Məhkəmə qərarları › İş №2(102)-3043/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3043/2021

26.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3043/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3701/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, "xxxx" MMC BOKT ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 06 iyul 2011-ci il tarixli 03 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC BOKT tərəfindən cavabdeh "xxxx" MMC-yə illik 10,25 faiz olmaqla,36 ay müddətinə 40000 manat məbləğində kredit xətti açılmışdır.

2. Həmçinin iş materiallarından görünür ki, "xxxx" MMC BOKT ilə "xxxx" MMC arasında bağlanmış 22 iyun 2012-ci il tarixli 09 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə 12 ay müddətinə ödənilmək şərti ilə 35000 manat məbləğində kredit xətti açılmışdır.

3. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC BOKT ilə "xxxx" MMC arasında bağlanmış 01 iyul 2013-cü il tarixli, 03 nömrəli əlavəyə əsasən iddiaçı "xxxx" MMC BOKT tərəfindən cavabdeh "xxxx" MMC-nə 12 ay müddətinə ödənilmək şərti ilə 55000 manat məbləğində kredit verilmişdir.

4. Bundan başqa iş materiallarından görünür ki, 05 may 2011-ci il tarixli etibarnaməyə əsasən cavabdeh İddiaçı mülkiyyətində olan xxx küçəsindəki 7 saylı evini potekaya qoyulmasını Cavabdeh3 etibar etmişdir.

5. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC BOKT ilə İddiaçı adından Cavabdeh3 arasında bağlanmış 06 iyul 2011-ci il tarixli ipotkeka müqaviləsinə əsasən "xxxx" MMC BOKT ilə "xxxx" MMC arasında bağlanmış 06 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasın ın təmin edilməsi məqsədi ilə İddiaçı mülkiyyətində olan xxxx küçəsində 0,06 nektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 57,55 kvadrat metr yaşayış, 110,91 kvadrat metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evini "xxxx" MMC BOKTa ipoteka ya qoyulmuşdur.

6. Şəki Rayon Məhkəməsinin 04.10.2019 saylı qətnaməsi ilə iddiaçı X cavabdehlər X və İddiaçı qarşı ipoteka hesabına borcun qaytarılması tələbi qismən təmin edilmiş, cavabdehlərdən ümumilikdə 31934,17 manat pulun "xxxx" MMC BOKT-un xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətində olan xxxx küçəsində 0,06 nektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4otaqlı, 57,55 kvadrat metr yaşayış, 110,91 kvadrat metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir.

7. Bakı şəhəri 6 saylı Notariat Of isinin notariusu X 11.09.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş 05.05.2011-ci il tarixli, xxxx reyestrli etibarnamə 2 nüsxədə tərtib edilmişdir. İddiaçı, xxx küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evini ipotekaya qoymağı etibar etməsi üçün verdiyini bildirdiyindən etibarnamə tərtib edilərkən həmin sözlər etibarnaməyə əlavə edilmişdir. Digər hüquqlarını etibar etmədiyindən etibarnamədə həmin hissə üzərindən “X” hərfi yazılmaqla xətlənərək pozulmuşdur. Etibarnamənin İddiaçı olan nüsxəsində və notariat ofisində saxlanmış nüsxəsində əmlakın ipotekaya qoyulmasına dair etibarnamə verdiyindən digər hüquqların həyata keçirilməsi etibar edilmədiyindən İddiaçı etibarnaməni imzalamadan əvvəl maşınka yazısı zamanı biri nci nüsxə ilə ikinci nüsxələrin “X” işarəsi ilə xətlənərək pozulması zamanı ikinci nüsxədə “ipoteka (girov) qoymaq” sözlərinin üzərindən xətt çəkilməklə pozulduğundan notariat ofisində saxlanmış ikinci nüsxədə sonda “ipoteka qoymaq” sözü yazılmışdır. Notariat ofisində saxlanmış nüsxədən hər hansı bir məqsədlər üçün istifadə edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər "xxxx" BOKT MMCyə, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı “müqavilələrin və əlavənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə "xxxx" MMC və Cavabdeh3 arasında bağlanıldığı ehtimal olunan 06.07.2011-ci il tarixli 3 saylı və 22.06.2012-ci il tarixli xxx saylı Kredit müqavilələri, həmin müqavilələrə edilmiş 01.07.2013-cü il tarixli xxx saylı Əlavə və 06.07.2011-ci il tarixli xxx saylı ipoteka müqavilələri qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təqribən 2011-ci ilin mart-aprel aylarında maklerlər vasitəsi ilə X adında bir şəxslə tanış olmuşdur. Həmin vaxtlar ona az miqdarda pul lazım idi. Tanış olmağının səbəbi də X guya hansısa bankda işləməsi və pul almaqda ona köməklik edə biləcəyi ilə bağlı idi. X onun Şəkidə yaşadığını və orada evinin olduğunu biləndən sonra bildirdi ki, fərqi yoxdur, Şəkidə "Xk" var, onlar pulu aşağı faizlə verirlər, onlardan da pul götürüb ona verə bilər. Əvəzində ona "hörmət" etməli idi. Pulun alınmasına dair razılığa gəldikdən sonra X bild irdi ki, pulun müqabilində girov da tələb olunur. O səbəbdən onunla birlikdə evə baxmaq üçün Şəki şəhərinə getdi. Orada evin şəklini çəkdi və özü hansısa hesablamalar apardıqdan sonra ona bildirdi ki, evini girov qoysa pulla bağlı problem olmaz. Girova razı olduğundan X, evin girov qoyulması qaydaları barədə onu təlimatlandırdı. X təlimatına uyğun olaraq ailə üzvlərinin adından razılıq ərizələri alıb X vermişdir. Daha sonra, X bildirdi ki, onun adına etibarnamə verməlidir ki, o sənədləşdirmə işlərini görsün. O heç nədən şübhələnməyərək etibarnamə verməyə razı olmuş və X təklifi ilə Bakı şəhərindəki 6 saylı Notariat Kontoruna getmişlər. Orada öz adından X 05 may 2011-ci il tarixli etibarnamə vermişdir. Etibarnaməni təsdiq etmək üçün notariusun yanına girmişlər. Notarius etibarnamənin məzmun unu izah etdi və bildirdi ki, etibarnamədə X mənzili girov qoyması da yazılıbdır. Belə olan halda o, etiraz etdi ki, X pulun alınması ilə bağlı digər hərəkətləri etsin, girovu isə özü qoyacaq. Bundan sonra notarius etibarnaməni geri qaytardı ki, etibarnamənin məzmunundakı "ipoteka (girov) qoymağı" sözünün üstündən xətt çəkilsin. X etibarnaməni götürüb kargüzarın yanına getdi. Bir neçə dəqiqədən sonra gəldi ki, etibarnaməni düzəltdi. Bundan sonra onlar ayrıldılar. Ayrılarkən X ona bildirdi ki, zəngini gözlə, bir neçə günə görüşüb, müqaviləyə qol çəkib pulunu alarsan. Bir müddət X zəngini gözləsə də zəng gəlmədi. Onda olan telefon nömrələri isə onun X etdiyi zəngləri qəbul etmədi. Ümumi tanışlar vasitəsi ilə məlumat aldı ki, çoxlu sayda insanları aldatdığına görə X həbs ediblər. X həbs oluna na qədər və həbs dövründə pul almağına dair heç kəs onunla əlaqə saxlamadı. Yəni, hesab etmişdi ki, X onun üçün "pul düzəltmə" əməliyyatı alınmadı. Lakin, 2018-ci ilin ortalarında məlumat aldı ki, "xxxx" MMC "xxxx" MMC adlı təşkilata və ona qarşı Şəki Rayon Məhkəməsində "ipoteka hesabına borcun qaytarılması tələbi ilə bağlı məhkəmə qətnaməsinin çıxarılmasına dair" iddia qaldırmışdır. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC 01.07.2013-cü il tarixində hansısa müqavilələr əsasında iddiaçıdan 55.000 manat kreditə pul götürmüş, həmin məbləğin 25.000 manat hissəsinin qaytarılması onun "xxxx" tərəfdən mənzilinin ipotekaya qoyulması ilə təmin edilmiş, lakin, həmin məbləğ qaytarılmadığından iddia tələbi faiz borcu,cərimələr və s. nəzərə alınmaqla 25.000 manatdan 31.934,17 manata qal xmış, həmin məbləğin cavabdehlərdən tutulmasına və tutulacaq məbləğin ipoteka predmetinə, yəni onun mənzilinə yönəldilməsi məhkəmədən xahiş olunur. Sonradan vəkili vasitəsi ilə iş materiallarından həmin müqavilələrin surətlərini götürmüş və belə qənaətə gəlmişdir ki, 06.07.2011-ci il tarixli xxx saylı, 06.07.2011-ci il tarixli xxx saylı, 22.06.2012-ci il tarixli xxxxsaylı kredit və ipoteka müqavilələrinə, 01.07.2013-cü il tarixli xxxx saylı Əlavəyə əsaslanan iddia tələbi tam əsassızdır, təmin edilə bilməz və həmin müqavilələr və xxx saylı Əlavə etibarsız hesab edilməklə iddia tələbi tam rədd edilməlidir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, işin faktiki halları baxımından yuxarıda da göstərdiyi kimi, iddiaçı Cavabdeh3 etibarnamə verərkən ona mənzilini ipotekaya q oymaq səlahiyyəti verməmişdir. O səbəbdən etibarnamənin məzmununda olan "ipoteka (girov) qoymağı" sözlərinin üstündən xətt çəkilmişdir. Həmin məzmunlu etibarnamə (xətt çəkilən) 6 saylı notariat kontorunda saxlanılan etibarnamədə də əks edilmişdir. Lakin, "ipoteka (girov) qoymağı" sözlərinin üstündən xətt çəkilsə də, hesab edir ki, sonradan etibarnaməyə çap maşını vasitəsi ilə "ipoteka qoymağı" sözləri əlavə edilmişdir. Bu əlavə onun iştirakı olmadan, etibarnamə təsdiq edildikdən sonra edilmişdir. Belə ki, məntiqlə, etibarnamənin məzmununda "ipoteka (girov)qoymağı" sözləri olduğu halda həmin sözlərin üstündən xətt çəkməklə yenidən "ipoteka qoymağı" sözünün əlavə edilməsi tamamilə məntiqsizdir. Hesab edir ki, bu sözlər sonradan əlavə edilmişdir. Bundan əlavə, etibarnamə verdiyi Cavabdeh3 e tibarnamə verdiyindən az vaxt sonra həbs edilmişdi. Ona görə də, 2012-ci il tarixli xxx saylı Kredit müqaviləsinin imzalanmasından onun xəbəri olmamışdır. Nəzərə alınsa ki, kredit və ipoteka müqavilələrində Cavabdeh3 tərəf kimi çıxış etmişdir, belə olan halda müqavilələrin icrası ilə bağlı 01 iyul 2013-cü il tarixli Əlavə xxx-də olan şərtlər də onunla razılaşdırılmalı idi ki, buna da əməl olunmamışdır. Bundan əlavə, 2012-ci ilinin avqust ayının 7-də X adına verdiyi etibarnaməni ləğv etmişdir. Həmin etibarnamənin ləğv edilməsindən sonra qəbul edilmiş sənədlərin heç bir hüquqi qüvvəsi olmamışdır. Beləliklə, Cavabdeh3 adına etibarnamə verərkən razılığını ondan ibarət olmuşdur ki, X onun adına onun üçün pul götürməyə köməklik edir, əvəzində evini öz adından ipoteka ilə yüklü edir. Lakin, işin faktiki hallarından görünür ki, X başqa bir tapşırıq vermədiyi halda, X iddiaçının mülkiyyətində olan mənzili "xxxx" MMC adlı təşkilatın xeyrinə yüklü etmişdir ki, həmin təşkilatın əməkdaşları onun mənzilinin hesabına pul götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar. Etibarnamənin məzmununun dəyişdirilməsi, belə bir tapşırıq vermədiyi halda tanımadığı, bilmədiyi təşkilatın xeyrinə onun adından onun üçün mənfi hüquqi nəticələrə səbəb ola biləcək hərəkətlərin edilməsi onu deməyə əsas verir ki, Cavabdeh3 əvvəlcədən onunla pis niyyətlə razılığa gəlmiş və etibarımdan sui-istifadə edərək qanunsuz hərəkətlərə yol vermişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(005)3014/2019 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin olunmamışdır.

11. Birin ci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirdiyi müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir.

12. Belə olan halda, məhkəmə qeyd etməyi zərur hesab etmişdir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilə r. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci m addəsinə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2- ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığ ını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir.

13. Məhkəmə qeyd etmişdir ki, mübahisəl əndirilən Bakı şəhəri 6 saylı Dövlət Notariusu tərəfindən təsdiq edilmiş 05 may 2011-ci il tarixli, xxxx nömrəli etibarnamədən iddiaçı məlumatlı olmuşdur. Belə ki, Cavabdeh3 2013-cü il tarixində cinayət məsuliyyətinə cəlb edildikdən sonra iddiaçı onun adına verdiyi etibarnaməni ləğvetdirmişdir.

14. Habelə, məhkəmə kredit müqavilələri, ipoteka müqavilələri və xxx saylı Əlavə barədə iddiaçının məlumatlı olması məsələsinə münasibətdə bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-46/2019 saylı, 04.10.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" MMC BOKT-un cavabdehlər X və İddiaçı qarşı “ipoteka hesabına borcun qaytarılması” tələbinə dair iddia ərizəsi Şəki Rayon Məhkəməsində hakim X icraatına 12.03.2018-ci il tarixdə qəbul edilmişdir. Cavabdeh İddiaçı ona qarşı belə bir iddia nın olduğunu bilsə də, kredit müqaviləsini, ipoteka müqaviləsini və xxxx saylı Əlavəni yalnız 31.05.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisələndirmişdir. Göründüyü kimi, 12.03.2018-ci ildən mübahisələndirilən müqavilələr üzrə həmin mülki iş üzrə cavabdehlərə qarşı tələb yönəldilsə də, hazırki mülki iş üzrə iddiaçı müqavilələrin etibarsızlığı üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 339, 347, 354, 359,, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88, 217.4, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

17. Bakı Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3701/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı «müqavilələrin və əlavənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(005)3014/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(005)-3014/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

18. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı notariat orqanın da əmlakının ipoteka qoyulması üçün Cavabdeh3 05 may 2011-ci i ltarixdə müvafiq etibarnamə vermiş, sonuncu isə iddiaçının ona verdiyi səlahiyyətə əsasən əmlakı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi ipoteka ilə yüklü etmişdir.

19. İddiaçı aldadıldığını,etibarnaməni əmlakın ipoteka qoyulması üçün verməməsini və s.bildirsə də,etirazının əsası kimi istinad etdiy halları əsaslandıra və sübut edə bilməmişdir.

20. Həmçinin,əqd bağlanan zamanı etibarnamə hüquqi qüvvədə olmuşdur (etibarnamənin sonradan,yəni əqd bağlandıqdan sonra iddiaçının özü tərəfindən ləğv olunması vəziyyəti dəyişdirmir).

21. Bununla yanaşı,iddiaçı mübahisələndirilən kredit müqaviləsinin tərəfi olmadığı halda onu mübahisələndirmiş,lakin həmin əqdin onun hansı maraqlarına və hüquqlarına toxunmasını ümumiyyətl ə əsaslandırmamış,etibarsızlığa əsas ola biləcək hər hansı halın mövcudluğunu göstərməmişdir.

22. Eyni zamanda, iddiaçı əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş müvafiq müddəti də ötürmüşdür ki, bu halın özü (iddianın əsassızlığı ilə bağlı yuxarıda qeyd edilənlərlə yanaşı) iddianın rədd olunması üçün qanuni əsas təşkil edir

23. Belə ki, mübahisələndirilən ipoteka müqaviləsi 2011-ci ildə bağlanmış, iddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 2019-cu ilin iyun ayında, yəni uzun müddət keçdikdən sonra müraciət olunmuşdur.

24. Həmçinin işdən görünür ki, Bakı şəhəri 6saylı Dövlət Notariusu tərəfindən təsdiq edilmiş 05 may 2011-ci il tarixli, xxxxx nömrəli etibarnamədən iddiaçı məlumatlı olmuş, etibarnamənin ləğv olunması üçün 2012-ci ildə notariat orqanı na müraciət etmişdir.

25. İddiaçı tərəf müddətin axımın kəsilməsi və ya dayandırılması,həmçinin müddətin ötürülməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yaz ılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

30. Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X4 və vəkili X3 izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər və üçüncü şəxs hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutara q işə digər cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

32. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

33. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaç ı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

36. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)

37. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2)

38. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (maddə 337.3)

39. Etibarsız əqd onun etibarsızlığı ilə b ağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (maddə 337.4)

40. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (maddə 337.5)

41. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (maddə 339.3)

42. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (maddə 354.1)

43. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (maddə 354.2)

44. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. (maddə 359.1) Mülki Prossesual Məcəllə

45. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

46. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 7 7.1)

47. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

48. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)

49. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırm a aparmır və onlara qiymət vermir. (maddə 407.2)

50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3701/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar