Məhkəmə qərarları › İş №2(102)-3024/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3024/2024

01.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3024/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı (Maraqlı şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı (Maraqlı şəxs qismində cəlb edilməklə) “miras əmlakda payların müəyyən olunması” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(104)-108/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0,18 ha torpaq sahəsi X6 və onun qızı X7 ümumi birgə mülkiyyətində olmuş, həmin torpaq sahələri naturada bölünməmişdir.

2. X6 11 avqust 2000-ci il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri uşaqları – Cavabdeh2 Usub oğlu, X8, Cavabdeh1, Cavabdeh3, X11, X12 və Cavabdeh4 olmuşdur.

3. Adları qeyd olunan vərəsələrdən heç biri mirasın qəbulu ilə bağlı qanunvericiliklə nəz ərdə tutulmuş müddətdə notariat ofisinə müraciət etməmişlər.

4. X3 ölümündən sonra ondan miras qalan əmlak Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0,18 ha torpaq sahəsinin ½ hissəsindən ibarət olmuşdur.

5. Miras qoyan X3 birinci növbəli vərəsələrindən X8 xx.xx.2013-cü il tarixdə, X12 xx.xx.2021- ci il tarixdə, Cavabdeh2 isə xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X11 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı (Maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu Böyükbəyli kəndində yerləşən 0,51 ha kənd təsərrüfatı təyinatlı pay torpağı, 0,25 ha həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 80 kv metr sahəsi olan fərdi yaşayış evinin zəbtə çıxarılmış hissəsi nəzərə alınmaqla onun payının ayrılması və həmin torpaq sahələrinin anası X2 miras qalmış hissəsinin qanun üzrə vərəsələr arasında bölünərək payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X6 11 avqust 2000-ci il tarixdə ölmüş, ölümünə qədər anasına yalnız özü qulluq etmişdir. Həmçinin, mərhum anasının sağlığında və ölümündən sonra miras əmlak olan Ağdam rayonu Böyükbəyli kəndində yerləşən 0,51 ha kənd təsərrüfatı təyinatlı pay torpağı, eləcə də 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 80 kv metr sahəsi olan fərdi yaşayış evinin baxımı və büt ün kommunal xərclərini idarə etmişdir. Həmin torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında mərhum anasına və ona məxsus olmuş, lakin payları müəyyən edilməmişdir. Bundan başqa, həyətyanı torpaq sahəsindən zəbt olunan sahə çıxılmışdır. Mərhum anasından miras qalmış əmlaklarla bağlı yalnız qardaşı Cavabdeh1lə aralarında mübahisə vardır. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Ağdam rayon notariat ofisinə müraciət etmiş, lakin miras şərikləri arasında ixtilaf olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuş, eyni zamanda mübahisə ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir.

8. Cavabdeh2 24 sentyabr 2022-ci il tarixdə vəfat etdiyindən Ağdam Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(013)-229/2023 nömrəli qərardadı ilə hazırkı işin icraatına həmin cavabdehə aid hissədə xitam verilmişdir.

