Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3027/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X21 və İddiaçı3 Rahib qızının Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və Gədəbəy rayon notariat ofisi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vərəsəlik şəhadətnaməsi alınması üçün müddətin uzadılması, miras əmlaka dair çıxarışın və onun verilməsinə əsas olan sənədlərin ləğv edilməsi” tələbi) (Mülki mübahisənin kateqoriyası: Vərəsəlik hüququndan irəli gələn mübahisələr; Mirasın bölüşdürülməsi ilə bağlı mübahisələr; Mirasın rəsmi qəbulu ilə bağlı mübahisələr; Mirasdan məcburi pay tələbi ilə bağlı mübahisələr ) Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı X21 və İddiaçı3 Rahib qızının Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və Gədəbəy rayon notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsi alınması üçün müddətin uzadılması, eləcə də miras əmlaka dair çıxarışın və onun verilməsinə əsas olan sənədlərin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 aprel 2024-cü il tarixli 2(104)-58/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 1 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyə n etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80 kv metr olan 3 yaşayış otağından ibarət fərdi yaşayış evi Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən verilmiş k-2V-96 reyestr nömrəli, xx.xx.1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum Tağıyev Məsim Əli oğlunun adından X4 adına özgəninkiləşdirilmiş və sonuncunun adına əmlakdan payı ½ hissə olmaqla 574 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Tağıyev Məsim Əli oğlunun və X9 adına torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir;
2. Doğum haqqında arayışın surətinə əsasən, X21 18 avqust 1960-cı il tarixdə doğulmuşdur, atası Tağıyev Məsim Əli oğlu, anası X7r;
3. Doğum haqqında arayışın surətinə əsasən, Cavabdeh xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur, atası Tağıyev Məsi m Əli oğlu, anası X7r;
4. Ər-arvadın ümumi birgə əmlakındakı paya görə sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında K-2B-95 nömrəli şəhadətnamənin surətinə əsasən, 12 iyun 1979-cu il tarixdə ölmüş Tağıyev Məsim Əli oğlunun arvadı X5 birgə nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ məxsusdur. Mülkiyyət hüququ təsdiq edilən əmlak 1960-cı ildə inşa edilmiş divarları but daşlarla hörülmüş üstü kirəmit kərpiclə örtülmüş ümumi sahəsi 80 kv metr olan yaşayış sahəsi və 61,5 kv metr olan üç otaqdan ibarətdir;
5. Qanun üzrə vərəsəlik hüququ haqqında K-2B-96 nömrəli şəhadətnaməyə əsasən 12 iyun 1979-cu il tarixdə ölmüş Tağıyev Məsim Əli oğlunun arvadı X10 miras qoyandan qalan əmlakdan miras payı almışdır. Şəhadətnamə verilən miras əmlak 1960-cı ildə in şa edilmiş divarları but daşlarla hörülmüş üstü kirəmit kərpiclə örtülmüş ümumi sahəsi 80 kv metr olan yaşayış sahəsi və 61,5 kv metr olan birmərtəbəli üç otaqdan ibarət yaşayış evinin ½ hissəsindən ibarətdir;
6. Qanun üzə vərəsəlik hüququ haqqında 29 iyul 2005-ci il tarixli K-2V-67 nömrəli şəhadətnamənin surətinə əsasən, X5 vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak Gədəbəy şəhərində yerləşən 1960-cı ildə divarları but daşla hörülmüş üstü kirəmit kərpiclə örtülmüş ümumi sahəsi 80 kv metr yaşayış sahəsi 61,5 kv metr olan üç otaqdan ibarətdir; 7. 1004 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən, ünvan 2 ünvanda yerləşən kürsülü birmərtəbəli 3 otaqlı ümumi sahəsi 80 kv metr olan yaşayış sahəsi 61,5 kv metr olan yaşayış evi Gədəbəy rayon notariat kontoru tərəfindən veril miş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən X8 məxsus olmuşdur;
8. Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü adlı sənədə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli 03 nömrəli qərarı ilə Cavabdeh 599.44 kv metr həyətyanı torpaq sahəsi verilmişdir;
9. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, Tağıyev Məsim Əli oğlu xx.xx.1979-cu il tarixdə ölmüşdür;
10. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X11 xx.xx.2004-cü il tarixdə ölmüşdür; 11. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, ünvan 3 ünvanında yerləşən 170,5 kv metr f ərdi yaşayış evi və evin yerləşdiyi 0,599 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır; İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçılar X21, İddiaçı2 Rahib oğlu və İddiaçı3 Rahib qızı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və Gədəbəy rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.599 ha torpaq sahəsindən ibarət miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin uzadılması və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli qeydiyyatın və qeydiyyata əsas olmuş sənədlərin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin altındakı torpaq sahəsi mərhum Tağıyev Məsim Əli oğluna və mərhum X12 məxsus olmuşdur. Tağıyev Məsim Əli oğlu öldükdən sonra ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 80 kv metr olan üç yaşayış otağından ibarət fərdi yaşayış evi Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən verilmiş k-2V-96 reyestr nömrəli, xx.xx.1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Tağıyev Məsim Əli oğlunun adından X1nın adına özgəninkiləşdirilmiş və sonuncunun adına əmlakdan payı ½ hissə olmaqla 574 inventar nömrəli texniki pasport tərtib edilmişdir. X1 xx.xx.2004-cü il tarixdə ölmüş, övladları X21, X2 2, Cavabdeh və X19 vərəsələri olmuşlar. X22 2001-ci ildə vəfat etmişdir. İddiaçı X3 Federasiyasının vətəndaşıdır və orada yaşayır. O, mərhum anası X4 birinci növbə vərəsələrindən biridir. Mərhum anası öldükdə dəfndə iştirak edib və dəfn xərclərinin ödənilməsinə köməklik edib. Hazırda miras əmlakda yaşayan Cavabdeh xx.xx.1984-cü il tarixdə Gədəbəy dövlət notariat kontoruna ərizə yazaraq atası vəfat etdikdən sonra qalmış evin və torpaq sahəsinin kiçik qardaşı X14 adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçının digər mərhum qardaşı X22 da atasından miras qalmış evdən onun payına düşən hissəsindən iddiaçı X14 xeyrinə imtina etməsi barədə ərizə vermişdir. X1 da xx.xx.1984-cü il tarixdə ərizə verərək miras əmlakdan payını kiçik oğlu iddiaçı X17 bağışladığını bildirmişdir. Cavabdeh faktiki olaraq miras əmlakda yaşamasına baxmayaraq, iddiaçı uzun müddət elə zənn etmişdir ki, miras əmlak ona qalıb. O, Rusiya Federasiyasında yaşadığına və Azərbaycana gəlib-gedə bilmədiyinə görə miras əmlakı sənədləşdirə bilməmişdir. Miras əmlakı sənədləşdirmək üçün müraciət etdikdə, ona Cavabdeh, mərhum X15 və X1nın mirasdan imtina ərizələrinin notariusda təsdiq edilmədiyi bildirilmiş və mirasdan yalnız pay almaq hüququnun olması izah edilmişdir. Notariat kontoruna ərizə ilə müraciət etdikdə ona 05 mart 2020-ci il tarixdə 89 saylı imtina cavabı verilmişdir. Mirası qəbul etmək üçün müddətin bərpa edilməsi tələbi haqqında Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia tələbi təmin edilməmişdir. Cavabdeh 2021-ci il tarixdə notariat ofisinə müraciət etmiş, notarius hansı səbəbdənsə vərəsələrin dairəsini müəyyən etmədən və onların mirası qəbul edibetmədiklərini müəyyən etmədən, ona vərəsəlik şəhadətnaməsi vermiş və həmin şəhadətnamə əsasında cavabdeh miras əmlaka mülkiyyət hüququnu qeydə aldırmış və müvafiq Çıxarış almışdır. Çıxarış qanunsuz əsaslarla əldə edildiyi üçün ləğv edilməlidir. Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlər də ləğv edilməlidir. Bundan başqa əgər mirasın qəbul edilməsi üçün müddət üzürlü hesab edilərsə, iddiaçılar da mirasdan pay ala bilər.
14. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 14 oktyabr 2022-ci il tarixli 2(042)-720/2022 nömrəli (hakim F.B.Mirzəquliyev) qətnaməsi ilə, iddia tələblərinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
15. Məhkəmənin mövqeyinə əsasən, iddiaçının mərhum anası X11 xx.xx.2004-cü il tarixdə öldükdən sonra X23 və digər vərəsələr ondan qalmış əmlakı miras kimi qəbul etməmişlər. İddiaçı1 Rusiya Federasiyasında yaşayır və anasının dəfn mərasimində iştirak etdikdən sonra Rusiya Federasiyasına qayıtmışdır. Yəni, o, və digər iddiaçılar mirasqoyanın vəfatı ilə mirasın açıldığını bilmiş, lakin mirasın açıldığı vaxtdan keçən 16 il ərzində mirası qəbul etmələrini ifadə edən heç bir hərəkətlər etməmişlər. İddiaçılar mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək uzadılması, xx.xx.2021-ci il tarixli, ********** nömrəli, **********59-10301 reyestr nömrəli qeydiyyatdan Çıxarışın və qeydiyyata əsas olmuş sənədlərin, o cümlədən, qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək halları təsdiq edən heç bir sübutu təqdim etməmiş, ləğv edilməsini tələb etdikləri sənədlərin siyahısını belə dəqiqləşdirməmişlər. Ona görə də iddia tələbləri təmin edilməməlidirlər. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, iddiaçılar İddiaçı3 Rahib qızı və İddiaçı2 Rahib oğlu mirasqoyanın daha əvvəl vəfat etmiş övladı X15 övladlarıdırlar və onların valideyni X22 mirasqoyan X6 daha əvvəl vəfat etdiyi üçün vərəsə deyildirlər.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29.5, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1246 və 1248.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin (bundan sonra-MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məh kəməsindəki icraat:
17. Qətnamədən narazı qalan iddiaçı X21 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(042)-720/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı X21 iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qətnaməsində də qeyd edilmişdir ki, miras qoyan X10 02 oktyabr 2004-cü il tarixdə öldükdən sonra Cavabdeh ondan qalmış miras əmlakı qəbul etməmişdir. Qətna mədə həmçinin qeyd edilmişdir ki, iddiaçı X3 Federasiyasında yaşayır və anasının dəfn mərasimində iştirak etdikdən sonra Rusiya Federasiyasına qayıtmışdır. Yəni, o və digər iddiaçılar miras qoyanın vəfatı ilə miras açıldığını bilmiş, lakin miras açıldığı vaxtdan keçən 16 il ərzində mirası qəbul etmələrini ifadə edən hər hansı hərəkət etməmişlər. Məhkəmənin gəldiyi bu nəticə iş üzrə Cavabdeh da aid edilməlidir. Cavabdeh da Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır. O da dəfndən sonra Rusiya Federasiyasına getmiş və uzun müddət ərzində digər vərəsələr kimi mirası qəbul etməmişdir. Cavabdeh 27 oktyabr 2021ci il tarixdə mirası qəbul etmiş və öz adına sənədləşdirərək miras əmlaka dair çıxarış və texniki pasport almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yan ında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 11 saylı ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 80 kv metr olan 3 yaşayış otağından ibarət fərdi yaşayış evinə dair Gədəbəy rayon dövlət notariat kontorunun K-2V-96 reyestr nömrəli xx.xx.1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum atası Tağıyev Məsim Əli oğlunun adından mərhum anası X5 adına özgəninkiləşdirilmiş və sonuncunun adına əmlakdan payı ½ hissə olmaqla 574 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Arayışın məzmunundan aydın olur ki, miras əmlakın yarısı ½ hissə miras qoyanın adına özgəninkiləşdirilib. Qalan ½ hissə isə vərəsələrin ümumi birgə mülkiyyəti üzrə bərabər paylardır. Cavabdeh isə əsassız olaraq miras əmlakı bütövlükdə öz adına sənədləşdirmişdir. Cavabdeh 26 yanvar 1984-cü il tarixdə Gədəbəy dövlət notariat kontoruna ərizə yazaraq atası vəfat etdikdən sonra qalmış evin və torpaq sahəsinin kiçik və doğma qardaşı X14 adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Mərhum qardaşı X22 da atasından miras qalmış evdən onun payına düşən hissəsini qardaşı onun xeyrinə imtina etməsi barədə ərizə vermişdir. Hətta mərhum anası X10 da 26 yanvar 1984-cü il tarixdə ərizə verərək miras əmlakdan payını ona bağışladığını bildirmişdir. Həmin ərizələrin əsilləri məhkəməyə təqdim edilmiş, lakin qətnamədə iş üzrə sənədlər göstərilməmişdir. O da həmin ərizələr əsaslanaraq uzun müddətdir zənn etmişdir ki, miras əmlak ona qalıb.
19. İddiaçı X21 əlavə olaraq bildirmişdir ki, miras qoyanın ölümündən sonra iddiaçı Höküm Tağıyevdən başqa digər vərəsələr mirası nə faktiki, nə də ki r əsmi qaydada qəbul etməmişlər. Miras qoyanın ölümündən sonra onun vərəsələri Höküm, Şikar Rahib və Aygün adlı uşaqları olmuşdur. X16 2001-ci ildə vəfat etmiş olsa da, lakin onun Xəyal və Xəyalə adlı övladları vardır. Miras qoyanın digər birinci növbəli vərəsələri isə sağdırlar.
20. İddiaçı X14 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələblərində vərəsəlik şəhadətnaməsi alınması üçün müddətin uzadılmasını xahiş etsələr də, artıq buna ehtiyac qalmamışdır. Belə ki, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri artıq yeni hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüşdür. Hazırkı iddianı qaldırmaqda məqsədləri də məhz miras əmlaka dair Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etiba rsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, nəticədə miras əmlakdan qanun üzrə vərəsə olan iddiaçının miras əmlaklardan payının müəyyən olunmasıdır.
21. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum anasından miras qalan əmlaka dair 2005-ci ildə vərəsəlik şəhadətnaməsi alanda qardaşı Höküm Tağıyevlə öz aralarında razılığa gəlmişlər və bu razılıq əsasında miras qalmış evi vərəsəlik yolu ilə öz adına keçirtmişdir. Bundan başqa, miras qalmış evi öz adına sənədləşdirdikdən sonra evdə əlavə işlər görmüş və bunlara görə müəyyən xərclər çəkmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) X18 izahatında bildirmişdir ki, vərəsə X13 öz payından iddiaçı X14 xeyrinə imtina etməsi barədə sənəd yoxdur. Miras qoyan X7r, 2001-ci ildə və fat etmiş Rahib Tağıyev isə mirasqoyanın oğlu olmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə X2 qalmış miras əmlak olaraq yalnız yaşayış evi göstərilmişdir. Bu səbəbdən də miras qoyanın qanun üzrə birinci növbəli vərəsələrinin yalnız evə münasibətdə payları müəyyən edilə bilər və buna etirazları yoxdur.
22. İddiaçı3 Rahib qızı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum atası Rahib Tağıyev mərhum nənəsinin qanun üzrə birinci növbəli vərəsəsidir. Lakin atası nənəsindən əvvəl vəfat etmişdir. Mərhum nənəsindən atasına çatmalı olan miras payı ona və qardaşı İddiaçı2 çatmalıdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə izahatında bildirmişdir ki, Mərhum əri Rahib Tağıyev mərhum anası ədalət Ələkbərovanın qanun üzrə birinci növbəli vərəs əsidir. Lakin əri anasından əvvəl vəfat etmişdir. Rahibin 2 Xəyal və Xəyalə adlı övladları vardır. Ona görə də, mərhum qayınanasından mərhum ərinə çatası miras payı üzərində onun övladlarının payı müəyyən edilməlidir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və 29 iyul 2005-ci il tarixli K-2V-67 nömrəli şəhadətnamən etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, nəticədə miras əmlakdan qanun üzrə vərəsə olan mərhum əri Rahib Tağıyevə onun anasından çatası miras pay üzərində övladları İddiaçı2 və İddiaçı3 bərabər paylarının müəyyən edilməsini xahiş etmişdir.
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 aprel 2024-cü il tarixli 2(104)-58/2024 nömrəl i qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(042)-720/2022 nömrəli qətnaməsinin “İddiaçı2 Rahib oğlunun Cavabdeh, üçüncü şəxslər X19 və Gədəbəy rayon notariat ofisinə qarşı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,599 ha torpaq sahəsindən ibarət miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin uzadılması və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli qeydiyyatın və qeydiyyata əsas olmuş sənədlərin ləğv olunması barədə iddiasının təmin edilməməsi” hissədə ləğv edilməsi və həmin hissədə, yəni İddiaçı2 Rahib oğluna münasibətdə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
24. Gəncə Apellyasiya Məhkəməsi (bundan sonr a-apellyasiya instansiyası məhkəməsi) Mülki kollegiyasının 2(104)-58/2024 saylı, 9 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.T.Həsənov (sədrlik edən və məruzəçi), L.S.Süleymanov, Ş.Q.Rzaquliyev) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(042)-720/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən Cavabdeh adına verilmiş 29 iyul 2005-ci il tarixli K-2V-67 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** q eydiyyat nömrəli, **********59- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ünvan 3 ünvanında yerləşən 170.50 kv metr fərdi yaşayış evinin 80 kv metr hissəsinə münasibətdə ləğv edilməsi, miras qoyan X2 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 80 kv metr hissəsi üzərində iddiaçı X21, Cavabdeh, üçüncü şəxs X19 və mərhum X15 hər birinin ¼ hissədə bərabər paylarının müəyyən edilməsi, miras qoyan X5 qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum X22 vəfat etdiyindən onun miras əmlak üzərində müəyyən olunan ¼ hissədə payı qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı3 Rahib qızına verilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, iddiaçı X14 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya baxışı zamanı verdiyi izahatında hazırkı iddianı qaldırmaqda məqsədlərinin miras əmlaka dair Cavabdeh adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlak üzərində paylarının müəyyən olunmasından ibarət olduğunu bildirmişdir.
26. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların tələbində miras əmlakın vərəsələr arasında paylara bölünməsi nəzərdə tutulmasa da, lakin iddiaçıların son hüquqi hədəfi pozulduğunu irəli sürdükləri vərəsəlik hüququnun təmin edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, onların mirasın qəbulu ilə bağlı müddətin uzadılmasını, habelə cavabdehin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsini tələb etməkdə əsas hüquqi hədəfləri miras əmlakın vərəsələr arasında paylara bölünməsindən ibarət olmuşdur. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə miras qoyandan miras əmlakının onun qanun üzrə birinci növbəli vərəsələri arasında paylara bölünməsi yolveriləndir.
27. Miras qalan əmlak ünvan 2 ünvanda yerləşən kürsülü birmərtəbəli 3 otaqlı ümumi sahəsi 80 kv metr olan yaşayış evinə dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin evə dair yuxarıda göstərilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törəmişdir. Buna görə də, həmin əmlaka dair vərəsəlik hüqu qu haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, əmlaka dair törəmə hüquq münasibəti olan cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da (80 kv metr fərdi yaşayış evinə münasibətdə) ləğv edilməlidir.
28. Miras qoyan X5 miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq qeyd edir ki, miras əmlak olan ünvan 2 ünvanda yerləşən kürsülü birmərtəbəli 3 otaqlı ümumi sahəsi 80 kv metr olan yaşayış evinə miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan X21, Cavabdeh, X19 və 2001-ci ildə vəfat etmiş X15 hər birinin ¼ hissədə vərəsəlik payları müəyyən edilməlidir.
29. Məhkəmə əlavə olaraq göstərmişdir ki, iddiaçılar ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,599 ha torpaq sahəsinin miras əmla k olaraq vərəsələr arasında paylara bölünməsini tələb etsələr də, iş materiallarından müəyyən olunur ki, həmin torpaq sahəsi miras qoyan Ədalət Ələkbərovadan miras qalmış əmlak olmamışdır. Həmin torpaq sahəsi Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Cavabdeh mülkiyyətinə verilmişdir ki, bu halda da həmin torpaq sahəsinin miras kütləsinə aid olması yol verilən deyildir.
30. Yuxarıda göstərilən halları nəzərə alaraq apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunma lı və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2, 1145, 1146, 1159.1, 1193, 1194, 1195, 1201 və 1256-cı maddələrinə, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il, 2(104)-58/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbule dilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti belə əsaslandırılmışdı r ki, mübahisəli mülk 2021-ci ildən cavabdehin mülkiyyətindədir. Mülkün yerləşdiyi torpaq sahəsi həmçinin onun mülkiyyətimdədir. Belə ki, həmin torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli qərarı ilə ona verilmişdir. Apellyasiya instansiya məhkəməsi onun mülkiyyətində olan torpaq sahəsində yerləşən, onun mülkiyyətimdə olan yaşayış evinə iddiaçıların paylarını müəyyən etməkdə, həmçinin dövlət reyestrindən Çıxarışını ləğv etməkdə haqlı olmamış, onun mülkiyyət hüququnu pozmuşdur. Mübahisəli mülk qeyd edilən qərar çıxarılmazdan 2 il əvvəl artıq onun mülkiyyətində idi. Qərarın özündə onun geriyə qüvvəsinin olması qeyd edilməyib. Həmçinin Qərarın müddəalarının hazırki işə tətbiq edilməsi ona ziyan vurur və onun vəziyyətini pisləşdirir. Buna görə apellyasi ya məhkəməsi Konstitusiya Məhkəməsinin qeyd edilən qərarını hazırki işə ətbiq edilə bilməzdi. Miras 2004-cü ilin oktyabr ayında açılıb. Həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına uyğun olaraq mirası yalnız o qəbul etmişdir, digər vərəsələr mirası qəbul etməmişlər. Onun 2005-ci ildə vərəsəlik şəhadətnaməsi alan zaman iddiaçı da daxil olmaqla bütün vərəsələrə bu barədə məlumat vermişdir, lakin digər vərəsələr, o cümlədən iddiaçı Höküm Tağıyev mirasdan pay istəmədiklərini bildirmişlər. Əgər belə olmasaydı iddiaçılar uzun illər sonra deyil, daha əvvəl bu cür iddiailə məhkəməyə müraciət edərdilər. Apellyasiya instansiya məhkəməsi qətnaməni çıxararkən qeyd edilən maddələrin tələblərini nəzərə almamış, yanlız özünün irəli sürdüyü hüquqi dəlillərdən ibarət qət namə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi qətnamə çıxararkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına deyil, hazırda qüvvədə olan maddi hüquq normalarına əsaslanmışdır. Bu isə qanunsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir. iddiaçıların hazırki iddia tələbində mirasdan paylarının müəyyən edilməsi ilə bağlı tələbləri omamışdır və istər birinci, istərsə də apellyasiya məhkəməsində iddia həcminin artırılmasına dair ərizə ilə müraciət etməmişlər. Buna baxmayaraq, həmçinin qanunda göstərilən hər hansı müstəsna hal olmadığı halda məhkəmə iddia tələblərindən kənara çıxaraq, miras mülkdən payları müəyyən etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini formal mülahi zələrə görə ləğv etmişdir.
34. Cavabdeh kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7, 1243.2 və 1246 və Azərbaycan Respublikası MPM-in 9.3, 14, 77.1, 217, 218.3, 385.2 və 418-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
35. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
36. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tama milə və ya qismən etibarsız sayılır.
37. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
38. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
39. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
40. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
41. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
42. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
43. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər.
44. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
48. Maddə 217.3. Qətna mə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
53. Cav abdehin kassasiya şikayətinin dəlilləri iddiaya etirazında və məhkəmə iclaslarında irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış h üquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-58/2024 nömrəli iş üzrə 9 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.