Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3025/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” MTK-nın vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli 2(103)11314/2018 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim S.Sə limova) 16.03.2016-cı il tarixli 2(011)-184/2016 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “xxxx” MTKnın müqavilə üzrə öhdəliyini lazımınca dərhal icra etməsi, binanın təhvil verilməsi, binanın təbii qazla təmin edilməsi, giriş qapısının və pəncərələrin yenisi ilə əvəz edilməsi, “xxxx” MTK-nın sədri seçilmədiyi üçün qanunsuz hesab edilməsi, yeni sədrin, üzvlərin ümumi yığıncaq vasitəsilə seçilməsi, payçılardan qəbul olunan vəsaitlər alınarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli, 118 saylı qərarının kobud surətdə pozulmasına görə məsuliyyətə cəlb olunması” tələbinə dair iddiası qismən təmin edilərək, “xxxx” MTKya Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 2348-ci məhəllə (hazırda ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının istismara qəbul edilməsi üçün Dövlət qəbul komissiyasına təqdim etmək vəzifəsinin həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) 05.12.2018-ci il tarixli 2(103)-11314/2018 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrəBakı şəhəri Xətai rayon Məhkəməsinin 16.03.2016-cı il tarixli 2(011)-184/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması, cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun ona aid edilməsiqət edilmişdir. Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verm işdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “xxxx” MTK-nın müqavilə üzrə öhdəliyini lazımınca dərhal icra etməsi, binanın təhvil verilməsi, binanın təbii qazla təmin edilməsi, giriş qapısının və pəncərələrin yenisi ilə əvəz edilməsi, “xxxx” MTK-nın sədri seçilmədiyi üçün qanunsuz hesab edilməsi, yeni sədrin, üzvlərin ümumi yığıncaq vasitəsilə seçilməsi, payçılardan qəbul olunan vəsaitlər alınarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli, **** saylı qərarının kobud surətdə pozulmasına görə məsuliyyətə cəlb olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərə flərin izahatları: Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən onları ədalətli məhkəmə araşdırması hüququndan məhrum etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni sadalamaqla kifayətlənmiş, apelyasiya şikayətiunin dəlilləri üzrə düzgün araşdırma aparmamış və həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, “xxxx” MTK iş üzrə cavabdeh olmalı deyildir. Qeyd etmək zəruridir ki, binanın dövlət qeydiyyatına alınması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid məsələ olduğundan “xxxx” MTK Bakı şəhəri, ************ məhəllə (hazırda ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının istismara qəbul edilməm əsi ilə əlaqədar heç bir məsuliyyət daşımır. Çünki “xxxx” MTK binanın dövlət qeydiyyatına alınması üçün bütün zəruri hərəkətləri etmiş, bütün lazımi sənədləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmiş və müsbət rəyləri almışdır. Bununla yanaşı o, cavabdehin nümayəndəsi və vəkili kimi 05.12.2018-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin məhkəmə maddi və prosessual normaları düzgün tətbiq etməməklə yanaşı, cavabdehin müdafiə hüququnu pozmuşdur. Qeyd olunanlara əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli, 2(103)-11314/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx ” MTK-nın vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 05.12.2018ciiltarixliqətnaməsi ilə cavabdeh “xxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək, iş üzrəBakı şəhəri Xətai rayon Məhkəməsinin 16.03.2016-cı il tarixli 2(011)184/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmas ı, cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun ona aid edilməsiqənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarında olan “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış 20.12.2004-cü il tarixli müqavilənin 1.1-ci bəndindən müəyyən olunur ki, Bakı şəhəri, ******rayonu, ************ məhəllədə yerləşən binanın tikintisi başa çatdıqdan sonra həmin binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 107,2 m2 olan 3 otaqlı **** saylı mənzili kooperativ payçıya təhvil verməyi, payçı həmin mənzilin tam dəyərini ödədikdən sonra mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 2.1-ci bəndinin a yarımbəndindən müəyyən olunur ki, kooperativ obyektin tikintisinin lahiyə sənədlərinə və Tikintinin Norma-Qaydalarının tələblərinə uyğun surətdə başa çatdırılmasını öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinin b yarımbəndindən müəyyən olunur ki, kooperativ tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş **** saylı mənzilin ümumi sahəsi 107,2 m2 olan 7-ci mərtəbədə yerləşən 3 otaqlı mənzili payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Bakı Şəhər İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 05.11.2010-cu il tarixli ****saylı məktubdan görünür ki, Bakı şəhəri ************ məhəllədə “xxxx” MTK-nın inşa etdiyi yaşayış binasının dövlət komissiyası tərəfindən istismara qəbul edilməsi üçün “xxxx” MTK tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməmişdir. Mema rlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı ünvanladığı 04.02.2011-ci tarixli ***** saylı məktubdan müəyyən olunur ki, Bakı şəhəri ************ məhəllədə “xxxx” MTK-nın inşa etdiyi yaşayış binasının tikintisi və tikintinin istehsalat sənədləşdirilməsi Azərbaycan Respublikasının qüvvədə olan dövlət tikinti normalarının (AzDTN 1.6, 4.8, J və 6.9-cu bəndlər) mütləq tələblərinə uyğun tam başa çatdırılmadığı, “xxxx” MTK tərəfindən BŞİH-nə obyektin istismara qəbulu üçün dövlət komissiyasının yaradılması barədə heç bir müraciət edilmədiyi, Respublikanın mövcud qanunvericiliyinə görə təsdiq olunmuş layihə sənədlərinə və qüvvədə olan tikinti normalarına uyğun inşası (tikinti istehsalat sənədləşdirilməsi) tam başa çatdırılmamış obyektin istismara qəbulunun yolverilməzliyi, Bakı Şəhər İcra Hakimiyyəti ilə MTK-lar arasında tikinti obyektinin təhvilvermə öhdəliyi haqda hər hansı bir sənədin imzalanmadığı, tikintisi dövlət qeydiyyatından keçirilən bütün obyektlərin layihə sənədlərinin mütləq qaydada Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldığı, “xxxx” MTKnın yaşayış binasının dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmədiyi üçün həmin binada vətəndaşların yaşamasının qeyri-qanuni olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.12.2008-ci il tarixli ***** saylı qərarının 3.6.3-cü bəndinə əsasən obyektin dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildikdən sonra istismar oluna bilinməsi bildirilmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 18.04.2011-ci il tarixli İ-10 saylı məktubdan müəyyən olunur ki, Bakı şəhəri, ************** məhəllədə “xxxx MTK”-nın inşa etdiyi yaşayış binasının tikintisinin və tikintinin istehsalat sənədləşdirilməsinin “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu” Qaydaları üzrə uyğun tam başa çatdırılmadığı, bu səbəbdən də obyektin dövlət komissiyası tərəfındən istismara qəbul edilməsi üçün “xxxx” MTK tərəfindən Yerli İcra Hakimiyyətinə müraciət edilmədiyi, Mənzil Tikinti Kooperativləri və alıcılar arasında olan münasibətin qarşılıqlı razılaşdırılmış müqavilə əsasında tənzimləndiyi bildirilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İddiaçı ünvanladığı 14.03.2011-ci il tarixli 10/05-153-1504 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli ** ** saylı Qərarı ilə təsdiq edilmiş Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarının 1.4cü bəndinə əsasən ciddi hesabat blanklarının təşkilati-hüquqi formasından asılı olmayaraq təşkilatların və fərdi sahibkarların maliyyə təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi olduğu, həmin Qaydaların 1.3-cü bəndinə əsasən ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şəxslərin həmin blankların üzərinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən aldıqları xüsusi seriyaları həkk etməli olduğu, Qaydaların 2.1-ci bəndi nə əsasən ciddi hesabat blanklarının özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməli olduğu: 2.1.1 ciddi hesabat blanklarının sifarişçisi (vergi hesab-fakturaları istisna olmaqla): fiziki şəxs olduqda adı, soyadı və VÖEN-i; hüquqi şəxs olduqda adı və VÖEN-i. 2.1.1 ciddi hesabat blanklarını çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i). 2.1.3 ciddi hesabat blanklarının adı, seriya və nömrəsi, bu Qaydaların 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitlərinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edildiyi, Qaydaların 3.2-ci bəndinə əsasən isə ciddi hesabat blanklarının onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etməyə yol verilmədiyi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun olaraq nağd pul hesablaşmaların aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanu nvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfındən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyə sanksiyasının tətbiq edildiyi bildirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.05.2011-ci il tarixli 2(011)-1686/2011 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı müqavilə üzrə öhdəliyin lazımınca icra edilmə məsi nəticəsində ona dəymiş maddi zərərə görə 3500 manat, mənəvi zərərə görə 15000 manat olmaqla cəmi 18500 manat təzminatın ödənilməsi, cavabdeh “xxxx” MTK-dan mənzilin dəyərinin alınmasına dair ona verdiyi maliyyə arayışlarının qanunsuz hesab edilməsi, “xxxx” MTK-ya maliyyə sanksiyası tətbiq edilməsi və “xxxx” MTK tərəfindən ona münasibətdə ayrı-seçkiliyin qadağan olunmasına dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.02.2012-ci il tarixli 2(103)-375/2012 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.05.2011-ci il tarixli qətnaməsi qismən- öhdəliyin lazımınca icra edilməməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı müqav ilə üzrə öhdəliyin lazımınca icra edilməməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi hissəsində iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MTK-dan maddi zərərə görə 1210 manat, mənəvi zərərin əvəzi kimi 1000 manat olmaqla, cəmi 2210 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin «binanın təhvil verilməsi» ilə bağlı təqdim etdiyi sənədlərə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, həmin sənədlərə əsasən binanın təhvil verilməsi ilə bağlı yalnız bəzi orqanlarla razılaşdırma işləri aparılmışdır ki, bu da tam razılıqların alınması kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “xxxx” MTK Bakı şəhəri, *********** *** məhəllə (hazırda ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasını istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim etməməklə iddiaçının MTK-dan aldığı mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınmasının qarşısını almış, nəticədə iddiaçının əmlakı üzərində sərəncam vermək hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Tikinti nəzarətinin mərhələlərlə həyata keçirilməsi” Qaydalarının 3-cü bəndinə əsasən tikinti fəaliyyətinin hər bir mərhələsində dövlət nəzarəti agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində aşağıda göstərilən qaydada həyata keçirilir: 3.1. obyektin tikilməsinə icazə verilməsi mərhələsində: yerli icra hakimiyyəti və ya özünüidarəetmə orqanı tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqə ladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi ilə əvvəlcədən razılaşdırılmış və obyektin tikilməsinə icazə verilməsi haqqında qəbul edilmiş sərəncamın və ya qərarın bir nüsxəsi obyektə aid memarlıq-planlaşdırma göstərişləri və mühəndis kommunikasiyalarına qoşulmanın texniki şərtləri əlavə olunmaqla Agentliyə göndərilir. Həmin Qaydaların 3.6.-cı bəndinə əsasən obyektin istismara qəbul edilməsi mərhələsində: 3.6.1. tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştira kı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfındən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər; Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinin tam qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər; 3.6.2 yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər; 3.6.3. bu obyektlər müvafıq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfındən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər; 3.6.4. qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsiziiyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X1 Görülməsi və X3 Agentliyinin, Ekologiya və Təbii Sərvətiər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X2, Azərbaycan Respublikasının Əmiak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, eiektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafıq təşkilatların nümayəndələri daxil edilməlidir; 3.6.5. istismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir; 3.6.6. qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbu l edir və bu qərar akt formasında rəsmiləşdirilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayəti ilə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusu müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1. 1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli 2(103)-11314/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3025/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3025/2019
29.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver