Məhkəmə qərarları › İş №2(102)-3057/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3057/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3057/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1075/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev, iş № 2(005)-2008/2019) İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddiası təmin edilərək MMC tərəfindən ünvan 1 ünvanlarında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının “ B” girişinin 9-cu mərtəbəsində sahəsi 83,26 kv.metr olan 1 ədəd 2 otaqlı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması, “xxxx” MMC-nin İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, V.N.Sadıqov və X.A.Cəmilova) “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərarı r əhbər tutularaq Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx xxxxxx 2016-cı il tarixli rəyinə əsasən ünvan 2 ünvanlarında yerləşən torpaq sahəsində olan evlərin sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün 0,535 ha torpaq sahəsi “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncamın icrası ilə əlaqədar xx xxxxx 2017-ci il tarixdə MMC ilə Möhsün Sənani küçəsi, 17 saylı evdə yerləşən mənzilin sakini İddiaçı arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “xxxx” MMC İddiaçı mənzilin Dövlət Reyestrindən Çıxarışında göstərilmiş ümumi sahəsinə 15-20 faiz əlavə etməklə təmirsiz 1 ədəd “B” blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 83,26 kv.metr olan 2 otaqlı mənzillə tə min etmək, İddiaçı isə MMC-yə 20 ay müddətində 10.000 manat ödəmək barədə üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Müqavilədə həmçinin Nin kirayə haqqı ilə təmin edilməməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən MMC-yə 10.000 manat ödənilmiş və bununla əlaqədar ona MMC tərəfindən 02 aprel və xx xxxxxx 2018-ci il tarixli arayışlar verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə MMC məktubla İddiaçı müraciət edərək sökülən evin mülkiyyətçisinin onun atası X2 olmasını, bununla əlaqədar 3 gün ərzində mülkiyyətçinin notarial qaydada razılığının lazım olmasını, razılığın olmadığı halda onlar arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. 2019-cu ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında müqavilə bağlanmasına və müqavilədə müəyyən olunmuş 10.000 manatı ödəməsinə baxmayaraq MMC–nin öz müqavilə öhdəliyini pozaraq onu ümumi sahəsi 83,26 kv.metr təşkil edən 2 otaqlı mənzillə təmin etməkdən imtina etməsini əsas göstərməklə MMC-nin üzərinə onun iki otaqlı mənzillə təmin olunması öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh “xxxx” MMC qarşılıqlı iddia verərək Möhsün Sənani küçəsi, 17 saylı evin 12 saylı mənzilinin mülkiyyətçisinin iddiaçının atası X2 olmasını və onunla müqavilənin bağlanması ilə əlaqədar mənzildən köçürülməsini, iddiaçı ilə müqavilənin atasının razılığı ilə, ona məxsus mənzilin bir hissəsinin oğluna verilməsini xahiş etməsi ilə əlaqədar bağlanmasını, hazırda isə Nin oğlu ilə müqaviləyə razılıq verməməsini əsas gös tərməklə İddiaçılə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdeh “xxxx” MMC–nin direktoru kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçı və vəkili kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya şikayətinə əlavə olunmuş sənədlərdən görünür ki, sökülmüş mənzilin mülkiyyətçisi olan X6 hazırkı iş üzrə iddiaçı olan oğlu İddiaçı ayrıca mənzilin verilməsi barədə verdiyi razılığından (sahəsi 83,26 kv.metr olan 2 otaqlı mənzi ldən) imtina edərək MMC-dən 80.000 manat tələb etdiyi üçün xx xxxxxx 2019-cu il tarixli məxaric orderi əsasında X3 80.000 manat verilmiş və xx xxxxx 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı verilməsi nəzərdə tutulmuş 2 otaqlı mənzilə dair X5 ilə MMC arasında xx xxxxxx 2019-cu il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmış və həmin mənzilə dair onun adına xx xxxxxx 2020-ci il tarixdə Dövlət Reyestrindən Çıxarış verilmişdir. Mübahisəli mənzilə dair Nla mənzil tikintisi haqqında müqavilə hazırkı işin icraata qəbul edildiyi xx xxxx 2019-cu il tarixdən əvvəl bağlanmasına baxmayaraq N məhkəməyə cəlb edilməmiş və nəticədə onun hüquq və vəzifələrinə toxunan qətnamə qəbul edilmişdir. İşin tam, hərtərəfli və obyektiv həllinin təmin olunması məqsədi ilə kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.4.6-cı maddəsinə görə məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar