Məhkəmə qərarları › İş №2(102)-3043/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3043/2019

06.05.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3043/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)12801/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Səadət Səlimova) 2(011)-4106/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 2490,20 manat borcun silinməsi, Cavabdeh” İstehsalat Birliyindən dövlət rüsumuna görə 30 manatın və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 204 manat olmaqla, cəmi 234 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binə qəsəbəsi, R.Əşrəfov (Kuybişev) küçəsi, ev 11-də yerləşən ona məxsus yaşayış sahəsinə (ab onent kodu **********20000) əsassız olaraq hesablanmış 2490,20 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, 11 saylı evdə quraşdırılmış qaz sayğacı Cavabdeh nümayəndələri tərəfindən dəyişdirildikdən bir neçə ay sonra iddiaçıya sayğacda problem olması səbəbibdən 2490,20 manat cərimə hesablanmışdır. Həmin ünvanda daimi yaşayış olmasa da, təbii qazdan istifadəyə görə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmiş və qaz xəttinə hər hansı bir kənar müdaxilə edilməmişdir. Çünki iddiaçı istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, istifadə etdiyi təbii qaza görə dövlətə olan borcu ödəmiş, bundan başqa qaz sayğacına heç bir müdaxilə və ya digər t əsir edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gə lməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi 7 saylı ev X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 327 saylı reyestr kitabının 30501 saylı vərəqində qeydiyyat a alınmışdır. Cavabdeh əməkdaşları tərəfındən tərtib olunmuş 15.12.2016-cı il tarixli ******* saylı akta əsasən İddiaçı yaşadığı evdə təbii qazdan qeyri-qanuni istifadə etdiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Cavabdeh 30.12.2016-cı il tarixli qərarının surətindən müəyyən olunur ki, qaz işlədiçilərindən PQ4-ün maksimal saatlıq qaz sərfı 1,2 m3/saat, qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 76 gün, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 14 gün, qeyri-standart istilik sistemi maksimal saatlıq qaz sərfı 3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 76 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin cəmi 6269 m3 ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 15.12.2 016-cı il tarixli ******* saylı akt olmuşdur. Bundan sonra Cavabdeh əməkdaşları tərəfındən tərtib olunmuş 27.01.2017-ci il tarixli ******* saylı akta əsasən İddiaçı yaşadığı evdə təbii qazdan qeyri-qanunı istifadə etdiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Cavabdeh 10.02.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfı 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 43 gün, qeyri-standart istilik sisteminin maksimal saatlıq qaz sərfı 3 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 43 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin cəmi 2632 m3 ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 27.01.2017-ci il tarixli ******* saylı akt olmuşdur. Cavabdeh əməkdaşları tərəfındən tərtib olunmuş 27.03.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı evdə təbii qazdan qeyri-qanuni istifadə etdiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Cavabdeh 31.03.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 59 gün, qeyri-standart istilik sisteminin maksimal saatlıq qaz sərfı 3 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 59 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin cəmi 3611 m3 ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 27.03.2017-ci il tarixli ******* saylı akt olmuşdur. Cavabdeh əməkdaşları tərəfındən tərtib olunmuş 19.04.2017-ci il tarixli 018783 saylı akta əsasən İddiaçı yaşadığı evdə təbii qazdan qeyri- qanuni istifadə etdiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Cavabdeh 27.04.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfı 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 23 gün, qeyri-standart istilik sobanın maksimal saatlıq qaz sərfı 3 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 23 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin cəmi 1408 m3 ödənilməsi 018783 saylı akt olmuşdur Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı 25.01.2018-ci il tarixli akta əsasən iddiaçı sayğacdan kənar xətlə yaşadığı evdə təbii qazdan qeyri-qanuni istifadə etdiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Cavabdeh 30.01.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfı 1,2 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 94 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 86 gün, istilik sisteminin maksimal saatlıq qaz sərfı 3 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 94 gün, qış ayları üçün orta günlük iş rejimi 18 saat və hesabat müddəti 86 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin cəmi 1408 m3 ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 25.01.2018-ci il tarixli ******* saylı akt olmuşdur. Cavabdeh əməkdaşları tərəfındən tərtib olunmuş 23.02.2018-ci il tarixli ******* saylı akta əsasən İddiaçı qazdan qeyri-qanuni istifadə etdiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Cavabdeh 30.01.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, qaz 1 işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfı 1,2 m3/saat, orta günlük ış rejimi 6 saat və hesabat müddəti 30 gün, dəmir peçin maksimal saatlıq qaz sərfı 1,5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, QSSQ-nın maksimal saatlıq qaz sərfı 1,4 nrVsaat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası iiçün hesabat aparılmış və hesablanmış məbləğin cəmi 1422 m3 ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 23.02.2018-ci il tarixli ******* saylı akt olmuşdur. Cavabdeh tərəfındən birinci ins tansiya məhkəməsinə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfıyyatına görə borcu 1652,80 manat təşkil edir. Cavabdeh tərəfındən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 2445,12 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.08.2018-ci il tarixli 15256 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsindəki İddiaçı yaşadığı 11 saylı fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hisəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsin dəki İddiaçı yaşadığı 11 saylı fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hisəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədiyinə görə, Cavabdehnə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi 11 saylı fərdi yaşayış evinin həyətinin hasarının küçəyə tərəf hissəsi ilə yerdən 50 sm hündürlükdə metal dayaqların üzəri ilə 76 mm-lik polad qaz borusu keçir. Həmin qaz borusu fərdi yaşayış evinin giriş darvazasının yuxarı hissəsi ilə keçərək yenidən 50 sm hündürlükdəki metal dayaqların üzəri ilə çəkilmişdir. Evin giriş darvazası ilə üzbəüz durduqda sağ tərəfdə divara bərkidilmiş iki ədəd smart kart tipli qaz sayğacı vardır. Sayğaclar 15 mm-lik polad qaz borusu ilə 76 mm-lik polad qaz borusuna qoşulmuşdur. Hər iki sayğaclara daxil olan giriş xətlərin həmçinin 76 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar və yaxud qaynaq izləri yoxdur. Sayğaclar üzbəüz durduqda sağ tərəfdən birinci sayğac İddiaçı yaşadığı fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin üzərindədir. Həmin sayğac plastik qutunun içərisindədir və 14 02 AZl 301 14087220 zavod nömrəlidir. Sayğacın üzərində hər hansı mexaniki zədə və yaxud dağılma izləri yoxdur. Həmçinin sayğacın plombunun tamlığı pozulmamışdır. Qırmızı rəngli plombun üzərində "01444503" nömrəsi və "Cavabdeh İB Socar" yazıları vardır. Baxış zamanı sayğacının işlək vəziyyətdə olduğu müəyyən edildi. ******* saylı 23.02.2018-ci il tarixl i aktda abonent mənzildə təbii qazdan qeyri-qanuni istifadə edilməsi qeyd edilmişdir. Lakin qoşulmanı əks etdirən konkret fotoşəkillər çəkilməmiş və qoşulmuş qeyriqanuni qaz xəttinin diametri barədə hər hansı məlumatlar qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənlər əsasında belə nəticəyə gəlmişdir ki, cavabdeh tərtib etdiyi aktda qeyd olunan faktın baş verməsini sübuta yetirə bilmədiyindən, məhkəmə araşdırlması zamanı iddiaçının cavabdehə məxsus qaz xəttinə qeyri-qanuni qoşulması öz təsdiqini tapmadığından iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbayca n Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənlməsini tələb edə bilər. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclara təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Məhkəmə qeyd etmişdir ki, apellyasiya baxışı zamanı cavabdeh şikayətdə istinad edilən faktları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan MPM-nin 385.2-ci maddəsinin tələbləri baxımından ləğv edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasın ın 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12801/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar