Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3064/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Məmmədov Emin Məmməd oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı yük avtomobillərinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 100.000 manat pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7963/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(006)1212/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim E.Ə.Mehdiyev) iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı yük avtomobillərinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 100.000 manat pulun geri qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7963/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi S.F.Hacıyev, R.Ə.Eyvazov və F.Ş.Talışinski) iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin e dilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(006)-1212/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 11.07.2014 cü il tarixdə İddiaçı2 və 08.07.2014-cü il tarixdə İddiaçı1 arasında bağlanmış avtomobillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ödənilmiş 100.000 (yüz min) manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 oğlu Cavabdeh MMC-dən 11.07.2014-cü il tarixdə SHACMAN 8*4 markalı 2013-cü il buraxılışlı **-GP-*** dövlət nömrə nişanlı, SHACMAN 8*4 markalı 2013-cü il buraxılış lı **-GK-*** dövlət nömrə nişanlı, 08.07.2014-cü il tarixdə SHACMAN 8*4 markalı 2013-cü il buraxılışlı **-GJ-*** dövlət nömrə nişanlı yük avtomobilini ilkin ödəniş 50.000 (əlli min) manat olmaqla almış, həmin avtomobillərə görə Cavabdeh MMC-yə əlavə olaraq 50.000 (əlli min) manat kredit ödəmişdir. Həmin pul vəsaitlərini ödəməyinə baxmayaraq 2016-cı ildə cavabdeh tərəfindən qeyd edilən avtomobillər zorla alınmış və onun xəbəri olmadan başqasına verilmişdir. Həmçinin İddiaçı1 Cavabdeh MMC-dən 31.07.2014-cü il tarixdə SHACMAN 8*4 markalı 2013-cü il buraxılışlı **-HK-*** dövlət nömrə nişanlı yük avtomobilinin ilkin ödəniş 10.000 manat olmaqla almışdır. O isə həmin avtomobilə görə Cavabdeh MMC-yə əlavə olaraq təxminən 15.000-20.000 (on beş min-iyirmi min) manat kredit ödəmişdir. Onun da avtom obili həmin pul vəsaitlərini ödəməyinə baxmayaraq cavabdeh tərəfindən zorla alınmış və onun xəbəri olmadan başqasına verilmişdir. Həmin avtomobillər onlardan alınarkən saz vəziyyətdə olmuşlar. Həmin avtomobillərə yeni təkərlər belə alıb qoymuşlar. Avtomobillər onlardan alındıqdan sonra cavabdeh tərəfindən onlara bildirilmişdir ki, avtomobillər yalnız krediti ödədikdən sonra onlara qaytarılacaq. Lakin buna baxmayaraq cavabdeh tərəfindən deyilənlərə əməl edilməmiş və avtomobillər onların xəbəri olmadan başqalarına satılmışdır. Həmin avtomobillər onlardan alınarkən bazar dəyəri 40.000 (qırx min) ABŞ dolları civarında olmuşdur. Həmin avtomobillərə görə onlar borcun demək olar ki, yarısından çoxunu ödəmişlər. Belə olan halda cavabdeh onlara pul qaytarmalı idi. Lakin bunu etməmiş və hər bir avto mobildə onların ödədiyi vəsaitlərdən əsassız varlanmışdır. Həmin avtomobillərin hər birindən ona təxminən 20.000-30.000 (iyirmi min-otuz min) manata yaxın pul vəsaiti geri qaytarılmalı idi. Lakin cavabdeh avtomobilləri satmış və onların ödədiyi vəsaitləri geri qaytarmamışdır. Göründüyü kimi avtomobillər devalivasiyadan qabaq alınmış və manatla alınmışdır. Avtomobillər 2016-cı ildə onlardan zorla alınanda həmin avtomobillərin qiyməti xeyli artmışdır. Belə ki, həmin avtomobillər xaricdən gətirildiyindən və xarici valyuta ilə alındığından artıq qiymətində 100 faiz bahalaşma olmuşdur. Odur ki, cavabdeh tərəfindən ya avtomobillər geri qaytarılmalı və ya ödədikləri pul vəsaitləri geri qaytarılmalıdır. Həmçinin cavabdeh onların əmlaklarını vaxtında qaytarmamaqla maddi və mənəvi ziyan vurmuşdur. İ ş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermişlər və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili Məmmədov Emin Məmməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh avtomobillərin mülkiyyətçisi olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsinin ö zgəninkiləşdirilməsi və girov qoyulması Qaydalarının 1.2 və 1.3-cü bəndlərinə əsasən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır. Qanunvericiliyin də yuxarıda qeyd edilən müddəalarından (MM və X3) da göründüyü kimi daşınar (müvafiq dövlət qeydiyyatı aparılan) və daşınmaz əmlaklarla bağlı əqdlər bağlanarkən müqavilə notariat qaydada təsdiqlənməlidir. Bunlara əməl olunması əqdin etibarsızlığına səbəb olur. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN X4 İdarəsinin qeydiyyat-imtahan hissələrində (bundan sonra “qeydiyyat məntəqələri”) müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. İşə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Məmmədov Emin Məmməd oğlu kassasiya şikayətinin dəlillə rini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı1, Cavabdeh nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Məmmədov Emin Məmməd oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaç ılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunm amasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır: “...Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilələr tərəflərin sərbəst iradə ifadəsi ilə bağlanıldığından və tərəflər məhz belə bir müqavilənin bağlanmasını arzu etdiyindən, yəni müqavilə bağlandıqdan sonra həmin avtomobillər iddiaçılar tərəfindən istifadə edilmiş və müəyyən miqdarda da müqavilə ilə nəzərdə tutulmuş ödənişlər həyata keçirilmişdir ki, iddiaçıların vacib əhəmiyyətli yanılma təsiri altında əqdin bağlanılması və aldadılması ilə bağlı gətirdikləri dəlillər əsassızdır. Digər tərəfdən qeyd edilməlidir ki, alqı-satqı müqavilələri bağlanarkən cavabdehin səlahiyyətsiz olması da müəyyən edilmir, belə ki, iş materiallarında olan etibarnamələrdən göründüyü kimi alqı-satqı müqavilələri bağlanarkən cavabdeh tərəfin yük avtomobilləri üzərində sərəncam vermək səlahiyyəti olmuşdur. Apelyasiya instansiyası məhkəməsi həmçinin hazırki münasibətə iddia tətbiqinə dair cavabdehin nümayəndəsinin yazılı ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi eyni zamanda iddia müddətinin ötürülməsi ilə bağlı da əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -354.1-ci maddəsinin əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. -354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələbindən göründüyü kimi əhəmiyyətsiz əqdin mübahisələndirilməsi ilə bağlı iddia müddəti bir il müəyyən edilmişdir...”. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Belə ki, iş materiallarından göründüyü kimi avtomobillərə dair 11.07.2014-cü il, 08.07.2014-cü il, 31.07.2014-cü il tarixli alqı-satqı müqavilələrini satıcı kimi Cavabdeh MMC öz adından imzalamış və həmin müqavilələr rəsmi qaydada təsdiq olunmamışdır. İş materiallarından həmçinin göründüyü kimi qeyd olunan avtomobillər üzərində Cavabdeh MMC-nin mülkiyyət hüququ olmamışdır. Yəni cavabdehin satıcı kimi həmin avtomobillərə dair sərəncam vermək səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozma qla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Sonuncu maddənin tələbindən göründüyü kimi əhəmiyyətsiz əqdlər öz-özlüyündə etibarsız olduğundan onların etibarsız hesab olunmasına dair müddət tətbiq olunmur. İş materiallarından göründüyü kimi qeyd olunan müqavilələrin bağlanmasından sonra həmin avtomobillər iddiaçıların mülkiyyətinə deyil, yalnız sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçılar isə həmin avtomobillərdən gəlir əldə etmək məqsədi ilə istifadə etmişlər. Buna görə apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən həmin avtomobilin mülkiyyətçilərinin maraqlı şəxs qismində işə cəlb etməklə iddiaçıların iddia tələblərinə faktiki m övcud olmuş icarə hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməli olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasi bətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 qismən kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7963/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3064/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3064/2020
11.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver