Məhkəmə qərarları › İş №2(102)-3041/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3041/2019

14.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3041/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı QSC vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2(103)-11516/2018 saylı qətnaməsindən İddiaçı QSC-nin nümayəndəsi, vəkili X3 və Cavabdeh1, vəkili Nümayəndə2 kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(001)4436 /2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.Ə.Razyev) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1lə iddiaçı təşkilat arasında bağlanmış 05 may 2006-cı il tarixli kredit xətti müqaviləsinə, kredit xətti müqaviləsinə dəyişiklik edilməsi barədə 05 may 2006-cı il tarixli, 03 avqust 2015-ci il və 15 iyul 2016-cı il tarixli kredit razışlaşmalarına xitam verilməsi, cavabdehlərdən müştərək qaydada 056R********** saylı kredit razılaşması üzrə əsas borca görə 229.154,72 manat, faiz borcuna görə 54 871,36 manat və hesablanmış cəriməyə görə 51.082 manat, cəmi 335.108,08 manat kredit borcunun, 056R********** saylı kredit razılaşması üzrə ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 249.724,91 ABŞ dolları, faiz borcuna görə 35.168,78 ABŞ dolları və hesablanmış cəriməyə görə 53.875 ABŞ dolları, cəmi 338.768,69 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, xxx qəsəbəsi, xxx küçəsi, 19 saylı qeyri-yaşayış binasına, digər Cavabdeh2 məxsus olan Bakı şəhəri, xxxi rayonu,xxx küçəsi 36 saylı evin 39 saylı mənzilinə, cavabdeh xxxə məxsus olan Bakı şəhəri, xxxi rayonu, X2 küçəsi 9 saylı evin 43 saylı mənzilinə, Cavabdeh4 məxsus olan Ağcabədi şəhəri, X8 küçəsi ilə xxx küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, Cavabdeh1 məxsus olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 280.000 manat, Cavabdeh2 məxsus olan mənzilin ilkin satış qiy mətinin 50.000 manat, cavabdeh xxxə məxsus olan mənzilin ilkin satış qiymətinin 130.000 manat, Cavabdeh4 məxsus olan qeyriyaşayış binasının ilkin satış qiymətinin 170.000 manat olmaqla açıq hərracdan satılması, borc məbləğləri və məhkəmə xərcləri həmin həmin əmlakların satılmasından əldə edilmiş vəsait hesabına ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, sözügedən əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklara olan istifadə hüquqlarının itirilməsi, onların həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh1 qətnamədən ape llyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2(103)-11516/2018 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 16 iyul 2018-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1lə iddiaçı təşkilat arasında bağlanmış 05 may 2006-cı il tarixli kredit xətti müqaviləsinə, kredit xətti müqaviləsinə dəyişiklik edilməsi barədə 10 fevral 2011-ci il tarixli sazişə, 03 avqust 2015-ci il, 15 iyul 2016-cı il tarixli kredit razışlaşmalarına xitam verilməsi, cavabdehlərdən müştərək qaydada 056R********** saylı kredit razılaşması üzrə əsas borca görə 127.639,86 manat, faizə g örə 20.976,83 manat, hesablanmış cəriməyə görə 5.000 manat, cəmi 153.616,69 manat, 056R********** saylı kredit razılaşması üzrə ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 220.000 ABŞ dolları, faizə görə 20.444,06 ABŞ dolları və hesablanmış cəriməyə görə 5.000 ABŞ dolları, cəmi 245.444,06 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, xxx qəsəbəsi, xxx küçəsində yerləşən 19 saylı qeyri-yaşayış binasına, Cavabdeh2 məxsus olan Bakı şəhəri, xxxi rayonu,xxx küçəsi 36 saylı evin 39-cu mənzilinə, cavabdeh xxxə məxsus olan Bakı şəhəri, xxxi rayonu, X2 küçəsi, 9 saylı evin 43 saylı mənzilinə, Cavabdeh4 məxsus olan Ağcabədi şəhəri, X8 küçəsi ilə xxx küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına yönəld ilməsi və həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, artıq qalan məbləğin ipoteka qoyanlara qaytarılması və satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı təşkilata ödənilməsi, eləcə də ipoteka predmeti olan- Bakı şəhəri, Binəqədi rayonu, xxx qəsəbəsi, xxx küçəsi, 19 saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin 280.000 manat, Bakı şəhəri, xxxi rayonu,xxx küçəsi, 36 saylı evin 39 saylı mənzilinin ilkin satış qiymətinin 50.000 manat, Bakı şəhəri, xxxi rayonu, X2 küçəsi 9 saylı evin 43 saylı mənzilin ilkin satış qiymətinin 130.000 manat, Ağcabədi şəhəri, X8 küçəsi ilə xxx küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının ilkin satış q iymətinin 170.000 manat müəyyən edilməsi, həmin əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin oradan çıxarılmaları və həmin əmlakların boşaldılması və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Tərəflər ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia qaldıraraq, Cavabdeh1lə iddiaçı təşkilat arasında bağlanmış 05 may 2006-cı il tarixli kredit xətti müqaviləsinə, həmin kredit xətti müqaviləsinə dəyişiklik edilməsi barədə 05 may 2006-cı il tarixli sazişə, 03 avqust 2015-ci il, 15 iyul 2016-cı il tarixli kredit razışlaşmalarına xitam verilməsi, cava bdehlərdən müştərək qaydada 056R********** saylı kredit razılaşması üzrə əsas borca görə 230.639,86 manat, faiz borcuna görə 54.871,36 manat, hesablanmış cəriməyə görə 102.165,78 manat, cəmi 387. 677 manat kredit borcunun, 056R********** saylı kredit razılaşması üzrə ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 250.000 ABŞ dolları, faizə görə 35.168,78 ABŞ dolları, hesablanmış cəriməyə görə 107.750,78 ABŞ dolları, cəmi 392.918,78 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və tutmanın Cavabdeh1 məxsus olan ünvan 1 qeyri-yaşayış binasına, Cavabdeh2 məxsus olan Bakı şəhəri, xxxi rayonu,xxx küçəsi 36 saylı evin 39 saylı mənzilinə, cavabdeh xxxə məxsus olan Bakı şəhəri, xxxi rayonu, X2 küçəsi 9 saylı evin 43 saylı mənzilinə, Cavabdeh4 məxsus olan Ağcabədi şəhəri, X8 küçəsi ilə xxx küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetlərinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlərin həmin ipoteka predmetlərinə olan istifadə hüquqlarının itirilməsi, cavabdehlərin oradan çıxarılmaları, ipoteka predmetlərinin boşaldılması və ipoteka predmetlərinin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı QSC-nin kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cərimə borcunun məbləğini azaldarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı QSC-nin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- cərimə borcunun azaldılması hissəsində ləğv edilib, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh1 isə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apell yasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı QSC-nin vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1, vəkili Nümayəndə2, digər cavabdehlər xxx, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinlə yib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasın a, cavabdehlərin həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmələrinə, birinci instansiya məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasına istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 307.3, 317.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv ed ilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 05 may 2006-cı il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə 300.000 ABŞ dolları kredit xətti açılmışdır. Sonradan tərəflər arasında imzalanmış 10 fevral 2011-ci il tarixli sazişə əsasən kredit xəttinin müddəti 178 ay və kredit xəttinin məbləği isə 3.000.000 ABŞ dolları müəyyən edilmişdir. 03 avqust 2015-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq 1,5 faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500.000 manat kredit verilmişdir. 15 iyul 2016-cı il tarixli kredit razılaşmasına əsasən iddiaç ı təşkilat tərəfindən Cavabdeh1 13 ay müddətinə, aylıq 0.9167 faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 250.000 ABŞ dolları kredit verilmişdir. Eləcə də Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh4, Cavabdeh5la zaminlik müqavilələri bağlanmış və zaminlər bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli binanın 1-ci mərtəbəsində və yarımzirzəmisində yerləşən ümumi sahəsi 473,6 kv.metr, əsas sahəsi 324,1 kv.metr, köməkçi sahəsi 149,5 kv.metr olan qeyri-yaşayış sahəsi 05 mart 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka dövlət qey diyyatına alınmışdır. 05 mart 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, xxxi rayonu,xxx küçəsi, istifadədə olan 0,654 ha torpaq sahəsində, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 36 saylı evin, 2 otaqlı, ümumi sahəsi 38.65 kv.metr, yaşayış sahəsi 27,65 kv.metr olan 39 saylı mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 05 mart 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh xxxin mülkiyyətində olan Bakı şəhəri, xxxi rayonu, X2 küçəsi 9 saylı evin 43 saylı mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 06 mart 2012-ci il tarixli ipoteka müqavailəsinə əsasən Cavabdeh4 mülkiyyətində olan A ğcabədi şəhəri, X8 küçəsi ilə xxx küçəsinin kəsişməsində istifadədə olan 0,0213 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən və xüsusi mülkiyyətdə olan ümumi sahəsi 262,4 kv.metr olan qeyri-yaşayış binasının iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İşə əlavə edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 21 iyun 2018-ci il tarixli rəyi ilə müəyyən olunur ki, 15 iyul 2016-cı il tarixli kredit razılaşması üzrə Cavabdeh1 iddia ərizəsi verilən, yəni 06 aprel 2018-ci il tarixə 249.724,91 ABŞ dolları əsas, 40.366,73 ABŞ dolları faiz, ekspertiza təyin olunan tarixə, yəni 07 may 2018-ci il tarixə 249.724,91 ABŞ dolları əsas, 42.732,26 ABŞ dolları faiz borcu vardır. 03 avqust 2015-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh 1 iddia ərizəsi verilən tarixə, yəni 06 aprel 2018-ci il tarixə 229.154,72 ABŞ dolları əsas, 62.215,51 ABŞ dolları faiz, ekspertiza təyin olunan tarixə, yəni 07 may 2018-ci il tarixə- 229.154,72 ABŞ dolları əsas, 65.767,40 ABŞ dolları faiz borcu vardır. İşə əlavə edilmiş “xxxx” MMC-nin 05 iyul 2018-ci il tarixli ekspert rəyinə görə Bakı şəhəri, xxxi rayonu,xxx küçəsi 36 saylı evin 39 saylı mənzilinin bazar dəyəri 50.000 manat, Bakı şəhəri, xxxi rayonu, X4 küçəsi, 9 saylı evin 43 saylı mənzilinin bazar dəyəri 130.000 manat, Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 0,0213 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 170.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, xxx qəsəbəsi, xxx küçəsində yerləşən 19 saylı qeyri-yaşayış binasının bazar dəyəri 280.000 manat təşkil edir. İd diaçı təşkilat tərəfindən təqdim edilmiş 15 noyabr 2018-ci il maliyyə arayışına görə, Cavabdeh1 056R********** saylı kredit razılaşması üzrə iddiaçı təşkilata 220.000 ABŞ dolları kredit borcu vardır. 15 avqust 2017-ci il tarixə, yəni müqavilə müddətinin bitmə tarixinə olan faiz borcu isə 20.444,06 ABŞ dolları, hesablanmış cərimə 68.250 ABŞ dolları, cəmi 308.694,06 ABŞ dolları təşkil edir. İddiaçı təşkilat tərəfindən təqdim edilmiş digər 15 noyabr 2018-ci il tarixli maliyyə arayışına görə Cavabdeh1 056R********** saylı kredit razılaşması üzrə iddiaçı təşkilata 127.639,86 manat əsas borcu qalmışdır. 03 avqust 2017-ci il tarixə, yəni müqavilə müddətinin bitmə tarixinə olan faiz borcu 20.976,83 manat, cərimə 62.957 manat, cəmi 211573.69 manat təşkil edir. Kassasiya instansiyası məhkəməsi apell yasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, tərəflərin kassasiya şikayətlərinin dəlilləri aşağıdakı maddi hüquq normalarının tələbləri baxımından da əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsas ən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini araşıdırıb hesab edir ki, Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas, faiz borclarının qalması, işə əlavə edilmiş sübutlarla, o cümlədən ekspertin rəyi ilə tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26 9.4, 307.3, 307.6, 307.7, 309.1, 317.1, 739.1, 739.2-ci maddələrinin tələbləri, həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 34.1.2, 39.3.3, 59.1, 59.3-cü maddələrinin tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. İddiaçı təşkilat kassasiya şikayətində dəbbə pulunun miqdarının əsas borcun məbləğinə nisbətdə qeyri-mütənasib olaraq azaldıldığını, Cavabdeh1 isə kassasiya şikayətində dəbbə pulunun miqdarının əsas borca nisbətdə tənasübsüz surətdə yüksək olduğunu göstərsələr də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdiri ldiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Şərh olunan maddələrin mənasına görə, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora cərimə və ya peniya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu əsas öhdəlik haqqında bağlanmış müqavilənin bir hissəsi kimi həmin müqavilədə nəzərdə tutula bilər və ya müstəqil müqavilənin predmeti ola bilər. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Öhdəliklərin təmin edilməsi üsulu olan dəbbə pulunun spesfik xüsusiyyəti ondan ibarətdir ki, dəbbə pulu kimi müəyyən edilmiş pul məbləğinin ödənilməsi öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında zərərin dəyib-dəyməməsindən bir qayda olaraq asılı deyil. Mülki hüquq pozuntuları nəticəsində kreditora zərər dəyməməsi belə borclunu dəbbə pulunu ödəmək vəzifəsindən azad etmir. Dəddə pulu və onun miqdarı qanunla və ya müqavilə ilə müəyyən edilir. Dəbbə pulunun miqdarı öhdəliyin əhəmiyyəti və onun pozulduğu halda dəyə biləcək mümkün zərərin miqdarını nəzərə almaqla tərəflərin razılaşması əsasında müəyyən edilir. Belə razılaşma zaman ı mümkün pozuntuya mütənasib olmayan dəbbə pulunun müəyyən edilməsi istisna olunur. Buna görə də şərh olunan maddələrdə tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının işə baxan məhkəmələr tərəfindən azaldıla bilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəbbə pulunun miqdarı yuxarıda göstərilən məbləğədək düzgün olaraq azaldılmışdır. Cavabdeh1 kassasiya şikayətində faiz borcunun düzgün hesablanmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Məhz bu mövqedən çıxış edərək, Qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticə lərini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Bu baxımndan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 faiz borcunun düzgün hesablanmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən, onun kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. O na görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı QSC-nin nümayəndəsi, vəkili X3 və Cavabdeh1, vəkili Nümayəndə2 kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 05 dekabr 2018-ci il tarixli, 2(103)-11516/2018 saylı qətnaməsi onların kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar