Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3058/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qanunsuz inşa edilmiş tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-654/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları:
1. İddiaçı iddia edir ki, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatlarına əsasən cavabdeh tərəfindən inşa olunmuş tikili "X8" şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşir.
2. Cavabdeh isə Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 747 saylı sərəncamına əsasən X4 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verildiyini, həmin sərəncam əsasında qeyd olunan torpaq sahəsində tikinti işləri aparıldığını və fərdi yaşayış evinin eskiz layih əsinin hazırlandığını, 2001-ci ildən həmin tikilidə yaşayış olduğunu, 05 dekabr 2017-ci il tarixli etibarnamə əsasında X3 həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə bütün hüquqlarını ona həvalə etdiyini, hazırda həmin tikilidən istifadə etdiyini, uzun müddətdir ki, həmin ünvanda yaşadığını, evin bütün kommunal xidmətlərinin mövcud olduğunu, bütün kommunal xidmətlərə görə ödənişlər və torpaq vergisi ödənildiyini, həmin evin onun yeganə yaşayış yeri olduğunu bildirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin ca vabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 3 saylı mədənin 6cı sahəsi daxilində lazımi icazələr alınmadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozmuşdur. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respub likasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X7 haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X10 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və X10 Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X8 Şirkətləri arasında imzalanmış X5 3-cü maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkət neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənayə təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur. İddiaçı, tələbin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4 maddələrinə həmçinin “Memarlıq fəaliyyəti haqqında” Qanuna, “Torpaqların alğı-satqı Qaydaları”na, “Yerin təki haqqında” Qanuna, “Texniki təhlükəsizlik haqqında” Qanuna və digər normativ hüq uqi aktlara istinad etmişdir.
5. Azərbaycan Respublikası Torpaq və Xəritə çəkmə komitəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatlarına əsasən cavabdeh tərəfindən inşa olunmuş tikili "X8" şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2766/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən 3 saylı mədənin 6-cı sahəsində və iddiaçı "X8" Şirkətinin Saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin cavabdehin hes abına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslanırmışdır ki, cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hal-hazırda iddiaçının qanuni istifadəsindədir və o, həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
8. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının q anuni istifadəsində olan sahədə inşa etdiyi özbaşına tikilidən çıxarılmalı, tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır.
9. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdeh özbaşına inşa edilmiş tikiliyə sərf olunmuş tikinti materiallarına münasibətdə mülkiyyət hüququna malikdir.
10. Məhkəmə hesab etmişdir ki, mübahisə predmetini təşkil edən özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır.
11. Məhkəmə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı Qərarını nəzərə alaraq, qeyd etmişdir ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətdə dözümlülüyü iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməz. Birincisi, onun inşa etdiyi özbaşına tikili Mülki Məcəllənin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməz. İkincisi, bu cür iddiaların qaldırılması üçün müddət məhdudiyyəti yoxdur. Odur ki, cavabdeh onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkmir və onun hər hansı hüquqları pozulmur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə, Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 62 və 111-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 747 saylı sərəncamına əsasən X4 fərdi yaşayış evinin tikintisi üçün verilmiş və həmin sərəncamda da inşaat işlərinin aparılmasına icazə verilmişdir. Bundan sonra, həmin torpaq sahəsində ev tikərək 2001-ci ildən orada yaşamışdır. Həmin sərəncam əsasında qeyd olunan torpaq sahəsində tikinti işləri aparılmış və fərdi yaşay ış evinin eskiz layihəsi hazırlanmışdır. 5 dekabr 2017-ci il tarixli etibarnamə əsasında X6 həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə bütün hüquqlarını ona həvalə etmişdir. Hazırda həmin tikilidən istifadə edir, uzun müddətdir ki, həmin ünvanda yaşayır və evin bütün kommunal xidmətləri vardır, bütün kommunal xidmətlərə görə ödənişlər və torpaq vergisi ödənilir. Həmin ev onun yeganə yaşayış yeridir. Həmçinin, həmin evin yaxınlığında inşa edilmiş digər yaşayış evlərinə çıxarış verilmiş, evin yaxınlığında poliklinka və iki məktəb fəaliyyət göstərir. Həmin ərazidə minlərlə şəxsi ev vardır. Həmçinin, həmin torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün 2000-ci il tarixdə verilmiş və buna dair arxiv sənədləri mövcuddur. İddiaçı təşkilat isə 2004-cü ildə təsis edilmişdir. Həmin torpaq sahəsinin fərdi yaşayış evi üçün verilməsinə dair sərəncam mövcud olduğu halda həmin torpaq sahəsinin iddiaçı təşkilata məxsus olması qanunsuz və əsassızdır. Eyni zamanda, ona məxsus ev Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 747 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Göründüyü kimi, ona məxsus ev qanunsuz tikinti deyildir və məhkəmənin ona məxsus evi qanunsuz tikinti sayması isə tam əsassızdır. İşdən göründüyü kimi “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın bölgüsü haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxn aqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X11 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bi.Vi. və ARDNŞ-nin Ortaq Şirkəti ("Podratçılar") arasında 29 sentyabr 2004-cü il tarixində imzalanmış Saziş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), X14Bİ.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (ONŞ) olmuşdur. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. Belə ki, iddiaçının istinad etdiyi Sazişin 5-ci bəndi neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatı, bununla əlaqədar pay bölgüsü barədə verilmiş hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələrə aiddir. Neft-qaz əməliyyatları aparmaq üçün pay bölgüsünün iş tirakçıları olan hüquqi şəxslərə müstəsna hüquqlar verilməsi məqsədini güdür. Cavabdehə sərəncama əsasən verilmiş torpaq sahəsinin sözügedən fəaliyyətlə, yəni neft yataqlarının bərpası, işlənməsi və hasilatı, neft-qaz əməliyyatlarının aparılması ilə heç bir aidiyyatı yoxdur. İddiaçının subyektiv hüququnun olmaması ilə bağlı mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə baxdığı işlərdə də öz əksini tapmışdır. Göründüyü kimi ona məxsus fərdi yaşayış evinin tikintisinə dair Binəqədi rayon icra hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 747 saylı sərəncamı, həmin yerin sxemi və bunları təsdiq edən arxiv arayışı mövcuddur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-654/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sə drlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2766/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilmişdir.
16. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikməsinə, cavabdehin həmin özbaşına tikin tiyə mülkiyyət hüququ əldə etməməsinə, özbaşına tikilinin inşa edildiyi torpaq sahəsinin halhazırda iddiaçının qanuni istifadəsində olmasına və onun, həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməsinə dair nəticəyə gəlməmişdən əvvəl Cavabdeh faktiki istifadəsində olan mübahisəli ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin iddiaçının iddia etdiyi ərazinin sərhədləri daxilində yerləşib-yerləşməməsinə dair iddiaçının dəlilləri üzrə araşdırma aparmamış, müvafiq ekspertiza təyin etməmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin əsaslı olubolmaması baxımından apellyasiya baxışı zamanı sözügedən özbaşına tikilinin iddiaçının iddia etdiyi ərazinin sərhədləri daxilində yerləşib-yerləşməməsi ilə bağlı məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertiza zamanı tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlansa da xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi mümkün olması barədə İdarənin məktubu məhkəməyə daxil olmuşdur. Nəticədə isə qeyd olunan xidmət haqqı ödənilməmiş və ekspert tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir.
18. İş üzrə xüsusi bilik tələb edən sualların ekspertiza yolu ilə cavablandırılması mümkün olmadığı üçün məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlillərinə iş materiallarında olan sənədlər və iddiaçının tələbinin əsası kimi istinad etdiyi halların əsaslı olub-olmaması baxımından hüquqi qiymət verilməlidir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda cavabdeh apellyasiya şikayətində Binəqədi rayon İcra Hakimiyyətinin 747 saylı, 7 iyun 2000-ci il tarixli sərəncamına uyğun olaraq tərəfindən sözügedən torpaq sahəsində tikinti işlərinin aparılmasını və 5 dekabr 2017-ci il tarixli etibarnamə əsasında bütün hüquqların ona həvalə edildiyini bildirmişdir. Həmçinin də, 2012-ci ildən həmin ünvanda qeydiyyatdadır və hazırda da orada yaşayır.
20. Bununla yanaşı məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının qeyd olunan ərazidə inşa edilən özbaşına tikilinin sökülməsini tələb etmək hüququna malik tərəf olmasına baxmayaraq, cavabdehin də iddiaçı tərəfin tələbinin əsası kimi istinad etdiyi hal, yəni, torpaq sah əsinin iddiaçıya aid ərazidə olmaqla cavabdeh tərəfindən özbaşına zəbt edilməsi halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəf cavabdehin tərəfindən evi inşa edilmiş sahənin onun tərəfindən istifadə edilməsinin hazırki vəziyyətdə iddiaçının hansı hüquq və mənafeyinə xələl gətirməsinə, neft-qaz əməliyyatlarının aparılması ilə bağlı müəyyən işlər görülməsinə dair işlərin hazırlanmasına və görülməsinin zəruriliyinə dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə qiymət verərək hesab etmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsini özbaşına zəbt etməsi faktı öz təsdiqini tapmamasından əlavə, müəyyən edilmişdir ki, mübahisəli ev sərəncam verildikdən sonra inşa edilmiş, inşası zamanı və sonrakı dövrlərdə (iddia qaldırılana kimi) ərazi üzrə və aidiyyatı orqanlar evin özbaşına tikilməsi ilə bağlı mənfi reaksiyaları olmamış, həmin ev kommunal xidmətlərlə təhciz olunaraq orada yaşayış davam etmiş və etməkdədir. Həmçinin 2012-ci ildən qeydiyyatdadır.
22. Məhkəmə kollegiyası daha sonra hesab etmişdir ki, işin faktiki halları baxımından neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpağın hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olmasına baxmayaraq, Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri fonunda iddiaçının tikilinin sökülməsi, ərazinin boşaldılmasına dair iddiasının təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Belə ki, söküntünün aparılmasında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub- olmamasına dair sübutlar təqdim edilməmişdir.
23. Məhkəmə kollegiyası cavabdehin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı halları aydınlaşdıraraq müəyyən etmişdir ki, cavabdehin adına mülkiyyət əsasında qeydə alınmış yaşayış evlərinin olmasına dair iddiaçı tərəfindən də sübut təqdim edilməmişdir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.4-cü, Torpaq Məcəlləsinin 9, 22, 46 və 111-ci maddələrinə, X1 Azərbaycana qarşı şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 2(103)-654/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi koordinatları və ya neft quyusunun mühafizə zolağı d axilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallara dair sübutlar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə məhkəmə tərəfindən qiymətləndirilməmişdir. İddiaçı “Binəqədi OylKompani” şirkəti hər hansı fiziki şəxs və ya hər hansı digər fəaliyyət növü ilə məşqul olan hüquqi şəxs deyil, məhz adından da göründüyü kimi, 29 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X10 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında imzalanmış və 29 aprel 2005-ci i l tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almış “X7 haqqında” Saziş üzrə ona Dövlət tərəfindən verilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri əsasında kontrakt sahəsinin hüdudları daxilində, o cümlədən bu ərazidə yerləşən mübahisəli torpaq sahəsində neft-qaz əməliyyatları aparmaq səlahiyyətlərinə malik olan bir əməliyyat şirkətidir. Yəni, Şirkət Dövlət tərəfindən ona verilmiş hüquq və təminatlar əsasında mübahisəli torpaq sahəsində konrakt müddəti ərzində istənilən vaxt neft-qaz əməliyyatlarını həyata keçirə bilər. Lakin, cavabdehin qeyriqanuni, özbaşına tikili inşa etməsi və bu ti kilidə yaşaması Şirkətin hüquq və təminatlarını pozur, Dövlət qarşısında üzərinə götürdüyü öhdəliklərin məhdudlaşdırılmasına məruz qalır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-654/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
28. Etiraz apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
30. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
31. Maddə
9. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
32. Maddə
22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü b u fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
33. Maddə
46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.
34. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. X1 Azərbaycana qarşı şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı
35. Evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa aid olubolmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən i nşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər....hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər. Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evd ən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin). Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər. Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyasının 4 6-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsas landırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanıl malıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmi şdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istifadə etdiyi tikili məhz Binəqədi rayon İcra Hakimiyyətinin 747 saylı, 7 iyun 2000-ci il tarix li sərəncamı əsasında inşa edilmiş və həmin sərəncamda məhz torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün ayrıldığı göstərilmişdir.
50. Apellyasiya instansiya məhkəməsi tərəflərin dəlillərinin qarşılıqlı qiymətləndirilməsindən sonra haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli ev sərəncam verildikdən sonra inşa edilmiş, inşası zamanı və sonrakı dövrlərdə (iddia qaldırılana kimi) ərazi üzrə və aidiyyatı orqanlar evin özbaşına tikilməsi ilə bağlı mənfi reaksiyaları olmamış, həmin ev kommunal xidmətlərlə təhciz olunaraq orada yaşayış davam etmiş və etməkdədir. Cavabdehin mübahisəli torpaq sahəsini özbaşına zəbt etməsi faktı öz təsdiqini tapmır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilmə li olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
54. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-654/2023 nömrəli, 25 aprel 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.