Məhkəmə qərarları › İş №2(102)-3040/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3040/2019

29.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3040/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçı, vəkili Vəkil1, Cavabdeh5 vəkili Vəkil2, 3-cü şəxs X7 vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(005)3599/2018 saylı qətnaməsi ilə, ilk in iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2. Cavabdeh3, Cavabdeh4, X5 qarşı “səhmdarların ümumi yığıncağında qəbul edilmiş qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş,qarşılıqlı iddia ərizəsi təmin edilmiş,Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən “xxxx” ASC-nin təsis sənədləri və dairəvi möhürü X15 sədri İddiaçıdan alınib İdarə Heyətinin yeni seçilmiş sədri X5 verilməsi qət edilmiş,ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər F.Babayev və E.Həsənov, İş № 2(103)12554/2018) ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhə ri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli 2(005)-3599/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 qarşı “səhmdarların ümumi yığıncağında qəbul edilmiş qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASCnin 31 may 2018-ci il tarixində keçirilən səhmdarların ümumi yığıncağı zamanı əvvəlcədən gündəlikdə nəzərdə tutulmamış məsələlər barədə qəbul edilmiş qeyri-qanuni qərarların ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 cavabdeh İddiaçı qarşı “təsis sənədlərinin və dairə möhürün alınıb verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəri manov Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC-nin təsis sənədlərinin və dairə möhürün X15 sədri İddiaçı alınıb yeni seçilmiş sədr Cavabdeh5 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulmuş, sübutlara heç bir əhəmiyyət verilməmiş, işə birtərəfli qaydada yanaşılmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasınn iclasında iddiaçı v ə vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Cavabdeh5 vəkili Vəkil2, 3-cü şəxs X7 vəkili X13 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2018ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar üzürlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkə məsinin mülki kollegiyasının 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin i ş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrdən görünür ki, ASC-nin nizamnaməsinə uyğun olaraq 31.05.2018-ci il tarixdə keçirilmiş “xxxx ASC-nin səhmdalarının ümumi yığıncağı səlahiyyətli olmuşdur və Cavabdeh4 təklifi ilə gündəliyə seçkili orqanların yenidən seçilməsinə dair məsələnin səsvermə yolu ilə əlavə edilməsi qanunvericilik normalarının tələblərinə zidd olmamışdır. Apellyasiya instansiyası m əhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.1, 107-1,107-2.1, 106-1.3.1 - 106-1.3.3, 106-1.3.4, 106-1.3.5, 107.1, 107-3-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi,Azərbaycan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüququi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 02.07.2008-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış, “xxxx ASC-nin səhmdarlarının 22.06.2009-cu il tarixli qərarına əsasən idarə heyətinin sədri X1.Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestr çıxarışa əsasən,“xxxx” ASC-nin hazırki təsisiçilər və nizamnamə kapitalında mayaların miqdarı: Cavabdeh5, 7.7419%, Cavabdeh4 24.5255%, X2 16.2775%,, İddiaçı 14.0918%, X4 12.2973%, X3 13.091% müəyyən edilmiş, 09.12.2016-cı il tarixə qanuni təmsilçi ilə İddiaçı. İş materiallarında olan “xxxx ASC-nin səhmdarlarının ümumi yığıncağında iştirak edən səhmdarların qeydiyyat siyahısından görünür ki, ümumi yığıncaqda cəmiyyətin 11 səhmdarı iştirak etmiş və ümumi yığıncaqda iştirak edən səhmdarlar 7.105 ədəd səhmə, yəni səhmlərin 81,73% sahibdirlər. 05.04.2018-ci il tarixli Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən görünür ki, cəmiyyətin qiymətli kağızlarının 14 nəfər mülkiy yətçisi vardır. Cəmiyyətin qiymətli kağızlarının ümumi miqdari isə 8.693 ədəd adi adlı səhmdən ibarətdir. “Səs Qəzeti”nin 17.03.2018-ci il tarixli, № 051 (5523) buraxılışdakı elandan görünür ki, “xxxx ASC-i səhmdarlarını 16.04.2018-ci il tarixdə saat 14:00-da illik ümumi yığıncağa dəvət etmiş, gündəlik məsələ “xxxx ASC-nin 2017-ci ilin yekunlarına dair illik hesabatının təsdiq edilməsi, “xxxx ASC-nin cari məsələlərinin təhlili müəyyən edilmiş, yığıncağın keçirilmə yeri isə Bakı şəhəri Dərnəgül qəsəbəsi 1999-cu məhəllə müəyyən edilmişdir. “xxxx ASC idarə heyətinin üzvlərinin yığıncağının 09.03.2018-ci il tarixli protokolundan görünür ki, “xxxx ASC səhmdarlarının illik ümumi yığıncağının 16.04.2018ci il tarixdə saat 14:00 da keçirilməsi, gündəlik məsələ isə “xxxx ASC-nin 2017-ci ilin yekunla rına dair illik hesabatının təsdiq edilməsi və cari məsələlərin təhlili müəyyən edilmişdir. “xxxx ASC səhmdarlarının illik ümumi yığıncağının 16.04.2018-ci il tarixli protokoluna əsasən,“xxxx ASC səhmdarlarının illik ümumi yığıncağı 31.05.2018-ci il tarixdə saat 14:30 da təxirə salınan yığıncağın gündəliyi əsasında keçirilməsi qərara alınmışdır. “xxxx ASC səhmdarlarının illik ümumi yığıncağının 31.05.2018-ci il tarixli protokolu ilə üç il müddətinə İdarə Heyətinin üzvləri X15 - sədr, X6 - üzv, İddiaçı - üzv seçilməsi qərara alınmışdır. Səsvermə zamanı bunun lehinə 4,113 ədəd səhm - 47,32 %, bitərəf 1,744 ədəd səhm 20,06 %, əleyhinə isə səsverən olmamışdır. Qanuni təmsilçinin və yeni idarə heyətinin dövlət qeydiyyatına alınması üçün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlə t orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi və ya bununla bağlı digər şəxsə etibarnamə verilməsi İdarə Heyətinin Cavabdeh4 həvalə edilmişdir. İddiaçı “xxxx” ASC-nin 31 may 2018-ci il tarixində keçirilən səhmdarların ümumi yığıncağı zamanı əvvəlcədən gündəlikdə nəzərdə tutulmamış məsələlər barədə qəbul edilmiş qeyri-qanuni qərarların ləğv edilməsini mübahisələndirmiş, tələbini onunla əsaslandırmışdır ki, səhmdarların növbəti ümumi yığıncağı 16.04.2018-ci il tarixə təyin edilmiş, qeyd edilən tarixdə keçirilən səhmdarlarının ümumi yığıncağı zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.2.1 və “xxxx ASC-nin nizamnaməsinin 4.1.10-cu maddəsinin tələblərinə əsasən səhmdarların ümumi yığıncağında səsl i səhmlərin altmış faizinin sahibləri iştirak etmədiyi üçün yetərsay formalaşmamış və bu səbəbdən də ümumi yığıncaq səlahiyyətli olmadığından səhmdarların ümumi yığıncağının keçirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada 31 may 2018-ci il tarixinə təyin edilmişdi. 31 may 2018-ci il tarixində keçirilən səhmdalrın ümumi yığıncağı zamanı ümumi yığıncaqda iştirak edən cavabdehlər səs çoxluğundan istifadə edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.2.2-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq qeyri-qanuni olaraq zorla ümumi yığıncağın gündəliyində nəzərdə tutulmamış məsələləri gündəliyə daxil etmişlər. Həmçinin cavabdehlər özləri də səs verməklə səhmdarların ümumi yığıncağın gündəliyində nəzərdə tultulmuş və sonradan qeyri-qanuni olaraq zorla gündəliyə daxil edilmiş məsəl ələr üzrə qərarlar qəbul etmişdirlər. Azərbaycan Respublikasının MülkiMəcəlləsinin 98.1-ci maddəsinə əsasən, nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Həmin Məcəllənin 98.7.-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin hüquqi vəziyyəti və səhmdarların hüquq və vəzifələri bu Məcəlləyə uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Azərbaycan Respublikası Mülki Məcə lləsinin 106-1.3.1 - 106-1.3.3-cü maddələrinə əsasən, Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar alma q, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək. Həmin məcəllənin 106-1.3.5-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 491.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinə əsasən, Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). “Banklar haqqında” Azərbaycan Respubli kasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmas ını təmin etməlidir. Səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir: cəmiyyətin adı və olduğu yer; səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı; səhmdarların ümumi yığıncağının gündəliyi; səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı i cra orqanının təşəbbüsü ilə çağırılır. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbində gündəliyə təklif olunan məsələlər göstərilməlidir. Həmin məsələlər yığıncağın gündəliyinə mütləq salınmalıdır. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir: üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtını və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir; beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir; otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarla rın ümumi yığıncağının keçirilməsini təmin etməlidir. Həmin məcəllənin 107.1-ci maddəsinə əsasən, Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hes ablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3-cü maddəsinə əsasən, Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş halda, səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf), imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və sair) təsdiq edilməklə, yazılı sənəd vasitəsi ilə səsvermədə qiyabi iştirak edə bilər. Qiyabi səsvermənin reqlamenti cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. Səhm bir neçə şəxsin ümumi birgə mülkiyyətində olduğu halda, ümumi yığıncaqda səsvermə səlahiyyəti onun mülkiyyətçilərinin birinə və ya onların ümumi nümayəndəsinə qanunvericilikdə müəyyən olunmuş qaydada həvalə edilir. Səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm — bir səsdir" prinsipi əsasında həyata keçirilir. “xxxx ASC-nin Nizamnaməsinin İV maddəsinin 4.1.1-ci bəndinə əsasən, Cəmiyyətin Ali İdarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Nizamnamənin 4.1.8-ci bəndinə əsasən, bu Nizamnamə ilə Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlərlə yanaşı Ümumi Yığıncaq nizamnamədə müəyyən edilmədiyindən asılı olmayaraq Cəmiyyətin fəa liyyəti ilə əlaqədar istənilən məsələni müzakirə və qərarlar qəbul edə bilər. Nizamnamənin 4.1.10-cu bəndinə əsasən, səsli səhmlərin 60 faizinin sahibləri iştirak etdikdə Ümumi yığıncaq səlahiyyətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Cavabdeh4 İddiaçı tərəfindən ünvanlanmış 22.05.2018-ci il tarixli məktubla 31.05.2018-ci il tarixdə gündəliyi dəyişdirmədən, yəni 16.04.2018-ci il tarixdə baş tutumayan yığıncağın gündəliyi əsasında yenidən keçiriləcəyi bildirilmişdir. 01.05.2018-ci il tarixli və 18.05.2018-ci il tarixli Cavabdeh4 tərəfind ən İddiaçı ünvanlanmış məktubla Cavabdeh4 cəmiyyətin səhmlərinin 105-dən çoxuna sahib olduğu üçün səhmdarların növbədənkənar ümumi yığıncağının keçirilməsini tələb etmiş, yığıncağın gündəliyinə cəmiyyətin 2017-ci ilin balansının təsdiq edilməsini, seçkili orqanların yenidən seçilməsi və digər məsələlərin salınmasını xahiş etmişdir.30.04.2018-ci il tarixdə “xxxx ASC-nin səhmdarlarına ünvanlanmış bildirişlərlə və teleqramlarla 31.05.2018-ci il tarixdə keçiriləcək iclasa dəvət edilmişlər, gündəlik məsələnin “xxxx ASC-nin 2017-ci ilin yekunlarına dair illik hesabatının təsdiq edilməsi və cari məsələlərin təhlili müəyyən edilməsi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ASCnin nizamnaməsinə uyğun olaraq 31.05.2018-ci il tarixdə keçirilmiş “xxxx AS C-nin səhmdalarının ümumi yığıncağı səlahiyyətli olmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Belə ki, həmin yığıncaq barəsində səhmdarlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbər verilmiş, kütləvi informasiya vasitələrində elan yerləşdirilmişdir. Eyni zamanda, ASC-nin səhmdarlarından 11 nəfər, yəni 78.57%- iştirak etmiş, bununla da, yetərsay müəyyən edilmişdir. Kollegiya, həmçinin apellyasiya instansiyası məhkəməsinin 31.05.2018-ci il tarixdə keçirilmiş səhmdarların ümumi yığıncağın gündəliyində 2017-ci ilin maliyyə balansının təstiq edilməsi və dividendlərin bölüşdürülməsi olsa da, Cavabdeh4 təklifi ilə gündəliyə seçkili orqanların yenidən seçilməsinə dair məsələnin səsvermə yolu ilə (leyhinə 4113 səhm – 47.32%; əleyhinə 2992 səhm – 34.41%) əlavə edilməsi qanunvericilik normalarının tələblərinə zidd olmamıasına dair nəticəsi ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.4-cü maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün ya lnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığına görə apellyasiya instansiyası məhkəməsinin onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə bu şikayətin təmin edilməməsinə dair nəticələri qanuni və əsaslı olmuş, Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməs inin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasın ı rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəl diyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, ilk iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkə mə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək 31.05.2018-ci il tarixdə keçirilmiş “xxxx ASC-nin səhmdalarının ümumi yığıncağı səlahiyyətli olması və Cavabdeh4 təklifi ilə gündəliyə seçkili orqanların yenidən seçilməsinə dair məsələnin səsvermə yolu ilə əlavə edilməsinin qanunvericilik normalarının tələblərinə zidd olmaması barədə düzgün və əsaslı nəticələrə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kolleg iyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İşüzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar