Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3027/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)4079/2022 saylı qətnaməsindən İddiaçı1 verdiyi kassasiya şikayəti üzrə işə 18 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Bakı Şəhəri, Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli, 2(002)1455/2017 saylı qətnaməsinə əsasən "xxxx" BOKT MMC-nin iddia tələbi bütövlükdə təmin edilərək 23.850,44 ABŞ dolları məbləğində əsas borc, 3525,25 ABŞ dolları faiz və 5207,25 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 32582,79 ABŞ dolları kredit borcunun İddiaçı1 tutularaq "xxxx" BOKT MMC-nə ödənilməsi, tutmanın İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 saylı binanın 2 otaqlı, ümumi sahəsi 53,5 kv.metr olan 13 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 36.000 manat müəyyən edilməklə açıq hərracdan sat ılması, satışdan əldə olunan vəsaitdən kredit borcunun ödənilməsi qət edilmişdir.
2. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qismən təmin edərək, qətnaməni hesablanmış cərimə hissəsində qismən ləğv edərək 23.850,44 ABŞ dolları əsas borcun, 3.525,25 ABŞ dolları faizin və 100 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 27.475,54 ABŞ dollarının İddiaçı1 tutularaq "xxxx" BOKT MMC-nə ödənilməsi, mənzilin ilkin satış qiymətinin 58.500 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 27.475,54 ABŞ dollarının "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sonradan həmin işə kassasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli, 744 saylı əmlakın qiymətləndirilməsi barədə rəyinin ləğv edilməsi, əmlakın hərracda satılması ilə bağlı tərtib edilmiş 18 may 2021-ci il tarixli, 43/01 saylı hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 18 may 2021-ci il tarixli, 43/01 saylı hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqaviləyə əsasən aparılmış qeydlərin etibarsız hesab edilməsi və onun mülkiyyətində olması barədə çıxarış təqdim edilməsi barədə qətnamə qəbu l edilməsini xahiş etmişlər.
4. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 saylı binanın 2 otaqlı, ümumi sahəsi 53,5 kv.metr olan 13 saylı mənzilinin ilkin satış qiyməti 58.500 manat müəyyən edilmişdir. Amma buna baxmayaraq cavabdeh qurum borclu olaraq onlara heç bir bildiriş göndərmədən 2 dəfə ardıcıl hərrac keçirərək, mənzilin ilkin satış qiyməti birinci hərracda 15 % 49725 manat, 2-ci hərracda 25 % olmaqla 37293,75 manat müəyyən edilmiş və xx.xx.2021-ci il tarixdə 01/1346 nömrə ilə tərəflərə təklif olunmuşdur. Onlar cavabdeh tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı verdiyi rəylə razı deyil, amma buna baxmayaraq cavabdeh tərəfind ən mənzilin qiyməti barədə xx.xx.2021-ci il tarixdə onlara təqdim edilmiş 43/01 saylı “hərracın yekunları” barədə protokola əsasən məlum olmuşdur ki, mənzilin ilkin satış qiyməti 58.500 manat, təkrar hərracda satış qiyməti 49.725 manat müəyyən edilmişdir, ikinci hərracda əmlakın qiyməti 37.293,75 manat müəyyən edilərək tələbkar "xxxx" BOKT MMC-nə təklif edilmişdir. Beləliklə, əmlakın qiyməti sonuncu qiymətləndirmə ilə 37.293,75 manat müəyyən edilmişdir. Onlar mənzilin ilkin satış qiymətinin 58.500 manatdan, təkrar hərracda 37.293,75 manata endirilməsindən qəti narazıdırlar və hesab edirlər ki, bu qərəzli mövqe cavabdeh və tələbkarın birgə planlaşdırdıqları plandır və belə olan halda mülkiyyətçinin mülkiyyət hüquqları pozulur. Belə ki, həmin qiymətləndirmə tərəfindən verilmiş rəy onları q ane etmir. Ekspertin rəyinin qiymətin müəyyən edilməsi meyarı bəndində qiymətləndirici qiymətin hansı metodla müəyyən ediləcəyi barədə məlumatlar yerləşdirsə də, həmin metodun bu hansı formada tətbiq etdiyini əks edilməmişdir. Məsələn, mənzilin dəniz ətrafında yerləşməsi, bazara və orta məktəbə yaxın olması və sair. Halhazırda adı çəkilən evin bazar qiyməti 85.000-90.000 manat arasındadır (mənbə: əmlak.az, birja.az). Hazırki bazar qiymətindən aydın olur ki, qiymətləndirmə evin qiymətini ucuz qiymətləndirmişdir. Hesab edirlər ki, qiymətləndirmə əmlakı qiymətləndirərkən qanunun tələblərini pozduğundan əmlakın qiymətləndirilməsi barədə rəyi ləğv edilməlidir.
5. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı1 və İddiaçı2, "xxxx" BOKT MMC-yə və və Bakı şəhəri Qaradağ rayon icra və probas iya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 02 saylı bildirişin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 yanvar 2018-ci il tarixli, 2(103)-463/2018 saylı icra vərəqəsi üzrə ipoteka qoyulan sözügedən mənzilə yönəldilməsi, mənzilin hərracda 58.500 manat ilkin, təkrar hərracda isə 49.725 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2021-ci il tarixdə saat 11.00-da keçiriləcəyi bildirilmişdir.
6. İş materiallarında olan Hərrac Təşkilatının 43/01 saylı, xx.xx.2021-ci il tarixli və hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı2 məxsus olan sözügedən mənzil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 yanvar 201 8-ci il tarixli, 2(103)-463/2018 saylı icra vərəqəsinin, Qaradağ rayon icra şöbəsinin xx/xx168699/4 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 58.500 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 49.725 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 37.293,75 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir.
7. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 məxsus olan qeyd olunan mənzillə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir.
8. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4858/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadı ilə iddiaçıların cavabd ehə qarşı “qiymətləndirmə rəyinin ləğvi” tələbinə dair mülki işin icraatına xitam verilmişdir.
9. Belə ki, məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia tələbinə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 yanvar 2018-ci il tarixli 2(103)-463/2018 saylı qətnaməsi ilə münasibət bildirilmiş və hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır.
10. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4858/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia rədd olunmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan sonra tələbkar Bank tərəfindən borclulara mənzilin hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" BOKT MMC-yə təklif olunmuşdur. Həmçinin hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, 18 may 2021-ci il tarixli, 43/01 saylı hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin, habelə alqı-satqı barədə müqaviləyə əsasən aparılmış qeydlərin etibarsız hesab edilməsi hissəsində də iddia tələbi əsassızdır, həmin hissədə məhkəmə iddia tələbinə əlavə qiymət verilməsinə lüzum görməmişdir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2 maddəsinə, “İpoteka haqqında” Qanunun 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8-ci maddələrinə və “İcra haqqında” Qanunun 53.1, 53.3, 62.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi, mənzilin hərracda satılması ilə bağlı tərtib edilmiş 18 may 2021-ci il tarixli, 43/01 saylı hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində 18 may 2021-ci il tarixli, 43/01 saylı Hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı ba rədə müqaviləyə əsasən aparılmış qeydlərin etibarsız hesab edilməsi və əmlakın onun mülkiyyətində olması barədə çıxarışın onlara təqdim edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə əsas kimi cavabdeh tərəfindən hərracın keçirilməsi ilə bağlı guya iddiaçıların xəbərdar edilməsi barədə bildirişlərin məhkəməyə təqdim edilməsi olmuşdur. Halbuki, həmin bildirişlərin onlar tərəfindən alınmadığı məhkəmədə sübut olunsa da, işə baxan məhkəmə bu hissəyə hüquqi qiymət verməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 2(103)-4079/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər– E.Ə.Mehdiyev sə drlik edən, məruzəçi, N.Ş.Cəfərov və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.
17. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə, “İpoteka haqqında” Qanunun 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8-ci maddələrinə və “İcra haqqında” Qanunun 53.1, 53.3, 62.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilm əsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayət işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, qəbul edilmiş qətnamə üzrə işin faktiki halları üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə prosessual hüquq normaları səhv təsfir edilərək tətbiq edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçi rilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
22. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
23. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ip oteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
24. M addə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
25. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
26. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəti cələrə səbəb olur.
27. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
29. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imt ina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
30. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
34. Maddə 40 7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı1 tərəfindən mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı onun kassasiya şikayətinə əsasən ona aid hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi, apelly asiya instansiyası məhkəməsinin iddiaçı Semyur Mirzəyevə aid hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslanırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə İddiaçı1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir.
42. Bundan sonra hərrac təşkilatçısı tərəfindən borclulara mənzilin hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmiş və nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" BOKT MMC-yə təklif olunmuşdur.
43. Apellyasiya instansiyası m əhkəməsi işin faktiki hallarını nəzərə alıb, İddiaçı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, sözügedən hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hərracın keçirilməsi qaydasının pozulması öz təsdiqini tapmadığı üçün 18 may 2021-ci il tarixli, 43/01 saylı hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin, habelə alqısatqı barədə müqaviləyə əsasən aparılmış qeydlərin etibarsız hesab edilməsi hissəsində də iddia tələbi əsassızdır. Bu səbəbdən də iddianın h əmin hissəsinə əlavə qiymət verilməsinə lüzum yoxdur.
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin İddiaçı1 münasibətdə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, onun kassasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməli və işdə, mənzilin hərracda satılması ilə bağlı tərtib edilmiş 18 may 2021-ci il tarixli, 43/01 saylı hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə mənzilin alğı-satqısı barədə müqavilənin ləğv edilməsi üçün qanunda nəzərdə tutulan əsaslar olmadığına görə qətnamə İddiaçı1 kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
46. Belə ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən qanunla müəyyən edilmiş müddətdə hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir.
47. Kassator, kassasiya şikayətində hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmədiyini göstərsə də, bu hal mülki iş materialları ilə istisna olunur. Belə ki, işə əlavə edilmiş sifarişli poçt göndərişinin çatdırılması haqqında bildirişlərdən görünür ki, həmin bildirişləri ipoteka qoyan və ailə üzvləri imza etməklə qəbul etmişlər.
48. Digər tərəfdən kassator, kassasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə də razılaşmır. Belə ki, işdən görünür ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Belə olan halda kassatorun həmin məsələni yenidən müzakirə predmetinə çevirməsi qanuni və əsaslı sayıla bilməz.
49. Kassasiya instansiyası məhkəməsi həmçinin borclu ilə ipoteka qoyanun bir ailənin üzvləri olduğunu, ipoteka qoyanla yanaşı borclunun da hazırki işdə birgə iddiaçı qismində iştirak etdiyini və səbəbdən də borclu İddiaçı1 də ipoteka qoyanın ailə üzvü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında mübahisələndirmək hüququnun olduğunu nəzərə alır.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: İddiaçı1 kassasiya şikayəti təm in edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-4079/2022 saylı qətnaməsi İddiaçı1 kassasiya şikayətinə əsasən ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.