9. Ağdam Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(013)-229/2023 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia qismən təmin edilərək, mərhum X3 və iddiaçı X7 birgə mülkiyyətdə olan, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2022ci il olan çıxarışda göstərilmiş Ağdam rayonu, Üçoğlan kəndi ərazisində yerləşən 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışda göstərilmiş Ağdam rayon Böyükbəyli kəndi ərazisində yerləşən 0,18 ha torpaq sahəsinə sənəd üzrə iddiaçı X7 1/2 hissədə payının müəyyən edilməsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışda göstərilmiş Ağdam rayonu, Üçoğlan kəndi ərazisində yerləşən 0,51 ha kənd təsərrüfatlı torpaq sahəsinin və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2022ci il olan çıxarışda göstərilmiş Ağdam rayonu, Böyükbəyli kəndi ərazisində yerləşən 0,18 ha torpaq torpaq sahəsinin mərhum X4 aid və ondan miras qalmış 1/2 (ikidə bir) hissəsinə iddiaçı X7 3/7 hissə ilə, digər vərəsələr Cavabdeh1 1/7 hissə ilə, mərhum Cavabdeh2 1/7 hissə ilə, mərhum X5 1/7 hissə ilə və mərhum X9 1/7 hissə ilə paylarının müəyyən edilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid olunması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mərhum X3 vəfatından sonra onun birinci növbə vərəsələri kimi yalnız övladları, yəni qızı X11, oğlanları Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 (vəfat edib), X8 (vəfat edib) və X12 (vəfat edib) qalmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, mərhum X3 birinci növbəli vərəsəsi olan cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Ağdam Rayon Məhkəməsinə ünvanladığı, notariat qaydada təsdiq edilmiş ərizələrində, onlara çatacaq paydan X7 xeyirinə imtina etmiş və onlara çatası payın X7 xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Belə olan halda, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 onlara çatacaq payd an iddiaçı X7 xeyrinə imtina etməsi nəzərə alınmaqla miras əmlak üzərində paylar müəyyən edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1147.1, 1151.1, 1159.1, 1243.2, 1261, 1262 və 1274-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin fakt iki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, miras qoyan X3 ölümündən sonra mirasın hansı vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi bu faktı araşdırmadan mirası bütün vərəsələr arasında paylara bölmüşdür. Bundan başqa, qətnamədə qeyd edilmişdir ki, vərəsələrdən Cavabdeh3 və Cavabdeh4 öz paylarından iddiaçının xeyrinə imtina etmələri nəzərə alınmaqla onların payları da iddiaçıya verilməlidir. Halbuki, miras qoyan anası 2000-ci ildə vəfat etmişdir və miras açılandan 22 il müddət keçdikdən sonra mirasdan imtina qəbul edilə bilməz. Belə ki, əvvəla miras paydan imtina edən şəxslər ümumiyyətlə mirası qəbul etməmişlər. Eləcə də, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə mirasdan miras açılandan 3 ay ərzində imtin a edə bilər. Birinci instansiya məhkəməsi isə miras açılandan 22 il sonra verilmiş mirasdan imtina barədə ərizəni qəbul etmişdir. Miras qoyandan miras qalmış əmlakı vərəsələrdən yalnız o və iddiaçı Əfrus Allahverdiyeva qəbul etmişdir. Çünki miras mülkdə təkcə onlar yaşamışlar. Digər vərəsələr isə miras əmlakdan köçüb getmişlər və ötən 20 ildən çox müddət ərzində orada yaşamamışlar.

15. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (oğlu) X14 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, nənəsi Ənzəli Allahverdiyeva 2000-ci ildə ölmüşdür və ölümündən sonra miras mülkdə atası Cavabdeh1 və bibisi Əfrus Allahverdiyeva yaşamışlar. Digər vərəsələr miras əmlakda yaşamamış və mirası qəbul etməmişlər. X21 1942-ci ildə anadan olmuşdur və Ağdam rayonu Böyükbəyli kəndindəki 0,18 ha həyat yanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evində yaşamış, həmçinin 0,51 ha torpaq sahəsindən istifadə etmişdir.

16. İddiaçı X11 apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, mərhum anası öldüyü vaxtdan, yəni 2000-ci ildən Ağdam rayonu Böyükbəyli kəndində yerləşən 0,51 ha torpaq sahəsindən yalnız o istifadə etmişdir. Mərhum anası öləndən sonra qardaşları Müstəcəb, Məmməd, Vəzir və Vəli nə miras qalmış evdə yaşamışlar, nə də ki miras torpaq sahəsindən istifadə etmişlər. Mərhum bacısı Diləfruz da miras evdə yaşamamışdır, özünün başqa evi olmuşdur. İddiaçı həmçinin qeyd etmişdir ki, mərhum anası öldüyü vaxtdan, yəni 2000-ci ildən sonra Ağdam rayonu, Böyükbəyli kəndindəki 0,18 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evində o, qardaşları Şirxa n və Məmməd Allahverdiyev yaşamışlar. Digər vərəsələr isə mirası qəbul etməmişlər.

17. Cavabdeh3 göstərmişdir ki, cavanlığından, yəni 1970-ci ildən Bakı şəhərinə köçmüş və orada yaşamışdır. Mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişdir. Anası öləndən sonra bacısı Əfrus və qardaşları Şirxan və Məmməd miras qalmış evdə yaşamışlar. Digər vərəsələr miras evdə yaşamamışlar.

18. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum anası Ənzəli Allahverdiyeva 11 avqust 2000-ci il tarixdə ölmüşdür. Mərhum anasının birinci növbəli vərəsələrindən Dilİddiaçı 2013-cü ildə, Məmməd Allahverdiyev 2021-ci ildə, Müstəcəb Allahverdiyev isə 2022-ci ildə ölmüşdür. Mərhum qardaşı Məhəmməd Allahverdiyevin bir oğlu, bir qızı, həmçinin mərhum qardaşı Müstəcəb Allahver diyevin isə dörd oğlu və iki qızı vardır.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) 2(104)-108/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Ağdam rayonu Üçoğlan kəndi ərazisindəki ümumi sahəsi 0,51 ha kənd təsərrüfatı təyinat lı torpaq sahəsinin mərhum X4 aid ½ hissəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0,18 ha torpaq sahəsinin X4 aid ½ hissəsi üzərində iddiaçı X11, Cavabdeh1 və miras qoyanın birinci növbəli vərəsəsi olan mərhum X9 hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsi, Ağdam rayonu Üçoğlan kəndi ərazisindəki ümumi sahəsi 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0,18 ha torpaq sahəsi üzərində iddiaçı X7 ümumi əmlaklardakı payının 4/6 hissə, Cavabdeh1 və mi ras qoyanın birinci növbəli vərəsəsi olan mərhum X9 hər birinin əmlaklardakı ümumi payının isə 1/6 hissə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

20. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarına əsasən miras qoyan X6 11 avqust 2000-ci il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri uşaqları – Cavabdeh2 Usub oğlu, X8, Cavabdeh1, Cavabdeh3, X11, X12 və Cavabdeh4 olmuşdur. X3 ölümündən sonra ondan miras qalan əmlak Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0,18 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, miras qoyan X2 qalmış mirası on un birinci növbəli vərəsələri olan qızı Əfrus Allahverdiyeva, oğulları Şirxan və Məmməd Allahverdiyev qəbul etmişlər. Qeyd olunan hal iddiaçı Əfrus Allahverdiyevanın və Cavabdeh3 apellyasiya baxışı zamanı verdiyi izahatları ilə sübuta yetirilir. Belə ki, iddiaçı Əfrus Allahverdiyeva apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında verdiyi izahatında anasının öldüyü vaxtdan, yəni 2000-ci ildən sonra Ağdam rayonu Böyükbəyli kəndindəki 0,18 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evində o, qardaşları Şirxan və Məmməd Allahverdiyevin yaşadığını, habelə digər vərəsələrin miras açılandan sonra miras əmlakdan istifadə etmədiklərini bildirmişdir.

22. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 də apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında göstərmişdir ki, anası öləndən sonra bacısı Əfrusla qardaşları Şirxan və Məmməd miras qalmış evdə yaşamışlar. Digər vərəsələr miras evdə yaşamamış, habelə miras əmlakı qəbul etməmişlər.

23. Məhkəmə işin göstərilən hallarını nəzərə alaraq hesab etmişdir ki, miras əmlak iddiaçı Əfrus Allahverdiyeva, Cavabdeh1 və miras qoyanın birinci növbəli vərəsəsi olan mərhum Məmməd Allahverdiyev tərəfindən qəbul edilmişdir. Digər vərəsələr isə miras əmlakı qəbul etməmişlər. Belə ki, işin faktiki halları ilə miras qoyanın digər vərəsələrinin mirası qəbul etmələri öz təsdiqini tapmır. Belə olan halda miras əmlak iddiaçı Əfrus Allahverdiyeva, Cavabdeh1 və miras qoyanın birinci növbəli vərəsəsi olan mərhum Məmməd Allahverdiyev arasında bərabər paylara bölünməlidir.

24. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin hallarından gör ündüyü kimi miras qoyanın mirası qəbul etmiş vərəsəsi X12 vəfat etmişdir. Həmçinin tərəflərin izahatları, o cümlədən iş materialları ilə müəyyən olunmuşdur ki, mirası qəbul etmiş vərəsə X9 da uşaqları, yəni birinci növbəli vərəsələri vardır. Lakin sonuncu vərəsələrin dairəsi tam şəkildə müəyyyən deyil. Belə ki, iş materialları ilə mərhum Məmməd X1 və X19 adlı uşaqlarının, yəni birinci növbəli vərəsələrinin olması müəyyən edilsə də, mərhum Məmməd Allahverdiyevin başqa birinci növbəli vərəsələrinin olub-olmaması məlum deyil.

25. Göstərilənləri nəzərə alaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, mirası qəbul etmiş vərəsə X9 vərəsələrinin müəyyən edilməsi üçün iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir. Həm də, onun birinci növbə vərəsələrinin dairəsinin və yaşayış ünv anlarının hazırda müəyyən edilməsi mümkün olmadığından, onların adına miras əmlakdan qanuna müvafiq olaraq payların müəyyən edilməsi əsaslıdır.

26. Məhkəmə qeyd etmişdir ki, bu hal gələcəkdə həmin şəxslərin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır.

27. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tələbində 80 kv metr fərdi yaşayış evinin miras əmlak olaraq vərəsələr arasında paylara bölünməsini iddia etsə də, işin materiallarından görünür ki, həmin fərdi yaşayış evi miras qoyanın adına dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda, həmin fərdi yaşayış evi miras kütləsinə aid edilə bilməz.

28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üz rə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə istinadən qeyd etmişdir ki, ölmüş şəxsin (miras qoyanın) öldüyü məqamadək malik olduğu əmlaka vərəsəlik açılması və vərəsələr arasında bölünməsi ilə bağlı hüquq münasibətləri qanunvericilik normaları ilə tənzimlənmişdir. Ölmüş şəxsin adına qeydiyyatdan keçməmiş və üzərində mülkiyyət hüququ qeydə alınmamış əmlakın mirasın kütləsinə daxil edilməsi və vərəsələr arasında bölünməsi yolverilməzdir.

29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 532, 552 və 553-cü maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Q əhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli və “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarlarında qeyd olunan hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə X3 xx.xx.2000-ci il tarixdə vəfat etdiyini öz qətnaməsindəsində qeyd etsə də, 1964-cü il tarixli Mülki Məcəllənin müddəalarını hazırkı işə tətbiq etmişdir ki, bu isə əsassızdır. 2000-ci ildə qəbul edilmiş hazırkı Mülki Məcəllənin normaları tətbiq edilməklə mübahisə həll olunmalı, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən digər vərəsələrdən heç biri qanun üzrə vərəsəlikdən imtina etməməsi, bununla da mirası qəbul etmiş hesab olunmaları nəzərə alınmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarix ədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi

33. Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

34. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

35. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şər tlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

36. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qə bul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

37. Maddə

553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı

38. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hü ququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarı

39. Mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. İddiaçının kassasiya şik ayətinin dəlilləri iddia ərizəsində, məhkəmə iclaslarında irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

53. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kas sasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

54. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-108/2024 nömrəli iş üzrə 19 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar