Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3047/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı X və X mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5145/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixl i qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 10.06.2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci və 2-ci bəndlərinə görə X6 1 ay müddətinə qaytarmaq şərti ilə 25.000 ABŞ dolları məbləğində faizsiz borc vermişdir. İddiaçı xxx saylı mənzilini 10.06.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Hər iki müqaviləni X nümayəndəsi olan övladı – hazırki iş üzrə Cavabdeh imzalamışdır və hər iki müqavilə notarial qaydada təsdiq edilmişdir. 2. 18.01.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, 18.09.2018-ci il tarixdə ölmüş X vərəsəsi Cavabdehdur. Miras əmlaka həmçinin yuxarıda qeyd edilən “Kredit müqaviləsi” əsasında iddiaçıya verilmiş 25.000 ABŞ dolları məbləğində pul da daxildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh X2 əvəzinə X 31.05.2017-ci il tarixdə verilmiş etibarnamə əsasında nümayəndəsi Cavabdeh arasında bağlanmış 10.06.2017-ci il tarixli kredit müqaviləsinin və onunla cavabdeh X2 əvəzinə X 31.05.2017-ci il tarixdə verilmiş etibarnamə əsasında nümayəndəsi Cavabdeh arasında bağlanmış 10.06.2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəb ul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xxx saylı mənzili DƏDRX-dən verilmiş 26.01.2008-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Onunla Cavabdeh arasında 10.06.2017-ci il tarixli formal kredit müqaviləsi bağlanmışdır. Həmin Kredit müqaviləsinin 1ci və 2-ci bəndlərinə görə X guya ona 1 ay müddətinə qaytarmaq şərti ilə 25.000 ABŞ dolları məbləğində faizsiz borc vermişdir. Lakin əslində ona heç bir pul verilməmişdir. Eyni zamanda həmin gün onunla Cavabdeh arasında10.06.2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsi də formal, görünüş xarakterli olmuşdur. Belə ki, həmin ipoteka müqaviləsinin 1-ci bəndinə görə o, 10.06.2017-ci il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq ona məxsus xxx saylı mənzili ipoteka saxlayana ipotekaya qoymuşdur. Həmin ipoteka müqaviləsinin 5.1-ci bəndinə görə həmin müqavilə dövlət qeydiyyatından keçdiyi andan qüvvəyə minir. Lakin həmin ipoteka müqaviləsi dövlət qeydiyyatından keçməmişdir. Başqa sözlə, həmin ipoteka müqaviləsi görünüş xarakterli olmuşdur. Belə ki, Cavabdeh mərhum X oğludur. Onunla 10.06.2017-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi X arasında bağlanmışdır. Həmin müqavilələr X etibarnamə əsasında nümayəndəsi Cavabdeh bağlamışdır. X 18.09.2018-ci il tarixdə ölmüşdür. Ölüm 28.09.2018-ci il tarixdə qeydə alınmışdır. Qanuna əsasən X ölən gün, yəni 18.09.2018-ci il tarixdə həmin etibarnamə qüvvədən düşmüşdür. Belə olan halda, X tərəfindən X 31.05.2017-ci il tarixində Cavabdeh verilmiş etibarnaməyə TX ölən gün, yəni 18.0 9.2018-ci il tarixdə xitam verilmişdir. Eyni zamanda onunla X arasında bağlanmış 10.06.207-ci il tarixli Kredit müqaviləsinin müddəti cəmi 1 ay müddətinə müəyyən edilmişdir. Belə ki, həmin Kredit müqaviləsinə əsasən borc verən borc alana 25000 ABŞ dolları məbləğində borc verir, borc alan isə həmin məbləği 10.07.2017-ci il tarixədək, yəni 1 (bir) ay müddətində qaytarmaq barədə öhdəlik götürmüşdür. Eyni zamanda borclu 25.000,0 ABŞ dolları məbləğində borca görə həmin məbləğdən üç dəfə baha olan xxx saylı mənzilini ipoteka ilə yüklü etmişdir. X4 faizə pul verən şəxsdir və 10.06.2017-ci il tarixli Kredit müqaviləsi və 10.06.2017-ci il tarixli ipoteka müqaviləsini bağlamaqda məqsədi, niyyəti onun əmlakına, yəni evinə yiyələnməkdən ibarət olmuşdur. Təbii ki, bu hal da həmin müqavilələrin formal, görünüş xarakterli olmasını, yəni etibarsızlığını ehtiva edir. Eyni zamanda o, nə Cavabdeh, nə də X tanımamış onlardan pul almamış, həmin şəxsləri onun qohumu X tanıtmış, X da Cavabdeh və X5 adlı şəxs tanış etmiş, X da pul X adlı şəxsin vasitəçiliyi ilə verilmiş, bütün bu proseslərdən onun xəbəri olmamışdır. Məhz həmin proseslərdən onun xəbəri olan kimi, o, dərhal hazırkı iş üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) 2(005)-380/2020 nömrəli, 03.03.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X 10.06.2017-ci il tarixli “borc verən” Cavabdeh ilə “borc alan” İddiaçı arasında kredit müqaviləsi bağlanan zaman “Notar iat haqqında” Azərbaycan Respublikasının Qanununda iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni ona T.Vəkil1 tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsi, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübut mövcud olmaması, müqavilələr bağlanan zaman ona müqavilələrin əsil mahiyyətinin izah olunmaması, bununla da iddiaçının etibarından sui-istifadə edilməsi, bu səbəbdən də 10.06.2017-ci il tarixdə bağlanmış kredit və ipoteka müqaviləsi aldatma nəticəsində bağlanmış əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetmir.
7. Kredit və ipoteka müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur.
8. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələri üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsızlığı ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir.
9. Belə olan halda, məhkəmə qeyd etməyi zərur hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızl ığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Res publikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2- ci maddəsinə əsa sən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən kredit və ipoteka müqaviləsi 10.06.2017-ci ildə tərəflərin iştirakı ilə, X bağlanmışdır. Odur ki, iddiaçının sözügedən müqavilədən xəbəri olmuş və müqavilənin etibarsız sayılmağa əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində mübahisələndirməmiş və belə olan təqdirdə məhkəmə, iddiaçı 1 il ərzində əqdin etibarsızlığını mübahisə etmək hüququndan istifadə etmədiyinə görə iddia ərizəsi üzrə tələbin təmin edilməməsini həmçinin də bu səbəbdən əsaslı hesab etmişdir.
11. Məhkəmə eyni zama nda iddiaçının təqdim etdiyi qohumu şahid X ifadəsinə tənqidi yanaşaraq bildirmişdir ki, şahid və iddiaçı müqavilə üzrə pul məbləğinin onaverilmədiyinə istinad edərək müqavilələrin etibarsız hesab edilməsinə nail olmağa çalışırlar. Belə ki, müqavilə üzrə pul məbləğinin verilməməsi iddiaçıya əsas vermir ki, müqavilələrin etibarsızlığını tələb etsin. Bu zaman iddiaçı pul məbləğinin verilməməsinə görə müqavilələrdən imtina etməklə, müqavilənin ləğvini tələb edə bilər.
12. Məhkəmə habelə, işə baxarkən, cavabdehin və digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdehlər barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan h alların mülki xarakterli mübahisələr olduğu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 337, 339, 404-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5145/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 mart 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışd ır.
16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, sübutetmə yükü üzərinə düşən iddiaçı, onunla X arasında X 10.06.2017-ci il tarixli “Kredit müqaviləsi” bağlanan zaman “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni ona X tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsini, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübut mövcud olmamasını, müqavilələr bağlanan zaman ona müqavilələrin əsil mahiyyətinin izah olunmamasını, bununla da iddiaçının etibarından sui-istifadə edilməsini, bu səbəbdən də 10.06.2017-ci il tarixdə bağlanmış kredit və ipoteka müqaviləsi aldatma nəticəsində bağlanmış əqd olmasını və başqa məqsədlər üçün bağlanması hallarını sübuta yetirə bilməmişdir.
17. Bunun əksinə Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, kredit və ipoteka müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, mülki qanunvericiliyin prinsiplərini əhatə edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur.
18. Bundan başqa, iddiaçı kredit və ipoteka müqavilələri üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsızlığı ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirmə mişdir. Belə olan halda, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir.
19. Belə ki, mübahisələndirilən “Kredit müqaviləsi” və “İpoteka müqaviləsi” 10.06.2017-ci ildə tərəflərin iştirakı ilə, X bağlanmışdır. Odur ki, hesab edilməlidir ki, iddiaçının sözügedən müqavilədən xəbəri olmuş və müqavilənin etibarsız sayılmağa əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində mübahisələndirməmiş və belə olan təqdirdə Rayon Məhkəməsi, iddiaçının 1 il ərzində əqdin etibarsızlığını mübahisə etmək hüququndan istifadə etmədiyinə görə iddia ərizəsi üzrə tələbin təm in edilməməsini həmçinin də bu səbəbdən təmin etməməkdə haqlı olmuşdur.
20. Məhkəmə, həmçinin iddiaçının xüsusi qərardad çıxarılması tələbinə də düzgün yanaşaraq haqlı olaraq qeyd etmişdir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdehlər barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir k i, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlinmişdir.
21. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır (maddə 416).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
31. Əqd mülki hüquq münasib ətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)
32. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (maddə 324.2)
33. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (maddə 324.4)
34. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (maddə 324.5)
35. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)
36. Əqd barəsində mübahisə edild ikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2)
37. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (maddə 339.2)
38. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (maddə 404.1)
39. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (maddə 354.2) Mülki Prossesual Məcəllə
40. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
41. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
42. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
43. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, kassasiya şika yətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5145/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.