Məhkəmə qərarları › İş №2(102)-3018/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3018/2021

11.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3018/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ünvan 3nə və Fövqəladə Hallar Nazirliyinin X8 Görülməsi və Dağ-X2rşı “qanunsuz inşa edilmiş daş hasarların və tikililərin sökülməsi, dəymiş ziyanın ödənilməsi və xüsusi qərarın çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, qanunsuz tikilinin sökülməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən v ə məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun, Cavabdeh1 və vəkili xxx oğlunun, Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(103)462/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Azərbaycan SSR “X25 Tex Nəzarət” Komitəsinin 04 iyun 1980-cı il tarixli 66 saylı Yatağayırma aktına əsasən, xxx Tikinti Materialları Kombinatı üçün xxx sahəsində əhəngdaşının hasilatı məqsədi ilə ünvan 1 kəndinin inzibati ərazisində 68 hektar sahə tə şkil edən əhəngdaşı yatağı ayrılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin “Abşeronda bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” 195 saylı 02 iyun 1988-ci il tarixli Qərarı ilə, Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin xxx Tikinti Materialları Kombinatının 68 ha təşkil edən xxx sahəsindən 34,5 ha sahə Bakı şəhər İcraiyyə Komitəsinin “X9 və İstismarı üzrə Birliyin Xüsusi Məişət Tikinti Tresti”nin istifadəsinə verilmiş, 33,5 ha sahəsi isə xxx Tikinti Materialları Kombinatının istismarında saxlanılmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin X9 və İstismarı üzrə Birliyinin Xüsusi Məişət Tikinti Trestinin xxx X16 özəlləşdirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 06 iyul 1994-cü il tarixli Qərarı ilə “Əhaliyə xidmət, fə rdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 1 №-X21 X16 adı ilə hüquqi şəxs kimi Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. 10 mart 2003-cü il tarixdə “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 1 №-li Trestinin xxx X16nın bazasında İddiaçı yaradılmış və Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. xxx qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən xxx qəsəbəsi bağ sahəsində 05/463 nömrəli 28 fevral 2005-ci il tarixli qərarla Cavabdeh1 ümumi ölçüsü 0,12 ha olan 881 nömrəli; 05/483 nömrəli 03 mart 2005-ci il tarixli qərarla Cavabdeh2 ümumi ölçüsü 0,12 ha olan 882a nömrəli; 05/482 nömrəli 03 mart 2005-ci il tarixli qərarla Vəsxanım Sədullayevaya ümumi ölçüsü 0,12 ha olan 882 nömrəli; 05/498 nömrəli 05 mart 2005-ci il tarixli qərarla Cavabde h4 ümumi ölçüsü 0,12 ha olan 883 nömrəli və 05/499 nömrəli 05 mart 2005-ci il tarixli qərarla Cavabdeh3 ümumi ölçüsü 0,12 ha olan 883a nömrəli bağ sahələri ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 22 aprel 1991ci il tarixdə verilmiş 33 saylı orderlə Cavabdeh6 X11 0,12 ha ölçüdə torpaq sahəsi olan 631B nömrəli bağ ayrılmışdır. Fövqəladə Hallar Nazirliyi X8 Görülməsi və X10 Agentliyi tərəfindən verilmiş 16 oktyabr 2014-cü il tarixli aktda qeyd olunmuşdur ki, İddiaçı-nin istifadəsinə verilmiş yataq sahəsində yerin təkinin mühafizəsi və texniki təhlükəsizliyin müayinəsi aparılmışdır. Müayinə zamanı yataq ərazisində Agentliyin icazəsi olmadan tikinti işləri aparılaraq ərazinin zəbt edilməsi aşkarlanmış və akt tərtib edilmişdir. Azərbaycan Respublikası Na zirlər Kabinetinin 20 may 2016-cı il tarixli 31/M-02 saylı tapşırığına əsasən ünvan 3nin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası ilə ünvan 3nin X14 Departamentinin əməkdaşları tərəfindən verilmiş arayışa əsasən “X12”nın sərhədləri daxilində topogeodezik araşdırmalar aparılmış və araşdırmaların nəticələrinə görə, müəssisənin istifadəsinə verilmiş 4,0 + 1,0 ha yataq sahəsinin həqiqətən 68 ha ölçüdə “X12”nın hüdudları daxilində olması təsdiqlənmiş və sözügedən əhəngdaşı yatağının istifadə olunmamış müxtəlif sahələri naməlum şəxslər tərəfindən hasara alınaraq üzərində fərdi yaşayış evləri tikilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 oktyabr 2017-ci il tarixli məktubuna əsasən mütəxəssislər tərəfindən tədqiqat obyektinə baxış keçirilib mübahisəli ərazinin koordinatları müəyyən edilmiş, lakin İddiaçı-yə və cavabdehlərə torpaq sahəsinin ayrılması barədə müvafiq qərarların ayrılmaz hissəsi olan torpaqayırma sənədləri, eləcə də iş üzrə hüquqmüəyyənedici, həmçinin torpaq sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin və ölçüsü, sxem və sair) mülki iş materiallarına əlavə edilməməsi səbəbindən cavabdehlər tərəfindən daş hasara alınmaqla aparılmış tikinti işlərinin İddiaçı-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 yanvar 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddia olunan (naturada müəyyən edilmiş koordinatlara əsasən) mübahisəli torpaq sahəsi 04 iyun 1980-ci il tarixli 66 saylı ayrıc aktının əlavəsi kimi və Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlanma Ekspedisiyasının, X14 Departamenti ilə birlikdə tərtib olunmuş xəritələrdə göstərilən koordinatlar çərçivəsində yerləşən torpaq sahəsinin daxilində yerləşir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin arxivində “X12”na torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə heç bir sənəd aşkarlanmamışdır. Cavabdehlərə torpaq sahəsinin ayrılması barədə “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin arxiv və elektron bazasında heç bir məlumat yoxdur. Dövlət mülkiyyəti torpağıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci i nstansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ünvan 3nə və Fövqəladə Hallar Nazirliyinin X8 Görülməsi və Dağ-X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən “X24” ərazisində İddiaçı-nin hüquqi varisi olduğu hissəsində qanunsuz inşa edilmiş daş hasarların və tikililərin İddiaçı-nin vəsaiti hesabına sökülməsi, son 2 il ərzində (01 oktyabr 2014-cü il tarixdən 01 oktyabr 2016-cı il tarixədək) qanunsuz hərəkətlər nəticəsində İddiaçı” MMC-yə ayrılmış 4 ha ərazidə cəmiyyətin fəaliyyəti məhdudlaşdırıldığı üçün müəssisəyə orta hesabla 249216 manat məbləğində dəymiş ziyanın cavabdehlərdən müştərək qay dada tutulub İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188, 222-1, 255 və 322-ci maddələrinin tələblərinə uyğun olaraq xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı əhəngdaşı hasilatı ilə məşğuldur. Cavabdehlər qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsini zəbt etmiş və orada özbaşına tikinti və hasarçəkmə işləri aparmışdır. İddiaçı tərəfindən dəfələrlə cavabdehlərə, eləcə də müxtəlif səlahiyyətli dövlət orqanlarına müraciət etmələrinə baxmayaraq hər hansı nəticə olmamışdır, cavabdehlər bu özbaşınalıqları ilə onlara külli miqdarda ziyan vurmuş və iddiaçının normal fəaliyyətinə əngəllər törətmişlər. Cavabdehlər bu özbaşınalıqlarını pərdələmək üçün torpaq ayrılmasına dair hansısa sərəncamlarının olmasına istinad etmişlər. Lakin istinad etdikləri həmin sənədlər saxtadır və onların hər hansı hüquqi qüvvəsi yoxdur. Çünki, “X6” idarə olunması “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 1999cu il tarixli Qərarı ilə tənzimlənir ki, həmin sənədlərə əsasən də vahid dövlət fonduna aid olan həmin torpaqların təyinatının dəyişdirilməsi, onun üzərində hər hansı tikintinin aparılması yolverilməzdir, faydalı qazıntıların yerləşdiyi sahələrdə bu cür işlərin aparılması yalnız müvafiq icra orqanının icazəsi və rəyi əsasında həyata keçirilə bilər, bundan başqa, yerli icra hakimiyyətləri haqqında əsasnaməyə əsasən Bakı şəhərinin ərazisində bu cür sərəncamların verilməsi, nəinki kənd icra nümayəndəsinin, hətta rayon icra başçısının da səlahiyyətinə aid olmayıb, yalnız Bakı ŞİHB-nın səlahiyyətində olan bir məsələdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(008)181/2018 nömrəli qətnaməsi ilə (hakim İ.R.Burcayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 tərəfindən “X12” ərazisində İddiaçı-nin istifadəsinə verilmiş hissədə qanunsuz inşa edilmiş daş hasarların və tikililərin İddiaçı-nin vəsaiti hesabına sökülməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər iddiaçının istifadəsində olan torpaq sahəsində, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özlərinə yaşayış evi tikmiş, ərazini zəbt etmişlər. Özbaşına tiki linin inşa edildiyi torpaq sahəsi hazırda “Yerin təki haqqında” Qanunun müddəalarına əsasən dövlətin müstəsna mülkiyyətindədir, dövlətin müvafiq icra hakimiyyəti orqanları vasitəsilə həmin sahə iddiaçı “X19 LTD” MMC-yə akt əsasında verilməklə xüsusi razılıq verilmiş və məhz həmin xüsusi razılıq və təhkim aktı əsasında iddiaçı həmin ərazidə fəaliyyət göstərir. Buna görə də iddiaçı fəaliyyəti ilə əlaqədar maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(008)-181/2018 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilərək, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(103)-12292/2018 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və E.C.Kazımovdan ibarət tərkibdə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(008)-181/2018 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı (qismən) təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaq la, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(103)-12292/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli, 2(102)-4974/2019 nömrəli qərarı ilə (hakim M.T.Əhmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər Ə.M.Rüstəmovdan və Ə.G.Nurməmmədovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(103)-12292/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmişdir. İş materiallarında FHN/40-01296 qeydiyyat nömrəli, ******* nömrəli 28 noyabr 2013-cü il tarixli Lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikası FHN-nin X8 Görülməsi və X10 Agentliyi İddiaçı-yə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasının həyata keçirilməsinə 5 il müddətinə icazə verilmişdir. Lisenziyanın müddəti 28 noyabr 2018-ci il tarixdə bitmişdir. Eləcə də, ünvan 3 tərəfindən cavabdeh təşkilata ünvan 2r plan ı üzrə 1, 2, 3, 4, 5, 6, 7 və 8 künc nöqtələri ilə nömrələnmiş 5,0 ha ərazidə yerin təki sahəsindən açıq (yeraltı) üsulla “xxx” əhəngdaşı yatağında mişar daşı istehsalı üçün 5 il müddətində qüvvədə olmaqla 00879 saylı “xxxx” aktı verilmiş və bu akt 09 sentyabr 2014-cü il tarixdə Nazirliyin reyestr kitabında 879 nömrə ilə qeydiyyata alınmışdır. Lakin məhkəmə baxışı zamanı cavabdehlərin istifadəsində olan torpaq sahəsinin karxana ərazisində yerləşməsi məhkəmə tərəfindən araşdırılaraq sübuta yetirilməmiş, iddiaçıya verilmiş lisenziya müddətinin başa çatmasının mübahisənin həllinə təsiri baxımından, həmçinin iddiaçıya 5,0 ha ərazidə yerin təki sahəsindən açıq (yeraltı) üsulla “xxx” əhəngdaşı yatağında mişar daşı istehsalı üçün “xxxx” aktı verildiyi halda, onun sökülməsini tələb etdiyi cavabd ehlərin istifadəsində olan torpaq sahəsinin cəminin 6 ha təşkil etməsi (0,12 ha x 5 = 6 ha), sökülməsi tələb edilən torpaq sahəsi ilə mişar daşı istehsalı üçün iddiaçıya ayrılmış torpaq sahəsi arasında olan ölçü ziddiyyəti ilə bağlı araşdırma aparılmamışdır. Bundan başqa işdən, ünvan 3 tərəfindən verilmiş 09 sentyabr 2014-cü il tarixli, 00879 nömrəli “xxxx” aktının qüvvədə olma müddəti 14 dekabr 2018-ci il tarixli, 63/ü saylı əmrlə dayandırılmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(103)-462/2020 nömrəli qətnaməsi ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışınksidən və R.M.Həsənovdan ibarət tərkibdə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edi lmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(008)-181/2018 nömrəli qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı “cavabdehlər tərəfindən “X12” ərazisində onun hüquqi varisi olduğu hissədə qanunsuz inşa edilmiş daş hasarların və tikililərin MMC-nin vəsaiti hesabına sökülməsi” iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı-nin hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Baxılan işdə İddiaçı tərəfindən mübahisəli torpaq sahəsi üzərində onun hər hansı (mülkiyyət, istifadə, icarə və s.) hüququnun yaranmış hesab olunması üçün qanunvericiliyin tələ blərinə əməl edilməsi müəyyən olunmur. Sübutetmə yükü baxımından bu faktı sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin İddiaçı tərəfindən məhkəməyə ona torpaq sahəsinin ayrılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin rəyinin alınması, həmin torpaq sahəsinin sərhədlərinin yerdə və xəritədə müəyyən edilməsi, plan və ölçüsünün tərtib edilməsi, torpaq sahəsinə dair MMC ilə müvafiq icra hakimiyyəti orqanı arasında müqavilə bağlanması, torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Əksinə, torpaq sahəsi üzərində hüquqların yaranması üçün qanunvericilikdə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərin mövcudluğu işin faktiki hallarından görünmür. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, ünvan 3nin 00879 saylı, 09 sentyabr 2014-cü il tarixli “xxxx” aktına əsasən, MMC-yə ünvan 2r planı üzrə 1, 2, 3, 4, 5, 6, 7 və 8 künc nöqtələri ilə nömrələnmiş 5,0 ha ərazidə yerin təki sahəsindən açıq (yeraltı) üsulla “X12”nda mişar daşı istehsalı üçün 5 il müddətində qüvvədə olmaqla icazə verilmişdir. Lakin ünvan 3nin 14 dekabr 2018-ci il tarixli, 63/ü saylı əmri ilə həmin aktın qüvvədə olma müddəti dayandırılmışdır. İddiaçı tərəfindən ünvan 3nin Dövlət Ekspertiza İdarəsinə qarşı qeyd olunan əmrin ona aid hissəsinin ləğv edilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıldığından Bakı Apelyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərardadı ilə, həmin mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırkı işin icraatı dayandırılmışdır. Lakin Bakı İnzibati Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qərardadına əsasən həmin iş üzrə iddia ərizəsi iddiaçının (İddiaçı-nin) vəsatəti ilə geri qaytarılmışdır. ünvan 3ni yanında X7 Xidmətinin 30 iyul 2020ci il tarixli məktubunda isə qeyd olunmuşdur ki, 11 saylı RETSİ tərəfindən İddiaçı-yə verilmiş 22 may 2020-ci il tarixli, 036 nömrəli məcburi göstərişin tələblərinin yerinə yetirilməsi ilə bağlı qeyd olunanlar nəzərə alınaraq, MMC-nin mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada fəaliyyət göstərməsinə etiraz olunmur. Göründüyü kimi, qeyd olunan iş üzrə iddiaçıya verilmiş “xxxx” aktının qüvvədə olma müddətinin dayandırılması barədə əmrin ləğv edilməsi ilə bağlı yekun məhkəmə aktı qəbul edilməmiş və iddiaçı həmin iş üzrə iddia ərizəsini geri götürməsini aralarında razılıq əldə olunması və ETSN-nin 30 iyul 2020-ci il tarixli yuxarıda məktubunda qeyd olunanlarla əsaslandırsa da, apellyasiya instansiyası məhkəməsi bu dəlilləri əsaslı saymamışdır. Belə ki, sözügedən aktın hüquqi qüvvəsinin davam etməsi üçün onun dayandırılması barədə əmrin ləğv edilmiş olması lazımdır. Hazırkı işin halları baxımından isə bu fakt müəyyən olunmur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, İddiaçı-nin mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququnun olması faktı müəyyən olunmadığından onun hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavələr verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(103)462/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya məhkəməsi iddiaçı mübahisə predmetinə dair subyektiv hüququnun olmamasına istinad etmişdir. Lakin özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda “Yerin təki haqqında” Qanunun müddəalarına əsasən dövlətin müstəsna mülkiyyətindədir, dövlətin müvafiq icra hakimiyyəti orqanları vasitəsilə həmin sahə iddiaçıya akt əsası nda verilməklə xüsusi razılıq verilmiş və məhz həmin xüsusi razılıq və təhkim aktı əsasında iddiaçı həmin ərazidə fəaliyyət göstərir. Buna görə də iddiaçı fəaliyyəti ilə əlaqədar maneələrin aradan qaldırılması ilə bağlı Məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya Azərbaycan SSR Nazirlər Sovetinin “Abşeronda bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” 195 saylı 02 iyun 1988-ci il tarixli Qərarına əsasən Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin “xxx Tikinti Materialları Kombinatı”nın 68 hektar təşkil edən xxx sahəsindən 34,5 hektar sahə hazırda iddiaçının hüquqi varis olduğu Bakı şəhər İcraiyyə Komitəsinin “X9 və İstismarı üzrə Birliyin Xüsusi Məişət Tikinti Tresti”nin istifadəs inə verilmişdir. ünvan 3nin Dövlət Ekspertiza İdarəsi tərəfindən iddiaçının adına verilmiş 09 sentyabr 2014-cü il tarixli 00879 saylı “xxxx” aktının qüvvədə olma müddətinin vaxtından əvvəl dayandırılması barədə ETSN-nin Dövlət Ekspertiza İdarəsinin 14 dekabr 2018-ci il tarixli 63/ü saylı əmrinin etibarsız hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət edilmişdir. İnzibati işin məhkəmə icraatı zamanı qeyd edilən əmr üzrə mübahisə ünvan 3 tərəfindən məhkəmədən kənar qaydada həll edilmiş və adıçəkilən əmr öz hüquqi qüvvəsini itirmişdir. Belə ki, Azərbaycan Respublikası ünvan 3nin X22 X3 tərəfindən iddiaçıya ünvanlanmış 30 iyul 2020-ci il tarixli, 36/48 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı-yə məxsus olan hüquqi sənədlərə baxılmış və fəaliyyət göstərdiyi əraziyə işçi qrupu tərəfindən monitorinq keçirilmişdir. Araşdırmanın nəticəsi olaraq bildirilmişdir ki, 18 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 4-cü maddəsinin tələbinə uyğun olaraq 1988-ci il tarixli 10 saylı Yataqayırma Aktı öz hüquqi qüvvəsini saxlayır və İddiaçı öz konturları daxilində X15 Bərpası üzrə Dövlət Fonduna müvafiq ödənişləri təmin etməklə fəaliyyət göstərə bilər. Bundan başqa Azərbaycan Respublikası ünvan 3 yanında X7 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 30 iyul 2020-ci il tarixli 17/239 nömrəli məktubda qeyd edilmişdir ki, “11 saylı RETSİ tərəfindən İddiaçı-yə verilmiş 2020-ci il 22 may tarixli 036 nömrəli məcburi göstərişlərin tələblərinin yerinə yetirilməsi ilə bağlı qeyd olunanları nəzərə alaraq, mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada fəaliyyət göstərməyinizə etiraz etmirik”. Bu səbəbdən iddiaçı tərəfindən 63/ü saylı əmrin etibarsız hesab edilməsi barədə verilmiş iddia ərizəsi geri götürülmüşdür. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 kassasiya şikayətinə yazılı etiraz verərək, iddiaçının fəaliyyətinin qanunsuz olmasını göstərmiş və kassasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və vəkili xxx oğlu kassasiya ş ikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyası iclasında cavabdehlər Cavabdeh4 və Cavabdeh3 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatlarını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər, üçüncü şəxslərin nümayəndələri və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab e tmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahis ənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Qeyd olunmalıdır ki, iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi s urətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müə yyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. 13-cü maddəsinin birinci hissəsinə əsasən yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. 13-cü maddəsinin yeddinci hissəsinə əsasən icazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunveric iliyində nəzərdə tutulmuş qaydada ayrılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğ v edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət e dilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çək işmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırki iddia ilə müraciət etməyə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan nəticəyə gələrkən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarını pozmuş, MPM-in 420-ci maddəsinə zidd olaraq əvvəlki kassasiya icraatında verilmiş göstərişlər üzrə araşdırmanı tam aparmamışdır. Belə ki, “Abşeronda bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 195 saylı 02 iyun 1988-ci il tarixli Qərarı ilə, Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin xxx Tikinti Materialları Kombinatının 68 ha təşkil edən xxx sahəsindən 34,5 ha sahənin Bakı şəhər İcraiyyə Komitəsinin “X9 və İstismarı üzrə Birliyin Xüsusi Məişət Tikinti Tresti”nin istifadəsinə verilməsi, İddiaçı-nin isə son nəticədə həmin Trestin əsasında yaradılaraq onun hüquqi varisi olması işin mübahisəsiz hallarıdır. Həmçinin iş materiallarında olan ünvan 3nin tərəfindən 09 sentyabr 2014-cü il tarixli, 00879 saylı “xxxx” aktı ilə İddiaçı-yə ünvan 3 ərazisində “xxx” əhəngdaşı yatağında mişar daşı istehsalı üçün cəmi 5 ha təşkil edən 2 torpaq sahəsi ayrılmışdır. Dağ-mədən ayrılması sahəsinin künc nöqtələrinin koordinatları həmin aktda qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi ünvan 3nin tərəfindən 09 sentyabr 2014-cü il tarixli aktın qüvvədə olma müddətini 14 dekabr 2018-ci il tarixli əmri ilə dayandırması ilə iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik olmamasına dair mövqeyi əsassız olmuşdur. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, aktın qüvvədə olma müddətinin dayandırılması onun ləğvi demək deyil və iddiaçının həmin torpaqdan istifadə hüququnun xitamına səbəb olmur. Digər tərəfdən müəyyən olunur ki, ünvan 3ni yanında X7 Xidmətinin 30 iyul 2020-ci il tarixli məktubu ilə İddiaçı-nin mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada fəaliyyət göstərməsinə etiraz edilməməsi qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin məktuba hüquqi qiymət verərkən hesab etmişdir ki, iddiaçıya verilmiş “xxxx” aktını n qüvvədə olma müddətinin dayandırılması barədə əmr ləğv edilmədiyi üçün qeyd olunan məktuba istinad əsassızdır. Lakin məhkəmə nəzərə almamışdır ki, iş materiallarında olan ünvan 3nin X22 X1 30 iyul 2020-ci il tarixli məktubuna əsasən İddiaçı-yə məxsus olan hüquqi sənədlərə baxılmış və fəaliyyət göstərdiyi əraziyə “İşçi qrupu” tərəfindən monitorinq keçirilmişdir. Araşdırmanın nəticəsi olaraq bildirilmişdir ki, 18 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 4-cü maddəsinin tələblərinə uyğun olaraq, 1988-ci il tarixli 10 saylı Yataqayırma Aktı öz hüquqi qüvvəsini saxlayır və karxana öz konturları daxilində X15 Bərpası üzrə Dövlət Fonduna müvafiq ödənişləri təmin etməklə fəaliyyət göstərə bilər. Beləliklə müəyyən olunur ki, ünvan 3 t ərəfindən iddiaçının fəaliyyətinin davam etdirilməsinə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi 09 sentyabr 2014-cü il tarixli akta əsasən deyil, 1988-ci il tarixli 10 saylı akta əsasən icazə verilmişdir. Odur ki, məhkəmənin 09 sentyabr 2014-cü il tarixli aktının dayandırılmasına dair 14 dekabr 2018-ci il tarixli əmrinin ləğv edilməməsinə istinadı əsassız olmuşdur. Belə ki, iş materiallarında olan SSRİ-nin X17 X4 və Dağ-Mədən Nəzarəti Komitəsi tərəfindən tərtib olunmuş Dağ-mədən ayrılması haqqında 05 noyabr 1988-ci il tarixli, 10 №-li aktına əsasən Xüsusi Məişət Tikinti X13 Təsərrüfatına Bakı şəhəri, Lenin rayonunda müəyyən olunmuş künc nömrələri əsasında 34,5 ha torpaq sahəsi ayrılmışdır. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfi ndən alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 yanvar 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddia olunan (naturada müəyyən edilmiş koordinatlara əsasən) mübahisəli torpaq sahəsi 04 iyun 1980-ci il tarixli 66 saylı ayrıc aktının əlavəsi kimi və Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlanma Ekspedisiyasının, X14 Departamenti ilə birlikdə tərtib olunmuş xəritələrdə göstərilən koordinatlar çərçivəsində yerləşən torpaq sahəsinin daxilində yerləşir. İş materiallarında Dağ-mədən ayrılması haqqında 05 noyabr 1988-ci il tarixli, 10 №li aktı lazımi qaydada təsdiq olunmuş surəti əlavə olunsa da, mübahsələndirilən torpaq sahələrinin həmin aktla müəyyən olunmuş koordinatlar daxilində yerləşmə si apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının torpaq sahəsi üzərində hüququnun yaranması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 66, 67 və 68-ci maddələri, habelə Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsi Haqqında” Əsasnamə ilə müəyyən olunmuş tələblərə əməl edilməməsini göstərsə də, nəzərə almamışdır ki, iddiaçının torpaq sahəsindən istifadə hüququ qeyd olanan normativ hüquqi aktlar qəbul olunmamazdan əvvəl yaranmışdır. Bununla da, məhkəmə tərəfindən MPM-in 217.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziy yətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermə mişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçının mübahisələndirilən torpaq sahəsində fəaliyyətinin davam etdirilməsinin əsaslarını müəyyən olunması üçün müvafiq sənədlərin təqdim edilməsi iddiaçıya təklif etməli, zəruri olduğu halda sorğular verməli, cavabdehlər tərəfindən zəbt olunması iddia olunan torpaq sahələrinin iddiaçının istifadəsində olan torpaq sahəsi ilə, habelə cavabdehlərə icra hakimiyyəti orqanlarının müvafiq qərarları ilə ayrılmış torpaq sahələrinin hazırda müb ahisələndirilən sahələrlə üstüstə düşməsini müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin məsələsini müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(103)-462/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansi yası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar