Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-684/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər Nizami rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(007)-37/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 24 oktyabr 2014-cü il tarixli 272/14/PBA №-li kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə 8211.37 manat əsas, 14734.96 manat faiz borcu, 9349.82 manat dəbbə pulu olmqla, cəmi 32296.15 manat pulun və 30 manat ödənilmiş dövlət rüsmunun əvəzinin tutulması, ipoteka predmetinin 60000 manat qiymətlənidirilməsi və borcun əvəzi bu qiymətlə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən Cavabdeh1 mülkiyyətindəki, 66 nömrəli evin, 4-cü mərtəbəsində, 59.5 kv.m ümumi, 46.7 kv.m yaşayış, 12.8 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı, 11 nömrəli mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən Cavabdeh1 müliyyətindəki, 66 nörməli evin, 4-cü mərtəbəsində, 59.5 kv.m ümumi, 46.7 kv.m yaşayış, 12.8 kv.m yardımçı sahədən ibarət , 3 otaqlı, 11 nömrəli mənzilindən orada yaşayanlar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 çıxarılması və fərdi yaşayış evi boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh2 əvvəlki "xxxx" ASC-nin Azadlıq filialından 24.10.2014-cü tarixli 272/14 PBA №-li kredit müqaviləsinə əsasən illik 26 % olmaqla 36 ay müddətinə evin təmiri məqsədilə 21000 manat 2015-ci il 04 may tarixli 035/15/PBA/PK №-li kredit müqaviləsinə əsasən illik 30% olmaqla 12 ay müddətinə evin təmiri məqsədilə 2400 ABŞ dolları borc almışdır. 24.10.2014-cü il 272/14/PBA №-li kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən Cavabdeh1 mülkiyyətindəki, 66 nömrəli evin, 4-cü mərtəbəsində, 59.5kv.m ümumi, 46.7 kv.m yaşayış, 12.8 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı, 11 nömrəli mənzil 272/14/PBA №-li ipoteka müqaviləsilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 həcmində dəbbə pulu tələb edir, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2018-ci il mayın 17-dək Cavabdeh2 "xxxx" ASC-yə 24.10.2014-cü il tarixli 272/14/PBA №-li kredit müqaviləsi üzrə 9196.79 manat əsas, 7691.60 manat hesablanmış faiz, 7805.96 manat dəbbə pulu, cəmi 24694.35 manat 2015-ci il 04 may tarixli 035/15/PBA/PK №-li kredit müqaviləsi üzrə 2354.64 ABŞ dolları əsas, 3375.10 ABŞ dolları hesablanmış faiz, cəmi 5729.74 ABŞ dolları borcu vardır. Cavabdehlər xəbərdar edilmələrinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildrişə münasibətlərini bildirməmişlər. İpotekanın predmeti müstəqil qiymətləndiricinin rəyinə əsasən 60000 manat qiymətləndirilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(007)-37/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 24 oktyabr 2014-cü il tarixli, 272/14/PBA nömrəli kredit müqaviləsi üzrə 7035,85 əsas borc, 4446,27 manat hesablanmış faiz borcu, 500 manat dəbbə pulu olmaqla, cəmi 11982,12 manat borc və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzinin Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, 24 oktyabr 2014-cü il tarixli 272/14/PBA nömrəli kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 məxsus, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 66 nömrəli evin, 4-cü mərtəbəsində, 59.5 kv.m ümumi, 46.7 kv.m yaşayış, 12.8 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı, 11 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına İddiaçı BOKT ASC-yə olan həmin borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiyməti 100.000 manat məbləğində müəyyən edilərək, hərrac yolu ilə satıldıqdan bir ay sonra Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 66 nömrəli evin, 4-cü mərtəbəsində, 59.5 kv.m ümumi, 46.7 kv.m yaşayış, 12.8 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı, 11 nömrəli mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsiqət olunmuşdur. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərinin həllinə dair” Fərmanının təsiri dairəsinə düşməsinə baxmayaraq, onun adı restrukturizasiya siyahısına düşməmişdir. Belə ki, Fərman imzalanan tarixə onun 700 gündən çox gecikmə günü olmuşdur. MKR-də isə gecikmə günləri səhv, yəni 365 gündən az göstərilmişdir. Yaranmış problemin həll edilməsi və kredit borcunun restrukturizasiya məqsədi ilə dəfələrlə MBNR-yə və İddiaçı BOKT ASC-yə müraciətlər etməsinə baxmayaraq, bu günə kimi iddiaçı tərəfindən kreditin restrukturizasiyası həyata keçirilməmişdir. Ona görə o, bu hüquqdan məhrum olmuşdur. İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında ərizə verərək bildirdi ki, Cavabdeh2 tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilərək, onunla İddiaçı BOKT ASC arasında bağlanmış 24.10.2014-cü il tarixli, 272/14/PBA №-li kredit müqaviləsinin restrukturizasiya edilərək kreditlər siyahısına daxil edilməsi öhdəliyinin Mərkəzi Bankın üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-3820/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Tərəflərindən bununla bağlı şikayət verilməmiş və qərar qüvvəyə minmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(007)-37/2020 saylı qətnaməsinin ləğv edilərək, mülki işin baxılmamış saxlanmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(007)-37/2020 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixli 551 saylı Fərman vermişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanın 3.2-ci bəndinə əsasən 1-ci hissəyə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunajağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görmələri tövsiyə olunmuşdur. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən işlərin məhkəmədən geri çağrılmasına dair müddət bir ay həddində müəyyən edilməsinə, hazırda isə üç aya yaxın bir müddətin keçməsinə baxmayaraq Fərmanın göstərilən bəndinin icrası təmin edilməmişdir. Bu isə işlərin lüzumsuz yerə təxirə salınmasına, tərəflərin dəfələrlə məhkəməyə çağrılmasına şərait yaratmaqdadır. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən iddiaçı məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə mülki işi baxılmamış saxlayır. Digər tərəfdən qeyd edilməlidir ki, istinad olunan Fərmanda nəzərdə tutulanlarla bağlı işin məhkəmədən kənar həll edilməsinə dair yeni əsaslar yaranmışdır. Məhz bu baxımdan Fərmanda göstərilənlərin tətbiqi mövcud kredit müqavilələri üzrə öhdəliyin icrasının tələb edilməsi imkanlarını məhdudlaşdırır. Tərəflərin, ilk növbədə kreditorun mövcud olan münasibətlərin Fərmanın təsir dairəsinə düşməsi ilə bağlı məhkəməni və borclunu məlumatlandırmaq vəzifəsi vardır. Borclunun isə bu məlumatı aldıqdan sonra kompensasiya əldə etmək, icra edilməyən öhdəliyin qaldığı halda yeni mühüm şərtlərin razılaşdırılan müqavilənin bağlanması imkanı tanınır. Lakin Fərmanda göstərilən son müddətin, yəni 45 gün müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq kreditorun borclunu məlumatlandırmasına dair öz üzərinə düşən vəzifəsini yerinə yetirməmiş və faktiki olaraq hazırkı mülki işin icraatının davam etdirilməsi imkanlarını məhdudlaşdırmışdır. Hər bir halda Fərmanın tələbinə əsasən mövcud kredit münasibətləri üzrə öhdəliyin icrasının tələb edilməsi istisna olduğundan kredit verən təşkilatlara tövsiyyə olunmuşdur ki, məhkəmlərdə başlanmış icraatların geri çağrılmasını təmin etsinlər. Lakin göründüyü kimi, Fərmanın bu tələbinədə əməl olunmur. Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-3820/2021 saylı qərarı ilə iddia təmin edilərək, iddiaçı Cavabdeh2 "xxxx" ASC ilə bağlanmış 24 oktyabr 2014-cü il tarixli, 272/14/PBA nömrəli kredit müqaviləsi üzrə qalıq borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci və 391-ci maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1 maddəsinin tələbinə görə şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildirlər. Həmin Məcəllənin 117.1 maddəsinin tələbinə görə şahidlərə, ekspertlərə və mütəxəsislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertizanın təyin edilməsi, mütəxəsislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Göründüyü kimi məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatın dəyəri 145 manat və məhkəmə-qiymətləndirmə ekspertizasının tədqiqatının dəyəri olan 250 manat tərəflərdən bərabər qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1, 384.0.4 və 391 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(007)- 37/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 290 (iki yüz doxsan) manat bərabər qaydada İddiaçı BOKT ASC və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının tədqiqatı dəyəri olan 200 (iki yüz) manat bərabər qaydada İddiaçı BOKT ASC və Cavabdeh2 tutularaq, "xxxx" MMC-nin VÖEN **********, “X6 Azərbaycan” QSC Nərimanov filialı, Bankın kodu: 509987, VÖEN:**********, M/h: AZ51NABZ********************, S.W.İ.F.T.BİC:NABZAZ2C, H/h:AZ51KABA******************** saylı hesabA keçirilsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının tədqiqatı dəyəri olan 250 (iki yüz əlli) manat bərabər qaydada İddiaçı BOKT ASC və Cavabdeh2 tutularaq, "xxxx" MMC-nin VÖEN **********, Hesab/İBAN:AZ58RBTA********************, "xxxx" ASC-nin Nərimanov filialı, FAD:505442, VÖEN:**********, M/h: AZ61NABZ013501**********6944, S.W.İ.F.T:RBTAAZ22 saylı hesaba keçirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-684/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-684/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver