Məhkəmə qərarları › İş №2(102)-3029/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-3029/2020

04.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3029/2020 04.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 cavabdehlər Ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və X7 qarşı “əqdlərin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması və pulun tutulması” tələblərinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti verməyən tərəfin kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), X5 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və üçüncü ş əxs Cavabdeh4 vəkili X8, Cavabdeh6 və vəkili Vəkil, Cavabdeh7 vəkili X9, Cavabdeh Ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X3 vəkili X6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12775/2019 nömrəli qətnaməsindən Cavabdeh6 və vəkili Vəkil, habelə Cavabdeh7 və vəkili X13 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(006)-6016/2017 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 cavabdehlər Ləğv prosesində olan “xxxxxxxxxxxxxxxx xx” ASC-nin ləğvedicisi X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və X7 qarşı “əqdlərin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması və pulun tutulması” tələblərinə dair iddia ərizələri təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(103)-7279/2019 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və A.V.Nağıyevadan ibarət tərkibdə) cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh5 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(102)-4370/2019 nömrəli qərarı ilə (hakim E.R.Vəliyevanın sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və S.F.Hacıyevdən ibarət tərkibdə) cavabdehlər Cavabdeh7 və Cavabdeh2 kassasiya şikayətləri tam, Cavabdeh6 və Cavabdeh5 kassasiya şikayətləri isə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(103)-7279/2019 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12775/2019 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və Ş.Ə.Məhərrəmovadan ibarət tərkibdə) cavabdehlər Cavabdeh6 və Cavabdeh5 apellyasiya şikayətləri təmin edilməmiş, cavabdehlər Cavabdeh7 və Cavabdeh2 apellyasiya şikayətləri isə təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon M əhkəməsinin xx xxxxxx 2017-cı il tarixli 2(006)6016/2017 nömrəli qətnaməsi “Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 383000 manat məbləğində pulun alınaraq İddiaçı və Cavabdeh4 verilməsi” hissəsində ləğv edillmiş, həmin hissədə iddia tələbi təmin olunmamış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh6 və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-12775/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı, habelə iddia predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 iddialarının rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin Cavabdeh7 və vəkili X2 şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-12775/2019 nömrəli qətnaməsin in “İpoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində” ləğv edərək, həmin hissədə iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə hər iki kassasiya şikayəti icraata qəbul edilmişlər. Lakin iş materiallarından müəyyən olunur ki, Cavabdeh7 kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Hazırki iş üzrə müəyyən olunur ki, Bakı şə həri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddialar tam təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh7 apellyasiya şikayəti versə də, birinci instansiya məhkəməsini yalnız ondan 383000 manat məbləğində pulun tutulması hissəsində mübahisələndirmiş və son nəticədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə həmin cavabdehin apellyasiya şikayəti tam təmin olunaraq, iddia qeyd olunan hissədə təmin olunmamışdır. Hazırda isə Cavabdeh7 apellyasiya şikayətində irəli sürdüyü tələbləri tam təmin olunduğu halda, qətnamənin apellyasiya qaydasında mübahisələndirmədiyi – müqavilənin etibarsız hesab olunması hissəsindən kassasiya şikayəti vermişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh7 apellyasiya instansiyası məhkəməsindən ola n tələbi tam təmin olunduğundan, Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə uyğun olaraq, hazırki kassasiya şikayəti vermək hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadı, Cavabdeh7 k assasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilərək, həmin kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməli, Cavabdeh6 kassasiya şikayətinə isə mahiyyəti üzrə baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(102)-3029/2020 nömrəli qərardadı Cavabdeh7 kassasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilsin. Cavabdeh7 Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)12775/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, Bakı Apellyasiya Məhkə məsinə qaytarılsın. Cavabdeh6 Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)12775/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza var imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar