Məhkəmə qərarları › İş №2(102)-3046/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3046/2023

23.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3046/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh2, Cavabdeh1, X22, X17, 2 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisi, 1 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisi və DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ilkin iddiası; Cavabdeh2 İddiaçı1, İddiaçı2, İddiaçı3, X16, 1 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisi, Bakı şəhər 14 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı qarşılıqlı iddiası; Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı; Birləşdirilmiş iş üzrə iddiaçılar İddiaçı3 və Əhmədbəyli Nigar Ramiz qızının cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin ləğvi, çıxarışların ləğv edilməsi, vərəsə payının müəyyən edilməsi, pul tələbi, mirasın qəbulu müddətinin uzadılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1, X13, X10, 2 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinə və 1 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinə, DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsi və vərəsə payının müəyyən edilməsi” tələbinə dair ilkin iddiası; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, X9, 1 saylı Bakı Cava bdeh3ndə Notariat Ofisinə, Bakı şəhər 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsi, mülkiyyət payının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası; İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı “pul” tələbinə dair iddiası; Birləşdirilmiş iş üzrə iddiaçılar İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin gecikdirilməsinin üzrlü hesab edilərək uzadılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)-198/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (Vəkil4 tərəfindən tərtib edilmiş) və Cavabdeh2 (vəkil Nümayəndə2 tərəfindən tərtib edilm iş) tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə 23 avqust 2023-cü il tarixdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar qəbul etdi. İşin halları

1. Cavabdeh2 ilə X32 ilə 14 mart 1982-ci ildə nikah bağlamışdır. Bu nikahdan İddiaçı3 xx xxxxxxx 1983-cü ildə, İddiaçı1 xx xxxx 1985-ci ildə, İddiaçı2 xx xxxxxx 1987-ci ildə doğulmuşdur. X24 26 avqust 2004-cü il tarixdə ölmüşdür.

2. Cavabdeh2 ilə Cavabdeh1 ilə 2005-ci ilin dekabr ayında nikah bağlamışdır. Bu nikahdan isə X22 15 oktyabr 2006-cı il tarixdə, X18 09 sentyabr 2011-ci il tarixdə doğulmuşdur.

3. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0.12 ha torpaq sahəsində yerləşən, 82.18 kv. metr sahəsi olan 4913 nömrəli bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyətini n bağlar təsərrüfatının xx.xx.1993-cü il tarixli 663 saylı Sərəncamı (Protokolu) əsasında Cavabdeh2 istifadəsinə verilmişdir. 13 mart 2007-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısı X5 İnkişafı və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağın istifadəyə verilməsi haqqında 27361 saylı müqavilə bağlanmışdır. 22 aprel 2008-ci ildə Cavabdeh2 adına ilk dəfə mülkiyyət hüququ əsasında qeydə alınmış, 30 iyun 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən oğlu X13 bağışlamış, 03 iyul 2020-ci ildən həmin torpaq sahəsi və tikili sonuncunun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. 4. ünvan 1 ünvanda yerləşən, 250.7 metr sahəsi olan qeyri-yaşayış sahəsi ilə bağlı 11 dekabr 2001-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Müqavilənin predmeti Bakı şəhəri Azərbayc an prospekti 19 ünvanda uçub-dağılmış binanın yenisinin tikilməsi və həmin binanın antresol mərtəbəsində yerləşən 250,0 m2 sahəsi olan qeyriyaşayış sahəsinin Cavabdeh2 təhvil verilməsi, Cavabdeh2 aldığı sahənin dəyərini müqavilənin 3-cü bəndində göstərilən qayda ilə vaxtında ödəməsi öhdəliyi olmuşdur. Qeyri-yaşayış sahəsi 07 noyabr 2013-cü ildə Cavabdeh2 adına mülkiyyət hüququ əsasında qeydə alınmış, 18 dekabr 2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən oğlu X10 bağışlamış, 13 yanvar 2020-ci ildən sonuncunun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. 5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 16 aprel 2004-cü ildə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi Cavabdeh2 olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı3, İd diaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 ogluna, Cavabdeh1, 1 və 2 saylı Bakı Cavabdeh3ndə Notariat Ofislərinə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqavilələrinin etibarsızlığı, çıxarışların ləğvi və vərəsə payının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 tərəfindən ikinci nikahdan olan övladları X13 və X10 daşınmaz əmlaklar üzrə verilmiş bağışlama müqavilələrinin ləğv olunması və bu öhdəliyin 1 saylı və 2 saylı Bakı «ASAN xidmət» mərkəzlərində olan Notariat Ofislərinin üzərinə qoyulması; X11 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması; X8 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və bu öhdəliyin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulması; Cavabdeh2 ilə mərhum anası X24 ilə birgə nikah dövründə əldə olunmuş ünvan 3 ünvanda yerləşən 250,59 m2 -dən ibarət qeyri-yaşayış sahəsi üzrə, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda 0,12 ha torpağ sahəsi və 82,18 m2 -dən ibarət bağ evi üzrə çıxarışın Cavabdeh2 və mərhum X19 adlarına birgə olaraq verilməsi; "xxxx" MMC-nin vərəsə paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər

7. İlkin iddiada göstərilir ki, X2 cavabdeh olan ataları Cavabdeh2 ilə birgə nikah dövründə əldə olunan daşınmaz əmlakları var idi. Belə ki, 1994-cü il tarixdə birgə nikah dövründə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda yerləşən, xüsusi mülk iyyət növü olan, 0,12 ha torpaq sahəsi ilə birlikdə 82,18 m2 -dən ibarət fərdi yaşayış evi alınmışdır. Sonradan isə həmin daşınmaz əmlak üzrə 13 mart 2007-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısı X5 İnkişafı və İstismarı Birliyi ilə 27361 saylı müqavilə bağlanmışdır. Həmin müqavilədə onların adları qeyd olunmuşdur. Bundan başqa, valideynləri birgə nikah dövründə 11 dekabr 2001-ci il tarixdə "xxxx" MMC ilə ataları Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 5 ünvanda yerləşən və ümumi sahəsi 250,59 m2-dən ibarət qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh2 olmuşdur. Bundan başqa, valideynləri birgə nikah dövründə, cavabdeh olan ataları Cavabdeh2 adından 16 aprel 2004-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) açılmışdır. Həmin MMC hal-hazıradək fəaliyyət göstərir. X4 vəfat etdikdən sonra, cavabdeh olan ataları Cavabdeh2 yenidən ailə həyatı qurmaq məqsədi ilə özündən 24 yaş balaca olan xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1 ilə 2005-ci ilin dekabr ayında nikah bağlamışdır. Beləliklə, onlar uzun müddət xarici ölkələrdə işləyib və müvəqqəti yaşayırdılar. 2021-ci il tarixdə Azərbaycana qayıdarkən onlar nəticəyə gəlmişlər ki, mərhum X2 adına vərəsə işini notariat ofisində açsınlar. Nəticədə 46 saylı notariat ofisində mərhum analarının adına vərəsə işi açılmışdır. Sonradan isə onlara məlum olmuşdur ki, cavabdeh olan ataları Cavabdeh2 birinci nikah zamanı əldə olunmuş daşınmaz əmlakları, ikinci nikahdan olan övladlarının adına bağışlama nəticəsində keçirmişdir. Halbuki qanunvericiliyə əsasən həmin torpaq sahəsi üzrə bağışlama olduğu zam an, onların razılıqları olmalı idi. Beləliklə, cavabdeh olan ataları Cavabdeh2 tərəfindən qanunvericilik pozulmuşdur. Mərhum X2 adına vərəsəlik açıldığı üçün, valideynlərinin birgə nikah dövründə əldə olunmuş əmlaklarından mərhum analarına düşən pay vərəsələrin arasında bölünməlidir.

8. Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı1, İddiaçı2, X9, 1 saylı Bakı Cavabdeh3ndə notariat ofisinə, Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşılıqlı iddia ərizəsi ilə, qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərib ki, iş məhkəmənin icraatında olan zaman onlar tərəfindən müxtəlif əlavə sübutlar əldə edilmiş və məhkəməyə təqdim edilmişdir. Həmin sübutlar nəzərə alınmaqla, qarşılıqlı iddiada irəli sürülmüş tələblərin dəqiqlə şdirilməsinə ehtiyac vardır. Həmin dəqiqləşdirmələr aşağıdakılardan ibarətdir: Qarşılıqlı iddianın 4-cü səhifəsində 2b bəndində şərh edilmiş halla bağlı - məhkəməyə müvafiq 5 ədəd hesab-faktura və qəbzlər təqdim edilməklə miras açılan ana qədər, əsas iddia təmin ediləcəksə, miras şərikləri kimi qəbul edilməli olan qarşılıqlı iddiaçı və cavabdehlərin arasında bölüşdürülməli olan, klinikanın tikintisinə sərf edilmiş vəsaitin məbləği 53.700 ABŞ dolları kimi göstərilmişdir. Qoşmada 16 dekabr tarixli KR seriyalı 000002 №-li kassa mədaxil qəbzi və AP seriyalı 023197 №-li vergi hesab fakturası da əlavə 6-cı ödəmə sənədi kimi məhkəmənin diqqətinə çatdırılır. ABŞ dollarının müvafiq kursu nəzərə alınmaqla, bu sənəd miras açılanadək, əlavə olaraq, 4.500 ABŞ dollarının da ödənilməsini və beləliklə, mi rasın aktivinə daxil edilməli olmasını göstərir. Beləliklə, miras şərikləri arasında bu hissədə bölüşdürülməli olan pul vəsaitinin ümumi məbləği nəzərə alınmaqla, cavabdehlərin hər birinin miras şəriki olaraq iddia edə biləcəyi məbləğ 7.275.5 ABŞ dollarıdır (58.200: 4 = 7.275.5). Qarşılıqlı iddianın 4-cü səhifəsində, 4a bəndində şərh edilmiş halla bağlı - məhkəməyə təqdim edilmiş sübutlar nəzərə alınmaqla 2007-ci ildə «Dəmirbank»-dan alınmış kreditin məbləği 82.000 avro kimi deyil, 81.956 avro kimi nəzərə alınmalıdır. Beləliklə, Kreditlərin ümumi məbləği 412.886 avrodur. Beləliklə, qarşılıqlı iddiaçının hər bir cavabdehə qarşı ən azı 103.221,5 avro tələbi mövcuddur. Bu səbəbdən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilə cavabdeh X16 arasında ünvan 6 ünvanda yerləşən yaşayış sahəsinin al qı-satqısı haqqında müqavilənin ləğv olunması və bu öhdəliyin Bakı şəhəri 14 saylı Notariat Ofisinin üzərinə qoyulması, X6 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış sahəsi üzərində iddiaçının miras payı da nəzərə alınmaqla, 5/8 hissədə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-in üzərinə qoyulması; Cavabdeh2 ilə İddiaçı2 arasında ünvan 7 ünvanda yerləşən yaşayış sahəsinin bağışlanması haqqında müqavilənin ləğv olunması və bu öhdəliyin 1 saylı Bakı Cavabdeh3ndə Notariat ofisinin üzərinə qoyulması, İddiaçı2 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış sahəsi üzərində iddiaçının miras payı da nəzərə alınmaqla, 5/8 hissədə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-in üzərinə qoyulma sı; iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birindən 103.221,5 Avro və 40.444,5 (13.750 + 33.970 - 7.275,5) ABŞ dollarının alınıb iddiaçı Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddiada göstərilir ki, 09 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə ilkin iddia ərizəsinin qəbul edilə bilən olmaması və təqdim edilən sənədlərlə birlikdə geri qaytarılmalı olması əsaslandırılıb. İşə baxan məhkəmə tərəfindən bu vəsatət «açıq» saxlanılıb. Məhkəmə araşdırması gedişində məhkəmə belə bir nəticəyə gəlsə ki, vəsatət təmin edilməli deyil və cavabdehlər mirası qəbul etmiş vərəsələrdir, proses üzrə tərəflərin maddi hüquqi baxımdan vəziyyə tləri dəyişəcək. Yəni, onlar (cavabdehlər və qarşılıqlı iddiaçı) qanun üzrə vərəsə kimi mirası qəbul edən miras şəriklərinə çevriləcəklər. Bu şərait miras əmlakın məhkəmə tərəfindən bölüşdürülməsi zamanı qanun üzrə vərəsələr olaraq, müvafiq qarşılıqlı hesablaşmalar və əmlak tələblərinin nəzərə alınmasını ehtiva edir. Hesab edir ki, həmin qarşılıqlı hesablaşmalar və əmlak tələbləri prosessual baxımdan qarşılıqlı iddia formasında irəli sürülməlidir. Cavabdehlərin mirası qəbul elmiş miras şərikləri kimi qanun üzrə vərəsə olaraq hər birinə çatası pay qarşılıqlı iddiaçı və onun mərhum arvadı X19 birgə əmlakının 1/8 hissəsidir. Belə ki, Mülki Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan ərin (iddiaçının) vərəsəlik hiıququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyil. Baş qa sözlə, ümumi birgə əmlakın 1/2 hissəsi miras qoyanın sağ qalan əri olaraq qarşılıqlı iddiaçının mülkiyyətindədir, qalan 1/2 hissədə onun da qanun üzrə birinci növbə vərəsə kimi cavabdehlərlə birlikdə bərabər payı vardır. Beləliklə, miras şərikləri olan cavabdehlərin və qarşılıqlı iddiaçının hər birinin qanun üzrə ona çatası payı iddiaçı və onun mərhum arvadı X19 ümumi birgə əmlakının 1/8 hissəsi olacaqdır. Cavabdehlər miras şərikləri olaraq, mirasın bölüşdürülməsi zamanı iddia ərizəsində irəli sürdükləri tələblərlə bağlı aşağıdakı qarşılıqlı hesablaşmaları və əmlak tələblərini nəzərə almalıdırlar: ünvan 8 ünvanda yerləşən, ümumi sahəsi 250,59 m2 olan qeyri-yaşayış sahəsi (həmin qeyri-yaşayış sahəsinin ərazisində halhazırda "xxxx" MMC adı altında fəaliyyət göstərən stomatoloji klinika ye rləşdiyindən (bundan sonra mətndə klinikanın sahəsi kimi göstəriləcək) bağlı cavabdehlərin vərəsəlik paylarının müəyyən edilməsi tələbi ilə bağlı. 2a. Klinikanın sahəsinin miras şərikləri arasında daşınmaz əmlak olaraq bölüşdürülməsi tələbinin maddi hüquqi əsası yoxdur. Belə ki, daşınmaz əmlak olaraq, onun miras əmlakına daxil edilməsi üçün həmin əmlak üzərində tam formalaşmış mülkiyyət hüququnun da mirasın aktivinə daxil olması zəruridir (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Klinikanın sahəsi üzərində miras qoyan mərhum Lalə xanımın mülkiyyət hüququ mövcud deyil, bu hüquq yalnız iddiaçıya məxsus olub və xx.xx.2013-cü il tarixdə yaranıb (RX seriyalı ******* №-li çıxarışın surəti qoşmaya əlavə edilib). 2b. Yuxarıda, 2a-da göstərilən məqam nəzərə alınmaqla miras əmlakına yalnız klinika sahəs inin tikintisi aparıldığı dövrdə (2001-2004-cü illərdə) həmin tikintiyə sərf edilmiş maliyyə vəsaitinin müvafiq hissəsi aid edilə bilər. Müvafiq hissə dedikdə, miras açılan məqamadək ödənilən pul vəsaiti başa düşülür. Bu vəsaitin məbləği təqribən 53.700 ABŞ dollarıdır (müvafiq 5 ədəd hesab- faktura və qəbzlərin surətləri qoşmadadır). Beləliklə, miras şərikləri arasında bu hissədə bölüşdürülməli olan pul vəsaitinin ümumi məbləği nəzərə alınmaqla, hər bir miras şərikinin iddia edə biləcəyi məbləğ 6.712,5 ABŞ dollarıdır (53.700: 4 = 6.712.5). Eyni zamanda, miras şəriklərinin arasınca ilkin iddiada göstərilməyən, lakin miras əmlakın həm aktivinə, həm də passivinə aid edilə biləcək və müəyyən əmlak hüquq və vəzifələri mövcuddur ki, bunlar da ilkin iddianın təmin edilə bilməsinin ümdə şərti ola n, cavabdehlər tərəfindən mirasın qəbul edilməsi halı məhkəmə tərəfindən qəbul ediləcəksə, mirasın bölüşdürülməsi zamanı nəzərə alınmalıdır. Söhbət aşağıdakılardan gedir: 3a. 29 dekabr 2019-cu ildə iddiaçı tərəfindən X9 satılmış olan ünvan 9 ünvanda yerləşən yaşayış sahəsi. Bu mənzil 1994-cü ildə əldə edilmişdir və qarşılıqı iddiaçı ilə miras qoyanın birgə əmlakının tərkib hissəsi olaraq, miras kütləsinə daxildir. Qarşılıqlı iddiaçı həmin mənzillə bağlı bağışlanma müqaviləsinin ləğv edilməsini, müvafiq öhdəliklərin bağışlama müqaviləsini rəsmiləşdirmiş Bakı şəhəri 14 saylı notariat ofisinin və DƏDRX-nin üzərinə qoyulmasını və həmin mənzil üzərində iddiaçının 5/8 payı nəzərə alınmaqla onun mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsini tələb edir (bu hissədə tələb məhkəməyə müvafiq sənədlər təqdim edildikdən sonra dəqiqləşdiriləcək). 3b. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən 3-cü cavabdehə bağışlanılmış ünvan 7 ünvanda yerləşən yaşayış sahəsi. Bu mənzil 1994-cü ildə əldə edilmişdir və iddiaçı ilə miras qoyanın birgə əmlakının tərkib hissəsi olaraq, miras kütləsinə daxildir. İddiaçı həmin mənzillə bağlı xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisində bağlanmış bağışlanma müqaviləsinin ləğv edilməsini, bu öhdəliyin həmin Notariat Ofisinin üzərinə qoyulmasını, DƏDRX tərəfindən 3-cü cavabdehin adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini və bu öhdəliyin DƏDRX-nin üzərinə qoyulmasını və həmin mənzil üzərində iddiaçının 5/8 payı nəzərə alınmaqla onun mülkiyyət hüququnun tanınması və müv afiq çıxarışın verilməsini tələb edir. 3c. Klinikanın sahəsinin tikintisi üçün iddiaçı hələ miras qoyan sağ olan zaman müxtəlif banklardan kreditlər götürmüş və onlar üzrə müvafiq ödəmələr etmişdir. Bu kredit müqavilələri üzrə iddiaçının öhdəlikləri əslində birgə əmlaka aid edilə bilən vəzifələrdir. Burada söhbət əsasən 5 kredit müqaviləsindən gedir: «Azərdəmiryolbank»-dan (Dəmirbank) alınmış 65.000 ABŞ dolları, "xxxx"dan alınmış 35.000 ABŞ dolları və «Poçt Bank»-dan alınmış 10.000 ABŞ dolları, cəmi 110.000 ABŞ dolları kreditlərdən. Miras əmlak bölüşdürülən zaman müvafiq kredit müqavilələri üzrə öhdəliklər (vəzifələr) miras kütləsinə aid edilməli və miras şərikləri arasında müvafiq paylar nisbətində bölüşdürülməlidir. Beləliklə, iddiaçı tərəfindən ödənilmiş bu kreditlərin müqabilində hər b ir cavabdehə münasibətdə 13.750 ABŞ dolları (110.000: 8 = 13.750) məbləğində tələbi yaranır ("xxxx" KB ASC ilə bağlı kredit barəsində arayışın surəti əlavə edilir, digər banklarla bağlı sorğular verilib, sənədlər təqdim ediləcək). İlk iddianın təmin edilə bilməsinin ümdə şərti olan, cavabdehlər tərəfindən mirasın qəbul edilməsi halı məhkəmə tərəfindən qəbul ediləcəksə, mirasın bölüşdürülməsi zamanı qarşılıqlı iddiaçının Mülki Məcəllənin 1157-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla miras şərikləri olaraq cavabdehlərə qarşı müəyyən tələb hüquqları yaranır. Belə ki, Mülki Məcəllənin 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Mülki Məcəllənin 1157-1.3-cü maddəsinə əsasən mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər. Burada söhbət aşağıdakı tələblərdən gedir: 4a. Cavabdehlər 16 aprel 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMCdə (VÖEN: **********) miras şərikləri olaraq müvafiq vərəsə paylarının müəyyən edilməsi tələbi ilə çıxış edir. İddiaçı həmin MMC-nin yeganə təsisçisi və direktoru olaraq, onun təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün müvafiq kreditlər götürmüşdür. Bu kreditlər üzrə icra edilmiş öhdəliklər mirasın idarə edilməsi ilə bağlı xərclərdir və qanunun tələbinə görə, vərəsələrin miras paylarına mütənasib surətdə onlara aid edilməlidir. Burada söhbət, 2013cü ildə «PaşaBank»-dan alınmış 330.930 avro, 2007-ci ildə «Dəmirbank»-dan alınmış 82.000 avro kreditdən gedir. Kredi tlərin ümumi məbləği 412.930 avrodur. Beləliklə, qarşılıqlı iddiaçının hər bir cavabdehə qarşı ən azı 103.232,5 avro tələbi mövcuddur (qoşmada «Paşabank»-dan alınmış kreditlə bağlı sənədlər təqdim edilir. «Dəmirbank»la bağlı sorğu edilib, məhkəməyə təqdim ediləcək). 4b. Cavabdehlərin hər üçü ixtisasca həkim stomatoloqlardır və təhsillərini X7 Universitetində almışlar. Burada təhsil ödənişlidir və cavabdehlərin təhsil aldığı dövrlərdə hər biri üçün illik təhsil haqqı 10.000-13.000 ABŞ dolları olmuşdur. Miras açılandan sonra 1-ci cavabdehin təhsilinə 61.125 ABŞ dolları, 2-ci cavabdehin təhsilinə 22.250 ABŞ dolları, 3-cü cavabdehin təhsilinə 188.385 ABŞ dolları pul ödənilmişdir. Bu məbləğlər miras əmlakın idarə edilməsinə aid edilə bilən məbləğlərdir və qanunun tələbinə görə miras şərikləri a rasında paylara mütənasib olaraq bölüşdürülməlidir. Beləliklə, bu hissədə cəmi əmlakın idarə edilməsi ilə çəkilən xərclər 271.760 ABŞ dollarıdır və iddiaçının cavabdehlərin hər birinə qarşı 33.970 ABŞ dolları çəkilmiş xərclərin əvəzinin ödənilməsi bağlı tələbi mövcuddur (müvafiq sübutlar qoşmada əlavə edilir).

10. İddiaçı X23 cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla ödəniş günü İddiaçı3 24.960 ABŞ dolları, İddiaçı1 7.687,5 ABŞ dolları və X14 20.444,5 ABŞ dolları və 259.089 Türk lirəsi məbləğində maddi zərərin, 50.000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. X23 iddiasında göstərir ki, cavabdehlər onun ərinin əvvəlki nikahından olan övladlarıdır. Belə ki, əri Cavabdeh2 ilə rəsmi nikaha daxil olduqdan sonra, yəni 2005-ci ilin dekabr ayından başlayaraq ailə təsərrüfatlarını birlikdə idarə edərək birgə nikah dövründə gəlir əldə etməyə başlamışlar. Birgə nikaha daxil olduqdan hazırkı tarixə kimi ərinə məxsus "xxxx" klinikasında həkim vəzifəsində işləyir və kifayət qədər aylıq gəlirləri vardır. Cavabdeh2 ilə birgə nikaha daxil olduqdan sonra ərinin əvvəlki nikahından olan övladları, yəni hazırkı iş üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 və X20 xaricdə təhsil almaları və xaricdə yaşamaları üçün əri ilə birgə nikah dövründə əldə etdikləri pul vəsaitindən xeyli miqdarda sərf etmişlər. Həmin dövrlər üzrə cavabdehlərə verilmiş (ödənilmiş) pulların yarısı onun əmlakı (pul vəsaiti) hesab olunduğundan, cavabdehlərdən tələb hüququ əsaslı və qanunidir. Belə ki, cavabdeh İddiaçı3 Türkiyə Respublikası Yenitəpə Universitetinin diş həkimliyi fakültəsində təhsil aldığı illərdə, yəni 2005-2009-cu illərdə ümumilikdə 49.920 ABŞ dolları məbləğində, İddiaçı1 Türkiyə Respublikası Yenitəpə Universitetinin diş həkimliyi fakültəsində təhsil aldığı illərdə, yəni 2005-2007-ci illərdə ümumilikdə 15.375 ABŞ dolları məbləğində, X20 Türkiyə Respublikası Yenitəpə Universitetinin diş həkimliyi fakültəsində təhsil aldığı (ixtisas artırmalarla birlikdə) illərdə, yəni 2005-2020-ci illərdə ümumilikdə 40.889 ABŞ dolları və 518.178 TL (Türk lirəsi) məbləğində vəsait ödənilmişdir. Həmin ödənilmiş və cavabdehlərə göndərilmiş pul vəsaiti onunla ərinin birgə qazancları olmuşdur. Odur ki, gəlir və qazancı hesabına göndərilmiş pulların yarısını tələb etmək hüququna malikdir. Cavabdehlər onun pullarını əvəzsiz olaraq mənimsəyərək öz təhsil və yaşamları üçün xərclədikdən sonra övladlarının atası tərəfindən onlara bağışlanmış əmlaklara da iddia etmələri ona mənəvi iztirab vermişdir. Belə ki, maddi ziyanla yanaşı ona mənəvi ziyan da dəymişdir.

12. İlk iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 qarşılıqlı iddiaya etiraz təqdim edərək qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3, İddiaçı2, İddiaçı1 və X3rşı iddia ərizəsinin 1-ci və 2-ci hissələrinə (Cavabdeh2 ilə X16 arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv olunması; Cavabdeh2 ilə İddiaçı2 arasında bağlanmış bağışlama müqaviləsinin ləğv olunması) iddia müddəti tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-375/2022 saylı, 12 yanvar 2022ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) ilkin iddianın qismən təmin edilərək 14.550 ABŞ dolları vəsaitində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh2 tutularaq İddiaçı2 ödənilməsi; “Ahmedbeyli" MMC-nin vərəsə paylarının İddiaçı2 münasibətdə 25% pay, Cavabdeh2 münasibətdə 75% pay müəyyən edilməsi; ilkin iddianın digər hissədə təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilərək İddiaçı2 ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzə rə alınmaqla manat hesabı ilə 103.221,5 (yüz üç min iki yüz iyirmi bir avro əlli sent) məbləğində pulun tutularaq Cavabdeh2 ödənilməsi; qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi; Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi; hər üç iddia üzrə ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi qət edilmişdir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-375/2022 nömrəli iş üzrə qənaətində göstərir ki, ilkin iddiaya dair - Mirasın qəbulu ilə bağlı: xx.xx.2004-cü il tarixdə X24 vəfat edərkən qanun üzrə vərəsə olan övladlarından 2-si yetkinlik yaşına çatmış (İddiaçı1 xx.xx.1985-ci il təvəllüdlü, İddiaçı3 – xx.xx.1983-cü il təvəllüdlü), 1-i (İddiaçı2 - xx.xx.1987) yetkinlik yaşına çatmamışdı. İddiaçının nümayəndəsi və vəkil inin verdiyi ifadəyə əsasən anaları vəfat edərkən övladlardan İddiaçı1 və İddiaçı3 Bakıda akademik məzuniyyətdə olmuş və dəfndə iştirak etmişlər. İddiaçı2 isə xaricdə təhsil aldığı üçün Bakıda olmamışdır. Göründüyü kimi, vərəsələr tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş mirasın qəbul edilmə müddəti ötürülmüş, eyni zamanda miras əmlakına sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla belə vərəsələrdən 1-nin (İddiaçı2) yetkinlik yaşına çatmadığı və miras əmlakının onun qanuni nümayəndəsi tərəfindən idarə edildiyi nəzərə alınmalıdır.

15. İddialarda bağışlama müqavilələrinin ləğvi xahiş edilsə də, müqavilələrin etibarsızlığı ilə bağlı müddəalara və əsaslara istinad olunmaqla etibarsızlıqla bağlı nəticələr qeyd edilmişdir. Bununla əlaqədar, məhkəmə iddia tələbində qeyd edilmiş müqavilələrin həm ləğvi həm də etibarsızlığı əsasları üzrə hüquqi qiymət verəcəkdir. Əmlaklar və müqavilələr ilə bağlı:

16. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4913 ünvanda yerləşən, xüsusi mülkiyyət növü olan, 0.12 ha torpağ sahəsi ilə birlikdə 82.18 kv. metrdən ibarət fərdi yaşayış evi ilə bağlı - iddia ərizəsində 1994-cü ildə alındığı qeyd edilsə də, iş materiallarına 13 mart 2007-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X5 inkişafı və istismarı birliyi ilə bağlı müqavilə əlavə edilmişdir. Əmlakın miras kütləsinə daxil olmasına dair sübutlar və müqavilənin ləğvi və etibarsızlığı üçün digər əsaslar təqdim edilmədiyi üçün iddia həmin hissədə təmin edilməməlidir.

17. Bakı şəhəri, Səbail rayonu, Az ərbaycan prospekti 19 (yeni ünvan Zərifə Əliyeva küçəsi 19), yerləşən və ümumi sahəsi 250,59 kv. metrdən ibarət qeyri-yaşayış sahəsi ilə bağlı - Qeyd edilən əmlakın tikintisinə dair 11 dekabr 2001-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanmış, çıxarış isə yalnız xx.xx.2013-cü ildə əldə olunmuşdur. Göstərilən məqam nəzərə alınmaqla miras əmlakına yalnız klinika sahəsinin tikintisi aparıldığı dövrdə (2001-2004-cü illərdə) həmin tikintiyə sərf edilmiş maliyyə vəsaitinin müvafiq hissəsi aid edilə bilər. Müvafiq hissə dedikdə, miras açılan məqamadək ödənilən pul vəsaiti başa düşülür. Bu vəsaitin məbləği iş materiallarına əsasən 58.200 ABŞ dollarıdır. İddia mirası qəbul etmiş vərəsinin ¼ payı nəzərə alınaraq İddiaçı2 münasibətdə 14.550 ABŞ dolları hissəsində təmin edilməlidi r. 18. 16 aprel 2004-cü il tarixdə təsis edilmiş “Ahmedbeyli" MMC ilə bağlı - Hüquqi şəxsin miras qoyanın ölümündən əvvəl təsis edildiyi nəzərə alınaraq mirası qəbul etmiş vərəsə İddiaçı2 münasibətdə 25% pay müəyyən edilməldir.

19. Qarşılıqlı iddiada nəzərdə tutulan əmlaklar və müqavilələr ilə bağlı: 29 dekabr 2019-cu ildə iddiaçı tərəfindən X9 satılmış olan ünvan 12 ünvanında yerləşən yaşayış sahəsi və xx.xx.2019ci il tarixdə iddiaçı tərəfindən İddiaçı2 bağışlanılmış ünvan 13 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı:

20. Bu əmlaklar 1994-cü ildə əldə edilmişdir və qarşılıqlı iddiaçı həmin mənzillərlə bağlı bağışlanma müqavilələrinin ləğv edilməsini və həmin mənzillər üzərində iddiaçının 5/8 payı nəzərə alınmaqla onun mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsini tələ b edir. Qeyd edilən əmlaklara dair bağışlama müqavilələrinin ləğvi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Belə ki, qarşılıqlı iddiaçı hazırkı halda öz iradə ifadəsi ilə bağlanılmış müqavilənin ləğvini (etibarısızlığını) tələb edir. İddiaçı, həmin müqavilələr üzrə əmlakları təhvil verərək müqavilə üzrə öhdəliklərini icra etmişdir. Başqa sözlə, bu ehtimalda belə, qarşılıqlı iddiaçı müqavilələrin etibarsızlığını tələb etmək əvəzinə, ondan irəli gələn hüquqlarını həyata keçirmiş və öhdəliklərini də icra etmiş, nəticə etibarı ilə, əqdləri mübahisələndirmək hüququnu həyata keçirməmək niyyətini ortaya qoymuşdur. Eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən buraxılmış iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında mübahisələndirilən müqavilələr xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən 1 illik iddia müddəti üzrsüz səbəblərdən ötürülmüşdür və bu da, iddianın həmin hissədə rədd edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən qeyd edilən əmlaklara münasibətdə iddia təmin edilməməlidir. Pul tələbləri ilə bağlı:

21. Cavabdehlər 16 aprel 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC- də (VÖEN: **********) miras şərikləri olaraq müvafiq vərəsə paylarının müəyyən edilməsi tələbi ilə çıxış edirlər. İddiaçı həmin MMC-nin yeganə təsisçisi və direktoru o laraq, onun təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün müvafiq kreditlər götürmüşdür (2013-cü ildə PaşaBank-dan alınmış 330.930 avro və 2007-ci ildə Dəmirbank-dan alınmış 82.000 avro kredit, cəmi 412.930. Beləliklə, qarşılıqlı iddiaçının hər bir cavabdehə qarşı ən azı 103.232,5 avro tələbi mövcuddur. Bu tələb ilə bağlı mirası qəbul edən cavabdehə - İddiaçı2 münasibətdə götürülmüş kreditin ¼ hissəsində yəni 103.232,5 avro məbləğində iddia təmin edilməldir.

22. Klinikanın sahəsinin tikintisi üçün iddiaçı hələ miras qoyan sağ olan zaman müxtəlif banklardan kreditlər götürmüş və onlar üzrə müvafiq ödəmələr etmişdir (Azərdəmiryolbank-dan (Dəmirbank) alınmış 65.000 ABŞ dolları, Unibankdan alınmış 35.000 ABŞ dolları və Poçt Bank-dan alınmış 10.000 ABŞ dolları, cəmi 110.000 ABŞ dolları kredit). Beləliklə, iddiaçı tərəfindən ödənilmiş bu kreditlərin müqabilində hər bir cavabdehə münasibətdə 13.750 ABŞ dolları (110.000: 8 = 13750) məbləğində pul tələb edir. Qeyd edilən kreditlər ilə bağlı təsdiqedici sənədlər məhkəməyə tam təqdim edilməmişdir. Eyni zamanda əmlakın miras kütləsinə daxil olmasına dair əsaslar da mövcud deyildir. Göstərilənlərə əsasən bu hissədə iddia təmin edilməməlidir.

23. Cavabdehlərin hər üçü ixtisasca həkim stomatoloqlardır və təhsillərini X7 Universitetində almışlar. Miras açılandan sonra 1-ci Cavabdehin təhsilinə 61.125 ABŞ dolları, 2-ci cavabdehin təhsilinə 22.250 ABŞ dolları, 3-cü Cavabdehin təhsilinə 188.385 ABŞ dolları pul ödənilmişdir. Beləliklə, bu hissədə cəmi əmlakın idarə edilməsi ilə çəkilən xərclər 271.760 ABŞ dollarıdır və iddiaçının cavabdehlərin hər birinə qarşı 33.970 ABŞ dolları çəkilmiş xərclərin əvəzinin ödənilməsi bağlı tələbi mövcuddur. Qeyd edilən məbləğlər mirasın kütləsinə daxil edilməsi və bağışlamanın ləğvi və ya etibarsızılığı üçün əsaslar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən bu hissədə iddia təmin edilməməlidir.

24. Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 qarşı “pul” tələbinə dair mülki iş hazırkı işə birləşdirilmişdir.

25. İddia tələbinə əsasən iddiaçı Cavabdeh1 Cavabdeh2 ilə birgə nikah dövründə ərinin əvvəlki nikahından olan övladlarına çəkdiyi təhsil xərclərini – müvafiq olaraq cavabdeh İddiaçı3 ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq hes ablanmaqla 24.960 (iyirmi dörd min doqquz yüz altımış) ABŞ dolları, İddiaçı1 7.687,5 (yeddi min altı yüz səksən yeddi) ABŞ dolları və X14 20.444,5 (iyirmi min dörd yüz qırx dörd) ABŞ dolları və 259.089 (iki yüz əlli doqquz min səksən doqquz) TL (Türk Lirəsi) məbləğində maddi, 50.000 (əlli min) manat məbləğində mənəvi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilən məbləğlər mirasın kütləsinə daxil edilməsi və bağışlamanın ləğvi və ya etibarsızlığı üçün əsaslar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən bu hissədə iddia təmin edilməməlidir. Birləşdirilmiş mülki iş üzrə:

26. İddiaçılar İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması barədə iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X15 miras əmlak kimi qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 4193 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və 82,18 kv.m-dən ibarət bağ evinə, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva prospekti 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və xx.xx.2004-cü ildə təsis edilmiş "xxxx" MMC-yə dair mirasın qanunla müəyyən edilmiş qəbulu müddətinin üzrlü səbəbdən ötürməsini nəzərə alaraq qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. İddiada göstərilir ki, İddiaçı3 və İddiaçı1 mərhum X19 övladları olmaqla qanun üzrə vərəsəsidir. İddiaçıların atası Cavabdeh2 ilə X4 arasında 14 mart 1982-ci il tarixdə 986 nömrəli aktla qeyd olunmuş nikah bağlanmışdır. Lakin xx.xx.2004-cü il tarixdə X4 vəfat e tmişdir. X1 ölümü Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində xx.xx.2004-cü il tarixdə 726 nömrəsi ilə qeydə alınmışdır. X2 ataları Cavabdeh2 ilə birgəh nigah dövründə əldə olunan daşınmaz əmlakları var idi. Belə ki, 1994-cü il tarixdə birgə nikah dövründə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda yerləşən, xüsusi mülkiyyət növü olan, 0,12 ha torpaq sahəsi ilə birlikdə 82,18 m2dən ibarət fərdi yaşayış evi alınmışdır. Sonradan isə həmin daşınmaz əmlak üzrə 13 mart 2007-ci il tarixdə Bakı şəhər icra Hakimiyyəti Başçısı X5 inkişafı və istismarı birliyi ilə 27361 saylı müqavilə bağlanmışdır. Bundan başqa, valideynləri birgə nikah dövründə 11 dekabr 2001-ci il tarixdə "xxxx" MMC ilə ataları Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 16 ü nvanda yerləşən və ümumi sahəsi 250,59 m2-dən ibarət qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh2 olmuşdur. Bundan başqa, valideynləri birgə nikah dövründə, cavabdeh olan ataları Cavabdeh2 adından 16 aprel 2004-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) açılmışdır. Həmin MMC hal-hazıradək fəaliyyət göstərir. Anaları dünyasını dəyişdikdən sonra onlar Türkiyə Respublikasında təhsillərini davam etdirmək üçün Azərbaycan Respublikasını tərk etmişlər. Lakin Azərbaycan Respublikasını tərk edən dövrə kimi onlar miras əmlak siyahısına daxil olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda yerləşən, xüsusi mülkiyyət növü olan, 0,12 ha torpaq sahəsi ilə birlikdə 82,18 m2-dən ibarət fərdi yaşayış evində yaşamışlar və miras əmlakı faktiki olaraq qəbul etmişlər. Bundan başqa, hazırda stomatolo ji klinika kimi fəaliyyət göstərən "xxxx" MMC-də əmək müqaviləsi üzrə çalışmışlar. Oranın təmir işləri ilə yaxından maraqlanmışlar. Atalarına etibar etdiklərindən və miras əmlakı faktiki olaraq qəbul etdiklərindən onlar notariat ofisinə yaxınlaşaraq mirası qəbul etmək üçün ərizə təqdim etmək zərurəti duymamışlar. Qısa müddət öncə iddiaçılara məlum olmuşdur ki, ataları Cavabdeh2 həmin miras əmlakları ikinci dəfə ailə həyatından dünyaya gələn övladlarına bağışlama müqaviləsi əsasında bağışlamışdır. Bundan sonra onlar məhkəmədə həmin müqavilələlərin etibarsız hesab edilməsi və miras əmlaka pay hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmişlər, işə baxmış birinci instansiya məhkəməsi hazırkı iddiaçıların iddia tələbini təmin etməmişdir ondan ötrü ki, iddiaçılar mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşlər. Lakin nəzərə alınmamışdır ki, bu müddət üzrlü səbəbdən ötürülmüşdür. İddiaçılar Türkiyə Respublikasında təhsil almaları və həmin "xxxx" ММС-də həkim stomatoloq kimi çalışmaları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-375/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapır. Hazırda həmin qətnamədən apellyasiya şikayəti verilmiş və iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bakı şəhəri 46 saylı Notariat Ofisinə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı iddiaçılar tərəfindən xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Bakı şəhəri 46 saylı Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2022-ci il tarixli X/975 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş 6 ay müddəti keçdiyinə görə mirasın qəbulu gecikdirilmişdir və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

28. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1807/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın təmin edilərək xx.xx.2004-cü il tarixdə vəfat etmiş X15 miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin İddiaçı3 və İddiaçı1 tərəfindən ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin bərpa edilməsi qət edilmişdir.

29. Bakı şəhəri Səbail Rayon Məhkəməsi e-2(009)-1807/2022 nömrəli iş üzrə qənaətində göstərir ki, iddiaçılar tərəfindən onun mərhum anası X15 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin bərpa olunmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan Dövlət Sərhəd Xidmətinin iddiaçıların 2003-2010-cu illər ərzində dövlət sərhədindən hərəkətləri barədə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemindən çıxarışından görünür ki, İddiaçı3 mərhum anasının vəfatından sonra xx.xx.2004-cü il tarixdə ölkədən çıxış etmiş, xx.xx.2004-cü il tarixdə ölkəyə giriş etmiş və yenidən xx.xx.2004-cü il tarixdə ölkədən çıxış etmişdir. Daha sonra o, xx.xx.2005-ci il tarixdə ölkədən çıxış etmiş və xx.xx.2005-ci il tarixdə ölkəyə giriş etmişdir. Çıxarışdan eyni zamanda görünür ki, digər İddiaçı1 xx.xx.2004-cü il tarixdə ölkədən çıxış etmiş, xx.xx.2004-cü il tarixdə ölkəyə giriş etmişdir. Daha sonra o, digər iddiaçı kimi xx.xx.2005-ci il t arixdə ölkədən çıxış etmiş və xx.xx.2005-ci il tarixdə ölkəyə giriş etmişdir. İddiaçıların anasının ölümündən sonra mirası qəbul etməsi üçün qanunla müəyyənləşdirilən müddəti ötürməsi həqiqətən də üzrlü səbəblərdən baş vermişdir. Belə ki, işdə olan sübutlardan da görünür ki, iddiaçılar analarının vəfatından sonra uzunmüddətli olmaqla bir neçə dəfə ölkəni tərk etmiş və ölkədən kənarda olmuşlar. Həmin müddət ərzində isə mirasın qəbulu üçün notariat orqanına müraciət edə bilməmişlər. Bu səbəbdən, həmin müddətin iddiaçılar tərəfindən ötürülməsi üzrlü hesab edilməli və müddət bərpa edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

30. İlkin iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan hissələrində ləğv edilməsin i və ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətdə göstərirlər ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bu halları qəbul etmirlər və aşağıdakı əsaslara görə hesab edirlər ki, məhkəmə bu hissədə haqlı olmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından AR MM-nin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli qərarında qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin miras qəbul etməmə sini ifadə etmir.

31. İkincisi, vərəsələr İddiaçı3, İddiaçı2 və İddiaçı1 tərəfindən miras əmlakının idarə edilməsi faktını birinci instansiya məhkəməsi nəzərdən qaçırtmışdır. Belə ki, işin faktiki hallarından məlum olduğu kimi, miras əmlakı olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva (Azərbaycan prospekti) 19 ünvanda yerləşən 250,0 m2 ibarət qeyri-yaşayış sahəsi "xxxx" diş klinikası kimi fəaliyyət göstərir. Vərəsələrin hər üçü ixtisasca həkim stomatoloqlardır və həmin klinikada İddiaçı3 və İddiaçı1 həkim-stomatoloq vəzifəsində işləyiblər. Bunu cavabdeh Ramiz Əhbədbəyli də qarşılıqlı iddiada təsdiq edir. İşin qeyd edilən mübahisəsiz hallarından da görünür ki, "xxxx" diş klinikası Əhmədbəyli ailəsinə məxsusdur, övladları İddiaçı3 və İddiaçı1 ailə biznesinə öz bilik və əməyi ilə fayda ver miş, qazanc gətirmişlər və təbii ki, əldə edilən qazancın hesabına miras əmlakı üçün müvafiq vergilər və ya kommunal xidmətlər üçün haqlar ödənilmiş, bununla ailə biznesinin bilavasitə iştirakçıları olmuşlar. Qeyd edilən faktiki hallar açıq aşkardır və əlavə sübuta zərurət yoxdur. Bütün bunlar İddiaçı3 və İddiaçı1 miras əmlakına faktiki sahiblik etməklə və onu faktiki idarə etməklə mirası qəbul etdiklərinə dəlalət edir. Göründüyü kimi, miras qoyanın övladları miras qoyanın varisi olmasına özlərinin bu hərəkət və davranışları ilə niyyət və razılığını bildirmişlər. Odur ki, birinci instansiya məhkəməsinin “Mirasın qəbulu ilə bağlı” mövqeyi ilə razılaşmırlar.

32. Bakı şəhəri, Sabunçu rayonu, Ləhişbağ sahəsi 4913 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və 82,18 m2-dən ibarət bağ evi ilə bağlı h esab edirlər ki, birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Belə ki, hazırkı şikayətin 7.3-cü bəndində qeyd edilən müqavilədən göründüyü kimi, həmin bağ evi Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının xx.xx.1993-cü il tarixli 663 saylı Sərəncamı (Protokolu) əsasında ayrılmışdır. Göründüyü kimi, həmin əmlak birgə nikah dövründə əldə edilmiş və bu faktın təsdiq edilməsi üçün əlavə sübutlara ehtiyac qalmamışdır, bu səbəbdən də bağ evi miras kütləsinə daxil edilməlidir. Odur ki, birinci instansiya məhkəməsinin “əmlakın miras kütləsinə daxil olmasına dair sübutların təqdim edilməməsi və müqavilənin ləğvi və etibarsızlığı üçün digər əsasların təqdim edilməməsi” əsasları qanuni və əsaslı hesab etmirlər.

33. Bakı şəhəri, Səbail rayonu, Zərifə Əl iyeva (Azərbaycan prospekti) 19 ünvanda yerləşən 250,0 m2 ibarət qeyri-yaşayış sahəsi ilə bağlı əvvəla, qeyd edilməlidir ki, sözügedən Klinikanın 250,0 kv.m ibarət qeyri-yaşayış sahəsi miras qoyan mərhum Lalə xanımın ölümündən əvvəl iş materiallarından olan 11 dekabr 2001-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Deməli həmin əmlakın bigə nikah dövründə əldə edildiyi kimi qiymətləndirilməli və bu əmlak üzərində miras qoyanın sahiblik və istifadə hüququn həmin dövrdə yarandığı nəzərə alınmalıdır. İkincisi, 11 dekabr 2001-ci il tarixli alqı-satqı Müqaviləsinin 3.3-cü bəndinə əsasən, xx.xx.2002-ci ildən başalayaraq 2003-cü ilin sentyabr ayına qədər 150000 USD məbləğində ödənişlər ödənilməli idi. Lakin Cavabdeh2 bildirir ki, guya müqavilə müddəti ərzində cəmi 58200 USD ödən ilib, qalan məbləğlər isə guya miras qoyanın vəfatından sonra ödənilib. Lakin məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi bu halı, yəni qalan məbləğin hansı tarixdə ödənildiyini araşdırmamışdır. Üçüncüsü, iş materiallarında olan “Azərdəmiryolbank”ın 22 fevral 2006-cı il tarixli məktubundan görünür ki, Cavabdeh2 həmin Bankdan mübahisə edilən qeyri-yaşayış sahənin dəyərinin ödənilməsi məqsədi ilə xx.xx.2003-cü il tarixdə, yəni miras qoyan mərhum Lalə xanım sağ olarkən 60000 USD məbləğində kredit götürmüşdür. Lakin cavadeh nədənsə bu məqsədi icra etməkdən daşınaraq həmin vəsaiti qeyri-yaşayış sahənin dəyərinin ödənilməsinə deyil, məlum olmayan kreditin təyinatından kənar məqsədlər üçün sərf etmişdir. Bu məsələ ilkin iddia üzrə iddiaçılar tərəfindən birinci instansiya məhk əməsində qaldırılsa da, təəsüflər olsun ki, məhkəmə heç bir münasibət bildirməmişdir. Beləliklə də, mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdikləri bu faktiki hallar da məhkəmə tərəfindən araşdırılmamışdır. 34. 16 aprel 2004-cü il tarixdə təsis edilmiş "xxxx" MMC ilə bağlı hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-nin miras qoyanın ölümündən əvvəl təsis edildiyinin nəzərə alınması qanuni və əsaslıdır. Lakin bununla yanaşı apellyasiya şikayətinin 7.9-cu bəndində (Mirasın qəbulu ilə bağlı) göstərilən əsaslara görə hesab edirlər ki, təkcə İddiaçı2 münasibətdə deyil, eləcə də İddiaçı3 və İddiaçı1 münasibətdə pay müəyyən edilməldir.

35. Qarşılıqlı iddianın pul tələbi ilə bağlı təmin olunan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmirlər. Əvvəla, qeyd edilməlidir ki, məhkəmə, mübahisə üzrə məhkəməyə müraciət edən şəxsin obyektiv xarakter daşıyan subyektiv hüququnun olmamasına əvvəlcədən hüquqi qiymət verməmişdir.

36. Belə ki, qeyd edilən kredit müqavilələri iddiaçı Cavabdeh2 ilə deyil, "xxxx" MMC arasında bağlanmışdır. Qarşılıqlı iddia isə tələb etmək hüququ olmayan Cavabdeh2 tərəfindən irəli sürülmüşdür. Ona görə hesab edirlər ki, Cavabdeh2 bu iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüquqa malik deyildir. Qarşılıqlı iddiaya etirazda bu məsələ cavabdehlər tərəfindən qeyd edilsə də, təəssüflər olsun məhkəmə bununla bağlı ümumiyyətlə münasibət bildirməmişdir.

37. İkincisi, məhkəmə "xxxx" MMC tərəfindən 330.930 avro və “Dəmir Bank”-dan 82000 Avro məbləğində kreditin götürülməsini və bu məbləğin məhz Cəmiyyətin təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədləri üçün sərf edildiyi iş materialları ilə təsdiqlənmir.

38. Üçüncüsü, banklardan kreditin götürülümə ehtimalında belə, hesab edirlər ki, belə olan halda qarşılıqlı iddia üzrə iddiaçı qanunvericiliyin tələblərini pozaraq miras şəriklərinin, yəni İddiaçı3, İddiaçı2 və İddiaçı1 xəbəri olmadan, onların iradəsinə zidd olaraq qərar qəbul edərək miras şəriklərinin idarəçiliklə bağlı qərar qəbul etmək hüquqlarını məhdudlaşdırmışdır.

39. Dördüncüsü, məhkəmə qarşılıqlı iddianı bu hissədə təmin etməklə qətnamə çıxararkən rəhbər tutduğu hansı qanun və hüquqi akta istinad etməsini göstərməmişdir.

40. İş materiallarında olan X12 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış 13 mart 2007-ci il tarixli 27361 saylı müqavilədən göründüyü ki mi, həmin bağ evi Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının xx.xx.1993-cü il tarixli 663 saylı Sərəncamı (Protokolu) əsasında ayrılmışdır. Məhkəmə bu faktiki halları aydınlaşdırmadan qətnamədə qeyd etmişdir ki, əmlakın miras kütləsinə daxil olmasına dair sübutlar təqdim edilmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd edilən halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, məhkəmə müqaviləyə lazımınca diqqət yetirsə idi müəyyən olunardı ki, mübahisəli bağ evi 2007-ci tarixdə deyil, məhz 1993-cü il tarixdə miras qoyan sağ olarkən əldə edilmişdir. Belə olan təqdirdə düzgün nəticəyə gəlmiş olardı.

41. İş materiallarında olan 11 dekabr 2001-ci il tarixli alğı-satqı Müqaviləsinin 3.3-cü bəndinə əsasən, xx.xx.2002-ci ildən başalayaraq 2003 -cü ilin sentyabr ayına qədər 150000 USD məbləğində ödənişlər ödənilməli idi. Lakin Cavabdeh2 bildirir ki, guya müqavilə müddəti ərzində cəmi 58200 USD ödənilib, qalan məbləğlər isə guya miras qoyanın vəfatından sonra ödənilib. Lakin məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdikləri bu halı, yəni qalan məbləğin hansı tarixdə ödənildiyini aydınlaşdırmamışdır.

42. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qismən yəni ilkin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, qarşılıqlı iddianın təmin olunduğu hissələrdə dəyişdirilmədən saxlanılmasını və qarşılıqlı iddianın təmin olunmayan hissələrinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, iddiaçı ilə üçüncü cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinə iddia müddətinin ötürülməsi barədə məhkəmənin mövqeyni əsassız hesab edir. Belə ki, iddiaçı müvafiq müqvilənin ləğv edilməsi ilə bağlı hüququnun yarandığını cavabdehlər məhkəməyə iddia ərizəsi ilə müraciət etdikləri vaxtda, yəni xx.xx.2021-ci il tarixdə bilmişdir. Yəni, qanunla müəyən edilmiş iddia müddəti keçmədən məhkəməyə həmin müqavilənin ləğvi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Müqavilənin etibarsızlığını deyil, ləğvini tələb etmişdir. Bunlar isə fərqli anlayışlardır. Əqdin etibarsızlığı ilə bağlı müddət 1 il olmasına baxmayaraq, daşınmaz əşyalarla bağlı 6 ildir. Ona görə də iddia müddətinin üzrsüz səbəblərdən ötürülməsi əsası ilə iddianın həmin hissədə rədd edilməsi qanunsuz olmuşdur. Bundan başqa, cavabdehlərin təhsil xərcləri ilə bağlı kifayət qədər sübutlar təqdim olunmasına baxmayaraq məhkəmə əsassız olaraq bu hissədə iddia tələbini təmin etməmişdir.

43. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək şikayətini iddiası ilə eyni məzmunda əsaslandırmışdır.

44. Birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)1807/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək şikayətdə göstərmişdilər ki, iddiaçlardan İddiaçı3 13 yanvar 2009-cu il tarixdən "xxxx" MMC-də "stomatoloq" vəzifəsində işləməklə yanaşı, 2009-2012-ci illərdə Tür kiyə Cumhuriyyətində "Paradontoloq" ixtisası üzrə fəlsəfə doktoru və "Uzman"lıq elmi dərəcəsi almış və eyni zamanda həmin dövrdə İstanbula ixtisası üzrə fəaliyyəti ilə bağlı mütəmadi olaraq İstanbul şəhərinə gəlib-getmiş, yuxarıda qeyd olunan elmi dərəcələri aldıqdan sonra demək olar ki, daimi olaraq Bakı şəhərində yaşamışdır. Dövlət Sərhəd Xidmətinin iddiaçıların 2003-2010-cu illər ərzində dövlət sərhədindən hərəkətləri barədə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən çıxarışından görünür ki, İddiaçı3 anası vəfat etdikdən sonra (anası X24 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir.) xx.xx.2004-cü il tarixədək, yəni 23 gün Bakı şəhərində olmuşdur. Sonra təhsili və sairlə bağlı İstanbul şəhərinə getmiş və həmin tarixdən 2010-cu ilin sonunadək 43 də fə İstanbul şəhərindən Bakı şəhərinə gəlməklə qeyd olunan müddətdə təxminən 1 il 4 ay (və ya 491 gün) ərzində Azərbaycan Respublikasında yaşamışdır.

45. İddiaçı1 2002-2007-ci illərdə həmin universitetdə təhsil almış, təhsilini bitirdikdən sonra Bakı şəhərinə qayıtmış, "xxxx" MMC-də həkim işləmişdir. Dövlət Sərhəd Xidmətinin iddiaçıların 2003-2010-cu illər ərzində dövlət sərhədindən hərəkətləri barədə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemindən çıxarışından görünür ki, İddiaçı1 anası vəfat etdikdən sonra xx.xx.2004-cü il tarixədək, yəni 30 gün Bakı şəhərində olmuşdur. Sonra təhsilini davam etdirmək üçün İstanbul şəhərinə getmiş və həmin tarixdən xx.xx.2008-ci il tarixədək 6 dəfə Bakı şəhərinə gəlmiş və 593 gün (təxminən 1 il 7ay 18 gün) Azərbaycan Respublikasında yaşamış, sonuncu dəfə xx.xx.2008-ci ildə Azərbaycana qayıtmış və 2010-cu ilin sonunadək Azərbaycan Respublikasını tərk etməmiş, yəni Azərbaycana sonuncu dəfə qayıtdıqdan sonra 1 il 5 ay 8 gün Azərbaycan Respublikasını tərk etməməklə anasının vəfatından sonra 2010-ci ilin sonunadək cəmi 3 il 1 ay 8 gün ərzində Azərbaycan Respublikasında yaşamışdır.

46. Mirasın xx.xx.2004-cü il tarixdə açılmasına baxmayaraq, iddiaçlar mirasın qəbulu ilə bağlı notariat ofisinə xx.xx.2022-ci il tarixdə müraciət etmişlər və iddiaçılar tərəfindən mirasa daxil olan əmlakları faktiki olaraq qəbul edilməmiş, nədə həmin əmlaklara onlar heç bir vaxt sahiblik belə etməmişlər.

47. İş materiallarından göründüyü kimi iddiaçılar tərəfindən mirasın qəbul olunması ilə bağlı notariat ofisinə müraciət vərəsəli yin açıldığı gündən 17 il 11 ay sonra edilidiyindən və digər səbəblərdən notariat ofisi iddiaçılara vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməkdə haqlı olmuşdur.

48. Birinci instansiyası məhkəməsi mirasın qəbulu ilə bağlı iddiaçılar tərəfindən ötürülmüş müddəti üzrlü hesab edib həmin müddəti qeyri-müəyyən müddətə uzatmaqla Mülki Məcəllənin 1248.1-ci maddəsinin təfsirində də səhvə yol verib. Həmin maddənin, o cümlədən Mülki Məcəllənin 1246-cı maddəsinin mənasına görə, mirasın qəbulu müddəti üç ay müəyyən edildiyindən və altı ay keçdikdən sonra qanun onun qəbuluna yol vermədiyindən iddiaçılar tərəfindən ötürülmüş müddət üç aydan sonra altı ay tamamına qalan müddət ərzində uzadıla bilərdi. Hazırki halda isə, iddiaçılar mərhum X15 miras qalmış əmlaklara vərəsəliyə çağırıldığını bildiyi və y a bilməli olduğu gündən 17 il 11 ay sonra notariat ofisinə müraciət etmiş, müraciətlərinə imtina verildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər.

49. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7305/2022 nömrəli 21 noyabr 2022-ci il tarixli qərardadı ilə(hakim Şərafət Məmmədova) iddiaçılar İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması barədə mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3529/2022 nömrəli mülki işlə birləşdirilərək 2(103)3529/2022 nömrə altında bir icraatda baxılması qərara alınmışdır.

50. Sonradan İddiaçı3 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərib ki, hazırki apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynili k təşkil edir. İş materiallarına əlavə edilən Dövlət Sərhəd Xidmətinin arayışından aydın olur ki, anaları vəfat etdikdən qısa müddət sonra iddiaçılar Azərbaycan Respublikasını tərk etmiş və uzun müddət sonra geri qayıtmışlar. Lakin Azərbaycan Respublikasını tərk edən dövrədək onlar miras əmlak siyahısına daxil olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 4913 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və 82,18 kv.m-dən ibarət fərdi yaşayış evində yaşamışlar və miras əmlakı faktiki olaraq qəbul etmişlər.

51. Belə ki, mübahisəli hal həmin bağ evinin və qeyri-yaşayış sahəsinin, eləcə də MMC-nin mərhum Lalə Əhmədbəyli ilə ataları Cavabdeh2 birgə nikahı dövründə əldə edildiyindən onların bağışlanmasında iddiaçıların həqiqətən razılıqları olub-olmaması, yəni bunun onların iradəsi zədələnmədə n həyata keçirilib-keçirilməməsi, eləcə də bağ evi və qeyri-yaşayış sahəsi bağışlanan vaxt Lalə Əhmədbəyli ölmüş olsa da iddiaçıların bundan məlumatlı olmaması ilə bağlıdır. Yəni, iddiaçılar hesab edir ki, həmin notarial hərəkətləri aparılan zaman anası öldüyündən, analarının vərəsəsi olaraq onların mövqeyi nəzərə alınmamış, çünki analarının vərəsəsi kimi həmin əmlaklarda miras payları olmuşdur.

52. Mübahisəli bağ sahəsinin ilk dəfə istifadəsinə verildiyi, qeyri-yaşayış sahəsinin tikintisinə dair müqavilənin bağlandığı və MMC-nin qeydiyyatdan keçdiyi tarixlər Cavabdeh2 mərhum Lalə Əhmədbəyli ilə nikahda olduğu dövrə təsadüf etməsi mübahisəsiz olsa da, bu əmlakların birgə gəlirlər hesabına əldə edilməsinin mübahisəsiz olub-olmamasını hazırda müəyyənləşdirmək mümkünsüzdür. Çünki, hazırki ilk iddia irəli sürülənədək Lalə Əhmədbəyli vəfat etmiş, sağlığında isə bu əmlakın bölünməsini tələb etməmiş, bağ evi və qeyri-yaşayış sahəsi bağışlanarkən tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh2 adında qeydiyyatda olmuşdur. Hazırki iş üzrə iddiaçılar bağ və qeyri-yaşayış sahəsi bağışlanarkən anaları öldüyündən onların vərəsə kimi razılığının alınmasının məcburi olduğunu düşünsələr də bu dəlil əsaslı ola bilməz. Çünki, bağ evi və qeyri-yaşayış sahəsi birgə nikah dövründə, birgə gəlirlər hesabına əldə edilmiş olsa belə buna razılıq hüququ sağ olsaydı Lalə Əhmədbəyli tərəfindən verilə bilərdi. Ancaq qeyd olunduğu kimi bağ evi və qeyri-yaşayış sahəsi bağışlanarkən Lalə Əhmədbəyli sağ olmamış, sağlığında da mübahisəli əmlakların bölünməsini tələb etməmişdir. Bu cür vəziyyətdə mərhum Lalə Əhmədbəylinin qeyd olunan əmlaklar (əmlak hüquqları) üzərində payı müəyyən edilmədiyindən, bağışlama müqaviləsi bağlanarkən ilk iddiaçıların buna razılığı da tələb olunmurdu. Ona görə də iddiaçıların məhz Lalə Əhmədbəylinin vərəsələri kimi mübahisəli bağ və qeyri-yaşayış sahələrinin bağışlanması müqaviləsinin ləğv etməyi (yaxud etibarsızlığını) tələb etməyə subyektiv hüquqları da yaranmamışdır.

53. Mübahisələndirilən bağışlama müqavilələlərinin tərəfi olan şəxslər isə bu müqavilələri hansısa formada heç vaxt mübahisələndirməmişdir. Demək ki, bu əqdin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü kimi, bаğış lama müqaviləsini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. Bu hallar mövcud idisə onları sübut etmək yükü ilk iddiaçıların üzərinə düşürdü.

54. Mübahisələndirilən bağ və qeyri-yaşayış sahəsi üzrə Heydər və Mikayıl Əhmədbəylilərin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin əmlakın mülkiyyətçiləridir. Buna baxmayaraq, ilk iddiaçılar həmin əmlakların qanuni əsaslarla onlara aid olmadığını düşünür. Lakin apellyasiya şikayətində göstərdikləri dəlillər onun əsaslı olduğuna dəlalət etmir və iddialarının təmin edilməsinə səbəb olacaq dərəcədə əhəmiyyətli təsiri ola bilməz. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır.

55. İlkin iddia üz rə müqavilələrin ləğv edilməsi tələblərinin əsassız olması və təmin edilməməsi avtomatik olaraq ilk iddianın digər hissələrinin təmin olunmamasını labüd edir. Çünki, ilkin iddia üzrə müqavilələrin ləğv edilməsi rədd edildiyindən, iddianın digər hissələrinin də əsaslılığı tam aradan qalxır. Çünki, onlar əsas tələbdən doğan törəmə tələblər sayılır. Əsas tələbin rədd edildiyi halda digər tələblər üzrə apellyasiya şikayətinin dəlillərinin ayrıca xüsusi olaraq yoxlanılmasına ümumiyyətlə lüzum qalmır.

56. Qarşılıqlı iddia ilə bağlı da qeyd olunur ki, qarşılıqlı iddiada mahiyyət etibarı ilə ilkin iddia ilə bilavasitə bağlı olmuş və ilkin iddianın irəli sürülməsi nəticəsində verilmişdir. Başqa sözlə qarşılıqlı iddianın əsaslılığı və təmin edilməli olması ilkin iddianın təmin olunub-olunmamasında n asılıdır. Ancaq ilk iddiaçıların iddia etdikləri əmlaklar (hansısa hissəsi də) mərhum anaları Lalə Əhmədbəyliyə məxsus miras əmlak sayılmadığından və həmin əmlaklardan ilk iddiaçılara miras payı düşmədiyindən qarşılıqlı iddiada göstərilən tələblərin də əsaslılğı aradan qalxmış olur. Qarşılıqlı iddiada göstərilən mənzillərə dair bağlanan müqavilələrin də ləğv edilməsi üçün hər hansı bir hüquqi əsas müəyyən edilməmişdir. Buna dair qarşılıqlı iddiaçı da məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin edilən hissəsində də düzgün nəticəyə gəlməmişdir.

57. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, X23 cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 qarşı pul tələbinə dair iddiası da əsassız olduğundan bu hissədə birinci instans iya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, Cavabdeh1 tələb etdiyi məbləğin Cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş vəsait olduğunu bəyan etsə də buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Başqa sözlə cavabdehlərin təhsili ilə bağlı ödənildiyi iddia edilən həmin vəsaitin məhz Cavabdeh2 ilə nikah dövründə qazandığı vəsait olduğu halı sübuta yetirilməlidir. Bu halları sübut etmək yükü isə onun üzərinə düşürdü. Ancaq Cavabdeh1 iddiasının əsası kimi istinad etdiyi halları mötəbər sübutlarla sübuta yetirə bilməmişdir.

58. Birləşdirilmiş iş üzrə iddiaçılar İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması barədə iddiası da əsassız olduğundan təmin edilməsi düzgün olmamışdır. Çünki, bu iddiada mərhum X15 miras əmlak kimi qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 4913 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və 82,18 kv.m-dən ibarət bağ evinə, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva prospekti 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və xx.xx.2004-cü ildə təsis edilmiş "xxxx" MMC-yə dair mirasın qanunla müəyyən edilmiş qəbulu müddətinin üzrlü səbəbdən ötürməsini nəzərə alaraq qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi ilə bağlı olmuşdur. İlkin iddianın dəlillərinə və ilkin iddiaçıların apellyasiya şikayətinin dəlillərinə yuxarıda hüquq qiymət verilərkən qeyd olunan əmlakların mərhum Lalə Əhmədbəylidən miras qalmış əmlak (əmlak hüquqları) olmadığına münasibət bildirildi. Ona görə də məhz qeyd olunan əmlaklarla bağlı mirasın qəbulu müddətinin ötürülmə sini üzrlü hesab edərək bərpa edilməsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

59. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1,213.2,225.1,225.2,337.1,385.1,.390.1,404.1,405.1,421.2,442,1133.1,1145,1146,1243.2, 1246,1248.1,1262,1273.1-ci, Ailə Məcəlləsinin 31, 32.1,32.2.2,34.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

60. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)-198/2023 nömrəli qətnamənin qismən, qarşılıqlı iddianın təmin edilmədiyi hissələrdə ləğv edilməsi və qarşılqlı iddianın qismən təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh X16 arasında ünvan 20 ünvanında yerləşən yaşayış sa həsinin alğı-satqısına dair müqavilənin ləğv olunması və bu öhdəliyin Bakı şəhəri 14 saylı Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən X6 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış sahəsi üzərində İddiaçının miras payı da nəzərə alınmaqla, 5/8 hissədə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin DƏDRX üzərinə qoyulması;

61. Qətnamənin qismən, qarşılıqlı iddianın təmin edilmədiyi hissələrdə ləğv edilməsi və qarşılqlı iddianın qismən təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh X16 arasında ünvan 20 ünvanında yerləşən yaşayış sahəsinin alğı-satqısına dair müqavilənin ləğv olunması və bu öhdəliyin Bakı şəhəri 14 saylı Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən X6 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış sahəsi üzərin də İddiaçının miras payı da nəzərə alınmaqla, 5/8 hissədə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin DƏDRX üzərinə qoyulması;

62. Cavabdeh2 ilə Cavabdeh İddiaçı2 arasında ünvan 21 ünvanında yerləşən yaşayış sahəsinin bağışlanması haqqında müqavilənin ləğv olunması və bu öhdəliyin 1 saylı Bakı ASAN xidmət mərkəzinin Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən İddiaçı2 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış sahəsi üzərində İddiaçının miras payı da nəzərə alınmaqla, 5/8 hissədə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin DƏDRX üzərinə qoyulması;

63. Türkiyə Respublikasının Yeditepe Universitetində Cavabdehlərin təhsil almaları üçün ödənilmiş təhsil haqqına görə İddiaçı3 61.125 ABŞ dolları, İddi açı1 22.250 ABŞ dolları, İddiaçı2 188.385 ABŞ dollarının alınıb İddiaçı Cavabdeh2 ödənilməsi barədə yeni qərar qəbul olunmasını, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

64. Kassasiya şikayəti belə əsaslnadırılmışdır ki, cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinə münasibətdə iddia müddətinin ötürülməsinə dair məhkəmənin qənaətini əsassızdır.. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı müvafiq əqdin ləğv edilməsi ilə bağlı hüququnun yarandığını cavabdehlər məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi, xx.xx.2021-ci il tarixdə bilmişdir. Yəni qanunla müəyyən olunmuş iddia müddəti keçmədən məhkəməyə həmin müqa vilənin ləğvi ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsində yuxarıda qeyd olunan müqavilənin etibarsızlığı ilə bağlı deyil, həmin müqavilənin ləğv olunmasını tələb etmişdir.Belə ki, əqdin etibarsızlığı və ləğvi fərqli anlayışlardır.

65. Bundan əlavə, iddiaçı tərəfindən iddia müddəti ötürülməyib. Daşınmaz əmlaklarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 1 il deyil, 6 ildir. Bu səbəbdən də Məhkəmənin qərarı həmin hissədə qanunsuz olmuşdur.

66. İş materiallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birindən 103.221,5 Avro və 40.444,5 (13.750 + 33.970 7.275,5) ABŞ dollarının miras şərikliyi ilə bağlı alınıb iddiaçı Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarıl masını xahiş etmiş və bunula bağlı zəruri sübutları iş materialına əlavə etmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi vərəsəliklə bağlı ilkin iddia ərizəsi üzrə iddia tələblərini təmin etmədiyindən, miras şərikliyi ilə bağlı iddia tələbimizin təmin olunmamasını əsaslı qəbul edirik. Lakin iddia ərizəsindən və apellyasiya şikayətindən göründüyü kimi Cavabdehlərin hər üçü ixtisasca həkim stomatoloqlardır və təhsillərini Türkiyə Respublikasının Yeditepe Universitetində almışlar. Orada təhsil ödənişlidir və Cavabdehlərin təhsil aldığı dövrlərdə hər biri üçün illik təhsil haqqı 10.000-13.000 ABŞ dolları olmuşdur. Miras açılandan sonra 1-ci Cavabdehin təhsilinə 61.125 ABŞ dolları, 2-ci Cavabdehin təhsilinə 22.250 ABŞ dolları, 3-cü Cavabdehin təhsilinə 188.385 ABŞ dolları İddiaçı tərəfində n ödənilmişdir (həmin ödənişlərlə bağlı sübutlar iş materialına əlavə olunmuşdur) və cavabdehlər həmin ödənişləri unversiteti qurtardıqdan sonra ona qaytaracaqlarına öhdələrinə götürsələr də, onlardan heç biri üzərinə götürdüyü öhdəliyi iddia ərizəsi ilə məhkəməyə müraciət etdikləri günədək icra etməmişlər. Ona görə də Türkiyə Respublikasının Yeditepe Universitetində aldıqları təhsilə görə ödəniş haqlarını Cavabdehlərdən tələb etməkdə İddiaçı haqlı olmuşdur.

67. İlkin iddia üzrə İddiaçı3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-198/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ilkin iddia tələbinin və icraatı birləşdirilmiş iş üzrə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissələrdə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkə məsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

68. Belə ki, iş materiallarına əlavə edilən DSX-nin arayışından aydın olur ki, anaları vəfat etdikdən qısa müddət sonra iddiaçılar Azərbaycan Respublikasını tərk etmiş və uzun müddət sonra geri qayıtmışlar. Lakin Azərbaycan Respublikasını tərk edən dövrədək onlar miras əmlak siyahısına daxil olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda yerləşən, xüsusi mülkiyyət növü olan, 0,12 ha torpaq sahəsi ilə birlikdə 82,18 m2 -dən ibarət fərdi yaşayış evində yaşamışlar və miras əmlakı faktiki olaraq qəbul etmişlər. Apellyasiya instansiyası məhkəməsi isə bu hala qiymət vermədən, ümumiyyətlə miras əmlak kütləsinə daxil olan əmlak olmaması səbəbindən bu hissədə araşdırma aparmayaraq əsassız olaraq ilkin iddinı və icraatı birləşdirilmiş üzrə iddianı tam rədd etmişdir.

69. Bundan əlavə, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlara məhkəmə tərəfindən obyektiv və düzgün hüquqi qiymət verilməmişdir. İşin halları ilə müəyyən olunur ki, mübahisəli əmlakların birgə nikah dövründə əldə edilməsini həm ilkin iddiaçılar həm qarşılıqlı iddiaçı qəbul etmişdir. Məhkəmə isə heç bir araşdırma aparmadan, əmlakların hansı tarixdə və hansı qanuni əsaslarla əldə edilməsini yoxlamadan bir məhkəmə iclasına iddia tələblərinin rədd edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

70. Həmçinin məhkəmə işin hərtərəfli araşdırılmasını təmin etməmişdir. Belə ki, apellyasiya baxışı dövründə (işə əvvəlki tərkibdə baxılan zaman) məhkəmənin öz təşəbbüsü ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsi olan 4913 saylı bağ sahəsinin ilkin olaraq qeydiyyata alınmasına əsas olmuş sənədlərin əldə edilməsinin zəruriliyi vurğulanmışdır. Bu səbəbdən DƏDRX-ə bununla bağlı sorğu ünvanlanmış, sorğuya natamam cavab verildiyindən bununla bağlı təkrar olaraq sorğunun göndərilməsinin zəruriliyi məhkəmə iclasında müzakirə olunmuşdur (məhkəmə iclasının audio video yazılarında vardır). Lakin iş üzrə məhkəmənin icraatı dayandırıldığından bu mümkün olmamışdır. Bundan sonra iş üzrə icraat təzələndikdən sonra işə yeni tərkibdə baxılan zaman həmin məlumatların müvafiq orqandan götürülməsi vəsatətlə məhkəmədən xahiş edilmiş, lakin bu vəsatət əsassız olaraq rədd edilmişdir.

71. Bundan başqa əvvəlki tərkibdə işə baxılan zaman müzakirə predmeti olan məsələlərdən biri də, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva (Azərbaycan prospekti) 19 ünvanında yerləşən 250 m2 ibarət qeyri yaşayış sahəsinin yerləşdiyi binanın tikintisinin hansı tarixdə yekunlaşması və sakinlərə təhvil verilməsi barədə məlumatın əldə edilməsi ilə bağlı olmuşdur. Bununla bağlı məhkəməyə vəsatət təqdim edilsə də, bu vəsatət də əsassız olaraq təmin edilməmişdir. Nəticədə apellyasiya instansiyası məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparılmasını təmin etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir.

72. Beləliklə, məhkəmə müqaviləyə lazımınca diqqət yetirsə idi və tərəfimizdən verilmiş vəsatətləri təmin etsə idi, müəyyən olunardı ki, mübahisəli bağ evi 2007-ci tarixdə deyil, məhz 1993-cü il tarixdə miras qoyan sağ olarkən əldə edilmişdir. Belə olan təqdirdə düzgün nəticəyə gəlmiş olardı. Lakin, işə baxan məhkəm ələr iddia tələbindən kənara çıxmış və bu kənara çıxmanın qanuniliyini əsaslandıra bilməmişlər. Belə ki, yuxarıda qeyd edildiyi kimi, əmlakın birgə təsərrüfat hesabına əldə edilməməsinə dair qarşılıqlı iddiaçı alibi irəli sürməmişdir.

73. Bundan başqa məhkəmə kollegiyasının diqqətinə bir faktıda çatdırmaq istərdik. İş materiallarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0.12 ha torpaq sahəsində yerləşən, 82.18 kv. metr sahəsi olan 4913 nömrəli bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının xx.xx.1993-cü il tarixli 663 saylı Sərəncamı (Protokolu) əsasında Cavabdeh2 istifadəsinə verilmişdir. 13 mart 2007-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısı X5 İnkişafı və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağın istifadəyə verilməsi haqqında 27361 saylı müqavilə bağlanmışdır. Həmin bağ sahəsi 22 aprel 2008-ci ildə Cavabdeh2 adına ilk dəfə mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Həmin bağ sahəsi Cavabdeh2 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınan zaman hər üç ilk iddiaçı tərəfindən guya həmin bağ sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsinə etiraz edilməməsi barədə ərizə alınmışdır. Həmin ərizələrin kserosurətini əldə etdikdə bizə məlum olmuşdur ki, imzalar ilkin iddiaçılara məxsus deyil, saxtalaşdırılmışdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi bu faktı bildiyi üçün, iş üzrə obyektiv həqiqətə nail olunmasının qarşısını almaq məqsədi ilə əsassız olaraq bizim vəsatəti təmin etməmişdir ki, bu hal məhkəmədə sübuta yetirilmiş olmasın. Əgər məhkəmə vəsatətimizi təmin etsəydi, həmin ərizələr mülki iş materiallarında olacaqdı və bu halda Cavabdeh2 miras əmlak kütləsinə daxil olan əmlakları mənimsəmə niyyəti, öz doğma övladlarına pay verməmək niyyəti tam şəkildə aydın olacaqdı. İş materiallarında olan DSX-dən alınmış arayışdan da aydın olur ki, həmin dövrlərdə iddiaçılar Azərbaycan Respublikasında olmamışlar. Belə olan halda onlar tərəfindən ərizənin yazılması mümkün deyildi.

74. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)-198/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

75. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

76. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

77. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

78. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

79. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əq d etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

80. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

81. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

82. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlü kdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

83. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

84. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

85. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

86. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

87. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

88. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ ol muş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

89. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

90. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

91. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

92. Mad də 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

93. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

94. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surə tdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.

95. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

96. Maddə

31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

97. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

98. Maddə 32.2.2. Ər-a rvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir.

99. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

100. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

101. Maddə 14.2-ci məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir.

102. Maddə 76.2-ci bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

103. Maddə 77.1-ci hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

104. Maddə 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

105. Maddə 416.2-ci apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilmə si şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

106. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri:

107. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

108. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən qismən, qarşılıqlı iddianın təmin edilmədiyi hissədə mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin həmin hissədə yoxlanılması təşkil edir.

109. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmçinin cavabdeh İddiaçı3 tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkə məsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi 110.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

111. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 112.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. 113.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2023-cü il tarixli 2(103)198/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar