Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3029/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 9 saylı Notariat ofisinə, Bakı şəhəri 19 saylı Notariat ofisinə, Bakı şəhəri 21 saylı Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, vicdanlı alıcı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 may 2024-cü il tarixli, 2(103)2831/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 8 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 06 saylı ünvanda yerləşən, ümumi sahəsi 200,8 kv metr olan qeyri-yaşayış sahəsi 02 aprel 2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
1. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, Rusiya Federasiyasında yaşayır, 16 fevral 1983-cü il tarixdən X7 ilə rəsmi nikahdadır.
2. İddiaçı 22 oktyabr 2020-ci il tarixdə Moskva şəhərində yerləşən notariat ofisində rəsmiləşdirilmiş etibarnamə əsasında, ona məxsus Bakı şəhəri ərazisində yerləşən hər hansı bir daşınmaz əmlakın idarə edilməsini, icarə müqavilələrinin bağlanmasını və imzalanmasını, müqavilələr üzrə ödənişlərin aparılmasını, lazımi təmir işlərinin aparılmasını, əmlakların qaydada saxlanılmasına nəzarət edilməsini, bağlanan müqavilələri və zəruri sənədləri göstərilən daşınmaz əmlak obyektlərini satmaq hüququ olmadan daşınmaz əmlaka dair hüquqların və onunla aparılan əməliyyatların dövlət qeydiyyatını aparan Azərbaycan Respublikasında dövlət orqanlarında qeydiyyatdan keçirmək, pulsuz girişə sahib olmaq və bu tapşırığın yerinə yetirilməsi üçün lazım olan müxtəlif qurumlarda onun nümayəndəsi olmaq hüququnu 10 il müddətinə bacısı oğlu Cavabdeh5 etibar etmişdir.
3. Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 06 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsi 07 aprel 2021-ci il tarixdə İddiaç ı adına verdiyi etibarnamə əsasında Cavabdeh5 tərəfindən 70000 manata Cavabdeh3 satılmış, müqavilə rəsmiləşdirilərkən notariat kontoruna təqdim olunmuş etibarnamədə (etibarnamənin Azərbaycan dilinə tərcümə olunmuş və Bakı şəhəri, 09 saylı notariat ofisində təsdiqlənmiş surətində) Cavabdeh5 əmlakı satmaq hüququnun olduğu göstərilmişdir.
4. Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 06 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsi 12 aprel 2021-ci tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır.
5. Cavabdeh3 Bakı şəhəri, 19 saylı notariat ofisində 13 aprel 2021-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsini 338000 manata Cavabdeh4 satmış və həmin qeyri-yaşayış sahəsi 15 aprel 2021-ci il tarixdə sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. 6. 15 aprel 2022-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 100 kv metr sahəsini 11 ay müddətinə, hər ay 1000 manat icarə haqqı ödəməklə X1 icarəsinə vermişdir. 7. 10 iyun 2022-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 100 kv metr sahəsini 11 ay müddətinə, hər ay 1000 manat icarə haqqı ödəməklə X3 icarəsinə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh3 və digərlərinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə əri zə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 9 saylı notariat ofisində ** AQ ***3414 saylı etibarnamənin Rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş, reyestrdə 8İ2435 nömrə ilə qeydə alınmış nüsxəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh5 tərəfindən Cavabdeh3 70000 manata satılması barədə Bakı şəhəri, 21 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş 07 aprel 2021-ci il tarixli, reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 7 aprel 2021-ci il tarixdə reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş 12 aprel 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 06 saylı ünvand a yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338000 manata satılması barədə Bakı şəhəri, 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş 13 aprel 2021-ci il tarixli, reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş 12 aprel 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 06 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair onun adına Çıxarış verilməsi öhdəliyinin Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşı olmaqla uzun illərdir ki, Rusiya Federasiya sında yaşayır. Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Bakı şəhərində yerləşən əmlakların, o cümlədən qeyd edilən qeyri-yaşayış sahəsinin idarə olunmasını, bu əmlaklarla bağlı işlərin görülməsini bacısı oğlu Cavabdeh5 etibar etmiş və bu məqsədlə ona 22 oktyabr 2020-ci il tarixdə etibarnamə vermişdir. Rusiya Federasiyasında rəsmiləşdirilmiş bu etibarnamədə Cavabdeh5 ona məxsus əmlakları satmaq hüququnun olmaması qeyd edilsə də, etibarnamə saxtalaşdırılmış və əmlakı satmaq hüququnun olduğu əks etdirilmiş saxta etibarnamə əsasında və ona bu barədə məlumat verilmədən Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh5 tərəfindən Cavabdeh3 satılmışdır. Cavabdeh3 isə əmlakı Cavabdeh4 satmışdır və hazırda əmlak sonuncunun mülkiyyətindədir. Halbuki, tərəfindən Cavabdeh5 belə bir səlahiyyət verilməmiş və Cavabdeh5 buna səlahiyyəti olmadan əmlakı satmışdır. Digər tərəfdən, uzun illərdir ki, nikahdadır, lakin qeyd edilən hallar, habelə nikahda olması notariat ofisində araşdırılmamışdır. Bu səbəbdən onunla Cavabdeh3 arasında bağlanmış müqavilə etibarsız hesab edilməli, sonuncunun adına verilmiş çıxarış ləğv edilməlidir. Bu müqavilə etibarsız hesab edildiyindən, artıq Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış müqavilə də öz əhəmiyyətini itirmiş olur və etibarsız hesab edilməlidir. Belə olan halda, əmlakın onun mülkiyyətinə qaytarılması zəruridir.
10. Birinci instansiya məhkəməsində Cavabdeh5 iddianı ona aid hissədə qəbul edərək göstərmişdir ki, iddiaçı yaxın qohumudur və Azə rbaycan Respublikasında olmadığından mübahisəli əmlakla bağlı zəruri işlərin görülməsi üçün ona etibarnamə vermişdir. O, həmin etibarnamənin məzmunu barədə məlumatlı olmamışdır. Mübahisəli əmlak onun istifadə və sahibliyində olmuşdur. Cavabdeh3 ilə iş birliyi yaratmaq və bu məqsədlə mübahisəli əmlakdan istifadə etməklə birgə fəaliyyət göstərmək qərarına gəlmişlər. Lakin bunun üçün vəsaitləri olmamışdır. Cavabdeh3 da bu məqsədlə Cavabdeh4 borca pul almağı və borcun təminatı olaraq mübahisəli əmlakı Cavabdeh4 girov verməyi təklif etmişdir. Aralarında bu barədə razılıq əldə edilməsinə baxmayaraq, müvafiq Notariat ofisi ona verilmiş etibarnamə ilə əmlakın Cavabdeh4 xeyrinə rəsmiləşdirilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra Cavabdeh3 məsələnin həll ediləcəyini öz üzərinə götürmüş və bu məqsədlə əmlakı alqı-satqı yolu ilə ilk olaraq onun mülkiyyətinə keçirməyi təklif etmişdir. O, da buna etiraz etməmişdir. Bununla belə, bir müddətdən sonra onların arasında 07 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin alqı-satqı müqaviləsinin bağlanmasına nail olmaq üçün Cavabdeh3 tərəfindən hansı tədbirlərin görülməsi ilə maraqlanmamış və bu müqavilə üzrə Cavabdeh3 tərəfindən ona hər hansı məbləğdə pul ödənilməmişdir. Əsas məqsədləri bu əmlakdan iş görmək üçün pul əldə etmək olmuşdur. Bundan sonra müraciətlərinə əsasən Cavabdeh4 onlara 338000 manat pulu borc vermiş və həmin borcun təminatı olaraq əmlakla bağlı Cavabdeh3 ilə Cavabdeh4 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Razılaşmaya əsasən borc ödənildikdən sonra əmlak ona qaytarılmalı idi. Həmin bor ca görə onlar hər ay Cavabdeh4 faiz qismində 12000 manat pul ödəmişlər. Lakin, iş birlikləri alınmamış və 2021-ci ilin oktyabr ayından etibarən hər ay ödənilməsi razılaşdırılmış 12000 manat məbləğində pulu faiz qismində Cavabdeh4 ödəyə bilməmişlər. Nəticədə problemlər yaranmış və sonradan qeyd edilənlər barədə iddiaçı məlumat əldə etmişdir. Cavabdeh4 tapşırığı ilə mübahisəli əmlakda hər hansı təmir işləri aparmamışdır.
11. Cavabdeh4 nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh4 ilə Cavabdeh3 13 aprel 2021-ci il tarixdə notariat kontorunda alqı-satqı müqaviləsi bağlamaqla Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsini satın almış və əmlakın müqavilə üzrə müəyyən edilmiş dəyərini təşkil edən 338000 manat pulu bank vasitəsi ilə tam şəkildə ödəmişdir. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh3 8132,40 manat sadələşmiş vergi tutulmuşdur. Cavabdeh4 qeyd edilən əmlak barədə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxs vasitəsilə məlumat əldə etmiş və əmlaka baxmışdır. Bundan sonra, Cavabdeh5 ilə tanış olmuş və onunla əmlakın qiymətini razılaşdırılmışdır. Cavabdeh5 Cavabdeh4 əmlakın mülkiyyətçisinin dayısı olduğunu, onun Rusiya Federasiyasında yaşadığını, həmin dövlətin vətəndaşı olduğunu, Azərbaycan Respublikasında olan bütün işlərini, o cümlədən əmlakları üzərində bütün əməliyyatların aparılmasını ona etibar etdiyini, əmlakı aldığı təqdirdə onun təmir edilməsində, ikinci mərtəbəsinin inşası üçün müvafiq icazələrin alınmasında, həmin mərtəbənin inşa edilməsində və əmlakın icarəyə verilməsində ona yardımçı olacağını bildirmişdir. Görəcəyi bu işlər müqabilində Cavabdeh4 tərəfindən ona haqqı ödənilməsi barədə razılaşmışlar. Əmlaka dair Cavabdeh3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və ona bu barədə çıxarışın verilməsinin həqiqiliyini öyrəndikdən sonra Cavabdeh4 13 aprel 2021-ci il tarixdə Cavabdeh3 ilə əmlakın alqı-satqısına dair müqavilə bağlamış və əmlaka dair çıxarış əldə etmişdir. Bundan sonra razılaşdıqları kimi qeyri-yaşayış sahəsində təmir işləri başlamış və bu işlər başa çatdıqdan sonra iki hissəyə ayrılmış əmlakın bir hissəsi gözəllik salonu, digər hissəsi isə qadın geyimləri mağazası kimi icarəyə verilmişdir. Hazırki mübahisə yarandıqdan sonra iddiaçı onunla əlaqə saxlamış və ona məlum olmuşdur ki, iddiaçı tərəfindən verilmiş e tibarnamə əsasında Cavabdeh5 bu əmlakı Cavabdeh3 satmışdır. Müraciətinə uyğun olaraq, notariat kontorunda etibarnamədə və tərcümədə əmlakın satılması səlahiyyətinin qeyd edildiyi ona bildirilmişdir. İddiaçı, Cavabdeh4 Bakı şəhərinə gələrək, bacısı oğlu Cavabdeh5 ilə danışıb məsələni həll edəcəyini bildirmiş, lakin sonradan Cavabdeh4 qarşı məhkəmədə hazırkı iddianı qaldırmış və iddiaçı bacısı oğlu və onun dostu olan Cavabdeh3 tərəfindən aldadıldığını Cavabdeh4 söyləmişdir. İddiaçının və Cavabdeh5 hərəkətlərindən ona məlum olmuşdur ki, iddiaçı hələ Moskva şəhərində olan zaman onlar öz aralarında bu məsələni müzakirə etmişlər. Belə ki, iddiaçı tərəfindən Cavabdeh5 verilmiş etibarnamə bu günədək ləğv edilməmiş və iddiaçı bu məsələdə bir tərəfli mövqe nümayiş etdirərək, əmlakın idarə edilməsi m əsələsində Cavabdeh5 qarşısını almamışdır. Nəticədə onun tərəfindən verilmiş etibarnamənin bacısı oğlu tərəfindən saxtalaşdırıldığını və bu yolla onu aldatdığını bildirən iddiaçı etibarnaməni bu günədək ləğv etdirməmiş və Cavabdeh5 hazırda da onun tapşırıqlarını yerinə yetirir. Hətta alqı-satqı müqaviləsi bağlandıqdan təxminən 1 il sonra, yəni 18 mart 2022-ci il tarixdə Cavabdeh5 iddiaçının adından Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək əmlakın özgəninkiləşdirilməsinin qadağa edilməsini xahiş etmiş və məhkəmə tərəfindən bu barədə qərardad qəbul edilmişdir. Bununla belə, mövcud sübutlardan və işin faktiki hallarından göründüyü kimi, Cavabdeh4 mübahisəli əmlakı vicdanlı əldə edəndir və alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmiş, o cümlədən əm lakın müqavilə üzrə müəyyən edilmiş dəyərini təşkil edən 338000 manat pulu bank vasitəsi ilə satıcıya ödəmişdir. Bundan sonra, onun əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ona bu barədə çıxarış verilmişdir. Tərəfindən həmin qeyri-yaşayış sahəsinin təmiri də həyata keçirilmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(001)-5354/2022 saylı qətnaməsi ilə (hakim F.V.Abdiyev) iddia təmin edilmiş, Bakı şəhəri, 9 saylı notariat ofisində ** AQ ***3414 saylı etibarnamənin Rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş, reyestrdə 8İ-2435 nömrə ilə qeydə alınmış nüsxəsinin etibarsız hesab olunması, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh5 tərəfindən Cavabdeh3 70000 manata satılması barədə Bakı şəhəri, 21 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, 07 aprel 2021-ci il tarixdə reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338000 manata satılması barədə Bakı şəhəri, 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, 13 aprel 2021-ci il tarixdə 4Ə-194 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə ödənilmiş 338000 manat pulun Cavabdeh3 alınaraq Cavabdeh4 verilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı ona çıxarışın verilməsinin təmin edilməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 7 aprel 2021-ci il tarixli alqısatqı müqaviləsi iddiaçı tərəfindən deyil, onun tərəfindən verilmiş etibarnamə üzrə səlahiyyətli şəxs qismində çıxış edən Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanmışdır. Həmin vaxt bu əqdi rəsmiləşdirən 21 saylı Notariat ofisinə təqdim edilmiş 22 oktyabr 2020-ci il tarixli, Moskva şəhərinin notariusu tərəfindən verilmiş 77 AR seriyalı, ******* nömrəli etibarnamənin tərcümə edilmiş surətinə əsasən iddiaçı ona məxsus olan əmlakın idarə edilməsini, satmaq hüququ da daxil olmaqla Cav abdeh5 vermişdir. Lakin, iddiaçı ona məxsus əmlakın idarə edilməsi ilə bağlı bir sıra səlahiyyətlərini Cavabdeh5 verməsini etiraf etsə də, idarə etməni satmaq hüququ olmadan verdiyini qeyd etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş eyni tarixli, seriyalı və nömrəli etibarnamənin surətinə əsasən, ona məxsus olan əmlakları satmaq hüququ olmadan Cavabdeh5 adına etibarnamə vermişdir. İddiaçı, notariat işində olan surətdən fərqli olaraq təqdim etdiyi etibarnamənin əslini də məhkəməyə təqdim etmişdir (etibarnamənin əsli mülki iş materiallarında olan surətlə müqayisə edildikdən sonra bu hal təsdiq edilmiş və sənədin əsli iddiaçıya qaytarılmışdır). Notariat işində olan etibarnamənin əslinin olması müəyyən edilməmişdir.
14. Bununla belə, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş etibarnaməni mötəb ər sübut kimi qəbul edib belə qənaətə gəlmişdir ki, 12 oktyabr 2022-ci il tarixli etibarnaməyə əsasən, iddiaçı tərəfindən Cavabdeh5 onun mülkiyyətində olan əmlakı satmaq hüququ verilməmişdir. Hüquqi nəticə etibarilə 7 aprel 2021-ci il tarixdə iddiaçının mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən, həmin müqavilə üzrə satıcı qismində iddiaçının təmsilçisi kimi çıxış edən Cavabdeh5 saxta etibarnamə ilə hərəkət etmiş və əslində bu statusla çıxış etmək səlahiyyətinə malik olmamış, səlahiyyətsiz olmuşdur. Hüquqi nəticə etibarilə Cavabdeh5 buna hər hansı səlahiyyəti olmadan iddiaçının mülkiyyətində olan əmlakı Cavabdeh3 satmışdır. Qeyd edilən müqavilə üzrə əmlakın satış qiyməti qismində müəyyən edilmiş 70000 manat məbləğində pulun sənəd üzrə C avabdeh3 tərəfindən Cavabdeh5 təhvil verilməsi öz təsdiqini tapsa da, reallıqda, yəni nəticə etibarilə Cavabdeh5 bu vəsaitə sahib olması öz təsdiqini tapmışdır. Göstərilənlər öz növbəsində notariat kontoruna təqdim edilməklə əmlakın satılması hüququnun təsbit edildiyi etibarnamənin və həmin etibarnamə əsasında rəsmiləşdirilmiş 07 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız olmasına dəlalət edir. Bu da öz növbəsində həmin müqavilənin nəticəsi olaraq dövlət reyestrində həmin əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ ilə bağlı aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir.
15. Belə ki, iddiaçı hazırda əmlakın onun mülkiyyətinə qaytarılmasını tələb edir. Ləğv edilməsi tələb edilən çıxarış isə dövlət reyestrində mülkiyyət hüququ ilə bağlı aparılm ış qeydə əsaslanır və yalnız çıxarışın ləğv edilməsi məsələni mahiyyəti üzrə həll etmiş olmur və əmlakın iddiaçının mülkiyyətinə qaytarılmasını təmin edir. Hüquqi nəticə etibarı ilə çıxarışın ləğv edilməsini tələb edən iddiaçı məhz cavabdehlərin adına mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin ləğv edilməsini tələb edir. Belə ki, bu barədə də tələb irəli sürmüşdür. Bu səbəbdən məhkəmə iddia tələbinin bu hissəsinə məhz bu qaydada yanaşır.
16. Məhkəmə, iddia tələbinin 13 aprel 2021-ci il tarixli müqavilənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı qeyd edilən müqavilənin ləğvi barədə tələb irəli sürsə də, nümayiş etdirdiyi hüquqi mövqe, habelə gətirdiyi dəlillər bu müqavilənin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə iclasında da bunu açıq şəkildə bəyan etmişdir. Bu səbəbdən məhkəmə, iddia tələbinin bu hissəsinə müqavilənin etibarsızlığına hüquqi qiymət vermiş və qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisəli əmlakla bağlı ilk dəfə alqı-satqı müqaviləsi 7 aprel 2021-ci il tarixdə bağlanmış və həmin müqaviləyə uyğun olaraq əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ 12 aprel 2021-ci il tarixdə dövlət qeydiyyatına alındıqdan sonra, növbəti gün, yəni 13 aprel 2021-ci il tarixdə əmlak artıq onun mülkiyyətçisi olan Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmış və sonuncunun əmlaka dair mülkiyyət hüququ 15 aprel 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və hazırda da mülkiyyətindədir. Bununla belə, əmlak cəmi 6 gün ərzində Cavabdeh3 mülkiyyətində olmuş və əmlaka dair onun mülkiyyət hüququ 12 aprel 2021-ci il tarixdə qeydə alındıqdan sonra, növbəti gün artıq Cavabdeh4 satılmışdır. Cavabdeh4 əmlak barədə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxsdən məlumat əldə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh5 isə bu şəxs barədə ona Cavabdeh3 tərəfindən məlumat verildiyini, əmlakın ondan alınmış 338000 manat borcun müqabilində, həmin borcun təminatı olmaqla və borc qaytarılanadək ona girov kimi verildiyini bildirmişdir.
17. Cavabdeh4 etirazında Cavabdeh5 ilə tanış olduğunu və onunla əmlakın qiymətini razılaşdırdığını, əmlakın onun dayısının mülkiyyətində olması, dayısının Rusiya Federasiyasının vətəndaşı olmaqla orada yaşadığını, Azərbaycan Respublikasında olan bütün işlərinin, o cümlədən əmlakları üzərində bütün əməliyyatların aparılmasını ona etibar etməsi barədə məlumat verdiyini bildirmişdir. Halbuki, bu şəxs əmlakı Cavabdeh3 almışdır. Əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ 15 aprel 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmasına və hazırda da əmlakın onun mülkiyyətində olmasına baxmayaraq, ötən dövr ərzində onun əmlaka sahiblik və ondan istifadə etməsi öz təsdiqini tapmır.
18. Cavabdeh4 mülkiyyətçi olduqdan sonra əmlakın məhz onun tapşırığı və vəsaiti hesabına Cavabdeh5 tərəfindən təmir edildiyini bildirsə də, bu halı təsdiq edə bilməmişdir. Cavabdeh5 isə bu halı etiraf etmir. İddiaçı isə əmlakın hazırda da onun istifadə və sahibliyində olduğunu və onun tərəfindən icarəyə verildiyini bildirir və bu barədə məhkəməyə icarə müqavilələri təqdim etmişdir.
19. Tərəflərin bu məsələdə ziddiyyətli mövqedən çıxış etməsi nəzərə alınaraq, məhkəmə i clasında fasilə verilməsi və mübahisəli əmlakın tərəflərdən hansının istifadə və sahibliyində olmasını müəyyən etmək məqsədi ilə yerində müayinənin keçirilməsi təklif edilsə də iddiaçı tərəf buna razı olmuş, lakin Cavabdeh4 nümayəndəsi və vəkili buna hər hansı zərurət görməmişdir (məhkəmə Cavabdeh4 bu məsələyə münasibətini əmlakın onların istifadəsində və sahibliyində olmaması kimi qiymətləndirmişdir). Bununla belə, əmlak 6 gün ərzində iki dəfə mülkiyyətçi dəyişməsinə baxmayaraq, yenə də iddiaçının mülkiyyətindədir. Halbuki, iddiaçının həmin əmlaka hər hansı hüququ yoxdur. Buna baxmayaraq, Cavabdeh4 özü də iddiaçı ilə əlaqədədir və Cavabdeh5 borcu barədə məlumatı da ona məhz Cavabdeh4 vermişdir. Onların arasında baş vermiş telefon danışığında (məhkəmə iclasında dinlənilmişdir) Cavabdeh4 Ca vabdeh5 və Cavabdeh3 hərəkətlərindən danışmış, ona olan borcunun ödənilməməsindən narazıçılıq etmiş və 2 ildir ki, hər hansı məbləğin ödənilmədiyini qeyd etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə uyğun olaraq dəyərini ödəməklə əmlakı əldə etmiş və onun mülkiyyətçisi olan Cavabdeh4 ona bu əmlakı satan Cavabdeh3 ilə münasibətləri əmlakın alqı-satqısı rəsmiləşdirildikdən sonra yekunlaşmalı idi. Onunla Cavabdeh3, habelə Cavabdeh5 arasında rəsmi olaraq borc münasibətlərinin yaranmasını təsdiq edən hər hansı sənəd yoxdur. Məhkəmə iclasında ödənilmiş pulun qaytarılması müqabilində əmlakın geri qaytarılmasına razı olduğunu bildirmişdir. Belə olan halda, həmin şəxslərin ona borcunun hər hansı ayrıca müqavilə üzrə yaranması mümkün deyil və mövcud olan borc münasibətləri də məhz alqı-satqı mü qaviləsi çərçivəsində yaranmışdır.
20. Məhkəmə bununla belə iddia tələbinin bu hissəsi ilə bağlı aparılmış araşdırmanın nəticələrini nəzərə alıb, habelə sərbəst daxili inamı rəhbər tutub belə qənaətə gəlmişdir ki, Cavabdeh4 mübahisəli əmlakın mülkiyyətçisi olsa da, həmin əmlakı vicdanlı əldə edən hesab edilə bilməz. Belə ki, 13 aprel 2021-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh4 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi onların arasında yaranmış borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanmış və qeyd edilən əmlak hüquqi nəticə etibarı ilə Cavabdeh4 tərəfindən borc qismində verilmiş 330.000 manat pulun təminatı qismində çıxış etmişdir. Bu da öz növbəsində həmin müqavilənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh4 xeyrinə aparılmış mülkiyyət hüququ haqqında qeydin və ver ilmiş çıxarışın ləğv edilməsi üçün əsasdır.
21. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, həmin müqavilə üzrə əmlakın dəyərini təşkil edən 338000 manat pul Cavabdeh3 tutularaq Cavabdeh4 ödənilməlidir. 07 aprel 2021-ci il tarixli müqavilə üzrə Cavabdeh5 nəticə etibarilə 70000 manata sahib olması öz təsdiqini tapmadığından bu məbləğin qaytarılması həyata keçirilməmişdir. Qeyd edilənlərlə həmçinin, mübahisəli əmlaka dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ona çıxarışın verilməsi təmin edilməlidir.
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.5, 340.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh4 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti, iddia ərizəsinə etirazın dəlillərinə uyğun onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, qanunsuz qətnamə çıxarmış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tətbiq edilməli olan normaları tətbiq etməmişdir. Şikayətdə göstərilmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmuşdur və müqavilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsinə dair Bank sənədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması for masında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. İşə əlavə edilmiş sübutlardan və faktiki hallardan görünür ki, vicdanlı alıcı olaraq üzərinə düşən öhdəliklərini tam olaraq yerinə yetirmiş, 338000 manat pul vəsaitini Bank vasitəsilə satıcıya ödəmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqları Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 15 aprel 2021-ci il tarixdə adına qeydə alınaraq çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin təmiri də həyata keçirilmişdir. Vicdanlı alıcı olaraq tam qanuni əsaslarla qeyri-yaşayış sahəsini əldə edərək satıcı Cavabdeh3 338000 manat pul ödəmişdir. İddiaçı, əgər hesab edirsə ki, bacısı oğlu Cavabdeh5 etibar edilmiş sənədlərin saxtalaşdırılması yolu ilə, həm də Cavabdeh3 tərəfindən ona ziyan dəymişdir, onlardan reqress qaydasında təqsirin dərəcəsinə uyğun məbləğdə ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə tərəflər arasında borc münasibətlərinin yaranmasını təsdiq edəcək sənədlərin mövcud olmadığını qeyd edir. Halbuki, məhkəmə prosesində ödənilmiş pulun qaytarılması müqabilində əmlakın geri qaytarılmasına razı olduğunu bildirmişdir, hansı ki, həmin şəxslərin ona borcunun hər hansı ayrıca müqavilə üzrə yaranması mümkün deyil və borc münabasibətləri də məhz alqı-satqı müqaviləsi çərçivəsində yaranmışdır. Lakin, tam aparılmayan araşdırmanın nəticələrini və özünün sərbəst daxili inamını rəhbər tutan məhkəmənin gəldiyi qənaətə baxılanda görünür ki, heç bir əsas göstərilmədən qanuni yolla əldə etdiyi əmlak barədə səhv nəticəyə gəlinmişdir. Əmlakın saxta sənədlər əsasında ona satıldığını bildikdən sonra bunun nə ilə nəticələnəcəyini dərk edərək ödədiyi pulu iddiaçıdan və digər cavabdehlərdən tələb etməsi ona əsas vermir ki, alqı-satqı müqaviləsi borc münasibətlərini pərdələmək məqsədilə bağlanmiş hesab olsun. Cavabdeh5 səmimiliyinə, ifadələrinin doğruluğuna inanmaq çətin olsa da, məhkəmə borc əvəzinə alqı-satqı müqaviləsi bağlandığını qəbul etmişdir. Hətta ona verilmiş 12.000 manat pulun məhz icarə haqqı olaraq verildiyi əvəzi borcun faizi kimi qeyd edilmişdir. Cavabdeh5 baş verənləri bilərəkdən etmiş, bu məqsədlə Cavabdeh3 ilə əlbir olmuş, gələcəkd ə alqı-satqı müqaviləsinin etibarsız hesab ediləcəyini bilmiş və elə buna görə də sonradan onun əmlakla bağlı alqı-satqı hərəkətlərinin aparılmasının qarşısını almaq üçün müstəqil qaydada buna heç bir əsas olmadan məhkəmə qaydasında əmlak üzərində hər hansı bir hərəkət edilməsinin (satılması, boşaldılması və s.) qadağan olunmasına dair Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bank vasitəsilə ödənilmiş 338000 manat pula Cavabdeh5 sahib olmasının öz təsdiqini tapmaması fikri ümumiyyətlə yanlışdır. Belə ki, Cavabdeh5 öz ifadələrində Cavabdeh3 ilə iş birliyi yaratdığını etiraf edərək ona pul lazım olduğunu bildirmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(103)-4015/2023 saylı xüsusi qərardadı ilə Cavabdeh5, Cavabdeh3 və X4, habelə n otariat ofislərinin notariuslarının əməllərində sənədin saxtalaşdırılması cinayətinin əlamətlərinin olub-olmadığının araşdırılması üçün zəruri sənədlərin surətləri əlavə edilməklə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.
26. Həmçinin, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(103)-4015/2023 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(001)5354/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin yuxarıda sadalanan faktiki hallarından göründüyü kimi, iddiaçı, 22 oktyabr 2020-ci il tarixdə Moskva şəhərində yerləşən notariat ofisində rəsmiləşdirilmiş etibarnamə əsasında, özünə məxsus Bakı şəhəri ərazisində yerləşən daşınmaz əmlakların idarə olunması səlahiyyətini (satmaq hüququ olmadan) 10 il müddətinə bacısı oğlu Cavabdeh5 etibar etmiş, Rus dilində olan həmin etibarnamə Azərbaycan dilinə tərcümə edilərkən onun məzmunu dəyişdirilmiş, etibarnamənin mətnindəki “satmaq hüququ olmadan” ifadəsi “satmağı” sözü ilə əvəz olunmuş, bundan sonra Cavabdeh5 saxtalaşdırılmış etibarnamə əsasında iddiaçıya məxsus əmlakı 70000 manata Cavabdeh3, sonuncu isə bir-neçə gün sonra 338000 manata Cavabdeh4 satmışdır. 28. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublik asının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”.
29. Məhkəmə kollegiyası işin müəyyən olunan hallarını əsas götürməklə hesab etmişdir ki, iddiaçının əmlakını satmaq kimi niyyəti olmamışdır və müvafiq səlahiyyəti olmayan Cavabdeh5 onun adından bağladığı alqı-satqı müqaviləsi onun iradə ifadəsinin təzahürü hesab oluna bilməz.
30. Mübahisəli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair Cavabdeh3 ilə Cavabdeh4 arasında 13 aprel 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə münasibətdə vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq həmin əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı).
31. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmi ş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir ("xxxx" ASC-nin şikayəti üzrə Ali Məhkəmənin İnzibati və İqtisadi Kollegiyasının 18 oktyabr 2017 il tarixli qərarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2018-ci il tarixli Qərarı).
32. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.
33. İşin hallarından görünür ki, Cavabdeh4 əmlakı əldə edərkən daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi olmamış, əmlak saxta etibarnamə əsasında iddiaçının mülkiyyətindən çıxarılmış vəziyyət almışdır (reyestrdə bu cür görünmüşdür).
34. Digər tərəfdən, Cavabdeh4 nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatdan aydın olur ki, o əmlakın alqı-satqısı ilə bağlı Cavabdeh5 ilə danışıqlar aparmış, qiyməti onunla razılaşmış, əmlakın iddiaçıya məxsus olduğunu və iddiaçı tərəfindən Cavabdeh5 etibarnamə verildiyini bilmişdir. Belə olan halda, əmlaka dair müqaviləni onu 2 gün əvvəl 70000 manata satın almış şəxslə bağladığı zaman Cava bdeh4 hər bir halda şübhə yaranmalı, əmlakın hansı səbəblə birbaşa deyil, digər şəxsin adına keçirilməsindən sonra ona satılması ilə bağlı izaha ehtiyac duyulan sualları ortaya çıxmalı idi. Lakin görünür ki, o, hansısa səbəbdən kifayət qədər ciddi olan bu məsələyə əhəmiyyət verməmiş, beləliklə də müqaviləni bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməmişdir.
35. Məhkəmənin qənaətinə görə, əmlaka dair bütün danışıqları Cavabdeh5 ilə aparan və məhz onun əmlak sahibini təmsil etdiyini bilən şəxsin, əmlakla bağlı alqı-satqı müqaviləsini onu 2 gün əvvəl əldə etmiş şəxslə bağladığı zaman lazımi sayıqlıq və ehtiyat nümayiş etdirdiyinə inanmaq, beləliklə də vicdanlı alıcı olduğunu qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir.
36. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 ilə Cavabdeh4 arasında 13 aprel 2021-ci il tarixdə bağlanmış əqdi etibarsız saydığından, həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsini həll etməkdə də haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyası tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”.
37. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətl ərinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
38. Cavabdeh4 kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)66/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər – Ə.A.Əhmədov (məruzəçi), V.T.Həsənov və İ.Ə.Şəfiyev) Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(103)-4015/2023 saylı qətnaməsinin ləğv edilməklə mülki iş yenidən baxılması üçün həmin məhk əməyə göndərilmişdir.
40. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı halda alıcı Cavabdeh4 əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh3 adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına inanıb etibar etməklə, həmin əmlakı iddiaçının etibarnamə üzrə nümayəndəsi Cavabdeh5 deyil, alqı-satqı müqaviləsinə əsasən əvəzi ödənilməklə bilavasitə mülkiyyətçinin özündən, yəni Cavabdeh3 satın almışdır. İşin bu halları mübahisəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh3 adına qeydə alınmasına dair çıxarışla, həmin əmlakın üzərində hər hansı məhdudiyyətin və yüklülüyün olmamasına dair arayışla, əmlakın satılmasına dair satıcı Cavabdeh3 arvadı X5 yazı lı razılıq ərizəsi, habelə əmlakın dəyərinin Cavabdeh4 tərəfindən tam məbləğdə ödənilməsinə dair Bank sənədləri və sair sübutlarla da təsdiq olunur. Başqa sözlə, əmlaka dair Cavabdeh3 ilə Cavabdeh4 arasında 13 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi notarial qaydada bağlanarkən həmin əmlak barədə hər hansı üçüncü şəxsin, o cümlədən İddiaçı iddiası olmamış və əmlakın iddiaçının iradəsi olmadan özgəninkiləşdirilməsi isə Cavabdeh4 yalnız 2022-ci ilin mart ayından sonra məlum olmuşdur.
41. Belə ki, Cavabdeh4 iddiaya etiraz ərizəsindən, habelə ona əlavə edilmiş sənədlərdən görünür ki, əmlaka dair Cavabdeh3 ilə Cavabdeh4 arasında sözügedən alqı-satqı müqaviləsi bağlandıqdan 11 ay sonra, yəni 18 mart 2022-ci il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi Cavabdeh5 öz adından müvəqqəti təminat tədbirinin görülməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək, əmlakın üzərinə həbs qoyulması, cavabdehə və üçüncü şəxslərə həmin əmlak üzərində hər hansı hərəkətin edilməsinin (istifadə olunması, boşaldılması, təmir edilməsi və sair) qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi cavabdehə qadağan edilmişdir.
42. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsinin təfsirində səhvə yol verərək, vicdanlılıq faktının sözügedən əmlakın Cavabdeh4 satılanadək artıq mövcud olduğunu, əmlaka dair Cavabdeh3 adına səlahiyyətli orqan tərəfindən aparılmış reyestrin məzmununun qeyri-dəqiqliyi sübu ta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə sayılmasını nəzərə almamışdır.
43. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh4 dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq mübahisəli əmlak üzərində mülkiyyət hüququ əldə etdiyindən, apellyasiya məhkəməsinin qətnamədə istinad etdiyi hallar, yəni iddiaçının əmlakı satmaq niyyətinin olmaması, əmlak üzərində sərəncam verərkən təmsilçi Cavabdeh5 səlahiyyət həddini aşması, habelə Cavabdeh4 əmlakın alqı-satqısı ilə bağlı Cavabdeh3 ilə deyil, Cavabdeh5 ilə danışıqlar aparması, qiyməti sonuncu ilə razılaşdırması və sair Cavabdeh4 əmlakı vicdanlı əldə etməməsi nəticəsinə gəlməyə əsas vermir.
44. Həmçinin, apellyasiya məhkəməsinin istinad etdiyi digər hallar, y əni Cavabdeh4 Bayram oğlunun İddiaçı tərəfindən Cavabdeh5 etibarnamə verdiyini bilməsi, əmlaka dair müqaviləni onu 2 gün əvvəl 70000 manata satın almış şəxslə bağladığı zaman onda hər hansı şübhə yaratmaması, əmlakın hansı səbəblə birbaşa deyil, digər şəxsin adına keçirilməsindən sonra ona satılması ilə bağlı izaha ehtiyac duyulan sualların ortaya çıxması, lakin onun hansısa səbəbdən kifayət qədər ciddi olan bu məsələyə əhəmiyyət verməməsi, əmlaka dair reyestrdə aparılmış qeydin qeyri-dəqiq olmasını bilməsi kimi qiymətləndirilə bilməz.
45. Belə ki, mülki qanunvericilikdə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri, yəni əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri ilə tənzimlənir və həmin norma daşınma z əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin norma əslində reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur.
46. Göründüyü kimi, apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140-cı maddəsinin dispozitiv şərtlərini nəzərə almadan əsaslandırmağa çalışmış və Cavabdeh4 əmlaka dair reyestrdə aparılmış qeydin qeyri-dəqiq olmasını bilib-bilməməsi ilə bağlı işin hallarını kifayət qədər araşdırmamış və onun əmlakı Cavabdeh3 üçüncü şəxslərin hüquqlarından azad formada əvəzi ödənilməklə satın almasına əhəmiyy ət verməmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əqd əsasında özgəninkiləşdirənin, yəni Cavabdeh3 adına qeydiyyata alınmış əmlaka mülkiyyət hüququ əldə edən Cavabdeh4 xeyrinə reyestrdəki qeyd, bu qeydə dair iddiaçının hər hansı etirazı reyestrə daxil edilmədiyi, habelə əmlakı əldə edən Cavabdeh4 həmin qeydin qeyri-dəqiq olmasını bilməsi kifayət qədər araşdırılmadığı üçün, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə əsasən qanuni və əsaslı hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
47. Apellyasiya instansiyası məhkəməsindəki təkrar baxış zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətininin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, apellyasiya şikayətində qətnamənin ləğvi qeyd edilsə də, əslində onların tələbi yalnız mübahisələndirilən ikinci – Cavabdeh4lə bağlanmış əqdə dair hissəyə aiddir, ona görə də şikayətin bu həcmdə qəbul olunaraq təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ikinci əqdə aid hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir.
48. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2831/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən - Bakı şəhəri, Səb ail rayonu, X12 küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 338000 manat pula satılması barədə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixdə reyestrdə 4Ə194 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə ödənilmiş 338000 (üç yüz otuz səkkiz min) manat məbləğində pulun Cavabdeh3 alınaraq Cavabdeh4 verilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh4 mülkiyyət hüququ ilə bağlı aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı ona çıxarışın verilməsini n təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbləri həmin hissədə rədd edilmişdir.
49. Apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, hazırkı mülki işin müəyyən edilmiş hallarına münasibətdə qeyd etmişdir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olmaması sübut edilənədək vicdanlı sahib hesab olunur. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, alıcı Cavabdeh4 əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh3 adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına inanıb etibar etməklə, alqı-satqı müqaviləsinə əsasən və əvəzi tam ödənilm əklə bilavasitə mülkiyyətçinin özündən, yəni Cavabdeh3 satın almışdır.
50. Qeyd edilənlər mübahisəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh3 adına qeydə alınmasına dair çıxarışla, həmin əmlakın üzərində hər hansı məhdudiyyətin və yüklülüyün olmamasına dair arayışla, əmlakın satılmasına dair satıcı Cavabdeh3 arvadı C.Həsənovanın yazılı razılıq ərizəsi, habelə əmlakın dəyərinin Cavabdeh4 tərəfindən tam məbləğdə ödənilməsinə dair Bank sənədləri və sair sübutlarla da təsdiq olunur.
51. Digər tərəfdən əmlaka dair Cavabdeh3 ilə Cavabdeh4 arasında 13 aprel 2021-ci il tarixli notarial qaydada alqı-satqı müqaviləsi bağlanarkən həmin əmlak barəsində hər hansı üçüncü şəxsin, o cümlədən İddiaçı iddiası olmamış və əmlakın iddiaçının iradəsi olmadan özgəninkilə şdirilməsi isə Cavabdeh4 yalnız 2022-ci ilin mart ayından sonra məlum olmuşdur.
52. Belə ki, Cavabdeh4 iddiaya etiraz ərizəsindən, habelə ona əlavə edilmiş sənədlərdən görünür ki, əmlaka dair Cavabdeh3la Cavabdeh4 arasında sözügedən alqısatqı müqaviləsi bağlandıqdan 11 ay sonra, yəni 18 mart 2022-ci il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi Cavabdeh5 öz adından müvəqqəti təminat tədbirinin görülməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək, əmlakın üzərinə həbs qoyulması, cavabdehə və üçüncü şəxslərə həmin əmlak üzərində hər hansı hərəkətin edilməsinin (istifadə olunması, boşaldılması, təmir edilməsi və sair) qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmiş və Səbail Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, əmlakın özgənin kiləşdirilməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi cavabdehə qadağan edilmişdir.
53. Belə olan halda apellyasiya məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsinin tətbiqində səhvə yol verərək, vicdanlılıq faktının sözügedən əmlakın Cavabdeh4 satılanadək artıq mövcud olduğunu, əmlaka dair Cavabdeh3 adına səlahiyyətli orqan tərəfindən aparılmış reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə sayılmasını nəzərə almamışdır.
54. Göründüyü kimi, Cavabdeh4 əmlakı Cavabdeh3 üçüncü şəxslərin hüquqlarından azad formada əvəzi ödənilməklə satın almış, lakin rayon məhkəməsi işin qeyd olunan hallarına düzgün qiymət verməyərək, gəldiyi nəticə ilə maddi hüquq normalarının tələblərini pozmuşdur.
55. Bununla da məhkəmə kollegiyası hesab edir ki, əqd əsasında özgəninkiləşdirənin, yəni Cavabdeh3 adına qeydiyyata alınmış əmlaka mülkiyyət hüququ əldə edən Cavabdeh4 xeyrinə reyestrdəki qeyd, bu qeydə dair iddiaçının hər hansı etirazı reyestrə daxil edilmədiyindən, habelə əmlakı əldə edən Cavabdeh4 həmin qeydin qeyri-dəqiq olmasını bilməsi işin sadalanan halları ilə müəyyən edilmədiyindən, rayon məhkəməsinin gəldiyi nəticə mübahisələndirilən hissədə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə əsasən qanuni və əsaslı sayıla bilməz.
56. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 140, 152.1, 324.1, 324.2, 337.1, 337.5, 339.1, 340.1, 359.1, 359.3, 362.1, 366.2, 404, 405.1 və 567-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı eti razın dəlilləri Kassasiya şikayətinin dəlilləri
57. İddiaçı (Vəkil5) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
58. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə qətnamə çıxararkən nəzərə almamışdır ki, işin kökü cinayət hadisəsindən qaynaqlanaraq sənədlər saxtalaşdırılmış və yekunda Cavabdeh4 Cavabdeh3 tərəfindən alqı-satqı müqaviləsi ilə formal olaraq adına keçirilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Fuad Babayevin ********* saylı cinayət işi üzrə 11 iyul 2024-cü il tarixdə Cavabdeh5 barəsində təqsirləndirilən şəxs qismində cəlb edilməs i haqqında qərar qəbul etmişdir. Qərarda qeyd edilmişdir ki, “xx.xx.1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 5, mənzil 67-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş 93-də yaşayan Cavabdeh5 kifayət qədər sübutlar məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh5 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə dayısı İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 200,8 kv metr və 497 kv metr sahələri olan, iki çıxarışı obyektləri icarəyə götü rüb işlədə edəcəyinə dair yalan vəd verib aldadaraq, İddiaçı Rusiya Federasiyasından ona göndərdiyi həmin obyektləri satmaq hüququ olmadan idarə edilməsi üçün Moskva şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 77AQ38553414 nömrəli etibarnaməni saxtalaşdırmaqla, 07 aprel 2021-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 21 saylı notariat kontorunda ünvan 5 ünvanında yerləşən 957000 manat dəyərində 200,8 kv metr sahəsi olan obyekti alqı-satqı müqaviləsi ilə tanışı Cavabdeh3 adın rəsmiləşdirməklə özgəninkiləşdirib ələ keçirmiş, 13 aprel 2021- ci il tarixdə həmin obyekti Bakı şəhər 19 saylı notariat kontorunda Cavabdeh3 adından Cavabdeh4 adına alqı-satqı müqaviləsi ilə girov qoyub sonuncudan 338000 manat faizə pul götürmüş, nəticədə zərərçəkmiş şəxs İddiaçı 957000 manat, y əni xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir”.
59. Apellyasiya məhkəməsində Cavabdeh4 faizə pul verən olduğu, əmlakının sənədləri saxtalaşdırılmasını, birinci dəfə (Vüsal birbaşa Elçinin adınagirova qoymaq üçün) notariat kontoruna Cavabdeh5 Cavabdeh4 öz dostu olan notariusa aparması, həmin notariusun bu cür girov qoya bilməyəcəyini bildirdikdən sonra Cavabdeh3 adına formal məbləğə, yəni 70000 manat məbləğinə alqı-satqı edib daha sonra Cavabdeh4 girov qoymasını izah etmişdir. Göstərilənlərə baxmayaraq apellyasiya məhkəməsi xüsusi qərar qəbul edərək cinayət işi başlanılması üçün hüquq-mühafizə orqanlarına göndərmək əvəzinə tez tələsik formal xarakter daşıyan qətnamə çıxarmışdır.
60. Hazırda Nərimanov RPİ-nin İŞ-də icraatda olan ********* saylı cinayət işi ilə müəyyən olunur ki, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4Tahir oğlu birlikdə əvvəlcədən hərəkət edərək İddiaçı əmlakını ələ keçiriblər. Bundan başqa qeyd etmək lazımdır ki, Cavabdeh4 Əmanətlərin Sığortalanması Fondunda şöbə müdiri vəzifəsində işləməsi onun hər yerə təsir imkanlarının güclü olmasına görə mənə qarşı bu cür ədalətsiz qətnamə çıxarılmasına səbəb olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
61. Bundan əlavə, 21 may tarixdə məhkəmə qətnamənin çıxarılmasını elan etmədi. 24 may tarixdə cinayət işinin başlanması barədə məhkəməyə müraciət etdikdə tərəfə məlum olmuşdur ki, məhkəmə kollegiyası artıq qətnamə çıxa rmışdır. 21 may 2024cü il tarixli məhkəmə iclasının audio-video yazısı tədqiq edilərsə, məhkəmə kollegiyasının qərəzli mövqeyi Kassasiya instansiya məhkəməsi tərəfindən aşkarlanmış olar. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Cavabdeh4 tərəfindən Ali Məhkəməyə kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmuşdur və etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
63. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
64. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
65. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
66. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
67. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
68. Maddə 337.1. Bu Məc əllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
69. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
70. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edil ənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
71. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
72. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
73. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnamə ni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
74. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
75. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvə zində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
81. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
83. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
84. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
85. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, habelə məhkəmə iclaslarında irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətlənd irmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
86. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri, 19 saylı Notariat ofisində 13 aprel 2021-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 06 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsinin alıcısı Cavabdeh4 əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh3 adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb etibar etməklə, alqı-satqı müqaviləsinə əsasən və əvəzi tam ödənilməklə bilavasitə mülkiyyətçinin özündən, yəni Cavabdeh3 satın almışdır. Həmin əmlak üzərində satıcı Cavabdeh3 mülkiyyət hüququ ilə bağlı hər hansı üçüncü şəxsin, o cümlədən İddiaçı iddiası olmamış, əmlakın iddiaçının iradəsi olmadan özgəninkiləşdirilməsi isə Cavabdeh4 yalnız 2022-ci ilin mart ayından sonra məlum olmuşdur.
87. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
88. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2831/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.