Məhkəmə qərarları › İş №2(102)-304/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-304/2024

05.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-304/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-304/2024 (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3184/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 05 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Binə qəsəbəsi, Sovxoz yaşayış sahəsində yerləşən fərdi yaşayış sahəsi İddiaçı məxsusdur.

2. Cavabdeh Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş Təbii X1nın pozulması haqqında 30 dekabr 2020-ci il tarixli ******* saylı akt üzrə 1.771,20 manat, 26 fevral 2021-ci il tarixli ******* saylı akt üzrə 295,20 manat, 31 mart 2021-ci il tarixli ******* saylı akt üzrə 295,20 manat, 30 aprel 2021-ci il tarixli ******* saylı akt üzrə 295,20 manat, 31 may 2021-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, 30 iyun 2021-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, 30 iyul 2021-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, 31 avqust 2021-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, 30 sentyabr 2021-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, 29 oktyabr 2021-ci il tarixli ******* saylı akt üzrə 504 manat, 30 noyabr 2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat, 30 dekabr 2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat, 31 yanvar 2022-ci il tarixli ******* saylı akt üzrə 648 manat, 28 fevral 2022-ci il tarixli ******* saylı akt üzrə 669,60 manat, 2022-ci ilin mart ayında akt üzrə 669,60 manat, 2022-ci ilin aprel ayında akt üzrə 734,40 manat ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizə si ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 8.150,40 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz ünvanında onun iştirakı ilə təbii qaz sayğacı olmadan qeyri-qanuni istifadə etdiyinə görə ******* saylı akt tərtib edilmişdir. Sonradan, o, qaz sayğacının qoyulması ilə bağlı bu barədə cavabdehə müraciət etdikdə bildirmişlər ki, onun üçün müvəqqəti olaraq qazı bərpa ediblər. Bundan sonra cavabdeh tərəfindən ona bildirmişlər ki, onun tərəfindən qaz verilməsinə müdaxilə edildiyi üçün ona 8.150,40 manat cərimə yazılmışdır. Cavabdeh mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(003)-2151/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus **********00211 saylı abonent hesabına əsassız hesablanmış 8.150,40 manat borcun silinməsi, cavabdehdən 101,51 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət gəlirlərinə alınması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, təbii qazdan qeyri-qanuni istifadə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsi müəyyən olunmamış, bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamış, cavabdeh tərəf borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 443.1, 443.2, 448.1, 448.2-ci, “Qaz təchizatı haqqında” Qanunun 13-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü və 36-cı maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 3.1.7, 4.9, 5.2, 5.4, 5.5, 6.5 və 6.7-ci bəndlərinə, “X1”na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndləri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

8. Qətnamədən c avabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmiş, abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Əməkdaşlar tərəfindən aktlar tərtib edilərkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-708 7/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçının abonent hesabına borcun hesablanmasına əsaslar cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən dəfələrlə təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktı cavabdeh tərəfindən tərtib edilmiş aktlarla müəyyən edildiyindən, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğ ruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, qanunvericiliyin tələblərinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi is tehlakçıya təqdim edilməlidir.

12. Məhkəmə araşdırması zamanı istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, təbii qazdan qeyri-qanuni istifadə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsi müəyyən olunmamış, bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamış, cavabdeh tərəf borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir.

13. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri qazın alqı-satqı müqaviləsi əsasında həyata keçirilmiş olsa da, iş materiallarında cavabdehlə iddiaçı arasında belə bir müqavilə mövcud olmamışdır. Cavabdehin nümayəndəsinə müqavilənin təqdim edilməsi təklif edilsə də, həmin müqavilənin təqdim edilməsi mümkün olmamışdır.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, ayrı-ayrı aylar üzrə tərtib edilmiş aktların mötəbərliyinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən və həmin aktların əsaslı olmaları da məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən həmin aktlar əsasında iddiaçının abonent hesabına hesablanmış borclar əsassızdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 443.1, 443.2, 448.1, 448.2-ci, “Qaz təchizatı haqqında” Qanunun 13-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü və 36-cı maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 3.1.7, 4.9, 5.2, 5.4, 5.5, 6.5 və 6.7-ci bəndlərinə, “X1”na 3 nömrəl i Əlavənin 2.1.6-cı bəndləri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 384.0.1 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

16. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)812/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya insta nsiyası məhkəməsinə qaytarılmışdır.

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “iddiaçının özünün birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlər toplusuna qaz xəttinin fotoşəkilləri əlavə edilmişdir. Həmin fotoşəkillərdə (onların üzərində olan qeydlərə əsasən fotoşəkillər müxtəlif tarixlərdə çəkilmişdir) qaz xəttinin üzərində qaz sayğacının olmaması və dəmir borularının şlanq vasitəsi ilə birləşdirilməsi açıq aydın görünür. Apellyasiya məhkəməsi cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktların əsassızlığı qənaətinə gəlsə də, təqdim olunmuş fotoşəkilləri araşdırmamış, orada əks olunmuş halları, o cümlədən fotoşəkillərin iddiaçının istifadəsində olan yaşayış sahəsinə və mübahisəli dövrə aid olmasını tərəflərlə müzakirə etməmiş, onların iş üzrə sübut əhəmiyyətinə malik olub-olmamasına hüquqi qiymət verməmişdir. Bundan əlavə, iddia ərizəsindən müəyyən olunur k, iddiaçı 28 fevral 2022-ci il tarixli aktın təbii qazdan sayğac olmadan istifadə etdiyinə görə onun iştirakı ilə tərtib edildiyini etiraf etmişdir. Lakin apellyasiya məhkəməsi işin bu halını nəzərə almamış, iddiaçı apellyasiya məhkəməsinin iclasında iştirak etsə də, fərdi yaşayış evinə rezin borusunun (şlanqın) kim tərəfindən, nə vaxt və hansı məqsədlə quraşdırılmasını, aktların əhatə etdiyi müddətdə evində təbii qazdan hansı qaydada istifadə etməsini araşdırmamışdır.

19. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi iddiaçı və cavabdeh tərəfindən təbii qazın alqı-satqısı ilə bağlı müqavilənin mövcudluğunu müəyyən etməmişdir. Həmçinin iddiaçının yaşadığı fərdi yaşayış evi ndə ümumiyyətlə qaz sayğacının quraşdırılması iş materiallarından görünmür. Bununla belə, müqavilənin və sayğacın mövcud olmaması iddiaçının evində təbii qazdan istifadə olunmaması anlamına gəlmir. Qazdan istifadə olunmadığı halda, dəmir qaz borularının rezin boru (şlanqla) birləşdirilməsinin səbəbi izah olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının evi üzrə tərtib olunmuş abonent saldosuna əsasən iddiaçı tərəfindən qazdan istifadəyə görə ötən müddət ərzində ümumiyyətlə ödəniş aparılmamışdır. Halbuki, evdə təbii qaz təchizatı olduğu halda, hesablanmış borcun tam silinməsi iddiaçının cavabdeh təşkilatın hesabına əsassız varlanmasına səbəb olacaqdır.

20. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia çının istifadəsində olan yaşayış sahəsində qazpaylayıcı xəttə qanunsuz qoşulmanın olub-olmaması, ümumiyyətlə mübahisəli aktlar tərtib olunan dövrdə həmin evdə qazdan istifadə edilib-edilməməsi, cavabdeh tərəfindən hansı məbləğdə ziyan vurulması, evdə qaz sayğacı quraşdırılmadığı halda ziyana görə kimin məsuliyyət daşımalı olması halları araşdırılmalı, o cümlədən evdə qaz avadanlıqlarının quraşdırılmasının müəyyən edilməsindən ötrü fərdi yaşayış evinə tərəflərin iştirakı ilə baxış keçirilməsi, belə avadanlıqlar quraşdırıldığı halda isə təbii qazın orta sərfiyyatının müəyyən edilməsi üçün məhkəmə ekspertizasının keçirilməsi məsələsi tərəflərlə müzakirə edilməli, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bü tün tədbirləri görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3184/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi) Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 03 avqust 2022-ci il tarixli qətnaməsinin qismən – təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya məxsus **********00211 saylı abonent hesabına qış mövsümü üçün, yəni 30 dekabr 2020ci il tarixli ******* saylı akt üzrə hesablanmış 1.771,2 manat, 26 fevral 2021-ci il tarixli **** *** saylı akt üzrə 295,2 manat, 31 mart 2021-ci il tarixli ******* saylı akt üzrə 295,2 manat, 30 aprel 2021-ci il tarixli ******* saylı akt üzrə 295,2 manat, 30 noyabr 2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat, 30 dekabr 2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat, 31 yanvar 2022-ci il tarixli ******* saylı akt üzrə 648 manat, 28 fevral 2022-ci il tarixli ******* saylı akt üzrə 669,6 manat, 2022-ci ilin mart ayında tərtib olunmuş akt üzrə 669,6 manat və 2022-ci ilin aprel ayında tərtib olunmuş akt üzrə 6.674,4 manatın silinməsinə aid hissədə ləğv edilməsi, həmin hissədə (yuxarıda qeyd olunan aktlara aid hissədə) iddianın qismən təmin olunması, həmin aktlar üzrə zərərin məbləği 769,5 manat müəyyən olunmaqla, zərər kimi hesablanmış ümumi 6.674,4 manatın 5.904,9 manat hissə si (6.674,4-769,5) silinsin, 769,5 manatın silinməsinə aid hissədə isə iddianın təmin olunmaması qət edilmiş, qətnamə qalan hissədə, yəni 31 may 2021-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 194,4 manat, 30 iyun 2021-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 194,4 manat, 30 iyul 2021-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 194,4 manat, 31 avqust 2021-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 194,4 manat, 30 sentyabr 2021-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 194,4 manat və 29 oktyabr 2021-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 504 manat, ümumilikdə 1.476 manat əsassız hesablanmış borcun silinməsinə aid hissədə dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tu tularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evdə dörtgözlü piltə olsa da ondan istifadə edilməmişdir və mətbəxdə qaz balonundan istifadə edilir. Bundan başqa evin istiliyi “İran sobası” vasitəsi ilə təmin edilir. Başqa hər hansı qurğu müəyyən edilməmişdir.

23. İddiaçı həmin sobanı qaz balonu vasitəsi ilə işlətdiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, evin istiliyini təmin edən “İran sobasının” işlədilməsi üçün qaz balonundan istifadə edilməsi real və rentabelli görünmür. Eləcə də tərtib olunmuş aktlardan aşkar şəkildə müəyyən olunur ki, qaz xəttinə qanunsuz qoşulma halları baş vermişdir. Ona görə də iddiaçının bu dəlili əsaslı qəbul edilmir. Buradan aydın olur ki, “İran sobası” qanunsuz qoşulmaqla təbii qazla təchiz edilmişdir.

24. Qış mövsümündə evin istiliyini təmin etmək üçün “İran sobasının” qazdan istifadə nəticəsində orta qaz sərfiyyatının nə qədər təşkil etdiyini müəyyən etmək məqsədi ilə Kollegiya tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2023-cü il tarixli 10/4803 saylı ekspert rəyinə əsasən “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyələrin” tələblərinə əsasən “İran sobasının” qış mövsümündə 1 günlük orta qaz sərfiyyatı 27 m3 (1,5 m3 x 18 saat) təşkil edir. Məhkəmə tərəfindən “İran sobasından ” istifadə müddəti müəyyən edilməklə qış mövsümündə orta qaz sərfiyyatının nə qədər təşkil etməsi müəyyən edilə bilər.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, belə olan halda bir aylıq sərfiyyat 810 m3 təşkil edir (27 m3 x 30 gün). Aydındır ki, yay aylarında evin istiliyini təmin etmək üçün “İran sobasından” istifadə edilmir, ona görə də 30 dekabr 2020-ci il tarixli ******* saylı, 26 fevral 2021-ci il tarixli ******* saylı, 31 mart 2021-ci il tarixli ******* saylı, 30 noyabr 2021-ci il tarixli ******* saylı, 30 dekabr 2021-ci il tarixli ******* saylı, 31 yanvar 2022-ci il tarixli ******* saylı, 28 fevral 2022-ci il tarixli ******* saylı aktlar və 2022-ci ilin mart ayında tərtib olunmuş akt üzrə, hər bir ay üçün 81 manat (810 m3 x 0,10 manat) olmaqla, ümumilikdə 648 manat s ərfiyyat hesablanmalıdır. Eləcə də 30 aprel 2021-ci il tarixli ******* saylı, 30 noyabr 2021-ci il tarixli ******* saylı və 2022-ci ilin aprel ayında tərtib olunmuş aktlar üzrə 15 günlük sərfiyyat hesablanmaqla (həmin ayların 15 günü qış mövsümünə aid olduğundan), həmin dövr üçün itirişmiş qazın ümumi sərfiyyatı 121,5 manat müəyyən olunmalıdır.

26. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının “İran sobası”ndan qanunsuz istifadəsi nəticəsində cavabdeh təşkilata 769,5 manat ziyan vurulmuşdur. Ona görə də bu hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Qanunun 11.6- cı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.4, 3.4.1, 4.1, 6.5-6.7, 20.1.3-cü bəndlərinə, “X1”na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndləri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əslində əldə etdiyi cavabdehin mülkiyyətindəki qazdır bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox qeyri-qanuni əldə etməsin ə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Mülki Məcəllənin 21-ci maddəsini əsas götürməklə, təqdim olunmuş sübutların obyektiv və hərtərəfli araşdırılmaması nəticəsində abonent tərəfindən heç bir ödənişin olunmadığı müəyyən olunmamışdur. Bu hal isə xüsusi olaraq kassasiya instansiya məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarında öz əksinin taparaq apellyasiya instansiyası məhkəməsinə araşdırılması tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusiatlara diqqət yetirməyərək qətnamə qəbul etmişlər. Təqdim olunmuş fota şəkllərdən və iddiaçının iddia ərizəsində etira fından görünür ki, iddiaçı uzun müddət qaz xəttinə qannunsuz qoşulmaqla təbii qazdan sayğacdan kənar istifadə etmişdir. Bununla yanaşı mülki işə əlavə edilmiş saldodan da görünür ki, istehlak edilmiş qaz həcmi ilə ödənilmiş pul məbləği reallıqdan tam uzaqdır. İddiaçı təbii qazdan qeyri-qanuni istifadə etdiyinidən demək olar ki, heç bir ödəniş etməmişdir Həmçinin qanunvericilikdə hər bir tərəfin öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş nə də ki tərəflərindən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyri nə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istif adə edilməsi yolverilməzdir.

34. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

35. Maddə

11. Bənd

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. Maddə

13. Bənd

8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıd ır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

37. Maddə

13. Bənd

9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə ist ehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

38. Maddə 22. “Enerji resurslarının istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin mü ddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”.

39. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

40. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

41. Bənd 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

42. Bənd 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.

43. Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.

44. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakç ıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

45. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

46. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

47. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi ist ehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

50. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamış, kassasiya şikayətində hazırki işə heç bir aidiyyəti olmayan məhkəmə qərarlarına istinad edilmişdir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ü mumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Bu səbəb dən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3184/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar