Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3034/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Sadıqov Qardaşxan Dadaş oğlunun və nümayəndəsi X8 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx/2019 nömrəli qətnaməsindən Cavabdeh MMC, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətl əri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (N.Misirzadə) 2(011)-xxxx/2018 saylı, xx.xx.2018-ci il qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə və qeyrisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s” tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m-dən ibarət olan 3 otaqlı, 28 nömrəli mənzilə dair Cavabdeh MMC ilə X10 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, X3 ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m-dən ibarət olan 3 otaqlı, 28 nömrəli mənzildən çıxarılması, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m-dən ibarət olan 3 otaqlı, 28 nömrəli mənzilin İddiaçı təhvil verilməsi, İddiaçı ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m-dən ibarət olan 3 otaqlı, 28 nömrəli mənzilinə sahiblik və istifadə hüququnun tanınması, 118200 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq X5 ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdeh İddiaçı və Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) xx.xx.2018-ci il tarixli, 2(103)-xxxx/2018 nömrəli qətnaməsi ilə müstəqil tələb irəli sürən 3-cü şəxs X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhər i Xətai rayon Məhkəməsinin 2(011)-xxxx/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İsgəndərov, Ə.Əhmədov, İ.Dəmirov) xx.xx.2019-cu il tarixli, 2(102)-xxxx/19 saylı qərarı ilə Cavabdeh MMC, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-xxxx/2018 nömrəli qətnaməsinin ləğv olunması və işin apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərim li, İ.Xəlilov, Ə.Qasımov) xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx/2019 nömrəli qətnaməsi ilə müstəqil tələb irəli sürən 3-cü şəxs X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-xxxx/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi X5 münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh MMC, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 ayrı-ayrılıqda iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin sahiblik və istifadəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 1 say lı yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m-dən ibarət olan 3 otaqlı, 28 nömrəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X11 cavabdehlər "xxxx” MMC-yə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı ilə "xxxx” MMC arasında bağlanmış xx.xx.2007ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə X3 cavabdeh qismində cəlb edilməsini, "xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m-dən ibarət olan 3 otaqlı, 28 nömrəli mənzildən X3 çıxarılması, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m-dən ibarət olan 3 otaqlı, 28 nömrəli mənzilin ona təhvil verilməsi, onun mənzildə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh MMC-nin vəkili Hüseynov Zaur Elbrus oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Ali Məhkəmənin məcbur olan göstərişləri nəzərə alınmadan maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış, sübutlara bütünlüklə yanlış qiymət verilərək qəbul edilmişdir. İşə Ali Məhkəmənin göstərişləri əsasında təkrar baxan apelyasiya instansiyası məhkəməsi ekspert rəylərinə münasibətdə əvvəlki qətnaməni təkrarlamış, digər məsələlərdə isə sübutlara yanlış qiymət vermişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi telefon nömrələri ilə bağlı qeyd etmişdir ki, göründüyü kimi tərəflərin heç biri 2007-ci ildə “xxxx” MMC-nin istifadəsində hansı telefon nömrəsinin olması barədə məhkəməyə sübutlar təqdim etməsələr də, ***-**-** saylı telefonun həmin MMC-nin istifadəsində olması dolayısı yolla təsdiq olunur. R.Əliyeva tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli müqavilədə qeyd olunan ***-**-** saylı şəhər telefonunun isə MMC-nin istifadəsində olması barədə iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə ***-**-** saylı telefonun MMC-nin istifadəsində olmasının dolayısı yolla təsdiq olunduğunu qeyd etsə də, sonda yanlış qənaətə gələrək əvvəlki qətnaməni təkrarlamış, həmin telefon nömrəsinin ümumiyyətlə 2011-ci ildən istifadəyə verilməsi barədə “xxxx” MMC-nin arayışını nəzərə almamış, İddiaçı məxsus 2007-ci il tarixli müqavilədə həmin telefon nömrəsinin necə mövcud olmasını əsaslandıra bilməmişdir. Həmçinin məhkəmə qarşı tərəfə üstünlük hüququ tanıyaraq onların iştirakı olmadan əsassız və qanunsuz sübutlar təqdim etməsinə şərait yaratmış və bundan onların xəbəri olmamışdır. Nəticədə apelyasiya məhkəməsi mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qətnamə qəbul etmiş dir. Məhkəmənin gəldiyi nəticə ekspert rəylərinə və işin hallarına zidd olmaqla qanunsuz bir yanaşma olmuşdur. İddiaçı müqaviləsinin əvvəlki tarixə bağlanmasına dəlalət edən sübut olmasına baxmayaraq, məhkəmə qərəzli şəkildə sübuta və dəlilə əsaslanmadan həmin hala yanlış hüquqi qiymət vermişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-xxxx saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X10 və vəkili Hüseynov Zaur Elbrus oğlu Cavabdeh” MMC-nin vəkili Hüseynov Zaur Elbrus oğlu tərəfindən tərtib edilmiş kasasiya şikayəti ilə eyni məzmun da olan kasasiya şikayəti ilə məhkəməyə müraciət edib, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs kimi onun iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 və vəkili Hüseynov Zaur Elbrus oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Ali Məhkəmənin məcbur olan göstərişləri nəzərə alınmadan maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış, sübutlara bütünlüklə yanlış qiymət verilərək qəbul edilmişdir. Həmçinin apelyasiya məhkəm əsi onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə işə baxarkən mübahisəli mənzilin onun qanuni sahibliyində və mülkiyyətində olmasını nəzərə almamışdır. Məhkəmə onunla “xxxx” MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqaviləni nəzərə almamışdır. Həmin müqavilə əsasında mübahisəli mən ona satılmış, mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. X4 mənzili vicdanlı alıcı kimi almışdır və mənzilin tam qanuni mülkiyyətçisidir. Hazırki münasibətlərə podrat müqaviləsinin müddəalarını tətbiq etmək lazımdır. Göstərilənlərə əsasən onlariş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)9768/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş lər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, müstəqil tələb irəli sürən 3-cü şəxs X4, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 və Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Müstəqil tələb irəli sürən 3-cü şəxs X2, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 və Cavabdeh MMC-nin vəkili Hüseynov Zaur Elbrus oğlu məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının bir həftə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Sadıqov Qardaşx an Dadaş oğlu və nümayəndəsi X13 kasasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşə mahiyyəti üzrə baxan apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, mülki iş materiallarında olan sənədlərdən görünür ki, mübahisə predmeti ünvan 2 ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının i-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 kv.metrdən ibarət olan 3 otaqlı 28 nömrəli mənzildir. Həmin mənzilə dair Cavabdeh MMC tərəfindən üç müqavilə bağlanmışdır. Birinci müqavilə xx.xx.2007-ci il tarixdə X10 ilə, ikinci müqavilə xx.xx.2007-ci il tarixdə İddiaçı ilə, üçüncü müqavilə Rəqiyyə Əliyeva ilə bağlanmış birinci müqavilə ləğv olunmaqla xx.xx.2017-ci il tarixdə X6 ilə bağlanmışdır. Hazırkı işdə yalnız ilk iki müqavilə, yəni R.Əliyeva ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə və İddiaçı ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə mübahisələndirilmişdir. Maliyyə arayışlarına əsasən mənzilin dəyəri payçı Şükürova Amalva Sevindik qızı və X10 tərəfindən tam ödənilmişdir və MMC-yə borcları yoxdur. Ekspert rəyləri ilə müəyyən olunur ki, X10 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin 1-ci vərəqəsindəki möhür əksinin, Cavabdeh MMC tərəfindən X5 verilmiş maliyyə arayışında və xx.xx.2017-ci il tarixli “iddia ərizəsinə sənədində olan möhür əkslərinin rəngləyiciləri kimyəv i tərkibinə görə eynidirlər. Həmin möhür əkslərinin və X10 ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli müqavilənin 2-ci vərəqəsindəki möhür əksinin rəngləyiciləri kimyəvi tərkibinə görə fərqlənirlər. Ekspert rəylərində göstərilənlər işin hər hansı başqa halı ilə təkzib olunmadığından, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmişdir. İşin göstərilən fatiki hallarına əsaslanan birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli iənzil İddiaçı məxsus olduğu, habelə İddiaçı ilə “xxxx nmpani” MMC arasında xx.xx.2007-ci il tarixli müqavilə bağlandığı, həmin mənzillə ğlı hər hansı bir razılaşma (müqavilə) bağlanarkən, İddiaçı da iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan, Cavabdeh MMC ilə X2 arasında xx.xx.2007-ci il tarixli müqavil ə bağlanmışdır. Digər tərəfdən iddiaçı ilə bağlanmış müqavilə kompyuterdə yazılmaqla tərtib edildiyi halda, X2 lə bağlanmış müqavilə əlyazma şəklində sonradan tərtib edilmişdir ki, bu da X2 bağlanmış müqavilənin tarixinin iddiaçı ilə bağlanmış müqavilənin tarixindən əvvəl də, əslində həmin müqavilənin sonradan tərtib edilməsini bir daha sübut edir. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, həmin MMC xx.xx.2004-cü ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına allınmış və VÖEN nömrəsi **********dir. Cavabdeh MMC-nin direktoru X15 tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 041 saylı arayışdan görünür ki, Cavabdeh MMC-nin baş ofisi ünvan 3 ünvanında 21 saylı binanın 2-ci mərtəbəsində “xxxx” MTK-nın baş ofisində yerləşir. Hər iki hüquqi şəxs eyni ofisdə yerlə şdiyindən onların hər ikisi xx.xx.2009-cu il tarixdən 012 ***-**-** nömrəli şəhər telefonundan istifadə edirlər. Xətai Telefon Qovşağının xx.xx.2018-ci il tarixli arayışından görünür ki, xx.xx.2009-cu il tarixdən bu günə kimi 541 -60-42 saylı telefon “xxxx” MTK-ya məxsusdur. İddiaçı nümayəndəsi Qardaşxan Sadıqovun məhkəməyə təqdim etdiyi “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür. Xan Şuşinski küçəsi məhəllə 955 ev 21 ünvanında yerləşən “xxxx” MTK xx.xx.2011- il tarixindən etibarən ***-**-** saylı telefon nömrəsinin abunəçisidir. İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış xx xxxx 2007- d il tarixli müqavilədə VÖEN nömrəsi **********, telefon nömrəsi isə ***-**-** göstərilmiş, X2 ilə Cavabdeh MMC arasında imzalanmış xx xxxxxx 2007-ci il tarixli müqavilədə VÖEN nömrəsi gö stərilməmiş, telefon nömrəsi isə —7-05-25 qeyd olunmuşdur. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdə həmin MMC-nin VÖEN nömrəsinin həqiqətən ********* olması təsdiq olunur. MMC-nin telefon nömrəsinə gəldikdə isə, tərəflərin heç biri 2007-ci ildə Cavabdeh MMC-nin istifadəsində hər hansı telefon nömrəsinin barədə məhkəməyə sübut təqdim etməmişlər. Xətai Telefon Qovşağının xx.xx.2018-ci il tarixli arayışına əsasən xx.xx.2009-cu il tarixdən bu günə kimi ***-**-** saylı telefon “xxxx” MTK-ya məxsusdur. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli məktubuna əsasən isə xx.xx.2011-ci il tarixdən ***-**-** saylı telefonun abunəçisi “xxxx” MTK-dır. Cavabdehxxxx“xxxx” MTK-nın baş ofisində yerləşir. Göründüyü kimi, tərəflərin heç biri 2007-ci ildə “xxxx” MMC-nin istifadəsi ndə hansı telefon nömrəsinin olması barədə məhkəməyə sübut təqdim etməsələr də, ***-**-** saylı telefonun həmin MMC-nin istifadəsində olması dolayısı • olla təsdiq olunur. X2 verilmiş xx xxxxxx 2007-ci il tarixli müqavilədə çeyd olunan ***-**-** saylı şəhər telefonunun isə “xxxx” MMC-nin istifadəsində olması barədə iş materiallarında heç bir sübut yoxdur. İddiaçı nümayəndəsi Qardaşxan Sadıqov tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxxxx 2013-cü il tarixli audit aktının surətindən görünür ki, Cavabdeh MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübariz Baş İdarəsində aparılmış cinayət işinin istintaqı zamanı audit yoxlaması aparılmışdır. Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 4 ədəd 1 girişli 24 mərtəbəli yaşayış bi nalarında yaşayış və qeyri-yaşayış sahələrinin alıcılara satılarkən tərtib olunmuş müqavilələrin və satışa dair əməliyyatların rəsmiyyətə salınmasının düzgünlüyünə dair audit xidmətinin göstərilməsi ilə bağlı tərtib olunmuş xx.xx.2013-cü il tarixli Audit rəyindən müəyyən olunur ki, 1 saylı binanın sahəsi 157,6 kv.m olan 28 saylı mənzili “xxxx” adlı şəxsə satılmışdır. Həmin binada mənzil almış şəxslərin arasında X3 adı yoxdur. Beləliklə, iş materialları ilə sübut olunur ki, Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx xxxx 2007-ci il tarixli müqaviləyə əsasən, ünvan 4 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 28 saylı mənzilinin qanuni sahibi İddiaçıdır. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx xxxx 2007- ci il t arixli müqavilənin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. X10 ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2007-ci il:arixli müqavilənin sonradan tərtib olunması kifayət qədər sübuta yetirilir. X2 xx xxxxxxx 2017-ci il tarixli iddia ərizəsində və xx xxxx 2018-ci il tarixli apelyasiya şikayətində mübahisəli mənzilin onun sahibliyində və istifadəsində olmasını göstərsə də, bundan əvvəl apelyasiya qaydasında işə baxılarkən prosesə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoşulmuş X6 həmin mənzilin xx xxxx 2017-ci il tarixdə X2 razılığı ilə Cavabdeh MMC tərəfindən ona satıldığını bildirmişdir. Sonuncu müqavilənin tarixinə, habelə X2 iddia ərizəsinin və apelyasiya şikayətinin tarixinə diqqət yetirdikdə, X2 iddiasının və apelyasiya şikayətinin əsassız və məntiqsiz olması bir daha təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirili r. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Belə ki, apelyasiya kollegiyası qəbul etdiyi qətnamədə qeyd etdiyi kimi, kasasiya instansiyası məhkəməsinin göstərişləri əsasında araşdırma aparmış və R.Əliyevanın iddia tələbinin əsassızlığı qənaətinə gəlmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-4 17, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxxx/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3034/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3034/2020
21.05.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver