Məhkəmə qərarları › İş №2(102)-3037/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3037/2019

29.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3037/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3037/2019 29 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh2 və onun vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli, 2(103)11997/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunun 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 124 kv.m. təşkil edən mənzilə dair cavabdehlər Cavabdeh1 MTK ilə X1 arasında bağlanmış 04 iyun 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh2 həmin mənzildən çıxarılması və eyni zamanda tərəfindən kirayə haqqı olaraq 102 ay ərzində ödənilmiş 51000 manatın, mənəvi ziyana görə 10000 manatın və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 MTK-dan tutularaq öna ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Ə.Misirzadə) 29 iyun 2018-ci il tarixli, 2(011)-1401/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.A.Mərdano va, F.F.Babayev və E.M.Həsənov) 15.11.2018-ci il tarixli, 2(103)-11997/2018 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Xətairayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı kassasiya şikayətində işin faktiki hallarını sadalamaqla və qanunvericilik normalarına istinad etməklə kifayətlənmişdir. PRO SESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 vəkilinin dediklərinə uyğun izahat vermişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 15.11.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçılə Cavabdeh1 MTK arasında 04.04.2007-ci il tarixdə mübahisəli mənzillə bağlı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 94448 manat müəyyən edilmişdir. Müqavilə üzrə təhvil veriləcək ümumi sahənin dəyərini n qalan hissəsi 44000 manat təşkil etmiş və həmin məbləğin iddiaçı tərəfindən 12 ay ərzində MTK-nın hesabına və ya kassasına nəğd pulu şəklində ödənilməsinə dair öhdəlik götürülmüşdür. Müqavilənin şərtlərindən həmçinin aydın olur ki, mənzilin dəyəri olan iddiaçı sahə haqqı ödəmələrini gecikdirərsə, onu müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh1 MTK üzvlüyündən azad etməsini və sahənin tam dəyərinin iddiaçı tərəfindən MTK-ya ödənilmiş hissəsinin ona qaytarılmasını yalnız həmin sahəni başqa bir şəxsə verildikdən sonra mümkünlüyünü MTK öz üzərinə öhdəlik olaraq götürmüşdür. Müqaviləyə əsasən müəyyən edilmiş qrafikə əsasən iddiaçı sahə haqqlarının ödənilməsini gecikdirdiyi təqdirdə MTK tərəfindən bu müqavilənin bir tərəfli qaydada ləğv edilməsinə və iddia çının ödədiyi maliyyə vəsaitlərinin müqavilənin müqavilədə göstərilmiş şərtlər ilə qaytarılmasına etiraz etməməyi öhdələrinə götürmüşlər. İddiaçı sonuncu dəfə 08.08.2007-ci il tarixdə ödəniş etmiş və MTK-ya 13850 manat məbləğində borcu qalmışdır. Buna görə də, iddiaçı ilə qeyd edilən mənzillə bağlı bağlanmış müqavilə Cavabdeh1 MTK tərəfindən 07.03.2013-cü il tarixdə bir tərəfli qaydada ləğv edilərək, həmin mənzil 04.06.2013-cü il tarixli müqavilə əsasında Cavabdeh2 satılmışdır. Sonuncu həmin mənzili təmir etdirərək, mənzildə yaşayır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi ( ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Yuxarıda da göstərildiyi kimi, mübahisəli mənzilin yerləşdiyi bina Cavabdeh1 MTK tərəfindən inşa edilmiş, MTK inşa etdiyi həmin binanın eyni mənzilinə dair həm iddiaçı və həm də cavabdeh ilə eyni məzmunlu müqavilələr bağlamış, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməmiş, lakin, cavabdeh tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. MTK mübahisəli mənzili həmin şəxslərlə ayrı-ayrılıqda bağlanmış eyni məzmunlu müqavilələrə əsasən onlara təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla b elə, MTK sözügedən müqavilələrlə fərdən müəyyən edilmiş həmin mənzili iddiaçıya deyil, cavabdehə təhvil vermiş və sonuncu mənzili təmir etdirilməklə avadanlıqlarla təchiz etmişdir. Başqa sözlə, MTK cavabdehlə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və MTK fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu 04.04.2007-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə müqavilədən irəli gələn öhdəliklər mövcud olduğundan, əşyanın (mənzilin) alınmasına müəyyən vəsait sərf etmiş şəxslər (iddiaçı və maraqlı şəxs) kreditor, öhdəliyin icrasını təmin etməyi üzəri nə götürən MTK isə borclu hesab olunur. Bu mənada kollegiyanın qənaətinə görə, hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Apellyasiya instansiyası məhkəməsi həmçinin düzgün olaraq qeyd et mişdir ki, tərəflər arasında ayrı-ayrılıqda yaşayış binasında mənzil tikintisi ilə əlaqədar bağlanmış müqavilələr podrat müqaviləsi olduğundan mübahisə üzrə həmin münasibətləri tənzimləyən Mülki Məcəllənin XXXİX fəslinin müddəalarının tətbiq olunması istisna edilmir. Mülki Məcəllənin həmin fəsildə yer alan 752.2-ci maddəsinin tələblərinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına qiymət verərək belə qənaətə gəlmişdir ki, MTK öz materialları əsasında inşa etdiyi (hazırladığı) yaşayış binasındakı mübahisəli mənzili məhz Cavabdeh2 mülkiyyətinə keçirmək niyyəti ilə ona təhvil vermişdir. Bu qənaətə gələrkən kollegiya nəzərə almışdır ki, ödədiyi muzd əsasında mənzilin podratçı tərəfindən sifarişçiyə verilməsi, hazırlanmış əmlaka mülkiyyət hüququnun verilməsi hesab olunur; bu isə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş şərtin (söhbət, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsindən gedir) reallaşdığını göstərir. Cavabdeh2 lazımi qaydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə təmir və təchiz etdirmiş, onun mülkiyyət hüququnun qeydiyyatdan keçməməsi sözügedən şərtin baş verməsini şübhə altına almır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil Cavabdeh2 verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə etmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyr i-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır... Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlə r”. Bu qənaətə gələrkən kollegiya həmçinin onu da nəzərə almışdır ki, iddiaçı mənzilin ona təhvil verildiyini, hətta ona qapı qoyduğunu, sonradan qapının dəyişdirilərək mənzilin başqasına verildiyini irəli sürsə də, MTK ilə arasında müqavilə bağlandıqdan sonra həmin mənzilin onun sahiblik və istifadəsinə verilməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğ u gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd edilən Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Kollegiya hesab edir ki, etibarsızlıq tələbi üzrə müddətin keçməsi ilə bağlı hissədə də apellyasiya instansiyası məhkəməsi düzgün qənaətə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin maddi hüquq normaları ilə bağlı istinad edilən dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. İşin faktiki halları ilə bağlı dəlillərinə dair isə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlamaqla məhudlaşdığından həmin dəlillərə qiymətin verilməsi mümkünsüzdür. Azərbaycan Respublikası MPM-in 4 17.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli, 2(103)-11997/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar