Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3046/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Cavabdeh MMC-nin vəkili Vəkil və cavabdeh X6 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və X10 (3-cü şəxs Nəsimi rayon İcra və Probasiya Şöbəsi) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2019-cu il tarixli 2(103)-12911/2019 nömrəli qətn aməsindən Cavabdeh MMC-nin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 iş üzrə cavabdeh qismində cəlb edilməsi, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evinin, 4/42 hissəsinin cavabdeh X1 dair 30.11.2017-ci il tarixli, 249 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) 2(005)-2000/2019 saylı, 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavab deh MMC-nin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 4/42 hissəsinin X1 dair 30.11.2017-ci il tarixli hərracın yekunları barədə 249 nömrəli protokolun etibarsız hesab edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Aida Hüseyn- sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 18 dekabr 2019-cu il tarixli 2(103)-12911/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh MMC və X11 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2000/2019 saylı, 24 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC-nin vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin mülkiyyətçiyə çatdırılması barədə poçt teleqramlarının surəti məhkəməyə təqdim edilmişdir. İddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, borclu, o cümlədən mülkiyyətçi X7 08.05.2018-ci il tarixdə ölmüşdür. İddiaçı 07.03.2019-cu il tarixdə yəni 10 ay sonra vərəsəlik qəbul edilmədən iddia qaldırmışdır. Məhkəmə 24.06.2019-cu ildə qətnamə qəbul edənədək də vərəsəlik qəbul edilməmişdir. Tərəfin notariusa müraciət ərizəsinin üstündən 1 il keçməsinə baxmayaraq vərəsəlik qəbul edilməmişdir. Apelyasiya məhkəməsində ey ni hal müzakirə olunsa da yenə “1 il bundan əvvəl” notariusa müraciət etdiklərini bildirmişlər. Apelyasiya məhkəməsi bu məsələyə düzgün qiymət verə bilməmişdir. Səbəb vəfat edən şəxsin çoxlu sayda tələbkarlara borclarının olmasıdır. İddiaçı bilir ki, vərəsəliyi qəbul edərsə borcları da qəbul etmiş olacaq. Məhkəmə iddianı icraata qəbul etməklə nəinki Mülki Prosessual Məcəllənin tələblərini pozmuşdu, hətta iddiaçıya borclardan yayınaraq mülkü əldə etmək imkanı vermişdir. Nərimanov rayon məhkəməsi və Apelyasiya məhkəməsi Cavabdeh MMC tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə təqdim etdiyi ərizəyə heç bir münasibət bildirilməmişdir. Hərrac təşkilatı bildirişləri icra vərəqəsində və icra məmurunun sifariş məktubunda qeyd olunan ünvana göndər mişdir. Tərəf süni şəkildə bildirişlərin alınmasından (qapını açmamaqla, bu ünvan deyil aldatmalarla və s.) yayınır. Apelyasiya Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2005-ci il tarixli, 89 saylı qərarına istinad edərək hesab edir ki, qeyd olunan mənzil iddiaçının yeganə yaşayış yeridir. Qeyd olunan mənzil iddiaçılara məxsus olmadığından qeyd olunan qərar iddiaçılara münasibətdə tətbiq edilə bilməz. Məhkəmə yalnış nəticəyə gələrək “İpoteka haqqında” AR Qanununun tələblərinin pozulması qənaətinə gəlir. Belə ki, qeyd olunan əmlak ipoteka ilə yüklü edilməmişdir. İcra məmuru tərəfindən əmlaka yönəlmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilmə si barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X11 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiy ası məhkəməsi tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.11.2009-cu il tarixli, 2(006)-3121/2009 nömrəli icra vərəqəsinə əsasən X2 X6 xeyrinə 22.456 manat və 2.000 ABŞ dolları məbləğində pul tutulanda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması qət edilmişdir. Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, X3 və X10 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 21.11.2017-ci il tarixli, 03/92-1-2 nömrəli bildirişə əsasən X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evi ilə bağlı açıq hərracın 30.11.2017-ci il tarixdə, saat 11:00-da keçiriləcəyi bildirilmiş, daşınmaz əmlakın satış qiyməti (ilkin satış q iyməti 28.000 manat, 10% endirimli satış qiyməti 25.200 manat, 20% endirimli qiyməti) 22.400 manat müəyyən edilmişdir. X9 yekunları barədə 249 nömrəli, 30.11.2017-ci il tarixli protokolundan görünür ki, sifarişçi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin sifarişi ilə 30.11.2017-ci il tarixdə hərrac keçirilmiş, hərrac zamanı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 4/42 hissəsi tələbkar X10 22.400 manata satılmışdır. Mənzilin ilkin satış qiyməti 28.000 manat olmuş, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90.3.20.4 maddəsinə əsasən 20% endirimlə 22.400 manata tələbkar X11 almışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərracın təşkilatçısı olan Cavabdeh MMC tərəfindən mübahisəli mənzilin - ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 4/42 hissəsinə dair hərracların keçirilməsi “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələbləri pozulmaqla keçirilmişdir. Bu hərracın keçirilməsi barədə məlumatlara şəxslərin, xüsusən də, iddiaçıların əlçatımlığı olmamışdır. Hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı bildirişlər məhkəməyə təqdim edilsə də, həmin bildirişlərin çatdırılmasını təsdiq edən sübut təqdim edilməmiş, hərracın keçirilməsi formal xarakter daşımışdır. Qeyd olunan hallar hərracın təşkilatçısı olan Cavabdeh MMC tərəfindən hərracın keçirilməsinin və təşkilinin pozulması kimi qiymətləndirilməli, bu səbəbdən də keçirilmiş hərraclar və nəticələri etibarsız hesab edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2005-ci il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmə yən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” 89 nömrəli qərarının tələbləri pozulmaqla icra məmurunun sifarişinə əsasən, borc iddiaçının yeganə yaşayış yeri olan əmlaka yönəldilmişdir. Hərrac keçirilən zaman hərracın təşkilatçısı olan Cavabdeh MMC İpoteka haqqında qanunun 42-ci maddəsinin tələblərini kobud surətdə pozmuş, hərracı “İpoteka haqqında” qanunun tələblərinə əsasən yox, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.3.20.4-cü maddəsinə əsasən keçirmiş və əmlakın qiymətini 10%, sonradan isə 20% endirimlə 22.400 manata tələbkara satmışdır. Kassasiya instansiya məhkəməsi apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaaraq qeyd edir ki,apelyasiya instansiyası məhkəməsi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 4/42 hissəsinin ipoteka predmeti ol mamasına, ipoteka ilə yüklü olmamasına diqqət yetirməmiş, buna görə də apelyasiya instansiyası məhkəməsi tərəfindən fərdi yaşayış evinin 4/42 hissəsinə dair hərracların keçirilməsi “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələblərinin pozulmaqla keçirilməsinə dair səhv hüquqi nəticəyə gəlmişdir. Başqa sözlə maddi hüquq normasını hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. İşin materiallarından görünür ki, 30. 11.2017-ci il tarixdə keçirilmiş, hərrac Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.11.2009-cu il tarixli, 2(006)-3121/2009 nömrəli icra vərəqəsinə əsasən X2 X6 xeyrinə 22.456 manat və 2.000 ABŞ dolları məbləğində pul tutulması ilə bağlı olmuş və icra məmuru tərəfindən əmlaka yönəldilmişdir. Belə olan halda isə hazırki hərracın keçirilməsinin qanuniliyinə «İcra haqqında» Azərbayca n Respublikası Qanununun müddəaları baxımından hüquqi qiymət verilməli idi. Məhkəmə kollegiyası həmçinin apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2005-ci il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” 89 nömrəli qərarının tələbləri pozulmaqla icra məmurunun sifarişinə əsasən, borcun iddiaçının yeganə yaşayış yeri olan əmlaka yönəldilməsinə dair qənaəti işdə olan hər hansı sübuta əsaslanmamışdır. Həmin mənzilin borclunun və ya hazırki iddiaçının yeganə yaşayış yeri olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin bu halına da diqqət yetirm əmişdir ki, X2 X6 xeyrinə 22.456 manat və 2.000 ABŞ dolları məbləğində pul tutulanda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması ilə bağlı 2(006)-3121/2009 nömrəli icra vərəqəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.11.2009-cu il tarixdə verilmiş, hərrac 30.11.2017-ci il tarixdə keçirilmiş, borclu, o cümlədən mülkiyyətçi X7 08.05.2018-ci il tarixdə ölmüşdür. Başqa sözlə, X7 08.05.2018-ci il tarixə kimi hərracın nəticələrini mübahisələndirməmişdir. İşin materiallarından görünür ki, iddiaçı 07.03.2019-cu il tarixdə hazırki iddianı qaldırmışdır. Buna qədər isə mərhumun bacısı X8 onun hüquqi varisi kimi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 4/42 hissəsi üzərində həbsin götürülməsinə dair ərizə yə Nəsimi rayon məhkəməsində 27 iyun 2018-ci il tarixdə baxılarkən iştirak etmiş və ərizənin təmin edilməsinə etirazını bildirmiş, hərracın nəticələri ilə əlaqədar məhkəmə iddia qaldırmamalarını göstərmişdir. Hazırki iş üzrə də X8 azadlıqdan məhrum edilmiş anası İddiaçı nümayəndəsi qismində iştirak edir. Bundan sonra isə X8 Cavabdeh MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin 30.07.2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daha sonra isə X8 Cavabdeh MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin 21.08.2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evinin, 4/42 hissəsinin açıq hərrac yolu ilə cavabdeh X1 və buna dair 30.11.2017-ci il tarixli, 249 saylı protokolun tərtib edilməsindən artıq məlumatlı olmasına apelyasiya instansiyası məhkəməsi diqqət yetirməmiş və bununla bağlı hazırki mübahisə üzrə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətinin tətbiq edilməsinə hüquqi qiymət verməmişdir. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsas ən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MP M-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2019-cu il tarixli 2(103)-12911/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3046/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3046/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver