Məhkəmə qərarları › İş №2(102)-3028/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3028/2021

02.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3028/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik, işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş şəxsin iştirakı olmadan baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçının vəkil i Vəkil, cavabdehin vəkili X29 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8568/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 073822 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, X saylı mənzili X18 adına 26.04.2001-ci il tarixdə qeyda alınmışdır. 4 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyul 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətin dən görünür ki, X24 19 iyul 2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 iyul 2019-cu il tarixdə 1493 nömrəli akt qeydi tərtib olunmuşdur. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 noyabr 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 19 oktyabr 2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 noyabr 2019-cu il tarixdə 224 nömrəli akt qeydi tərtib olunmuşdur. 4 saylı Bakı “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinin 80 saylı, 15 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı onun anasının əmisi qızı X6 miras əmlakın vərəsə kimi qəbul etmək barədə ərizəsinə baxılmış və qanunvericiliyə uyğun olaraq ona beşinci növbədə vərəsə kimi qəbul etmək istədiyi miras əmlak olan ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.07.2019-cu il tarixdə vəfat etmiş X20 və 19.10.2019-cu il tarixdə vəfat etmiş X4 üzrə vərəsə olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun anasının əmisi qızı 10.11.1937-ci il təvəllüdlü, X24 19.07.2019 -ci ildə vafat etmişdir. Vəfatından sonra onun oğlu X16 anasından qalmış miras əmlakını qəbul etmək üçün notariusa müraciət etmiş və onun ərizəsinə əsasən V415/2019 saylı vərəsəlik işi açılmışdır. Lakin, müraciətindən sonra, 19.10.2019-cu il tarixdə o, ölmüşdür. İddiaçı qohumları olan X21 və onun oğlu X14 dəfn etmiş və bütün lazım olan xərclərini çəkmişdir. Həmin vaxtdan qeyd olunan miras qalmış mənzili faktiki olaraq qəbul etmiş və sahiblik etmişdir. Buna əsaslanaraq 09.01.2019-cu il tarixdə iddiaçı ölən X12 və anasının beşinci növbədə vərəsəsi kimi Bakı şəhəri, X mənzilinə dair vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi üçün notariusa müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.5 madəsinə və 1134.1-ci maddələrinə istinad etməklə iddiaçıya qanun üzrə vərəsəlik Şəhadətnaməsinin verilməsindən i mtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanuna uyğun deyil, məhkəmə qaydasında onun vərəsəlik hüququ müdafiə olunmalıdır və ona həmin şəhadətnamə verilməlidir. Belə ki, iddiaçının babası X30 və X31 doğma qardaşdırlar. İddiaçının anası Nikulina Nadejda X1r, ölən (mirası qoyan) X3r. İddiaçı X8r. Ölən X16 ölən X5r. Başqa vərəsələr olmadığına görə iddiaçı ölən həm X, həm onun oğlu X qanun üzrə vərəsəsidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Adilə Paşayeva) 2(008)-1876/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, X məxsus olmuş və o, 19.07.2019-cu il tarixdə vəfat etmişdir. Onun oğlu X16 anasından qalan mirası qəbul etmək üçün ərizə ilə notariusa müraciət etmiş, vərəsə lik işi açılmış, lakin o, miras qəbul edilənədək vəfat etmiş, ondan sonra mirası heç kəs qəbul etməmişdir. İddiaçı mirası qəbul etmək üçün müraciət etsə də, 4 saylı Bakı “Asan Xidmət” mərkəzində yerləşən notariat tərəfindən iddiaçıya vərəsəlik şəhadətnaməsi verilməsindən imtina olunmuş, bunun səbəbi kimi iddiaçının ölən X vərəsəsi olmaması qeyd olunmuşdur. İddiaçı notariusun imtinasını ona görə əsassız hesab edir ki, onun fikrincə o, X yox, nın vərəsəsidir. Məhkəmə hesab etmişdir ki, X28 öldükdən sonra onun birinci növbəli vərəsəsi kimi oğlu X anasından qalan mirası qəbul etmək üçün müraciət etməsi, buna əsasən vərəsəlik işinin açılması, lakin onun mirası qəbul edənədək vəfat etməsi, qeyd olunan mirasdan pay almaq hüququnun irsi transmissiya üzrə artıq X vərəsələrinə keçməsi anlamına gəl ir. İddiaçı iddiasında ona istinad edir ki, irsi transmissiya üzrə X vərəsələrinin mirası qəbul etməməsi həmin mirası almaq hüququnun yenidən ondan əvvəl ölən anası nın vərəsələrinə keçməsi deməkdir. Lakin, qanunvericinin belə bir müddəasının olmaması iddianın bu dəlilinin əsassız olduğunu göstərir. Həmçinin Mülki Məcəllənin 1165.1-ci maddəsində iddiaçının göstərdiyi dəlilin tam əksi müəyyən olunaraq göstərilmişdir ki, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Digər tərəfdənsə, iddiaçı qeyd edir ki, əgər o, artıq nın vərəsəsi olmaq hüququndan məhrum olunubsa da, onun X vərəsəsi kimi mirasdan pay almaq hüququ var. Məhkəm ə iddiaçının qeyd olunan dəlilinə dair onu qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə qanunverici qanun üzrə vərəsəlik zamanı vərəsə ola biləcək şəxslərin siyahısını dəqiq müəyyən etmişdir ki, iddiaçı həmin siyahı üzrə X vərəsəsi sayıla bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159, 1165, 1252-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Tanrıverdiyev sədrlik edən və məruzəçi, T.Səmədov və İkram Şirinov) 2( 103)-8568/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin ediərək, iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən İddiaçı 19.07.2019-cu il tarixdə vəfat etmiş X7 üzrə vərəsəsi hesab edilməsi hissəsində təmin edilməsinə dair yeni qətnamə qəbul edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfəindən müəyyən edilmişdir ki, 4 saylı Bakı “Asan” Xidmət Mərkəzində notariat ofisinin notariusu tərəfindən İddiaçı qanun üzrə vərəsələrin sırasına daxil edilməməsi üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 19 iyul 2019-cu ildə vəfat etmiş miras qoyan X20 ərizəçi İddiaçı anası olmuş 12 iyun 2009-cu ildə və fat etmiş X23 sonra vəfat etməsi səbəbindən Mülki Məcəllənin 1134-cü maddəsinə əsasən İddiaçı qanun üzrə vərəsələrin sırasına daxil edilməsinin mümkün olmaması; X2 olmuş X16 anasından miras qalmış əmlakı qəbul etmək üçün ərizə ilə müraciət etdikdən sonra vəfat etməsi səbəbindən Mülki Məcəllənin 1252-ci maddəsində nəzərdə tutulmuş irsi transmisiya institutunun işə düşməsi və X12 vərəsələrinin olmaması səbəbindən miras qoyan X20 miras əmlakının Mülki Məcəllənin 1165.1-ci maddəsinə əsasən dövlətə keçməli olmasının zəruriliyindən. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə üzrə sahə normativ akt funksiyasını Mülki Məcəllənin 1159.5-ci maddəsi oynayır. Həmin maddənin tələbləri baxımından İddiaçı qanun üzrə vərəsələrin sırasına daxil edilməsi üçün hər hansı bir məhdudiyət yoxdur. Ona görə də məhkəmə notariat ofisinin notariusu tərəfindən imtinanın əsası kimi gətirdiyi 1-ci arqument ilə razılaşmır. Notariat ofisinin notariusu tərəfindən imtinanın əsası kimi gətirdiyi 2-ci arqumenti araşdıraraq məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 1253-cü maddəsində irsi transmisiya üzrə vərəsələrin miras əmlakı qəbul etməməsinin nəticələri göstərilmişdir. Belə ki, həmin maddənin tələbləri baxımından irsi transmisiya üzrə miras əmlakın qəbul edilməməsi nəticəsində miras əmlakın vərəsəsi olmayan əmlak kimi dövlətə keçməsi öz əksini tapmamışdır. Əksinə maddənin tərifindən məlum olur ki, irsi transmiya üzrə miras əmlakın qəbul edilməməsi nəticəsində vərəsənin ümumi əsaslarla miras əmlakı qəbul etməyə subyektiv hüququ əmələ gəlir. Buna görə də 4 saylı Bakı “Asan” Xidmət Mərkəzind ə notariat ofisinin notariusu tərəfindən İddiaçı qanun üzrə vərəsələrin sirasına daxil olunması üçün gətirdiyi 2-ci arqumentlə də məhkəmə razılaşmır. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, İddiaçı mübahisəli mənzildə pay hüququnun müəyyən edilməsi və öz adına həmin paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbində haqlıdır. İddiaçı mərhum X20 yeganə vərəsəsi olmaqla miras əmlakın qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etmişdir. Bundan başqa, İddiaçı mərhum X11mış miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə olan halda hesab olunur ki, X19 miras qalmış mənzildə İddiaçı payı müəyyən edilməli və o, yalnız X7 üzrə vərəsəsi hesab olunmalıdır. İddia tələbinin 19.10.2019-cu il tarixdə vəfat etmiş X4 üzrə vərəsəsi hesab olunması tələ binə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, mərhum X17 mərhum anası olan X20 vərəsəlik üzrə hər hansı bir əmlakını qəbul etməmişdir və notariat ofisində açılmış vərəslik işi X10 miras qalmış əmlakın vərəsəlik işinin rəsmiləşdirilməsi ilə bağlı deyil. X16 anasından miras qalmış əmlakı qəbul etmədən vəfat etdiyinə görə ona çatası pay irsi transmisiya qaydasında vərəsələri tərəfindən qəbul edilməli idi və həmin əmlak X12 vərəsələri tərəfindən qəbul edilmədiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1253-cü maddəsinin tələbləri baxımından X19 miras qalmış əmlak həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən ümumi əsaslarla İddiaçı adına rəsmiləşdirilməlidir. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası 1133.1, 1133.2, 1134.1, 1159.5, 1160, 1252, 1253.1, 1253.2, 1165.1, 1243, 1255-ci maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8568/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə yalnız bir məhkəmə iclası, yəni 27.11.2020-ci il tarixində keçirmiş və ən əsası odur ki, cavabdehin prosessual hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, 27.11.2020-ci il tarixində keçirilmiş məhkəmə iclasının yeri və vaxtı haqqında cavabdeh yalnız 30.11.2020-ci il ta rixində xəbərdar olunmuşdur. 05.11.2020-ci il tarixli məhkəmə bildirişi Bakı şəhəri 4 saylı “ASAN Xidmət” Mərkəzinə 30.11.2020-ci il tarixində çatdırılmışdır. Nəticə etibarı ilə cavabdeh xüsusi notarius H.Hacıyeva lazımi qaydada özünü müdafiə edə bilməmiş, verilən apellyasiya şikayətinə dair etiraz edə bilməmiş və beləliklə, də onun prosessual hüquqları kobud surətdə pozulmuşdur. Nə iddia ərizəsində, nə də apellyasiya şikayətində iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhz onun yeganə vərəsə olmasına dair hər hansı sübut təqdim olunmamışdır. Bu sübut haqqında apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də hər hansı bir məlumat izlənilmir. Sadəcə bəzi hüquqi faktların sadalamaqla, iddiaçı miras qoyan X20 yeganə vərəsəsi olmaqla miras əmlakın qəbul edilməsi ilə bağlı notariat kon toruna müraciət etdiyini əsas tutaraq, Məhkəmə məhz iddiaçının yeganə vərəsə olması qənaətinə gəlmişdir. Beləliklə, də məhkəmə iddiaçının 5-ci növbə üzrə vərəsə olmasının müəyyənləşdirilməsi kifayətlənmişdir. Halbuki, daha əvvəlki növbələr üzrə digər vərəsələrin olması müəyyənləşdirilməmişdir və bununla bağlı hər hansı mötəbər sübut da məhkəmə işində də yoxdur. Həmçinin bu iş üzrə maraqlı ola bilən digər şəxslər də Məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Halbuki gördüyümüz kimi, işə baxan apellyasiya instansiyası məhkəməsi yalnız cavabdehin 15.01.2020-ci il tarixli, 80 nömrəli imtina məktubunda gətirilən dəlilləri araşdırmaqla kifayətlənmişdir. Belə səthi məhkəmə araşdırılmasının səbəblərindən biri, məhz cavabdehin keçirilmiş yeganə məhkəmə iclası yeri və vaxtı haqqında lazımi qa ydada məlumatlandırılmadığına görə araşdırma birtərəfli aparılmış və iş üçün əhəmiyyət kəsb edən digər hallar ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “miras qoyan L.Xnun ölümündən sonra onun oğlu S.Xnun notariat ofisinə ərizə ilə müraciət etməsi artıq onun da mirası faktiki qəbul edilməsi kimi qəbul olunur”. Belə olduğu təqdirdə Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulan vərəsəlik üzrə növbələr tam araşdırılmamışdır. Həmin Məcəllənin 1159.4-cü maddəsinə əsasən Dördüncü növbədə— xalalar və bibilər, dayılar və əmilər. Belə olduğu təqdirdə miras qoyanın oğlu Xnun xalaları, bibiləri, dayıları və ya əmiləri vərəsə hesab olunmalıdı. Amma həmin qohumların sağ olub-olmaması və ya ümumiyyətlə onların mövcudluğu belə araşdırılmamış və iddiaçının da bu haqda hər ha nsı bir sübut Məhkəməyə təqdim edilməmişdir. Çünki miras qoyanın ölümü ilə bağlı məhz 5 növbə vərəsənin olmasından başqa, daha əvvəlki vərəsələrin olması araşdırılmadığı səbəbindən və buna dair mötəbər sübutun olmadığına ümumiyyətlə işə baxan Məhkəmənin diqqət yetirmədiyinə və araşdırılmadığına görə bu qanunsuz, ədalətsiz, tutarlı bir sübuta əsaslanmayan məhkəmə qətnaməsi çıxarılmışdır. Bundan başqa qeyd etmək istəyirəm ki, nümayəndəsi və vəkili olduğum şəxs Bakı şəhəri 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu H.Hacıyevanm iddiaçıya verdiyi imtina məktubu da əsaslıdı. Çünki gördüyümüz kimi, ilk növbədə qeyd etmək lazımdır ki, mirasqoyan L.Xnun övladı S.X mirasın qəbul olunması haqqında ərizə verdikdən sonra vəfat etmişdir. Bu da onu bir daha sübut edir ki, ilk növbədə məhz S.Xnun mümkün olan vərəsələrinin miras almaq hüquqları vardır. Ancaq işə baxan apellyasiya instansiyası bu hüquqi fakta düzgün qiymət vermədən, şəxsi mülahizələrə əsaslanaraq iddiaçının məhz L.Xya münasibətdə yeganə vərəsə olması qənaətinə gəlmişdir. Bu da yolverilməzdir. Çünki, belə olsa da, L.X digər qohumalırının olub-olmaması haqqında heç bir tutarlı sübut yoxdur. Eyni zamanda S.Xnun özünün olan daha yaxın qohumlarının olub-olmaması haqqında iddiaçı tərəfindən ümumiyyətlə hər hansı bir sübut Məhkəməyə təqdim olunmamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X33 iş üzrə verilmiş kassasiya şi kayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 134.1 və 134.1.4 Məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməl idir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahib inin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.4 və 418.4.5. İşə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri Kassasiya instans iyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə baxmayaraq, iş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Cavabdehə apellyasiya instansiyası məhkəməsi tərəfindən 27.11.2020-ci il tarixdə keçiriləcək məhkəmə iclası barədə 05.11.2020-ci il tarixdə bildiriş göndərilsə də, iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, həmin bildiriş cavabdehə 30.11.2020-ci i tarixdə məhkəmə iclasından 3 gün sonra çatdırılmışdır. Nəticədə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmış, çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə kollegiyası bunu prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 365-ci maddəsinə görə apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 134.1 və 134.1.4 maddələrinə görə məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdır ılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab e dilir. Həmin Məcəllənin 185.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Həmin Məcəllənin 418.4 və 418.4.5-ci maddələrinə görə işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin iştirakını təmin etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri 4 saylı “Asan Xidmət” mərkəzində yerləşən notar iat ofisinin xüsusi notariusu Hicran Hacıyevanın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8568/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar