Məhkəmə qərarları › İş №2(102)-3048/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3048/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3048/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) 31.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2094/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zərdab rayonu Çallı kəndində yerləşən 32.6 ha torpaq sahəsi çıxarış əsasında İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində təsərrüfat işləri aparır.

2. İddiaçı ilə "xxxx" ASC (bundan sonra – cavabdeh və ya ASC) arasında 1 dekabr 2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin qüvvədə olma tarixi 30 iyul 2022-ci ilədək, sığorta məbləği 48995,80 manat müəyyən edilmişdir. Müqaviləyə əsasən, iddiaçıya kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsi verilmişdir. Sığorta şəhadətnaməsinə əsasən, sığorta risklərinə "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta Qaydaları”na əsasən, aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təminat altına alınır: dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri.

3. İddiaçı sığorta şirkətinə müraciət etmiş, sığorta şirkəti tərəfindən yazılı qaydada bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları” nın 1.21.1-ci yarımbəndinə sığorta ödənişi həmin yarımbənd ilə müəyyən edilən sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir. Sözügedən yarımbəndin 6-ci abzasına əsasən üçüncü şəxslərin hərəkətlər inə münasibətdə müvafiq Səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənədin olması sığorta ödənişinin edilməsi üçün əsasdır. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əsasən “Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərb aycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir”. "xxxx" ASC tərəfindən Zərdab rayon Polis şöbəsinə göndərilən sorğulara (xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il) cavab olaraq hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini əks etdirən məlumatlar göndərilməmiş, sığorta hadisəsinin baş vermə halı Zərdab rayonu Polis şöbəsi tərəfindən təsdiq edilməmiş və bu səbəbdən sığorta hadisələrinin araşdırılması və tənzimlənməsi ilə bağlı hərəkətlərin edilməsi mümkün olmamışdır.

4. İddiaçı tərəf də məhkəmə araşdırması zamanı dəfələrlə şifahi qaydada polisə müraciət etdiyini bildirmişdir. Şifahi müraciətin cavabı olaraq ona hazırkı məsələnin araşd ırılmasının onların səlahiyyətlərinin daxilində olmadığı bildirilmiş və hər hansı sənəd verilməsindən imtina edilmişdir.

5. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, məsələnin yerində araşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zərdab rayon X1 mütəxəssisləri tərəfindən 2022-ci il 10 iyun tarixində arpa sahəsinə baxış keçirilmiş və sahədə xəstəlik və zərərvericilərin populyasiya sıxlığının iqtisadi ziyanlı həddi keçmədiyi aşkar edilmişdir. Sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitkilərin inkişaf etmədiyi və tamamilə məhv olduğu müəyyən edilmişdir. 6. "xxxx" ASC Zərdab rayon Polis şöbəsinə ünvanladığı məktubda qeyd olunmuşdur ki, sığorta hadisəsinin tənzimlənməsi ilə bağlı sığorta had isəsi hesab edilə bilən halın baş verməsi faktını və (və ya) səbəbini, hadisənin baş vermə vaxtını, hadisənin baş vermə yerini və koordinatlarını, bitkinin növünü, əkin sahəsinin ölçüsünü və sığortalını ad, soyadını əks etdirən sənədlərin təqdim edilməsi istənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhv edilmiş 24 ha torpaq sahəsinə görə 26543 manat sığorta ödənişinin Aqrar Sığorta Fondu adından cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayonu Çallı kəndində yerləşən 32,6 ha torpaq sahəsində 2021-ci ilin noyabr ayında iddiaçı tərəfindən dənli bitki olan arpa əkilmişdir. Həmin torpaq sahəsində baş verə biləcək risklərin (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri) qarşısının alınması məqsədi ilə Aqrar Sığorta Fondu adından “X4 Sığorta Şirkəti” ASC ilə 01 dekabr 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Bu barədə iddiaçıya X2 və Bitkiçilik Məhsullarının Sığortası üzrə Sığorta Şəhadətnaməsi verilmişdir. Sığorta ödənişi kimi iddiaçı tərəfindən 421,37 manat aqrar sığortalı kimi sığorta haqqı ödənilmişdir. Aqrar Sığorta müqavilələrinin bağlanmasına dair razılaşmanın 1 nömrəli əlavəsindən görünür ki, 32,6 ha torpaq sahəsinin sığorta məbləği 36055,60 manatdır. Daha sonra Zərdab rayon mexaniki suvarma idarəsi tərəfindən torpaq sahəsinə su verilmədiyindən 32,6 ha torpaq sahəsinin 24 ha hissəsi zədələnm işdir. Bununla bağlı iddiaçı müvafiq dövlət qurumlarına və eləcə də Kənd Təsərüffatı Nazirliyinə müraciət etmişdir. Kənd Təsərüffatı Nazirliyinin 28 iyun 2022-ci il tarixli məktubundan da görünür ki, iddiaçının müraciəti əsasında yerində araşdırılmış, Kənd Təsərüffatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zərdab rayon X1 mütəxəssisləri tərəfindən 10 iyun 2022-ci il tarixdə arpa sahəsinə baxış keçirilmiş və sahədə xəstəlik və zərərvericilərin populyasiya sıxlığının iqtisadi ziyanlı həddi keçmədiyi aşkar edilmişdir. Sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitkilərin inkişaf etmədiyi və tamamilə məhv olduğu müəyyən edilmişdir. Bununla bağlı iddiaçı dəfələrlə Aqrar Sığorta Fonduna müraciət etsə də X6 16 dekabr 2022-ci il tarixli məkubu ilə X2 və bitkiçilik məhsullar ının sığortası üzrə BS-**********-XS saylı sığorta müqaviləsi əsasında sığortanın arpa sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən iddiaçıya sığorta ödənişlərinin verilməsindən imtina edilmişdir. İmtina məktubundan sonra iddiaçı məsul şəxsin qəbulunda olmuş və ona bildirmişlər ki, imtinaya əsas torpaq sahəsində əkilmiş arpanın məhv olması ilə bağlı onlarda məlumat olsa da, ərazi üzrə polis idarəsinin müvafiq arayışı olmalıdır. Belə ki, həmin arayışda torpaq sahəsində əkilmiş arpanın suyun verilməməsi nəticəsində məhv olması göstərilməlidir. Daha sonra iddiaçı Zərdab rayon Polis İdarəsinə müraciət edərək, arayışın verilməsini xahiş etmişdir. Polis İdarəsindən isə belə bir arayışın verilməsi onların səlahiyyətində olmamasını bildirmişlər. Bununla bağlı təkrar olaraq müxtəlif dövlət orqanlarına müraciətlər ünvanlasa da, müraciətlərə baxılmamışdır.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, torpaq sahəsinə suyun verilməsi vəzifəsi Zərdab rayon Mexaniki Suvarma İdarəsinin öhdəliyindədir. Eyni zamanda Zərdab rayonunda olan hər bir kənddə sudan istifadəçilər birliyi təşkilatı mövcuddur, hansı ki, həmin birliyi yaradan kənd təsərüfatı ilə məşğul olan şəxslərdir. Mexaniki suvarma idarəsi ilə kəndlərdə olan sudan istifadə birlikləri arasında əməkdaşlığa dair müqavilə mövcuddur. İddiaçı da kənddə sudan istifadəçilər birliyinin üzvü olduğu üçün mexaniki suvarma ida rəsi onunla ayrıca müqavilə imzalamamışdır. Onun sözügedən birliyə üzv olmasını təsdiq edəcək yeganə sənəd həmin birliyin ildə bir dəfə keçirdiyi iclasın protokoludur.

10. İddia ərizəsi üzrə tələb edilən məbləğə münasibətdə araşdırma zamanı iddiaçı bildirmişdir ki, onun mülkiyyətində olan 32.6 ha torpaq sahəsi ümumilikdə 48.995,80 manat məbləğində sığortalanmışdır. Sığorta hadisəsi torpağın 24 ha sahəsində baş vermişdir. Odur ki, o, hesablamanı 24 ha torpağa münasibətdə aparmış və 26.543 manat ziyan dəydiyini müəyyən etmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 oktyabr 2023-cü il tarixli, 2(011)-5251/2023 nömrəli (hakim Aygün Həsənova) qətnaməsinə əsasən iddia təmin edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sah əsində yerləşən əkin sahəsinə vaxtında suvarılmadığına görə ziyan dəymişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı məktubdan görünür ki, sığorta şirkəti sığorta hadisəsinin üçüncü şəxslərin hərəkətləri nəticəsində baş verdiyini bildirmişdir. Eyni zamanda, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.21.1-ci yarımbəndinin 6-cı abzasına istinad edərək sığorta ödənişinin üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xü susiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd mövcud olduğu halda həyata keçirildiyini bildirmişdir. Cavabdeh bənddə qeyd olunan səlahiyyətli orqanın polis olduğu qənaətinə gələrək arayışın məhz həmin orqandan təmin edilməsini həm iddiaçıya bildirmiş, həm də özü müstəqil surətdə orqana müraciət etmişdir. Məhkəmə istinad olunan hala münasibətdə qeyd etmişdir ki, polis orqanlarının səlahiyyətinə qanunvericilik cinayətin əlamətlərini əks etdirən və inzibati xətanın tərkibini təşkil edən hüquqpozmaların araşdırılmasını aid etmişdir. Hazırkı işin hallarından sığorta hadisəsinin cinayət hadisəsi və ya inzibati xəta nəticəsində baş verməsi halı aşkar edilmir. Bunun əksi olaraq iddiaçının özünün aidiyyatı qurum olaraq Kənd Təsərrüfatı Nazirliyinə müraciəti əsasında ona verilmiş ca vabdan görünür ki, istinad olunan qərarın 6-cı yarımbəndində qeyd edilən məlumatları əks etdirən cavab məktubu təqdim edilmişdir. Məktubun mətnində bitkinin növü (arpa), torpaq sahəsinin həcmi və ziyanın dəymə səbəbi açıq olaraq göstərilmişdir. Məhkəmə qeyd edir ki, yarımbənddə qeyd edilən müvafiq səlahiyyətli dövlət orqanı Kənd Təsərrüfatı Nazirliyi qəbul edilməklə iddiaçıya tələb edilən sığorta ödənişi verilməli idi. Eyni zamanda, məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdə sığorta hadisəsinin baş verməsi nəticəsində vətəndaşın aidiyyatı səlahiyyətli orqana müraciət etməli olduğu göstərilsə də, bu orqanın hara olması öz əksini tapmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna və milli qanunvericilik normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, qanun müəyyən olmalıdır. Hər hansı normadakı qeyri-müəyyənlik vətəndaşın ziyanına yozula bilməz. Odur ki, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasında haqlıdır. Məhkəmə iddia ərizəsi üzrə tələb edilən məbləğə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf nə araşdırması zamanı, nə də tərəflər arasında baş verən yazışmalarda dəymiş ziyanın məbləğini mübahisələndirməmiş, bununla bağlı hər hansı etiraz və ya sübut məhkəməyə təqdim etməmişdir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 883.1, 922.1, 922.2, 926.1, 926.3-cü, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qə tnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnamədə öz mövqeyini yalnız bir hal üzərindən qeyd etmişdir və orada gəldiyi nəticə də yalnış olmuşdur. Məhkəmə bildirir ki, hazırkı işin hallarından sığorta hadisəsinin cinayət hadisəsi və ya inzibati xəta nəticəsində baş verməsi halı aşkar edilmir. Bunun əksi olaraq iddiaçının özünün aidiyyatı qurum olaraq Kənd Təsərrüfatı Nazirliyinə müraciəti əsasında ona verilmiş cavabdan görünür ki, istinad olunan qərarın 6-cı yarımbəndində qeyd edilən məlumatları əks etdirən cavab məktubu təqdim edilmişdir. Məktubun mətnində bitkinin növü (arpa), torpaq sahəsinin həcmi və ziyanın dəymə səbəbi açıq olaraq göstərilmişdir. Məhkəmə qeyd edi r ki, yarımbənddə qeyd edilən müvafiq səlahiyyətli dövlət orqanı Kənd Təsərrüfatı Nazirliyi qəbul edilməklə iddiaçıya tələb edilən sığorta ödənişi verilməli idi. Lakin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları” nın 1.21.1-ci yarımbəndinin 6-cı abzasında qeyd olunanlara tamlığına baxmamışdır. Belə ki, həmin normada qeyd olunur ki, üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq fa ktı təsdiq edən sənəd. Məhkəmə faktı təsdiq etməyən sənədə əsaslanaraq sığorta ödənişinin verilməli olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi Kənd Təsərrüfatı Nazirliyinin məktubunda yuxarıda sadalanan hallar öz əksini tapmamış, sadəcə sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitgilərin inkşaf etmədiyi və tamamilə məhv olduğu qeyd olunmuşdur. MPM-in 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Hətta qətnamədə iddia ərizəsinə istinadən qeyd olunmuşdur ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əsasən “Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığo rta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir”. Göründüyü kimi məhkəmə aidiyyət məsələsinə də diqqət yetirməmişdir. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinin məzmunundan göründüyü kimi sığorta ödənişin tam, qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərarı Aqrar Sığorta Fondu qəbul edir. Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə uyğun olaraq, mülki məhkəmə icraatı zamanı cavabdeh əsl cavabdeh ilə əvəz olunmalı idi. Yəni tələbin yönəldilməli olduğu şəxs "xxxx" ASC deyil Aqrar Sığorta Fondudur. Fond aqrar sığorta ilə bağlı əməliyyatlarını, habelə aqrar sığorta sisteminin idarə edilməsini idarəedici qurum, yəni "xxxx" ASC vasitəsilə həyata keçirir. İdarəedici qurum Fondun adından bağlanmış sığorta müqavilələri üzrə öhdəlik daşımır və sığorta ödənişlərinin edilməsindən imtina qərarları və ödənişlərin edilməsi Fond tərəfindən həyata keçirilir. Beləliklə, sığorta müqavilələri sığortalı ilə idarəedici qurum arasında bağlanır, lakin həmin müqavilələr Fondun adından bağlanır və bütün öhdəliklər Fonda məxsusdur. Ümumilikdə Məhkəmə işə baxarkən, faktiki hallara, təqdim edilmiş sənədlərə diqqət yetirilməmiş, əlavə olaraq aidiyyət məsələsi və tərəfin əvəz edilməsi məsələsinə baxılmaması nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Aqrar sığorta sistemi – kənd təsərrüfatı və akvakultura məhsulları nın istehsalçısının (bundan sonra kənd təsərrüfatı məhsullarının istehsalçısı) bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Məhkəmə qətnamədə “İcbari sığortalar haqqında” Azərbaycan RespublikasıQanununa istinad etmişdir. Halbuki onun əvəzinə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinad edilməlidir. Aqrar sığorta müqaviləsi icbari deyil könüllülük prinsipi əsasında bağlanır. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunu məhkəmə tərəfindən tətbiq edilməmişdir. Azərbaycan Respublikasında aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyən, aqra r sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən bir nomrativ hüquqa akta istinad edilməmişdir. Əlavə olaraq, Qanunun 17.1-ci maddəsinə əsasən “Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir”. Mülki Məcəllənin 885-1-ci maddəsi məhkəmə tərəfindən tətbiq olunmalı olduğu halda tətbiq edilməmişdir. Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər bu Məcəllə, “Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Məhkəmə nəzərə almalıdır ki, sığorta münasibətlərində istənilən zərər deyil, yalnız sığorta hadisəsi baş verməsi halında dəymiş zərər üzrə ödəniş həyata keçirilir. Məhkəmə zərər faktını deyil, sığorta hadisəsini baş vermə halını əsaslandırmalıdır. Belə ki, sığorta təminatı verilməmiş və (və ya) istisna edilmiş risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.21.1-ci yarımbəndi Həmin normada qeyd olunur ki, üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərr üatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd. Məhkəmə faktı təsdiq etməyən sənədə əsaslanaraq sığorta ödənişinin verilməli olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi Kənd Təsərrüfatı Nazirliyinin məktubunda yuxarıda sadalanan hallar öz əksini tapmamış, sadəcə sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitgilərin inkşaf etmədiyi və tamamilə məhv olduğu qeyd olunmuşdur. Sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Məhkəmə tərəfindən sığorta hadisəsi faktı hər hansı formada aydınlaşdırılmamış və sübuta yetirilməmişdir. Birinci instransiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, sığorta təminatı verilməmiş və (və ya) istisna edilmiş risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi hesab edilmir. Aqrar sığorta müqaviləsi icbari deyil, könüllülük prinsipi əsasında bağlanır. Məhkəmənin əsaslandığı hal sığorta hadisəsi kimi sübut edilməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2094/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.H.Qasımov (sədrlik edən və məruz əçi), F.V.Abdıyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilmişdir.

17. Məhkəmə kollegiyası imtinanın əsası kimi göstərilən məhz polis şöbəsindən arayışın təqdim olunmasının zəruriliyi ilə razılaşmasa da, apellyasiya şikayətinin dəlillərindən birini məhz sığorta hadisəsinin baş verib – verməməsi təşkil etdiyindən ilkin olaraq bu istiqamətdə araşdırma aparılmasını məqsədəmüvafiq hesab etmişdir.

18. İddiaçı sığorta hadisəsinin baş verməsini üçüncü şəxsin hərəkətlərinin mövcudluğu ilə əsaslandırmış və iddianın faktiki əsası kimi ona istinad etmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Zərdab X5 Mərkəzinin 25 iyul 2022-ci il tarixli məktubunda 25 ha arpa sah əsi əkildiyi, bundan 1 ha sahədə bitiş alındığı, lakin toxum suyunun vurulmaması səbəbindən 24 ha sahədə bitiş alınmadığı qeyd olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 28 iyun 2022-ci il tarixli məktubunda da qeyd olunmuşdur ki, sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitkilərin inkişaf etmədiyi və tamamilə məhv olduğu müəyyən edilmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu məktublarda qeyd olunan xüsusatlar məhsulun məhv olmasının məhz üçüncü şəxsin (şəxslərin) hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, məhsulun məhv olması yalnız suyun müvafiq orqan tərəfindən verilməməsi nəticəsində baş verə bilməz, digər səbəblər də mövcud ola bilər, məsələn su verilsə də, həmin suyun sahəyə vurulmaması, toxumun standartlara cavab verməməsi və s. Bu zaman bir nüansı da qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndində sığorta ödənişinin verilməsi üçün zəruri olan sənədlərin siyahısında göstərilən sənədlərdən biri də toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatıdır. Birinci instansiya məhkəməsinə bu sənəd təqdim olunmasa da, apellyasiya mərhələsində belə bir sənədin mövcud olub – olmaması aydınlaşdırılmış, lakin bu barədə heç bir sübut təqdim olunmamışdır.

20. Cavabdehin sığorta ödənişinin verilməsindən imtinasının mahiyyəti də ondan ibarətdir ki, zərər mövcuddursa, zərərin kimin təqsiri (hərəkət və ya hərəkətsizliyi) üzündən əmələ gəlməsi təsdiq olunsun. Çünki, zərərin ödənildiyi təqdirdə sığortalının reqres qay dasında həmin zərəri təqsirli şəxsdən tələb etmək hüququ yaranır.

21. Bundan başqa, zərərin məhz toxum suyunun vurulmaması səbəbindən yaranması məsələsini araşdırarkən bir məqama da diqqət yetirmək lazımdır ki, məhsul məhv olmazdan əvvəl suyun vurulmaması ilə bağlı iddiaçının aidiyyatlı təşkilatlara, həmçinin sığortaçıya məlumat verməsi də təsdiqini tapmır. Suyun vurulmaması iddiaçıya yalnız məhsul məhv olduqda məlum ola bilməzdi, belə ki, iddiaçı və ya onun tərəfindən sahəyə nəzarət edən şəxslərə suyun verilməməsi məhsulun məhvindən öncə də məlum olsa da, iddiaçı yalnız toxumlar məhv olduqdan sonra müvafiq orqanlara müraciət etmişdir. Halbuki, istər sığorta qanunvericiliyində, istərsə də müqavilədə zərərin azaldılmasına yönəlmiş hərəkətlərin edilməsi sığortalının üzərində düşür.

22. Ape llyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 885-1, 922.1, 922.2, 922.3-cü, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1, 16.2, 17.1, 17.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”-nın 1.21.1, 1.22.1, 2.2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx"ASC-nin nümayəndəsi apellyasiya instansiya məhkəməsində iştirak edən zaman, 24 ha torpaq sahəsində bitişin alınmaması və əkin sahəsinin məhv olmasını qəbul etdiyini bildirmişlər. Cavabdeh orqanın apellyasiya şikayətinin dəllilərində və nümayəndəsinin məhkəmə iclasında çıxışı zamanı müqavilə üzrə ödənilməli olan məbləğin, yəni pulun "xxxx" ASC-dən deyil, “Aqrar Sığorta Fondundan” tutulmalı olduğu və eləcə də aidiyyat qaydalarının pozulmasını bildirilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi apellyasiya şikayəti verən şəxsin belə mövqeyindən kənara çıxaraq pulun kim tərəfindən ödənilməli olduğu məsələsinə yox, ümumiyyətlə pulun ödənilməməsi qənaətinə gələrək iddia tələbini rədd etmişdir. İddia tələbinin rədd edilməsinə səbəb isə uyğunluq sertifikatının olmaması və eyni zamanda suyun verilməməsi zamanı iddiaçının müraciətinin olmaması və bun u heç mübahisələndirmədiyi qeyd olunmuşdur. Həmçinin iddiaçı tərəfindən pul verilmədiyi zaman hər hansı bir dövlət orqanına müraciət olunmaması da qeyd olunmuşdur. Lakin dəfələrlə məhkəmə iclasında bununla bağlı iddiaçının müraciətinin olduğu və eyni zamanda 24 ha torpaq sahəsinin məhv olunması, əkin sahəsinin bitişin alınmamasının səbəbinin suyun verilməməsi səbəbindən olduğu bildirilmişdir. Suyun verilmədiyi dövrdə rayon üzrə su idarəsinə edilən müraciətlər nəzərə alınmamışdır.

25. Bundan başqa, iddiaçının tələb etdiyi məbləğ tərəflər arasında bağlanmış müqavilə öhdəliklərindən irəli gələn bir məsələdir. Həmçinin məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin 6-cı bəndinə istinad olunmuşdur. Belə ki, 6-cı bəndə göstərilir ki, 3-cü şəxslərin hərəkətlərinə münasibət də müvafiq səlahiyyətli dövlət orqanın təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təffərüatlarını, yəni hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsinə təqsirli olan və ya zərərçəkən şəxslər, həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini əks etdirən müvafiq faktları təsdiq edən sənədlər olmalıdır. Belə ki iddiaçı 6-cı bəndlə bağlı hansı sənədin təqdim olunmasını “Aqrar Sığorta Fonduna” müraciət etdikdə, iddiaçıya bildirmişdilər ki, ərazi üzrə rayon polis idarəsinin müvafiq arayışı olmalıdır. İddiaçı bununla bağlı rayon polis idarəsinə müraciət edən zaman, ona bildirmişdilər ki, sığorta hadisəsi ilə bağlı baş vermiş hadisə polis orqanının aidiyyatı olmadığından hər hansı bir arayışın verilməsi mümkün deyildir. X3 Nazirliyi yanında AQRAR Xidmətlər Agentliyinin Zə rdab rayon X1 mütəxəssiləri tərəfindən 10 iyun 2022-ci il tarixində arpa sahəsinə baxış keçirilmiş və sahədə xəstəlik, zərərvericilərin publiasiya sıxlığının iqtisadi ziyanlı həddi keçmədiyi aşkar edilmişdir və sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitkilərin inkişaf etmədiyi və məhv olduğu müəyyən edilmişdir. Bununla bağlı hazırkı qeyd olunan dövlət qurumunun belə bir cavabı olduğu halda rayon polis idarəsinin bu faktı təsdiqləməyinə zərurət yoxdur.

26. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, məhsulun məhv olması yalnız suyun müvafiq orqan tərəfindən verilməməsi nəticəsində baş verə bilməz, digər səbəblərdə mövcud ola bilər. Eyni zamanda məhkəmə öz qətnaməsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndində sığorta ödəni şinin verilməsi üçün zəruri olan sənədlərin siyahısında göstərilən sənədlərdən biridə toxumun sortluq və səpki keyfiyyətini təsdiq edən uyğunluq sertifikatıdır. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı istifadə etdiyi toxumla bağlı uyğunluq sertifikatı almışdır. Hazırda iş materialında təqdim olunmadığı qeyd edilsə də, "xxxx" MMC-nin malların uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatından da görünür ki, toxum əkin üçün yararlıdır. Eyni zamanda toxumların kondisiyanlılığı haqqında ******* nömrəli sertifikatdan görünür ki, Zərdab rayonunda toxumla bağlı analizin nəticələri göstərilmişdir və analizin aparılmış nəticələrinə əsasən müəyyən olunmuşdur ki, toxum əkinə tam şəkildə yararlıdır.

27. Qətnamədə işə aid edilə n və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarını təhrif edir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, 24 ha əkin sahəsində toxumun uyğunluq sertifikatı olduğu halda bitiş alınmamışdır. Həmçinin, iddiaçı və onun nümayəndəsi (atası) aidiyyatı dövlət qurumlarına suyun verilməməsi ilə bağlı narahatçılıqları diqqətə çatdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 1.1.1. aqrar sığorta sistemi – kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının (bundan sonra kənd təsərrüfatı məhsullarının istehsalçısı) bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

30. Maddə 16.2. Sığorta hadisəsi araşdırılarkən aqrar sığortalıdan yalnız qanunda və sığorta qaydalarında nəzərdə tutulmuş sənədlər tələb edilir.

31. Maddə 17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.

32. Maddə 17.2. Aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş hər hansı sığrorta hadisəsi baş verməmişdir. İddiaçının əsaslandırdığı müvafiq orqanın suvarma suyu ilə iddiaçını təmin etməməsi nəticəsində bitkilərin inkişaf etməməsi nəticəsində zərər dəyməsi müqavilədə nəzərə tutulmuş və ya şərtləşdirilmiş sığorta hadisəsi hesab edilmir. Belə hadisənin baş vermədiyi halda isə sığorta ödənişinin edilməsi istisna olunur.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymə tləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 4

5. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2094/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar