Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3060/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qazdan istifadə qaydalarının pozulması,borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1525/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı həyat yoldaşı X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bilidirir ki, istifadə etdiyi qaza görə həmişə ödənişlər etmişdir. Həyat yoldaşı vəfat edəndən sonra ona məlum olmuşdur ki, qaza görə borc hesablanmışdır.
2. Cavabdeh İB-yə müraciət etdikdə ona bildirdilər ki, sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə əməkdaşlar tərəfindən akt tərtib edilmiş və həmin akt əsasında ona cərimə hesablanmışdır. Halbuki o kənar xətdən istifadə etməmişdir. Ona təqdim olunan abonentin saldolarından görünür ki, 2015-ci ildə 749.30 manat, 2016-cı ildə 940.50 manat, 2017-ci ildə 1228 manat, 2018-ci ildə 2845.60 manat, 2019-cu ildə 1200.60 manat, 2020ci ildə 2937.60 manat borc hesablanmış, aktlar tərtib edilmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 110824 borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, 1180 manat borcun silinməsini xahiş etmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı iddiası təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı **********20000 saylı abonent koduna hesablanmış 1180 (bir min bir yüz səksən) manat məbləğində borc silinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavab dehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız (**********20000 saylı abonent hesabına) hesablanmış 9901,60 (doqquz min doqquz bir manat 60 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona təqdim olunan abonentin saldolarından görünür ki, 2015-ci ildə 749.30 manat, 2016-cı ildə 940.50 manat, 2017-ci ildə 1228 manat, 2018-ci ildə 2845.60 manat, 2019-cu ildə 1200.60 manat, 2020-ci ildə 2937.60 manat borc hesablanmış, aktlar tərtib edilmişdir. Həmin aktlardan onun xəbəri olmamışdır. Aktlar tərtib edilərkən nə onun, nə də ailə üzvlərinin xəbəri olmamışdır, bu barədə onlara məlumat da verilməmişdir. Göründüyü kimi, həmin aktlar formal olaraq tərtib olunmuş və əsassız y erə ona 9901,60 manat məbləğində yüksək cərimə borcu yazılmışdır. Hesab edir ki, həmin borc əsassız olaraq yazılmışdır.
7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 oktyabr 2022-ci il tarixli, 2(003)-2575/2022 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin ediliş, Cavabdeh tərəfindən İddiaçı abonent koduna (**********20000 saylı abonent hesabına) hesablanmış 9901,60 (doqquz min doqquz bir manat 60 qəpik) manat məbləğində borc silinməsi qət edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 9901,60 manat məbləğində borc silinməlidir.
9. Məhkəmə öz mövqeyini «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü ma ddəsinin 8, 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.3 - 4.7, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5, 6.6, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəflərindən təqdim olunmuş sübutlara,yəni aktlara hərtərəfli, tam baxılmayıb və məhkə mə təqdim sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmək istənilsə də, abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və y a sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq araşdıra bilərdi. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və tərəfimizdən heç bir səhvə yol verilməmişdir. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1525/2023 saylı mülki iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instasniya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı abonent koduna (**********20000 saylı abonent hesabına) hesablanmış 8259,4 manat (səkkiz min iki yüz əlli doqquz manat qırx qəpik) manat məbləğində borcu silinməsi, iddia qalan hissədə təmin edilməmişdir.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin zərər abonent saldosunda göstərilən və məhkəməyə təqdim edilən aktlarda olan məbləğdə müəyyən edilə bilməz. Belə ki, əvvəla abonent saldosunda göstərilən və iddia tələbinində qeyd edilən məbləğdə borcun hesablanmasına əsas olmuş 2015, 2016, 2017 və 2018-ci ilin 5 ayı ərzində tərtib edilmiş aktlar məhkəməyə təqdim edilməmiş və bununla da həmin aktlar üzrə hesablanmış borcun abonent hesabında saxlanması qanuni və əsaslı hesab edilə bilməz.
14. Eyni zamanda cavabdeh təşkilat tərəfindən 2018-ci ilin iyun ayından 2020-ci ilin dekabr ayıda daxil olmaqla tərtib edilən aktlarda qazla işləyən avadanlıqlar soyuq aylarda 3 sayda, dəmir soba, QP-4, QSSQ kimi, isti aylarda isə 2 s ayda QP-4, QSSQ kimi düzgün olaraq qeyd edilmişdir. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən aparılan hesablamalar işlədilən avadanlıqlara münasibətdə işləmə saatlarına görə düzgün hesablanmamışdır. Belə ki, 2018-ci ilin iyun ayından götürülməklə son aktın tərtib edilməsinə 31 ay müddəti keçmişdir və həmin keçən müddətin təxmini 17 ayı isti aylara təsadüf edir. Buna baxmayaraq QSSQ-nin isti aylarda işləmə saatlarının soyuq aylarda işləmə saatlarının arasında hər hansı fərq qoyulmamaqla standart qeyd edilmişdir. Halbuki, isti aylarda həmin avadanlığın işləmə saatları aktlarda qeyd edilən müddətə ola bilməz. Eyni zamanda soyuq aylarda dəmir sobanın işləmə saatlarının standart olaraq günün çox böyük hissəsində hesablanmasını da kollegiya ağlabatan və ədalətli hesab etməmişdir. Bunu nəzərə alaraq kollegiya hesab etmişdir ki, həmin aktlar üzrə zərərin hesablanması aparılarkən dəmir soba ilə bağlı hissə 14 (soyuq aylar) ay götürülməklə dəymiş zərərin məbləği də bu həddə və qeyd edilən qaydada hesablanmaqla nəzərə alınmalıdır. (1.4 m3/saat x 8 saat iş rejimi x 30 gün=336 m3, 336 m3 x 14 ay (4704 m3) x 0.10=470.4 manat). Bununla yanaşı aktlarda göstərilən digər qaz işlədiciləri kimi göstərilən QP-4, QSSQ-yə münasibətdə də gündəlik iş rejimi müddətində düzgün hesablama aparılmamışdır ki, kollegiya bunu da mümkün hesab etməməklə həqiqəti əks etdirməməsi qənaətinə gəlmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.3-4.7, 4.8, 4.9, 6.5, 6.6, 6.7, “Qaz tə chizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8, 13.9, Mülki Məcəllənin 14.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmadığı hissədə ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur.
18. İddiaçı əslində əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazdır bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox qeyri qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar.
19. Kassator bildirmişdir ki, məhkəmələr işin obyektiv araşdırılmasına maraqlı olmamış mülki iş üçün nə ekspertiza keçirilmiş nə də yerli baxış həyata keçirilmişdir. Hər hansı prosessual hərəkətləri keçirməyərək əsassız mülahizələrlə qətnamə qəbul edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə tə sdiq edilmiş “Qazdan istifadə Qaydaları” 21. 4.2-ci bənd. məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 22. 4.3-4.7 bənd. Qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində A İBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 23. 4.8-ci bənd. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 24. 4.9-cu bənd. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 25. 6.5-ci bənd. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 26. 6.6-cı bənd. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 27. 6.7-ci bənd. qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 13.8. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, qeyd etmək istəyirəm ki, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarındatam bildirm əmişdir.
29. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlid ir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hü quq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu ba xımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi ha llarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1525/2023 nömrəli mülki iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.