Məhkəmə qərarları › İş №2(102)-3030/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3030/2020

25.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3030/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)3641/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim S.Cəfərov) iddia ərizəsi qismən təmin edilmiş, təbii qazd an qeyri-qanuni istifadəyə görə hesablanmış 840 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 870 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), V.Həsənov və Ş.Məmmədova, 2(103)1318/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-3641/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3118 manat 10 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3148 manat 10 qəpik məbləğində pulun Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ”İddiaçı” İstehsalat Birliyi xx.xx.2017-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evinə təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00131 nömrəli abonent kodu verilmiş, mənzildə G-4 markalı, 1705AZ**********30 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu müqavilənin və “Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları” nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbit edən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat;xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat və xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat dəymiş ziyan hesablanmışdır. Eyni zamanda, Birliyin nümayəndələri tərəfindən xx.xx.2017-ci il tarixdə cavabdehin mənzilində quraşdırılmış G4 markalı 1102AQ**********0 saylı qaz sayğacı, yeni, G-4 markalı 1702AZ**********64 saylı yeni qaz sayğacı ilə əvəzlənmiş və bu barədə xx.xx.2017-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. Aktı cavabdehin nümayəndəsi Miryusif Rəsulov imzalamışdır. Aktda sayğacın çıxış plastmas borusunun deşildiyi, plombun qırıq olduğu, gövdənin üst hissəsində deşik olduğu müəyyən edilmişdir. Qeyd olunan faktla bağlı xx.xx.2018-ci il tarixli 01322971 saylı akt tərtib edilmiş və itirilmiş təbii qazın dəyəri olaraq 564,40 manat dəymiş ziyan hesablanmışdır. Yenidən Birliyin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə cavabdehə məxsus qaz sayğacına baxış keçirilərkən yeni quraşdırılmış G-4 markalı 1702AZ**********64 saylı qaz sayğacının da üst plastmas hissədən deşildiyi aşkar edilmişdir. Faktla bağlı xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmiş və itirilmiş təbii qazın dəyəri olaraq 1.814 manat 40 qəpik dəymiş ziyan hesablanmışdır. Beləliklə, cavabdehin cəmi borcu 3.118 manat 10 qəpik olmuşdur. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikası DNŞ-nin kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011- ci il tarixli 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntus una yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alğı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərər in ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə dəymiş ziyanın məbləğini ekspertiza keçirməklə dəqiq müəyyən edə bilərdi ki, məhkəmə gedişində belə rəy alınmamışdır. Prosessual məsələlər və tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazı mı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya i nstansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evinə **********00131 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1705AZ**********30 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə olunmuş aktlardan və fotoşəkillərdən göründüyü kimi, Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacın birləşmə nöqtəsindən əvvəl özbaş ına olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan sayğacdan kənar istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qaz paylayıcı şəbəkəyə aid qaz boru xəttinin qaz sayğacının birləşmə nöqtəsindən öncə kəsilərək, qazdan sayğacdan kənar istifadə edilməsi cavabdehin birbaşa təqsirli hərəkəti nəticəsində baş verən, düşünülmüş hərəkətdir və iddiaçının istinad etdiyi aktlar fakt üzrə, real olaraq tərtib edilmişdir. Həmçinin İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qa z xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbit edən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi sənədlərdə qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 109,80 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 109,80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat dəymiş ziyan hesablanmışdır. Eyni zamanda, Birliyin nümayəndələri tərəfindən xx.xx.2017-ci il tarixdə cavabdehin mənzilində quraşdırılmış G-4 markalı 1102AQ**********0 saylı qaz sayğacı, yeni, G-4 markalı 1702AZ**********64 saylı yeni qaz sayğacı ilə əvəzlənmiş və bu barədə xx.xx.2017-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. Aktı cavabdehin nümayəndəsi Miryusif Rəsulov imzalamışdır. Aktda sayğacın çıxış plastmas borusunun deşildiyi, plombun qırıq olduğu, gövdənin üst hissəsində deşik olduğu müəyyən edilmişdir. Qeyd olunan faktla bağlı xx.xx.2018-ci il tarixli 01322971 saylı akt tərtib edilmiş və itirilmiş təbii qazın dəyəri olaraq 564,40 manat dəymiş ziyan hesablanmışdır. Yenidən Birliyin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə cavabdehə məxsus qaz sayğacına baxış keçirilərkən yeni quraşdırılmış G-4 markalı 1702AZ**********64 saylı qaz sayğacının da üst plastmas hissədən deşildiyi aşkar edilmişdir. Faktla bağlı xx.xx.2018-ci il tarixli0178822 saylı akt tərtib edilmiş və itirilmiş təbii qazın dəyəri olaraq 1.814 manat 40 qəpik dəymiş ziyan hesablanmışdır. Beləliklə, cavabdehin cəmi borcu 3118 manat 10 qəpik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Naz irlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həm qaz paylayıcısının, həm də istehlakçının qanunla qorunan mənafelərini nəzərə alaraq, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, istehlakçı nın qaz sayğacına müdaxilələr etməsi və paylayıcıya zərər verməsi ilk olaraq xx xxxxxx 2017ci il tarixdə aşkar edilmişdir. Yuxarıda sadalanan aktlar və abonentin saldosu isə sözügedən pozuntunun 2019-cu ilin aprel ayınadək davam etdiyini göstərir. Belə olan halda, iddiaçı tərəfindən tələb edilən məbləğ istehlakçının xx xxxxxx 2017 - xx xxxxx 2019- cu il tarixləri arasında yol verdiyi pozuntulara görə tutulmalıdır. Ona görə də istehlakçıdan, yəni cavabdehdən xx xxxxxx 2017 - xx xxxxx 2019-cu il tarixləri üçün tutulmalı məbləğ hər aya görə ortalama ağlabatan məbləğ kimi 20 (iyirmi) manat olmalıdır (yay ayları üçün sərfiyyatın az olduğunu nəzərə alaraq, yay aylarında aylıq 5 (beş manat), qış aylarında sərfiyyatın artdığını nəzərə alaraq, qış ayları üçün 30 (otuz) manat). Məhkəmə qeyd edilən ləri nəzərə alaraq hər aya görə 20 (iyirmi) manat, ümumilikdə 17 ay (17x20=340) üçün 340 (üç yüz qırx) manat məbləğinin tutulmasını ədalətli hesab etmişdir. Bundan əlavə sadalanan aktlara əsasən iki dəfə sayğac dəyişdirilməsi nəzərə alınmaqla, ağlabatan qiymət olaraq hər sayğaca görə 250 manat olmaqla, cəmi 500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı İB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar