləməklə işə yekun vurmas ı və kassasiya məhkəməsinin qərarı ilə əvvəlki apelyasiya məhkəməsinin qətnaməsi ilə maddi hüquq normalarının pozuntusuna məhəl qoymaması o nəticəyə gəlməyə əsas verir ki, apelyasiya instansiyası məhkəməsinin bu işə mahiyyəti üzrə baxmaq niyyəti yoxdur. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsinin 14.12.2018-ci il tarixli 2(106)-13096/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, X10 ilə X5 arasında bağlanmış “xxxx” MMC-də olan təsisçilik payının alqı-satqısına dair 16.08.2012-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariat Kontorunda 3M/1108 reyestrlə təsdiq edilmiş müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X9 Qeydiyyatı İdarəsində X2 adına aparılmış qeydin və adına verilmiş Dövlət Reyestrindən Ç ıxarışın ləğv edilməsi, İddiaçı “xxxx” MMC-də olan təsisçilik payının bərpa edilməsi və İddiaçı adına Dövlət Reyestrindən Çıxarışın verilməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X9 Qeydiyyatı İdarəsinə həvalə edilməsi və birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova, 63A saylı evin 85 saylı mənzilinə və Türkiyə Respublikası, **************************************** torpaq sahəsi 463, ***** saylı evə (Penthaus) İddiaçı ½ hissədə payının tanınması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, cavabdehlər Cavabdeh, X10, X5, 3-cü şəxslər DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinin, “xxxx” MMC-nin, Bakı şəhəri Vergilər Departamenti Kommersiya X9 Qeydiyyatı İdarəsinin və X16 X11 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, məhkəmədən apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 14.12.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin etməyərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.07.2017-ci il tarixli, 2(005)-623/2017 nömrəli qətnaməsinin apelyasiya baxışının predmeti olan hissəsində dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər 2001-ci il tarixdə ailə münasibətlərinə daxil olsalar da, nikahlarını 07.01.2004 -cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 2002-ci il təvəllüdlü bir uşaqları vardır. Tərəflər arasındakı nikah 15.03.2013-cü il tarixli qətnamə əsasında pozulmuşdur. Mübahisəli “xxxx” MMC-nin təsisçisi olan İddiaçı adından etibarnaməyə əsasən E.Əliyev ilə alıcı X.Əliyeva arasında 16.08.2012-ci il tarixdə bağlanmış “Müəssisədəki payın alqı-satqı müqaviləsi” ilə İddiaçı müəssisədəki 100 faiz payını X.Əliyevaya satmışdır. İşdə olan sənədlərdən görünür ki, cavabdeh X1 cavabdeh E1 arvadıdır və onların nikahı 19.09.1992-ci il tarixində Sumqayıt Nikah Evində qeydə alınmışdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirmişdir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxt ərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). İddiaçı mübahisəli MMC-də olan təsisçilik payının X1 adına özgəninkiləşdirilməsinə dair bağlanmış əqdin, sonrakı təsisçi tərəfindən verilmiş qərarların etibarsız hesab edilməsini əqdin onun məlumatı olmadan verilmiş etibarnamə əsasında bağlanması və onun iradəsini əks etdirmədiyi ilə əsaslandırmışdır. Mülki Məcəll ənin 337-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Mülki Məcəllənin 359-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göst ərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassirvə i.a.) bəlli ola bilər (maddə 359.1.). Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz (maddə 359.3.). “M1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.02.2012-ci il tarixli qərarının Azərbaycan Respublikası nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilənin adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Təmsilçinin hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (maddə 362.2.). Qeyd etmək lazımdır ki, etibarnamə birtərəfli əqd olmaqla, o, təmsil edən şəxs üçün deyil, təmsil olunan şəxs üçün hüquqi nəticələr yaradır. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarı). Göründüyü kimi, İddiaçı etibarnamə verərkən aldanıldığını iddia etsə də, əri Cavabdeh ona etibarnamə verərkən onu aldatmasını, məhkəmədə sübut edə bilməmişdir. İş materiallarından görünür ki, təsis payının alqı-satqısı barədə müqavilə mübahisəli MMC-nin təsisçisi İddiaçı adından etibarnamə əsasında nümayəndəsi E1 ilə alıcı X1 arasında 16.08.2012-ci il tarixdə bağlanmış və müqavil ə bağlanan zaman iddiaçının özü tərəfindən onu təmsil etməsi üçün E.Əliyevə verilmiş etibarnamə qüvvədə olmuşdur. E1 təmsil etdiyi İddiaçı adından alqı-satqı müqaviləsinin bağlanmasında iştirak edərkən İddiaçı qanuni maraqlarını təmin etmiş, müqaviləni onun adından bağlamışdır. Məhkəmə qeyd etmişdir ki, əqdin şəxsin özü tərəfindən deyil, təmsilçi vasitəsilə bağlanması onun etibarsız sayılması üçün əsas deyil. Həmçinin, müqavilə bağlanarkən qanunvericiliyin hansısa tələblərinin pozulması müəyyən edilməmişdir. Bunun əksinə, müqavilə bağlanarkən müqavilənin şərtlərinin tərəflərin iradə ifadəsi ilə müəyyən edilməsi və imzaları ilə həmin iradə ifadələrini təsdiq etmələri müəyyən olunur. Bundan əlavə, X1 vicdanlı alıcı olduğu müəyyən edilmişdir. Mülki Məcəlləyə əsasən reyestrin məzmununun qeyri- dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.10.2004-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin ol unmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddianın “təsisçilik payının özgəninkiləşdirilməsinə dair bağlanmış əqdin, onun nəticəsi olaraq sonrakı təsisçi tərəfindən verilmiş qərarların etibarsız hesab edilməsi” hissəsinin sübuta yetməməsi və X.Əliyevanın vicdanlı alıcı olması əsası ilə rədd etmiş Rayon Məhkəməsinin mövqeyi düzgündür. Məhkəmə, iddianın “Türkiyə Respublikasındakı yerləşən mübahisəli evin 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, mübahisəli əm lak Türkiyə Respublikasında yerləşdiyi üçün hazırki mübahisəyə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası qətnamələrinin xaricdə icra edilə və tanına bilməsi əsaslarını müəyyən edən prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməlidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə, daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur. Əmlakın daşınar və ya daşınmaz olması, habelə əmlakın digər hüquqi kvalifikasiyası əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur. Həmin Qanunun 21-ci maddəsinə görə, əmlak üzərində əşya hüquqlarının əmələ gəlməsi və xitamı, Azərbayc an Respublikası qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmayıbsa, əşya hüquqlarının əmələ gəlməsi və xitamı üçün əsas olan hərəkət və ya digər hallar baş verdiyi zaman həmin əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur. Azərbaycan Respublikasının MPM-nin 462-ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər. Türkiyə Respublikasında yerləşən həmin mübahisəli evin birgə nikah dövründə alınması, ümumiyyətlə evə dair hər hansı mötəbər sübut məhkəmələrə təqdim edilməmişdir. Mülki işin materiallarına əlavə edilmiş sənədlərə əsasən, 29.11.2008-ci il tarixində həmin mübahisəli evə dair alıcı Cavabdeh ilə satıcı “Park Yapı-Öndərlər” X13 arasında satış və inşaat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə daşınmaz əmlakın başa çatma tarixi 28.02.2011 və ödəniş tarixləri 01.12.2008 (21.000 avro), 31.03.2009 (12.600 avro), 31.09.2009 (12.600 avro), 31.03.2010 (12.600 avro), 31.09.2010 (12.600 avro) və təslim-təhvil kimi son ödəmə 12.600 avro göstərilmiş və ümumi ödənilməli məbləğ 84.000 avro qeyd edilmişdir. Cavabdeh “xxxx” ASC vasitəsilə özünün cari hesabından 05.12.2008-ci il tarixində 21.000 avro, 05.01.2010-cu il tarixində 3.208 avro, 12.03.2010-cu il tarixində 12.600 avro “X14-Önderler” X12 vəsaitlər köçürmüşdür. Həmçinin, Rayon Məhkəməsinin tapşırığının icrası ilə əlaqədar olaraq Türkiyə Respublikasından məhkəməyə daxil olmuş sənədlərdən mübahisəli 12 saylı evə dair 29.11.2008-ci il tarixdə “Park Yapı-Önderler” X13 ilə Cavabdeh arasında müqavilə bağlansa da daşınmaz əmlak üzərində tərəflərdən hər hansı birinin mülkiyyət hüququ qeydə alınmamış, həmçinin evin Cavabdeh aid olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin mübahisələndirilən hissələrdə faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, kassasiya şikayətinin dəlilləri üzrə işin hallarına hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qə tnamə qəbul etmişdir. Kassasiya şikayəti üzrə Azərbaycan Respublikasının MM-nin 225.1, 178.8 və 359.3cü maddələrinin və Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416 -417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13096/2018 saylı, 14.12.2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3018/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3018/2019
10.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver