Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3058/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ağcabədi Regional X1nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil, iş üzrə icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Ağcabədi Regional X1nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülərək ərazinin əvvəlki vəziyyətə salınması, torpaq sahəsindən mal-qaranın çıxarılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-464/2*22 nömrəli iş üzrə *2 fevral 2*22-ci il tarixli qərardadından iddiaçı Ağcabədi Regional X1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 may 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Zərdab Rayon İcra Hakimiyyəti başçısının 1* noyabr 2***-ci il tarixli, 77 nömrəli sərəncamına əsasən “NA” kampaniyasına Zərdab rayonunun “Bərəkət” kolxozunun ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaqlardan 3* il müddətinə 46 ha torpaq sahəsinin verilməsi qərara alınmış, 15 noyabr 2***-ci il tarixli, *1 nömrəli icarə müqaviləsi ilə həmin torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün müvəqqəti istifadə üçün qeyd olunan h üquqi şəxsə verilmişdir. “NA” kampaniyasına bununla bağlı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JH *688 nömrəli 9*5****1 kod nişanlı şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Ağcabədi Regional X1 (bundan sonra – iddiaçı və ya Mərkəz) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən tikilinin sökülərək ərazinin əvvəlki vəziyyətə salınması, torpaq sahəsindən mal-qaranın çıxarılması və vurulmuş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli 2*.8 ha torpaq sahəsi Cavabdeh1 qeyri-qanuni istifadəsindədir. Həmin torpaq sahəsi Mərkəzin 3 saylı meşəbəyliyinin 2 saylı dolayının 32-ci kvartalına daxil olmaqla, X3 aiddir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cavabdehlər özbaşınalıq edərək X3 aid olan 2*.8 ha torpaq sahəsini öz torpaq sahəsinə qatmış, torpaq sahəsində qanunsuz tikililər aparmaqla uzun illər istifadə etmişlər. Qanunvericiliyə görə X3 aid torpaq sahəsinin istifadəyə verilməsinin xüsusi qaydası müəyyən edilməklə, bu səlahiyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir. Nazirlik tərəfindən torpaq sahəsinin sərhədləri təkrar yoxlanılarkən cavabdehlərin torpaq sahəsinin zəbt etdiyi müəyyən olunmuşdur.
4. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının 1*.11.2***-ci il tarixli sərəncamı ilə mübahisəli torpaq sahəsi 3* il müddətinə rəhbəri olduğu hüquqi şəxsin qanuni ist ifadəsinə verilmişdir. Torpaq sahəsindən istifadəyə dair hüquq müəyyənedici sənədlər nə inzibati, nə də məhkəmə qaydasında ləğv edilməmişdir.
5. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və digər cavabdehlə eyni məzmunlu ifadə verərək işin icraatına xitam verilməsini xahiş etmişdir.
6. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(*17)-862/2*21 nömrəli iş üzrə 29.1*.2*21-ci il tarixli qərardadı ilə (hakim E.Quliyev) vurulmuş zərərin ödənilməsi hissəsində mülki iş üzrə icraat xitam verilmişdir. Eyni tarixli qətnamə ilə iddia qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil, iddiaçı özü zərərin məbləğini müəyyən etmək və təqsirli şəxslərdən tələb etmək hüququna malikdir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il *4 oktyabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası”nın tələblərinə əsasən X3 vurulmuş zərərin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “nırx dərəcələri” əsasında hesablayaraq ödənilməsi barədə qanunla müəyyən edilmiş qaydada inzibati akt qəbul etmək səlahiyyətinin olmasını iddiaçıya izah etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 261, 263, 264-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İnzibati icraat haqqında” Qanun) 1, 2, 82-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsində inşa edilmiş tikililərin sökülərək əvvəlki vəziyyətə salınması, onlara aid mal-qaranın meşə fondu torpaqlarından çıxarılması və onlardan müştərək qaydada meşə fonduna vurulmuş zərərin əvəzi olaraq 3*2.469 manat məbləğində pulun alınaraq Mərkəzin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1*. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*6)-464/2*22 nömrəli iş üzrə *2 mart 2*22-ci il tarixli qərardadı ilə (hakimlər M.Həsənov (sədrlik edən və məruzəçi), Z.Allahyarov və O.İsmayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, meşə fondunun vəziyyətinə nəzarət, habelə meşə fondunun istifadəsi, mühafizəsi, qorunması və meşələrin bərpası, o cümlədən, meşə təsərrüfatına dəyən zərər və itkilərlə bağlı iddiaçının icra etdiyi səlahiyyətlər ümumi (publik) hüquqdan irəli gəlir. İddiaçı qeyd edilən istiqamətlərdə inzibati funksiyanı yerinə yetirir, fiziki və ya hüquqi şəxslərə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Başqa sözlə, iddiaçının qeyd edilən istiqamətlərdə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmək və onu müstəqil qaydada (məhkəmənin qərarının qəbul edilməsi tələb olunmadan) aidiyyətı üzrə icraya yönəltmək hüququ vardır. Lakin iddiaçı bu hüququndan yararlanmadan vurulmuş ziyanın ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmışdır.
13. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2**7-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 17.1.2-ci bəndinə əsasən iddiaçının tabeliyində olan orqan, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidməti inzibati orqan kimi təsnif olunmuşdur. Bu da onu deməyə əsas verir ki, iddiaçı pul tələblərinin ödənilməsi ilə bağlı qərar qəbul etmək üçün tabeliyində olan orqan qarşısında vəsatət qaldıra bilər.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin *4.1*.1999-cu il tarixli qərarının 5, 6-cı bəndlərinə, “İnzibati icraat haqqında” Qanunun 2, 82-ci maddələrinə istinadla əsaslan dırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 78-ci maddəsi meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələrin həlli qaydasını müəyyənləşdirir və maddənin mətnində birmənalı olaraq qeyd edilmişdir ki, meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Meşə Məcəlləsinin bu tələbləri məhkəmə tərəfindən nəzərə alınmamışdır.
17. Kassator, həmçinin qeyd etmişdir ki, məhkəmə onlar tərəfindən irəli sürülmüş dəlilə ziddiyyətli qiymət vermişdir. Belə ki, bir tərəfdən Mərkəz inzibati orqan olmasa da, publik səlahiyyəti həyata keçirdiyi üçün onun inzibati akt qəbul etmək və məhkəməyə müraciət etmədən öz qərarını icraya yönəltmək səlahiyyətinin olduğunu qeyd etmiş, digər tərəfdən isə bununla bağlı tabeliyində olduğu inzibati orqan kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşısında məsələ qaldıraq hüququnun olduğuna istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 2*. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq MPM
21. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də ma raqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
24. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
25. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə...
26. Maddə 261.*. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.*.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxıl malı deyildirsə;
27. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 4*7.2).
28. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1).
29. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (mad də 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi 3*. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır.
31. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, dəymiş zərərin müəyyən edilməsi və tələb olunması ilə bağlı münasibətlər ümumi (publik) hüquqdan irəli gəlir. İddiaçı qeyd edilən istiqamətlərdə inzibati funksiyanı yerinə yetirir, fiziki və ya hüquqi şəxslərə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Başqa sözlə, iddiaçının qeyd edilən istiqamətlərdə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmək və onu müstəqil qaydada (məhkəmənin qərarının qəbul edilməsi tələb olunmadan) aidiyyətı üzrə icraya yönəlt mək hüququ vardır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2**7-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda iddiaçının adı qeyd olunmasa da, həmin təsnifatın V hissəsinə əsasən qanunvericiliyə müvafiq olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər inzibati orqanlar da həmin təsnifata aid edilmişdir.
33. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin alternativ imkan kimi iddiaçıya tabeliyində olduğu orqan qarşısında eyni məsələ üzrə vəsatət qaldırmaq hüququnu izah etməsi ziddiyyət kimi qəbul oluna, məhkəmə aktının ləğvinə əsas olan maddi və ya prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz.
34. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qə rardad dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ağcabədi Regional X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-464/2*22 nömrəli iş üzrə *2 fevral 2*22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.